
- •Əqidə üsullarinin tə’limi ayətullah misbah yəzdi
- •Birinci dərs
- •Din məfhumu
- •Üsuliddin və füruiddin
- •Dünyagörüş və ideologiya
- •İlahi və maddi (materialist) dünyagörüş
- •Din, asimani dinlər və onlarin prinsipləri
- •Dinlə bağli tədqiqat aparmağin əhəmiyyəti
- •Suallar
- •Yaşamaq insan üçün şərtdir!
- •Müqəddimə
- •İnsan kamillik axtaran bir varliqdir
- •İnsanin kamilliyə çatmasi əqlinə tabe olmaqla mümkündür
- •Əqli fəaliyyət nəzəri əsaslara ehtiyaclidir
- •Suallar
- •Əsasli məsələlərin həlli yolu
- •Müqəddimə
- •Mə’rifətin (tanişliğin) növləri
- •Dünyagörüşün növləri
- •Tənqid və araşdirmalar
- •Suallar
- •Beşinci dərs allahi tanimaq
- •Müqəddimə
- •Hüzuri və hüsuli mə’rifət
- •Fitri mə’rifət
- •Suallar
- •Altinci dərs allahi tanimağin sadə yolu
- •Allahi tanimağin yollari
- •Sadə yolun xüsusiyyətləri
- •Taniş nişanələr
- •Bürhanin mövzusu
- •İmkan və vücub
- •Səbəblər silsiləsinin sonsuz olmasi qeyri-mümkündür
- •Bürhanin bəyani
- •Suallar
- •Səkkizinci dərs allahin sifətləri
- •Müqəddimə
- •Allahin əzəli və əbədi olmasi
- •Varliq bəxş edən səbəb
- •Varliq bəxş edən səbəbin xüsusiyyətləri
- •Suallar
- •Doqquzuncu dərs zati sifətlər
- •Müqəddimə
- •Zati və fe’li sifətlər
- •Zati sifətlərin isbat olunmasi
- •Suallar
- •Onuncu dərs
- •Müqəddimə
- •Xaliqiyyət
- •Rübubiyyət
- •Üluhiyyət
- •Suallar
- •On birinci dərs
- •Müqəddimə
- •Allahin kəlami
- •Sidq (doğruçuluq)
- •Suallar
- •On ikinci dərs düz yoldan çixmağin səbəbi
- •Müqəddimə
- •Düz yoldan azmanin səbəbləri
- •İnhirafa səbəb olan amillərlə mübarizə
- •Suallar
- •Bir neçə şübhənin həll edilməsi
- •Hiss olunmayan varliğa e’tiqad
- •Allaha e’tiqad bəsləməkdə qorxu və cəhalətin rolu
- •Səbəbiyyət (səbəb-nəticə) prinsipi ümumi bir qanundurmu?
