İnsan və teknoloji
İqtisadiyat və əxlaq arasında ayırıcı bir xəttin olduğunu qəbul etmədiyimi etiraf etməliyəm. İqtisadi çalışmalar bir fərdin və ya bir millətin əxlaqi asayişinə zərər verərsə, əxlaqa ziddir. Bu üzdən də bu növ iqtisadi fəaliyətlər günahdır. Bir ölkəni başqa bir ölkənin iqtisadi fəaliyəti öz sömürgəsinə dönüşdürürsə, bu da əxlaqa zidd olan durumdur.
İqtisadi fəaliyətlərdə bəlli edilən amaclar insanın mutluluğunu və rifahını təmin etməklə bərabər əxlaqi və fikri gəlişmələrə də imkan sağlamalıdır. Əxlaqi özəllikləri ruhani sözü ilə eşanlamı olaraq qullanıram. Bu hədəf desentral bir yöntəmlə, yəni mərkəzə bağlı olmamaqla gerçəkləşə bilər. Qeyri—aqressivliyi qəbul etmiş bir toplumda iqtisadi və idari sistem olaraq mərkəzçilik qəbul edilə bilməz.
Bu görüşümü açıqca söyləməliyəm ki, gərəyindən daha artıq ürətim xülyaları dünyadakı krizləri doğurmaqdadır. Bir an xəyal edəlim ki, makinaların ürətimi bəşərin bütün ehtiyaclarını bərtərəf edə bilər. Ancaq yenə də bir sorun çözülməmiş qalacaq. Yəni ürətim bəlli yerlərdə ürətiləcək. Bu üzdən də ürünləri başqa yerlərə çatdırmaq üçün dağıtım düzəni gərəkəcəkdir. Ancaq ürətim dəyişik yerlərdə gerçəkləşərsə, bu sorun kəndiliyindən çözülmüş olur. Bu durumda dolandırıcılıq və ehtikar üçün də fürsət qalmayacaqdır.
Makinaların sürəkli bolca ürətmələri tükəticilərin gerçək ehtiyaclarını göz önündə bulundurmaz. Bol ürətim öz-özünə yaxşı bir iş olsaydı, o zaman sonsuza qədər ürətimi artırmaq olardı. Ancaq bol ürətimin də öz içində bir sınırının olduğunu somut (konkret) şəkildə görmək mümkündür. Bütün ölkələr bol ürətim sistemini qəbul edərlərsə, tükətim üçün böyük bazarlara ehtiyac olmayacaq. Bu üzdən bol ürətim bir yerdə durmalıdır.
Sənayeləşmənin hər ölkə üçün lazım olduğunu düşünmürəm. Başqa ölkələrlə qiyasda Hindistan üçün sənayeləşmə daha az lazımdır. Bağımsız Hindistan sadə və şərəfli yaşam biçimini seçərək, kiçik əl sənayesi və tarım işləri aracıyla dünya barışına qatqıda buluna bilər. Hər gün bizə qəbul etdirilən qarmaşıq maddi həyat biçimi ilə böyük düşüncələr uyumlu ola bilməzlər. Nəcib yaşamaq sənətini öyrəndiyimizdə həyatın bütün gözəl incəliklərini görmək mümkün olur. Təhlükəli yaşam biçimində həyəcanlar ola bilər. Ancaq təhlükə və təhlükəli yaşam arasındakı fərqi anlamalıyıq. Yırtıcı heyvanlarla və vəhşi adamlarla dolu olan bir ormanda üzərində heç bir silah olmadan, sadəcə Tanrıya güvənərək yaşamağa cürət edən bir adam təhlükə ilə qarşı—qarşıyadır. Ancaq yüksəklikdə yaşayan bir adam insanların heyrətli alqışını qazanmaq üçün özünü aşağı atırsa, təhlükəli həyat şəklini seçmişdir. Birinci adamın həyatında böyük bir amac var, ikinci adamın həyatında heç bir amac yoxdur.
İndiki krizlərin və qarmaşıq durumun səbəbi nədir? Güclü millətlərin zəif millətləri sömürməsinin krizə səbəb olduğunu söyləmək istəmirəm. Gerçək səbəb qardaş millətlərin qardaş millətlər tərəfindən sömürülməsidir. Makinalaşma sənayesi ilə müxalifətim də bu üzdəndir. Makina bu millətlərə başqa millətləri sömürmələri üçün imkan yaradır.
