Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Numune NIZAMNAME en son.doc
Скачиваний:
5
Добавлен:
08.05.2019
Размер:
123.9 Кб
Скачать

“Dövlət Qeydiyyatına Alınmışdır”

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyində

Qeydiyyat №_________________

“ ____ “ _________ 2011__ il.

Qeydiyyat və Notariat

baş idarəsinin rəisi

İlqar Məmmədov _______________

“Təsdiq edilmişdir”

Təsisçilər:

1. __________ Rzayeva Albina Mədəd qızı

2. __________ Dünyamalıyev Elnur Alirza oğlu

3. ________ Kərimov Ramin Zakir oğlu

4._____________ Həmidov Babək Ziyafəddin oğlu

«Gənclər və Dəyərlər»

İctimai birliyinin

N İ Z A M N A M Ə S İ

Baki - 2011

1. Ümumi müddəalar

1.1. “Gənclər və Dəyərlərictimai birliyi (bundan sonra, Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, qüvvədə olan digər qanunvericilik aktları,  həmçinin AR-ın tərəfdar çıxdığı beynəlxalq müqavilələr və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birlik müstəqil balans, möhür, ştamp və digər rekvizitlərə sahib ola bilər, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı aça, bank əməliyyatları apara bilər.

1.4.  Birlik öz adından əqdlər, müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış edə bilər.

1.5. Birliyin təsisçilərinin (iştirakçılarının) birliyə verdikləri əmlak onun mülkiyyətidir. Birlik bu əmlakdan onun Nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.

1.6.      Birliyin iştirakçıları onun mülkiyyətinə verdikləri əmlaka, o cümlədən üzvlük haqlarına hüquqlarını saxlamırlar. Onlar birliyin öhdəlikləri üçün məsuliyyət daşımırlar.

1.7.        Birlik öz fəaliyyətində üzvlərin könüllülüyü, bərabərliyi, müstəqilliyinə hörmət və daxili işlərinə qarışmamaq, demokratik idarəetmə və qarşılıqlı, bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanır.

1.8 .        Birliyin rəsmi adı:

Azərbaycan dilində: “Gənclər və Dəyərlər ” İctimai Birliyi

İngilis dilində: “ Youth and Values ” Public Union

1.9 .  Birliyinin təsisçiləri:

Azərbaycan Respublikasının vətəndaşları: Rzayeva Albina Mədəd qızı,

Kərimov Ramin Zakir oğlu, Dünyamalıyev Elnur Alirza oğlu .

1.10 .   Birliyin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi ray, 3 mkr A.Mustafayev küç, Ev 11, M 112 .

2. Birliyin məqsəd və vəzifələri

2.1. Azərbaycanda Vətəndaş cəmiyyətinin inkişafı prosesinə gənclərin cəlb edilməsi,milli və dövlətçilik maraqlarının təbliğində,o cümlədən könüllülük və vətənpərvərlik sahəsində gənclərin fəaliyyətini dəstəkləmək,milli və mənəvi dəyərlərə əsaslanan müasir gənclərin formalaşması sahəsində fəaliyyət göstərməkdir.

2.2.  Yuxarıda göstərilən məqsədə çatmaq üçün birlik aşağıdakı vəzifələri həyata keçirir:

  • Azərbaycan gənclərində vətənpərvərlik ruhunu aşılamaq;

  • Azərbaycan gənclərinin maariflənməsi, elmi səviyyəsinin yüksəldilməsi və dünyaya inteqrasiyasını təmin etmək;

  • Gənclərin liderlik və idarəetmə qabiliyyətlərini inkişaf etdirmək, ictimai fəallıqlarını artırmaqda onlara dəstək olmaq;

  • Xaricdə yaşayan Azərbaycanlı gənclərlə və diaspor təşkilatları ilə əlaqələr yaratmaq (soydaşlarımızla əməkdaşlıq qurmaq və Azərbaycanın tanıtımı baxımından fəaliyyət həyata keçirmək;)

  • Özlərini təsdiqləməkdə çətinliklərlə qarşılaşan insanların fiziki və zehni qabiliyyətlərini aşkarlayıb üzə çıxarmaq və inkişafına dəstək olmaq;

  • Müxtəlif xarici dövlət və qeyri dövlət humanitar, kommersiya və qeyri kommersiya təşkilatları ilə əməkdaşlıq qurmaq;

  • Milli və mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər aparmaq; Albina bunu ikinci sırada yaz

  • İnsan resurslarının inkişaf etdirilməsi, Azərbaycanın gələcək inkişafı üçün güclü insan kapitalının formalaşdırılması istiqamətində fəaliyyət göstərmək;

  • Azadlıqdan məhrum olunmuş insanların yenidən cəmiyyətdə özlərinin təsdiq etmək və cəmiyyətdə həmin insanlara qarşı distans münasibətin aradan qaldırılması yolunda səyləri artırmaq;

  • Gender probleminin, qadınlara qarşı zorakılığın aradan qaldırılması, qadın hüquqlarının qorunması istiqamətində fəaliyyət aparmaq;

  • Qaçqın və məcburi köçkünlərin problemlərini bölüşmək həmçinin problemlərin həlli istiqamətində fəaliyyət göstərmək;

  • Kimsəsiz, əlil, evsiz, psixoloji təzyiqə məruz qalmış, ümumiyyətlə sosial ehtiyacdan əziyyət çəkən və xüsusi qayğıya ehtiyacı olan insanlara qayğı və dəstək göstərmək;

  • Gənclərin və gənclər təşkilatlarının mənafelərini bütün ictimai sahələrdə qorumaq;

  • İnsanların ələxsus qadın və uşaqların hüquqlarını müdafiə etmək;

  • Sosial, iqtisadi, mədəniyyət, idman, turizm və digər sahələrin inkişafında müxtəlif layihələr hazırlamaq və dövlət orqanlarına təqdim etmək;

  • Gənclər arasında işsizlik problemini aradan qaldırılmasına köməklik göstərmək, gənc sahibkarları dəstəkləmək;

  • Pis vərdişlərdən uzaq sağlam gəncliyin formalaşdırılması sahəsində fəaliyyət göstərmək;

  • Demokratiyanın inkişafına dəstək demokratik dəyərlərin təbliği və cəmiyyətin bu proseslərdə fəal iştirakını təmin etmək ;

  • Ümumrespublika səviyyəli təşkilatlar, qurumlar arasında əlaqələndirmə funksiyasını yerinə yetirmək, mövcud əlaqələndirməni genişləndirmək, şəbəkə yaratmaq və informasiya axınını təmin etmək;

  • Yaradıcı qabiliyyəti olan insanları dəstəkləmək, onların inkişafına şərait yaratmaq;

  • Kütləvi İnformasiya Vasitələri, Yerli icra və özünü idarəetmə orqanları, dövlət strukturları, beynəlxalq təşkilatlar, siyasi partiyalar, fondlar, Qeyri-Hökümət Təşkilatları, yerli və xarici Ali və Orta İxtisas məktəbləri və qanunvericiliklə qadağan edilməyən digər təşkilatlarla əməkdaşlıq etmək;

  • Dünyada və Azərbaycanda dini, milli, etnik zəmində dialoqun güclənməsinə, tolerantlığın inkişafına səy göstərmək;

  • Gəncləri narahat edən problemləri onların özlərinin iştirakı ilə, eyni zamanda əlavə resurslar cəlb etmək yolu ilə həll etmək;

  • Qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət formaları ilə məşğul olmaq;