- •Təcrübi elmlərin nailiyyətləri
- •Suallar
- •Materialist dünyagörüşü nəzəriyyəsi və onun tənqidi
- •Maddi dünyagörüşün prinsipləri
- •Birinci prinsipin araşdirilmasi
- •İkinci prinsipin araşdirilmasi
- •Üçüncü prinsipin araşdirilmasi
- •Dördüncü prinsipin araşdirilmasi
- •Əksliklərin vəhdəti və mübarizəsi
- •Mülahizələr və tənqidlər
- •Kəmiyyətin keyfiyyətə keçməsi
- •Tənqidlər və mülahizələr
- •İnkari inkar qanunu
- •Tənqidlər və mülahizələr
- •Allahin yeganə olmasinin dəlili
- •Suallar
- •On yeddinci dərs tövhidin mə’nalari
- •Müqəddimə
- •1. Çoxluğun inkar edilməsi
- •2. Tərkibin inkar olunmasi
- •3. Zata artirilan sifətlərin inkar edilməsi
- •4. Əf’ali tövhid (fe’llərdə tövhid)
- •Bir şübhənin dəf edilməsi
- •İxtiyar barədə izah
- •Cəbrə meyl edənlərin yaratdiği şübhələrin dəf edilməsi
- •Suallar
- •On doqquzuncu dərs
- •Qəza və qədərin məfhumu
- •Elmi qəza və qədər və eyni qəza və qədər
- •Qəza və qədərin insanin ixtiyari ilə olan əlaqəsi
- •Şübhənin dəf edilməsi
- •Qəza və qədərə e’tiqad bəsəlməyin tə’sirləri
- •Suallar
- •İyirminci dərs
- •İlahi ədalət
- •Müqəddimə
- •Ədalətin məfhumu
- •İlahi ədalətin dəlili
- •Bir neçə şübhənin cavabi
- •Suallar
- •İyirmi birinci dərs nübüvvət məsələsinə müqəddimə
- •Müqəddimə
- •Bu bölmənin bəhsində hədəf
- •Kəlam elmində təhqiq metodu
- •Suallar
- •İyirmi ikinci dərs bəşərin vəhy və nübüvvətə olan ehtiyaci
- •Peyğəmbərlərin göndərilmə zərurəti
- •Bəşər elminin çatişmazliği və kifayət etməməsi
- •Peyğəmbərlərin göndərilmələrinin faydalari
- •Suallar
- •İyirmi üçüncü dərs bir neçə şübhənin həll edilməsi
- •Bir neçə şübhənin həll edilməsi
- •Suallar
- •İyirmi dördüncü dərs peyğəmbərlərin isməti (hər bir cəhətdən günahsiz olmasi)
- •Vəhyin toxunulmazliğinin zərurəti
- •İsmətin sair hallari
- •Peyğəmbərlərin isməti barəsində əqli dəlillər
- •Peyğəmbərlərin ismətinə nəqli dəlillər
- •Peyğəmbərlərin ismətinin sirri
- •Suallar
- •İyirmi altinci dərs bir neçə şübhənin cavabi
- •Suallar
- •İyirmi yeddinci dərs
- •Nübüvvətin isbatolunma yollari
- •Mö’cüzənin tə’rifi
- •Xariqüladə işlər
- •İlahi xariqüladə işlər
- •Peyğəmbərlərin mö’cüzələrinin xüsusiyyətləri
- •Suallar
- •İyirimi səkkizinci dərs
- •Suallar
- •İyirmi doqquzuncu dərs peyğəmbərlərin xüsusiyyətləri
- •Peyğəmbərlərin çoxluğu
- •Peyğəmbərlərin sayi
- •Nübüvvət və risalət
- •Ulul-əzm peyğəmbərlər
- •Suallar
- •Otuzuncu dərs
- •İnsanlar və peyğəmbərlər
- •Müqəddimə
- •Camaatin peyğəmbərlərə münasibəti
- •Peyğəmbərlərlə müxalifliyin səbəbləri
- •Peyğəmbərlərlə qarşidurma
- •Cəmiyyətin idarə olunmasinda bə’zi ilahi qanunlar
- •Suallar
Bürhanin mövzusu
Mövcud (əqli fərz əsasında) ya Vacibul-vücuddur, ya da mümkünəl-vücud. Heç bir varlıq əqlən bu iki fərzdən xaric deyildir və varlıqların hamısını mümkünəl-vücud hesab etmək olmaz, çünki mümkünəl-vücudun illətə (səbəbə, yaradana) ehtiyacı vardır və əgər bütün illətlər də mümkünəl-vücud və öz növbəsində başqa illətə ehtiyaclı olsa heç bir vücudun yaranışı gerçəkləşməyəcəkdir. Başqa sözlə, illətlərin sonsuzluğa qədər getməsi qeyri-mümkündür. Deməli illətlər silsiləsi hökmən özü başqa bir varlığın mə’lulu olmayan, yə’ni Vacibul-vücud olan bir varlıqda sona çatmalıdır.
