Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
2
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Suallar

1.Dünyagörüş məsələsinin əsası hansıdır? Onun əsas olması səbəbi nədir?

2.Mütəal Allah barəsində hüzuri və hüsuli mə’rifəti bəyan edin.

3.Hüzuri mə’rifəti əqli istdilal vasitəsilə əldə etmək olarmı? Niyə?

4.Hüsuli mə’rifət hüzuri mə’rifətlə bağlı hansı rolu ifadə edə bilər?

5.Fitrətin mə’nasını bəyan edin.

6.Fitri işlərin xüsusiyyətlərini söyləyin.

7.Fitri işlərin növlərini göstərin.

8.Hansı fitri iş Allaha aiddir?

9.Allahı fitri tanımağın nə olduğunu izah edin.

10.Allahı tanımaq fitrəti adi insanları əqli istidlaldan ehtiyacsız edirmi? Niyə?

Altinci dərs allahi tanimağin sadə yolu

Allahı tanımağın yolları

Sadə yolun xüsusiyyətləri

Tanış nişanələr

Allahi tanimağin yollari

Mütəal Allahı tanımaq üçün çoxlu yollar mövcuddur ki, müxtəlif fəlsəfə və kəlam kitablarında, dini rəhbərlərin sözlərində, eləcə də asimani kitablarda onlara işarə edilmişdir. Bu dəlil və bürhanlar bir-biri ilə müxtəlif cəhətlərdən fərqlənirlər. Məsələn, onların bə’zilərində hissi və təcrübi müqəddimələrdən istifadə olunur, halbuki digərləri sırf əqli müqəddimələrdən təşkil olunmuşdur. Bə’ziləri Həkim (hikmət sahibi) olan Allahı birbaşa isbat etmək məqsədi güdür, halbuki bə’ziləri yalnız varlığı başqa bir varlıqdan asılı olmayan bir vücudu (Vacibül-vücudu) isbat etmək istəyir. Onun sifətlərini tanımaq üçün başqa dəlillər gətirmək lazımdır.

Allahı tanımaq dəlillərini çayın üstündən keçmək üçün qoyulan müxtəlif körpülərə oxşatmaq olar, onların bə’ziləri çayın üzərinə salınan sadə taxta körpüdür ki, yüngül şeylər oradan asanlıqla keçərək tez bir zamanda öz məqsədinə çata bilər. Bə’ziləri isə ağır və uzun körpülərə bənzəyir ki, onların da möhkəmliyi daha artıqdır, lakin bunların yolu bir qədər uzaqdır. Bə’ziləri də əyri-üyri dəmir yolları kimi çoxlu yüksəkliyə, alçaqlığa, böyük tunellərə malikdir ki, ağır qatarların keçməsi üçün nəzərdə tutulmuşdur.

Sadə zehnə malik olan bir şəxs Allahı çox sadə yollarla tanıyaraq Ona bəndəçilik edə bilər. Amma üzərinə şübhələrdən ibarət olan ağır bir yük götürən şəxs daş körpüdən keçməlidir, nəhayət həddindən artıq şübhələr və vəsvəsələr yükünü daşıyan bir şəxs də çox möhkəm bünövrəsi olan yollardan keçməlidir, onun hətta çoxlu əyrilikləri, eniş-yoxuşları olsa da belə.

Biz, ilk növbədə, Allahı tanımağın sadə yolunu, sonra da orta səviyyəli yolu bəyan edəcəyik. Lakin çoxlu mürəkkəb fəlsəfi məsələlərin həll olunmasını tələb edən mürəkkəb yolları da o kəslər ötməlidir ki, onların zehnləri çoxlu şübhələrlə qarışmış olsun, yaxud şübhələri təmizləmək və yoldan azmış şəxslərə nicat vermək istəyində olsunlar.

Sadə yolun xüsusiyyətləri

Allahı tanımağın sadə yolunun müəyyən imtiyaz (üstünlük) və xüsusiyyətləri vardır ki, onların ən mühümü aşağıdakılardır:

1.Bu yolun mürəkkəb və mütəxəssis səviyyəsində olan müqəddimələrə ehtiyacı yoxdur və bu barədə mümkün olan ən sadə bəyanı irəli çəkmək olar. Buna görə də mə’lumat səthinin hansı səviyyədə olmasından asılı olmayaraq bütün insanlar üçün dərk olunası bir tərzdədir.

2.Bu yol insanları birbaşa elmli, qüdrətli və yaradan Allaha doğru hidayət edir, amma bir çox fəlsəfi və kəlami bürhanlar bunların əksinədir. Belə ki, onlarda ilk növbədə Vacibül-vücud ünvanlı bir varlıq isbat edilir, onun qüdrət, hikmət, elm, xaliqiyyət, rübubiyyət və s. kimi digər sifətləri də başqa dəlillərlə isbat olunmalıdır.

3.Bu yol hər şeydən artıq fitrəti qəflətdən oyatmaq, fitri mə’rifəti agahlığa çatdırmaq rolunu ifa edir, ona diqqət yetirmək nəticəsində insanda irfani bir halət yaranır ki, sanki varlıqların yaradılıb idarə olunmasında Allahın qüdrətini - onun fitrətinə ilk əvvəldən tanış olan qüdrəti müşahidə edir.

Dini rəhbərlər və asimani dinlərin başçıları da bu yolu məhz adi kütlə üçün seçmiş, hamını bu yoldan istifadə etməyə də’vət etmişlər. Başqa üslubları isə ya xüsusi şəxslərə öyrətmiş, yaxud da maddi fəlsəfəçilər və dinsiz alimlərlə elmi mübahisə aparan zaman bundan istifadə etmişlər.