- •Əqidə üsullarinin tə’limi ayətullah misbah yəzdi
- •Birinci dərs
- •Din məfhumu
- •Üsuliddin və füruiddin
- •Dünyagörüş və ideologiya
- •İlahi və maddi (materialist) dünyagörüş
- •Din, asimani dinlər və onlarin prinsipləri
- •Dinlə bağli tədqiqat aparmağin əhəmiyyəti
- •Suallar
- •Yaşamaq insan üçün şərtdir!
- •Müqəddimə
- •İnsan kamillik axtaran bir varliqdir
- •İnsanin kamilliyə çatmasi əqlinə tabe olmaqla mümkündür
- •Əqli fəaliyyət nəzəri əsaslara ehtiyaclidir
- •Suallar
- •Əsasli məsələlərin həlli yolu
- •Müqəddimə
- •Mə’rifətin (tanişliğin) növləri
- •Dünyagörüşün növləri
- •Tənqid və araşdirmalar
- •Suallar
- •Beşinci dərs allahi tanimaq
- •Müqəddimə
- •Hüzuri və hüsuli mə’rifət
- •Fitri mə’rifət
- •Suallar
- •Altinci dərs allahi tanimağin sadə yolu
- •Allahi tanimağin yollari
- •Sadə yolun xüsusiyyətləri
- •Taniş nişanələr
- •Bürhanin mövzusu
- •İmkan və vücub
- •Səbəblər silsiləsinin sonsuz olmasi qeyri-mümkündür
- •Bürhanin bəyani
- •Suallar
- •Səkkizinci dərs allahin sifətləri
- •Müqəddimə
- •Allahin əzəli və əbədi olmasi
- •Varliq bəxş edən səbəb
- •Varliq bəxş edən səbəbin xüsusiyyətləri
- •Suallar
- •Doqquzuncu dərs zati sifətlər
- •Müqəddimə
- •Zati və fe’li sifətlər
- •Zati sifətlərin isbat olunmasi
- •Suallar
- •Onuncu dərs
- •Müqəddimə
- •Xaliqiyyət
- •Rübubiyyət
- •Üluhiyyət
- •Suallar
- •On birinci dərs
- •Müqəddimə
- •Allahin kəlami
- •Sidq (doğruçuluq)
- •Suallar
- •On ikinci dərs düz yoldan çixmağin səbəbi
- •Müqəddimə
- •Düz yoldan azmanin səbəbləri
- •İnhirafa səbəb olan amillərlə mübarizə
- •Suallar
- •Bir neçə şübhənin həll edilməsi
- •Hiss olunmayan varliğa e’tiqad
- •Allaha e’tiqad bəsləməkdə qorxu və cəhalətin rolu
- •Səbəbiyyət (səbəb-nəticə) prinsipi ümumi bir qanundurmu?
- •Təcrübi elmlərin nailiyyətləri
- •Suallar
- •Materialist dünyagörüşü nəzəriyyəsi və onun tənqidi
- •Maddi dünyagörüşün prinsipləri
- •Birinci prinsipin araşdirilmasi
- •İkinci prinsipin araşdirilmasi
- •Üçüncü prinsipin araşdirilmasi
- •Dördüncü prinsipin araşdirilmasi
- •Əksliklərin vəhdəti və mübarizəsi
- •Mülahizələr və tənqidlər
- •Kəmiyyətin keyfiyyətə keçməsi
- •Tənqidlər və mülahizələr
- •İnkari inkar qanunu
- •Tənqidlər və mülahizələr
- •Allahin yeganə olmasinin dəlili
- •Suallar
- •On yeddinci dərs tövhidin mə’nalari
- •Müqəddimə
- •1. Çoxluğun inkar edilməsi
- •2. Tərkibin inkar olunmasi
- •3. Zata artirilan sifətlərin inkar edilməsi
- •4. Əf’ali tövhid (fe’llərdə tövhid)
- •Bir şübhənin dəf edilməsi
- •İxtiyar barədə izah
- •Cəbrə meyl edənlərin yaratdiği şübhələrin dəf edilməsi
- •Suallar
- •On doqquzuncu dərs
- •Qəza və qədərin məfhumu
- •Elmi qəza və qədər və eyni qəza və qədər
- •Qəza və qədərin insanin ixtiyari ilə olan əlaqəsi
- •Şübhənin dəf edilməsi