Bu bürhan Allahın isbat olunması üçün fəlsəfi dəlillərin ən sadəsidir. O, bir neçə sırf əqli müqəddimədən təşkil olunmuşdur və heç bir təcrübi və hissi müqəddiməyə ehtiyacı yoxdur. Lakin bu bürhanda fəlsəfi məfhum və istilahdan istifadə olunduğuna görə yuxarıdakı bürhanı təşkil edən bu müqəddimə və istilahların ətrafında bir qədər izahat veririk.
İmkan və vücub
Nə qədər sadə olsa belə, hər bir hadisə iki əsas məfhumdan (mövzu və məhmul-obyekt və predikat) təşkil olunur. Məsələn, günəşin işıqlığının sübut olunmasına dəlalət edən “günəş işıqlıdır” hadisəsində “günəş” hadisənin mövzusu, “işıqlıdır” isə onun məhmulu hesab olunur.
Məhmulun mövzu üçün sübut olunması təkcə üç haldan ibarətdir: Ya qeyri-mümkündür (məsələn “üç dörddən böyükdür” kimi), yaxud zəruridir (iki dördün yarısıdır kimi), yaxud da nə qeyri-mümkündür, nə də zəruridir (məsələn, “bizim başımızın üstündə günəş vardır” kimi).
Məntiqi terminlərə uyğun olaraq birinci surətdə hadisə “imtina”, ikinci surətdə “zərurət”, yaxud “vücub”, üçüncü surətdə isə “imkan” adları altında müəyyən olunur.
Fəlsəfədə mövcud (varlıq) barəsində söhbət olunduğundan və qeyri-mümkün olan şeyin heç bir xarici vücudu olmadığından filosoflar mövcudu əqli fərz əsasında Vacibul-vücud və mümkünül-vücud olaraq iki yerə bölürlər. Vacibul-vücud o varlıqdır ki, öz-özünə mövcud olsun və başqa bir varlığa ehtiyacı olmasın. Təbiidir ki, belə bir varlıq əzəli və əbədi olacaqdır. Çünki hər hansı bir varlığın müəyyən zaman dövründə mövcud olmaması bunu göstərir ki, onun varlığı özündən deyildir və onun varlıq səhnəsinə gəlməsi üçün başqa bir varlığa ehtiyacı vardır ki, onun gerçəkləşməsinin səbəbi, yaxud şərtidir və onun olmaması ilə yoxa çevrilir. Mümkünül-vücud isə o varlığa deyilir ki, özündən olan vücudu yoxdur və onun vücuda gəlməsi başqa bir varlıqdan asılıdır.
Əqli fərz əsasında gerçəkləşən bu bölgü varlığı qeyri-mümkün olan şeyi zəruri olaraq inkar edir, lakin xarici varlıqlardan hər hansı birinin bu iki qismdən hansı birinin (vacibul-vücud və mümkünül-vücud) olmasına dəlalət etmir. Başqa sözlə desək, bu qəziyyənin (hadisənin) üç halda gerçəkləşməsi, yaxud tətbiq olunması təsəvvür olunur: 1.Hər bir varlıq Vacibül-vücud olsun, 2.Hər bir varlıq mümkünül-vücud olsun, 3.Varlıqlardan bə’zisi vacib, bə’zisi mümkün olsun.
Birinci və üçüncü fərziyyəyə əsasən Vacibul-vücudun varlığı sübuta yetir. Deməli, bu fərziyyəni araşdırmaq lazımdır ki, görəsən, bütün varlıqların mümkünül-vücud olması mümkündür, ya yox? Məhz bu fərzin batil edilməsi ilə Vacibul-vücudun varlığı qəti və yəqin surətdə sübuta yetir. Amma onun vahid olması, eləcə də digər sifətləri ayrı dəlillərlə sübut olunur.
