Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
сярбяст ищ 2.docx
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
29.2 Кб
Скачать

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT RƏSSAMLIQ AKADEMİYASI

Azərbaycan dili və nitq mədəniyyəti fənnindən

  1. Şifahi xalq ədəbiyyatı;

  2. Nizami Gəncəvi xəmsəsi;

  3. Vilyam Şekspirin dramaturgiyası;

  4. Əli Əmirlinin dramaturgiyası;

  5. Bəxtiyar Vahabzadənin yaradıcılığı;

  6. Cabir Novruzun yaradıcılığı;

  7. Məhəmməd Fizuli “Leyli və Məcnun”;

  8. Azərbaycan Respublikasının dövlət himninin tarixi, yaradıcıları;

mövzularına dair sərbəst işin icrası.

Tələbə: Mahmudzadə Nazimpaşa

Kurs: I

İxtisas: Dizayn

Müəllim: A.Abdullayeva

Bakı – 2016

Azərbaycan Respublikasının dövlət himninın tarixçəsi və yaradıcıları

Rəsmi dövlətçilik termini kimi formalaşmış "himn" sözü yunan mənşəli ("humnos") olub, ilkin mənada qədim Yunanıstanda allahların və qəhrəmanların şərəfinə qoşulub oxunan təntənəli nəğmələri, XIX əsrə kimi isə Avropa ölkələrində dini nəğmə və mahnıları bildirmək üçün işlədilirdi. Müasir dövrdə isə "himn" sözü beynəlxalq dövlətçilik terminologiyasında "dövlət tərəfindən qəbul edilən milli müstəqillik və milli birlik rəmzi olan təntənəli musiqi əsəri, nəğmə, marş" mənasında sabitləşmişdir. Həmin termindən Azərbaycan dilində də eyni məna və funksiyada istifadə edilməkdədir.

Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra milli himnin - dövlət himninin hazırlanması və qəbulu ətrafında müxtəlif fikir və mülahizələr irəli sürülsə də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış “Azərbaycan marşı”nın dövlət himni kimi təsdiqinə üstünlük verilməsi unutdurulmuş tarixi yaddaşın bərpası ilə yanaşı, dahi Üzeyir bəy şəxsiyyətinin böyüklüyünün bir daha etirafı, onun milli himn yaradıcılığı yolundakı fədakar fəaliyyətinin məntiqi nəticəsi sayılmalıdır. Çünki Azərbaycan SSR-in Dövlət himninin də müəllifi dahi Üzeyir Hacıbəyov idi. Bu himn 1991-ci ilin oktyabrından artıq ömrünü başa vurmuşdu. Müstəqil Azərbaycan üçün yeni himn qəbul edilməsi tarixi zərurəti yaranmışdı. Həmin dövrdə yeni himn yaratmaq təşəbbüsü olsa da, hamı belə bir tarixi həqiqəti qəbul etdi ki, Üzeyir Hacıbəyovun Cümhuriyyət dövründə bəstələdiyi "Azərbaycan marşı" bu baxımdan əvəzedilməz sənət əsəridir. Tarixi reallığı vaxtında qiymətləndirən Azərbaycan Respublikasının Ali Soveti həmin marşı özünün iclasında geniş müzakirə etdi və qəbul etdiyi "Azərbaycan Respublikasının Dövlət himni haqqında" 27 may 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq olundu.

Bu himnin ilk baxışda çox dar görünən meydanında Əhməd Cavad doğma Azərbaycanın miniatür poetik tarixçəsini vermişdir: təkrarsız təbii gözəlliklərə, bərəkətli torpaqlara, təravətli şəfa sularına, zəngin yeraltı sərvətlərə malik olan yurdumuz əsrlər boyunca xarici işğalçıları cəlb etmişdir. Xalqın qeyrətli oğulları istiqlal davalarında qəhrəmanlıqla vuruşub bir sıra hallarda qüvvələrin bərabər olmaması ucbatından həlak olsalar da, ölümsüzlüyə qovuşmuş, vətəni xəritələrdən silinməyə qoymamış, onun mənəviyyatını, dilini, ədəbiyyatını qorumuşlar. Məhz buna görə bu gün hər bir qeyrətli cavan vətənin, xalqın “namusunu hifz etməyə”, “bayrağını yüksəltməyə” hazırdır. Nəqəratda dönə-dönə təkrarlanan “Azərbaycan!”, “Azərbaycan!” nidası mətnin və musiqinin bütün tərkib hissələrini özündə birləşdirən böyük və qüdrətli bir akkord kimi səslənərək, onların hamısını himnin əsas məqsədi, baş ideyası ətrafında toplayır.