Gücüm yetsə idi, bu an bu sistemi məhv edərdim. Ölümcül silahların bu sistemi çökərdəcəyinə inansaydım, heç şübhəyə qatılmadan ən ölümcül silahları qullanaraq bu sistemi ortadan qaldırardım. Böylə iş görmürəmsə, səbəbi budur ki, bu silahları qullanmaqla bu sistemin müdirləri və indiki rəhbərlər ölsələr də, indiki sistem ortadan qalxmayacaq, öz həyatına davam edəcək. Yöntəmləri ortadan qaldırmaq yerinə adamları məhv etmək istəyənlər yanlış yöntəm qullanmaqdadırlar. Bunlar, əslində kötülüyün gerçək qaynağını görmürlər.
Makinalaşma özünə yer etmişdir və davam edəcəkdir. Ancaq makinanın insan işlərini meydandan çıxarmasına izn verilməməlidir. Əkin yerini yeni və gəlişmiş makinalarla şumlamaq çox yaxşıdır. Ancaq bir adam bir makina düzəldərək Hindistanın bütün tarlalarını əkib tarım ürünlərini öz kontroluna keçirərsə, o zaman milyonlarca adam işsiz və ac qalacaq. Daha sonra da işsizlik onları axmaqlaşdıracaq. Necə ki, bir çox insanlar indiki durumda axmaqlaşdırılmışlar. Gün keçdikcə də axmaqların sayı artmaqdadır. Mən makinanın kənd və tarım iqtisadiyatını canlandırmasını dəstəkləyirəm. Ancaq makina aracılığı ilə əl sənayesini ortadan qaldırmağı cinayət hesab edirəm. Makinalaşma sonucunda işsiz buraxılan milyonlarca kənd əhalisinə evlərində başqa işlər verməklə, bəlkə bu sorunlar çözülə bilər.
Mənim qarşı çıxdığım makinalaşma “dəliliyi”dir, makina deyil. Makinalaşma dəliliyi daha az işçi qullanaraq, daha çox para qazanmağı amaclamaqdadır. Milyonlarca işsiz qalmalar hesabına zəniginləşmə. Mən də zaman və əmək qonusunda qənaətin tərəfdarıyam. Ancaq bu, toplumun çox az bir qisminə aid olmamalıdır, hər kəs üçün olmalıdır. Zənginliyin, yalnız azınlıq üçün deyil, hər kəs üçün olması şərti ilə artıb mərkəzləşməsinin tərəfdarıyam. İndiki durumda makina və makina sənayesi çox az bir qismi işlə təmin edərək milyonlarca insanı işsiz buraxmışdır. Makinalar işçilərin çətinliklərini azaltmaq üçün qullanılmadığından bəşərsevərlik duyqularından məhrumdur. Asan yolla daha çox zənginlik əldə etmə şəhvətini artırmaqdadır. Bütün gücümlə bu duruma qarşı savaşmaqdayam. Ən son amac insan olmalıdır. Makina insan bədəninin üzvlərini zəiflətmək üçün qullanılmamalıdır. Hind makinalarını bu arada mən istisna edirəm. Örnəyin singer dərzi makinasını təsəvvür edin. Bu makina ən verimli kəşflərdən biri sayıla bilər. Hətta bunun kəşfinin ötəsində bir də bir dastan var. Singer, xanımının paltar dikməkdə nə qədər əziyət çəkdiyini görürdü. Qadınına olan dərin sevgisi üzündən dikiş makinasını düzəltdi. Bununla da çox sevdiyi qadınının zəhmətlərini azaltmış oldu. Singer, yalnızca öz xanımının zəhmətlərini azaltmadı, həm də bütün qadınların ağır işlərinin yüngülləşməsinə yardımçı oldu. Mənim istəyim, durumun və iş şərtlərinin dəyişməsidir. Dəlicəsinə zənginləşmə çabaları ortadan qalxmalıdır. İşçiyə dəyər verilməlidir və işçi makinalara və zənginləşmələrə fəda edilməməlidir. Böylə olduğunda makina həm onun sahibinə, həm dövlətə, həm də işçilərə yararlı ola bilər. Makina qullanımı işçilərin zəhmətlərini və ağır işlərini azaltma kimi, insani amaclara xidmət etməlidir. Ehtiras yerinə məhəbbət yerləşərsə, hər şey düzələr.
Ipəyirmə makinaları* sənayeləşmə ilə yarışmaq və onu məhv etmək üçün deyildir. Amac Hindistanda bu vəsilə ilə işsizliyi ortadan qaldırmaqdır. Hindistan əhalisinin çoxu tarım işləri ilə uğraşmaqdadır. İl içində altı aydan artıq işsiz qalırlar. Bunun səbəbi uyqun bir işin olmamasıdır. Bu üzdən də əhalinin çoxu uzun sürəli aclıqla qarşı-qarşıya olurlar. Əllə ipəyirmə makinaları bu işsizlik sorununa bir çözgə (çarə) ola bilər.
