Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Numune NIZAMNAME en son.doc
Скачиваний:
5
Добавлен:
08.05.2019
Размер:
123.9 Кб
Скачать

3. Fəaliyyət formalari

3.1.   Birlik qanunla qadağan olunmayan və Nizamnamə məqsədlərinə uyğun gələn bütün fəaliyyət formalarından istifadə edə bilər.

3.2.  Məqsədlərinə uyğun ədəbiyyatların yazılması, tərcümə edilməsi, nəşri və yayılması ilə məşğul ola bilər.

3.3.  Qanunvericiliyə uyğun olaraq öz mətbuat orqanlarını təsis edə bilər.

Qanunvericiliyə uyğun olaraq gəlir eldə etmək niyyəti olmayan xeyriyyə fondları, öz regional şöbələrini, təsisatlarını yarada bilər.

3.4.  Öz məqsədlərinə nail olmaq və davamlılığını təmin etmək üçün “QHT-lər (İctimai birliklər və Fondlar) haqqında” AR-ın qanununa uyğun olaraq təsərrüfat və xidmət fəaliyyətini həyata keçirə bilər.

3.5. Birlik mübadilə, təlim, konfrans, seminar, debat, elmi görüşlər, simpozium, festival, dəyirmi masa, dil kursları, təcrübə kursları, tanışlıq səfərləri, intellektual oyunlar, idman yarışları, yay və qış məktəblərinin təşkili, yürüşlər, nümayişlər və bu kimi fəaliyyətlər həyata keçirə bilər.

3.6.  Birlik Tədqiqat xarakterli sorğular təşkil edə bilər.

3.7.  Birlik Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz və bu tip yardımlar ala bilməz.

3.8. Birlik Azərbaycan Respublikasının qanunlarında və öz Nizamnaməsində nəzərdə tutulmuş qaydada qanunvericiliyin təkmilləşdirilməsi haqqında təklifləri ilə çıxış edə bilər.

 3.9.   Birlik müxtəlif sahələrdə müsabiqə və konkurslar həyata keçirə bilər.

3.10. Birlik özünün nümayəndəliklərini və filiallarını yarada bilər

3.11. Birlik Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmayan və Nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

3.12. Birlik müxtəlif təşkilatlara üzv ola, ittifaqlar yarada bilər

3.13. Birlik beynəlxalq təşkilatlarla əlaqələr saxlaya bilər.

3.14. Birlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müxtəlif radiolarda və televiziyalarda verilişlər təsis edə bilər.

3.15. Birlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə edə bilər .

3.16. Birlik Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan vəzifələri yerinə yetirir.

4. Birliyin əmlaki və maliyyə mənbələri

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

  • Təsisçilərin və ya birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqqları;

  • İdarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak və ianələr;

  • Qrantlar;

  • Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

  • Sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;

  • Təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;

  • Qanunvericiliklə qadağan olunmamış digər mədaxillər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

4.7. Birlik siyasi partiyalara maliyyə və başqa yardım göstərə bilməz.

4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistika və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.