- •Qəza və qədərə e’tiqad bəsəlməyin tə’sirləri
- •Suallar
- •İyirminci dərs
- •İlahi ədalət
- •Müqəddimə
- •Ədalətin məfhumu
- •İlahi ədalətin dəlili
- •Bir neçə şübhənin cavabi
- •Suallar
- •İyirmi birinci dərs nübüvvət məsələsinə müqəddimə
- •Müqəddimə
- •Bu bölmənin bəhsində hədəf
- •Kəlam elmində təhqiq metodu
- •Suallar
- •İyirmi ikinci dərs bəşərin vəhy və nübüvvətə olan ehtiyaci
- •Peyğəmbərlərin göndərilmə zərurəti
- •Bəşər elminin çatişmazliği və kifayət etməməsi
- •Peyğəmbərlərin göndərilmələrinin faydalari
- •Suallar
- •İyirmi üçüncü dərs bir neçə şübhənin həll edilməsi
- •Bir neçə şübhənin həll edilməsi
- •Suallar
- •İyirmi dördüncü dərs peyğəmbərlərin isməti (hər bir cəhətdən günahsiz olmasi)
- •Vəhyin toxunulmazliğinin zərurəti
- •İsmətin sair hallari
- •Peyğəmbərlərin isməti barəsində əqli dəlillər
- •Peyğəmbərlərin ismətinə nəqli dəlillər
- •Peyğəmbərlərin ismətinin sirri
- •Suallar
- •İyirmi altinci dərs bir neçə şübhənin cavabi
- •Suallar
- •İyirmi yeddinci dərs
- •Nübüvvətin isbatolunma yollari
- •Mö’cüzənin tə’rifi
- •Xariqüladə işlər
- •İlahi xariqüladə işlər
- •Peyğəmbərlərin mö’cüzələrinin xüsusiyyətləri
- •Suallar
- •İyirimi səkkizinci dərs
- •Suallar
- •İyirmi doqquzuncu dərs peyğəmbərlərin xüsusiyyətləri
- •Peyğəmbərlərin çoxluğu
- •Peyğəmbərlərin sayi
- •Nübüvvət və risalət
- •Ulul-əzm peyğəmbərlər
- •Suallar
- •Otuzuncu dərs
- •İnsanlar və peyğəmbərlər
- •Müqəddimə
- •Camaatin peyğəmbərlərə münasibəti
- •Peyğəmbərlərlə müxalifliyin səbəbləri
- •Peyğəmbərlərlə qarşidurma
- •Cəmiyyətin idarə olunmasinda bə’zi ilahi qanunlar
- •Suallar
Varliq bəxş edən səbəb
Qeyd olunan dəlildən əldə olunan ikinci nəticə budur ki, Vacibül-vücud mümkünlərin yaranış səbəbidir. İndi isə bu nəticənin zəruri olmasını araşdırırıq. Əvvəlcə səbəbin qismləri ilə bağlı bir qədər izahat verdikdən sonra ilahi səbəbiyyətin xüsusiyyətlərini bəyan edirik.
Səbəb özünün ümumi mə’nasında başqa bir şeyin bağlılıq tərəfi olan hər bir varlığa aid edilir, hətta şərtlərə və vasitələrə (müiddat) də səbəb deyilə bilər. Allah-taala üçün səbəb olmamasının mə’nası budur ki, başqa bir varlıqdan heç bir növ asılılığı yoxdur, hətta Onun üçün heç bir növ şərtiyyət və vasitəni də təsəvvür etmək olmaz.
Amma Allahın məxluqat üçün səbəb olmasına gəldikdə isə, bu, failin illiyyətinin xüsusi qismi olan varlıq bağışlamaq mə’nasınadır. Bu mətləbi izah etmək üçün səbəblərin qismlərini araşdırmalıyıq və onun müfəssəl izahı fəlsəfi kitablara həvalə olunur.
Bildiyimiz kimi, bitkinin cücərməsi üçün toxum, münasib torpaq, hava, su və s. kimi şeylərin olması zəruridir. Təbii bir amil, yaxud insan, toxumu torpağa səpməli və ona su verməlidir. Səbəb üçün qeyd olunan tə’rifə əsasən bunların hamısı bitkinin cücərməsinin səbəbləri hesab olunur.