Əllə ipəyirmə sənəti adına digər sahələrin dışlanmasından yana deyiləm. Əllə ipəyirmə sənətini yayqınlaşdırmamın böyük səbəbi var. Hindistanda on milyonlarca adam vaxtlarının çoxunu heç bir iş görmədən keçirirlər. Toxumu payızda əkib yazın sonlarında biçirlər. Əkim və biçim arasındakı zaman dilimi içində işsiz qalırlar. İşsiz qaldıqları bu sürə içində toxumacılıqla məşğul olmalarını istədim. Əlbəttə ki, bu işsizlik durumu olmasaydı, toxuma makinalarına da ehtiyac qalmazdı.
Ac bir adam hər şeydən öncə öz qarnını doyurma fikrindədir. Böylə bir adam bir tikə çörək üçün, hətta öz azadlığını da satar. On milyonlarca Hind əhalisi tam bu durumdadır. Onlar üçün azadlıq və Tanrı kimi sözlərin heç bir anlamı yoxdur. Bu insanlarda azadlıq duyqusunu oluşdura bilməmiz üçün onların işsizlik sorunlarına çarə bulmalıyıq. Ən aşağı məbləğdə də olsa, onları öz daxmalarında görə bilmələri üçün bir iş bulmalıyıq. Mənim önərdiyim toxuma makinaları bunun üçün çox uyqundur. Yoxsulluq, dərd və qəm yatağı olan ən kiçik evlərində də kəndlilər bu işi edə bilərlər. Qadın-kişi olaraq ailə tərkibində edə biləcəkləri işdir. Toxuma makinaları mənə görə bu sorunu kökündən çözüb və çalışqan bir toplum oluşdura bilər. Bu insanların işsizlik sorunu çözüldüyündə onlarla azadlıq və konqrə* haqqında danışmaq olar. On milyonlarca bu işsiz insanlara iş verəcək olan insan gerçək anlamda onların azadlığını təmin edəcəkdir. Ancaq bu yolla bu işsiz qalmış insanlarda azadlıq duyqusunu oluşdurmaq olar. Bu yolla onları azadlıq vurqunu etmək olar.
Hind şəhərlərinin kiçik malikləri Hind əhalisinin necə tədricən can çəkişdiklərini çox yaxşı bilirlər. Bu kiçik işçilər çox yaxşı bilirlər ki, onların bütün həyatları yabancı sömürücülərə yaramaqdan başqa bir şey deyildir. Çox az para qarşısında ruhlarının və bədənlərinin yabancıların kontrolunda olduğunu bilirlər. Hind xalqı qanının sömürücülər tərəfindən necə sömürüldüyünü onlar çox yaxşı bilirlər. Bunlar bilirlər ki, ingilis yasaları əsasında hindistanda təsis edilən hökümət bir sömürü aracıdır. Sömürünün ruhsuzlaşdırıb skletə dönüşdürdüyü insanların sayını Hindistanda saymaqla bitməz. Tanrı varsa, ingilislər və Hind şəhrnişinləri bu cinayətlərindən dolayı ona cavab vermək zorunda qalacaqlar. Hindistanda cərəyan edən bu cinayət, bəlkə bəşər tarixində bənzərsizdir.
İşsizliyə, tənbəlliyə, sömürüyə arac olmaması şərti ilə mən ən gəlişmiş makinaların qullanımından da tərəfdarlıq edəcəyəm. Yoxsulluğu, işsizliyi, ehtiyacı ortadan qaldırmanın ən kəsə yolu olduğundan mən toxuma cəhrələrini təklif etdim. İpəyirmə makinaları (Cəhrələr) öz türündə yaxşı makinadır. Mən bu cəhrələrdə bəzi dəyişikliklər edib, onu Hindistanın durumuna uyqunlaşdırmışam.
Hind kəndləri məhv olursa, Hindistanın da məhv olacaqdır. O zaman artıq Hindistan dünya qarşısında heç bir görəvlilik öz üzərinə ala bilməz. Hind kəndləri o zaman azad olacaq ki, kəndlər sömürülərdən qurtulmuş olsun. Sənayeləşmə geniş ölçüdə yayqınlaşarsa, birbaşa və ya dolaysız olaraq Hind kəndlərinin sömürüsü ilə sonuclanacaq. Çünkü bu, rəqabət və bazartapma işlərini də özüylə bərabər gətirəcək. Bu üzdən də diqqətlərimizi Hind kəndlərinə yönəltməliyik. Hind kəndləri öz iqtisadi gücünə dayanaraq ehtiyaclarını özləri bərtərəf etməlidir. Bu özəlliklər qorunarsa, kəndlərin ən yeni makinalarla donatılmasının da heç bir saqıncası olmaz. Yalnız bu makinaların başqalarının sömürüsünə yönəlməməsinə diqqət etmək gərəkir.