İkinci fərziyyəni batil etmək üçün qeyd olunan bürhana digər bir müqəddimə də əlavə etmək lazımdır. O da bundan ibarətdir ki, bütün varlıqların mümkünül-vücud olması qeyri-mümkündür. Lakin bu müqəddimə bədihi (çox aşkar, mə’lum) olmadığından onu isbat edərək belə bəyan etmişlər: Mümkünül-vücudun səbəbə ehtiyacı vardır. Səbəblər sonsuzluğu isə qeyri-mümkündür. Deməli, səbəblər silsiləsi elə bir varlıqda sona çatmalıdır ki, o mümkünül-vücuda və başqa bir səbəbə ehtiyaclı olmasın, yə’ni Vacibul-vücud olsun. Buna görə də digər bir fəlsəfi məfhumdan istifadə olunur ki, onun barəsində bir qədər izahat verilməlidir.
SƏBƏB VƏ NƏTİCƏ
Əgər bir varlıq başqa bir varlığa ehtiyaclı olsa, yə’ni onun varlığı müəyyən bir şəkildə başqasına bağlı olsa, fəlsəfi terminologiyada ehtiyaclı varlığa “nəticə”, digərinə isə “səbəb” deyilir. Amma hər hansı bir illətin mütləq şəkildə ehtiyacsız olmaması da mümkündür, yə’ni onun özü də ehtiyaclı və başqa bir mə’lula bağlı ola bilər. Amma əgər hər hansı bir illət heç bir növ ehtiyaclı və başqasının mə’lulu olmazsa, o mütləq illət və mütləq ehtiyacsız olacaqdır.
Fəlsəfədəki illət və nəticə termini və onların tə’rifi ilə tanış olduqdan sonra hər mümkünül-vücudun səbəbə ehtiyaclı olması ilə əlaqədar müqəddiməni araşdırırıq.
Mümkünül-vücudun vücudu özündən olmadığına görə hökmən onun varlığı başqa bir varlıq, yaxud varlıqların gerçəkləşməsi ilə şərtlənəcəkdir. Çünki aydın məsələdir ki, hər hansı bir mövzu üçün nəzərdə tutulan bir məhmul ya zatən (təbiətən, öz-özlüyündə) sabitdir, yaxud başqasının nəticəsində (bil-ğeyr) sabit olur. Məsələn, hər bir şey ya öz-özünə aydın və işıqlıdır, yaxud başqa bir şeyin (nurun) vasitəsilə işıqlanır. Hər bir maddə ya öz-özünə yağlıdır, ya başqa bir şeyin (yağın) vasitəsilə yağlı olur. Bir şeyin nə öz-özünə işıqlı və yağlı olması, nə də başqasının tərəfindən verilməklə bu iki sifətə malik olması olmadan eyni zamanda işıqlı və yağlı olması qeyri-mümkündür.
Deməli, bir mövzu üçün vücudun sübutu ya biz-zatdır, ya da bil-ğeyr. Biz-zat deyildirsə, hökmən bil-ğeyr olmalıdır. Buna əsasən öz-özünə vücudla sifətlənməyən hər bir mümkünül-vücud başqa bir varlığın səbəbi ilə vücuda gəlir və onun nəticəsi sayılır. Bu da “hər mümkünül-vücudun səbəbə ehtiyacı vardır” kimi tə’bir olunan danılmaz əqli prinsipdən ibarətdir.
Lakin bə’ziləri güman etmişlər ki, səbəbiyyət qanununun məfhumu bundan ibarətdir ki, “ümumiyyətlə hər bir mövcudun səbəbə ehtiyacı vardır” və buna əsasən irad tutub deyirlər ki, Allah üçün də bir illət nəzərdə tutmaq lazımdır! Halbuki səbəbiyyət (səbəb-nəticə) prinsipinin mövzusu mütləq şəkildə olan mövcud deyildir; onun mövzusu mümkünül-vücud və nəticədir. Başqa sözlə desək, hər bir ehtiyaclı və bir şeyə bağlı olan varlıq səbəbə ehtiyaclıdır, nəinki, ümumiyyətlə hər bir varlıq.