Bu illətləri müxtəlif nəzərlərdən müəyyən qismlərə bölmək olar. Məsələn, varlıqları həmişə nəticəni vücudu üçün zəruri olan səbəblərə həqiqi səbəblər, qalmaqları nəticənin qalmağı üçün lazım olmayan digər səbəblər isə (bitki barəsində əkinçinin varlığı) vasitəli səbəblər, yaxud muiddatlar (vasitələr) adlandırılır. Eləcə də əvəz edilə bilən illətləri əvəzolunan səbəblər, başqa səbəbləri isə əvəzolunmaz səbəblər adlandırırlar.
Bir növ illət də vardır ki, bitkinin cücərməsi ilə əlaqədar deyilənlərin hamısı ilə fərqlənir və onun nümunəsini zehn və bə’zi zehni varlıqlar barəsində mülahizə etmək olar. İnsan öz zehnində bir surəti yaradanda, yaxud hər hansı bir işi görməyi qərara alanda “zehni surət” deyilən ruhi və nəfsani iradə adlı bir varlıq gerçəkləşir ki, onun varlığı zehnin varlığına bağlı olduğuna görə də onun nəticəsi hesab olunur. Lakin bu növ nəticə elə bir şəkildədir ki, səbəbindən heç bir tərzdə ayrı və müstəqil, ondan ayrılıqda vücuda malik ola bilməz. Eyni halda, zehnin zehni surəti, yaxud iradə ilə əlaqədar failiyyəti müəyyən şərtlərə bağlıdır ki, onun nöqsanlı, məhdud və mümkünül-vücud olmasından irəli gəlir. Lakin varlıq aləmi üçün Vacibül-vücudun fail olması zehnin ruhi varlıqlarla əlaqədar olan failiyyətindən daha yüksək və daha kamildir və sair faillərin arasında oxşarı, misli yoxdur. Çünki O öz nəticəsinə heç bir ehtiyacı olmadan onu yaradır, o nəticənin də bütün varlığı Ona bağlıdır.
Varliq bəxş edən səbəbin xüsusiyyətləri
Qeyd olunanlara diqqət yetirməklə varlıq bəxş edən səbəb üçün bir neçə mühüm xüsusiyyəti qeyd etmək olar:
1.Varlıq bəxş edən səbəb bütün nəticələrin kamallarına daha kamil şəkildə malik olmalıdır ki, hər bir varlığa onun tutumu qədərində əta edə bilsin. Amma maddi və vasitə olan səbəblər yalnız nəticənin dəyişikliyi üçün şərait yaradır, onların və öz nəticələrinin kamallarına malikolma zərurəti yoxdur. Məsələn, torpağın bitkinin kamalına malik olmasının, yaxud ata-ananın övladın kamalına malik olmasının zərurəti yoxdur. Amma varlıq bağışlayan Allah bəsit və bölünməz olduğu halda vücud kamallarının hamısına malik olmalıdır.1
2.Varlıq bəxş edən səbəb öz nəticəni yoxluqdan varlıq aləminə gətirir və başqa sözlə onu yaradır. Onu yartmaqla öz vücudundan heç bir şey azalmır. Amma təbii faillərdə iş tamamilə başqa cürdür. Onların işi mövcud nəticənin vəziyyətini dəyişdirmək, enerji və qüvvə sərf etməkdən ibarətdir. Vacibül-vücudun zatından hər hansı bir şeyin ayrılması fərz edilsə ilahi zatın dəyişilməsini və bölünməsini zəruri edir ki, bunun da batil bir şey olması sübut olundu.
3.Varlıq bəxş edən səbəb həqiqi səbəbdir. Buna görə də nəticənin qalması üçün onun varlığı zəruridir. Amma vasitə olan səbəblərdə nəticənin qalmasında onlara ehtiyac yoxdur.
Buna əsasən sünni mütəkəllimlərinin bə’zilərindən nəql olunan “aləmin qalıb davam etməsində Allaha ehtiyacı yoxdur” kimi sözlər, eləcə də qərb filosoflarının bə’zilərinin dediyi “təbiət aləmi bir dəfə həmişəlik üçün işə salınan olduğu üçün və artıq, Allahın idarə etməsinə ehtiyacı olmayan saata bənzəyir” kimi sözlər həqiqətdən çox-çox uzaqdır. Halbuki varlıq aləmi özünün bütün işlərində Mütəal Allaha ehtiyaclıdır, əgər bir anlığa varlıq əta etməsə, heç bir şeyin vücudu qalmaz.