Nizami Gəncəvinin “Xəmsə” yaradıcılığı

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Əbu Məhəmməd Nizaməddin ibn İlyas ibn Yusif ibn Zəki Müəyyəd Gəncəvi 1141-ci ildə Gəncədə anadan olmuşdur. Müdrik insan və alim, el ağsaqqalı kimi onu Şeyx Nizami deyə çağırmışlar. Nizaminin müxtəlif elm sahələrindən dərin bələdliyi göstərir ki, o, Gəncədə hərtərəfli təhsil almış, şəhərdəki zəngin kitabxanalardan istifadə etmişdir.

Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar “Xəmsə” (“Beşlik”) adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur.

Azərbaycan və dünya klassik ədəbiyyatı xəzinəsinin incisi – “Xəmsə” yə daxil olan ilk əsərini “Sirlər xəzinəsi” ni Nizami Gəncəvi 1177-ci ildə tamamamışdır. Bu əsəri yazarkən şair artıq ədəbi mühitdə istedadlı şair, gözəl lirik şerlər müəllifi kimi tanınırdı. Şair bu poemanı Kiçik Asiyadakı Ərzincan ölkəsinin hökmdarı Fəxrəddin Bəhram şah ibn Davuda həsr etmişdir. Səlcuq tarixçisinin yazdığına görə, poemanı oxuyandan sonra Bəhram şah demişdi: “Əgər mümkün olsaydı, mən bu əsərin mirvari kimi sapa düzülmüş misralarının müqabilində bütöv bir xəzinə hədiyyə edərdim. Çünki bu əsər sayəsində mənim adım dünya durduqca yaşayacaq.”

Nizami Gəncəvi 1180-ci ildə “Xosrov və Şirin” poemasını yazmağa başlamış, 1188-ci ildə digər poeziya incisini – “Leyli və Məcnun” poemasını, 1196-cı ildə isə “Yeddi gözəl” əsərini bitirmişdir.

“Leyli və Məcnun” böyük şairin ömrünün püxtələşmiş dövründə- 47 yaşında yazılmış bir əsərdir. Bu dastanın mövzusu ərəb mənbələrindən götürülmüşdür. Bundan başqa o, faciəli eşq macəraları, o cümlədən xalq arasında dolaşan rəvayət və hekayələrdən ilham götürmüşdür. Əsər Şirvanşah II Axsitanın sifarişi ilə yazılmışdır.

“Yeddi gözəl” nağılvari bir poemadır. Əsərdə Sasani hökmdarı Bəhram Gurun sərgüzəştlərindən bəhs olunur. Şair poemada oxucuların diqqətini əbədi problemlərdən olan ədalətli şah məsələsinə yönəldir. Əsərin sifarişçisi Marağa hakimi Əla əd-Din Körpə Arslan idi. Poemada ondan başqa oğlanlarının da adları çəkilir.

Ən böyük, monumental əsəri olan “İskəndərnamə” poemasının yazılmasına şair ömrünün son illərini həsr etmişdir. Əsərin birinci hissəsi – “Şərəfnamə” 1199-cu ildə hazır idi. Kitabın “İqbalnamə” adlana ikinci hissəsini isə şair 1203-cü ildə bitirmişdi.

“İskəndərnamə” bir sıra Şərq xalqlarının yazılı və şifahi ədəbiyyatında geniş yayılmış Makedoniyalı İskəndərdən bəhs edir. “Şərəfnamə” hissəsində görünür ki, İskəndərin müharibələr aparmaqda məqsədi ədaləti hər yerdə bərpa etməklə yanaşı, həm də bu ölkədə yayılmış biliklərə sahib olmaqdır. Eyni zamanda bu əsərdə şairin yüksək vətənpərvərlik hissləri də öz əksini tapıb.

“İskəndərnamə” nin ikinci hissəsi olan “İqbalnamə” də İskəndərlə bağlı müxtəlif hekayələr bir-birini əvəz edir və əsərin süjetini açır.

Dünya kitabxana və muzeylərində Nizami “Xəmsə” sinin yüksək ustalıqla işlənmiş 900-dən çox nüsxəsi saxlanılır. Bunlar arasında bir nüsxə xüsusilə seçilir. Həmin nüsxə Şah İsmayıl Xətainin dövründə Təbrizdə Uzun Həsənin məşhur kitabxanasının əsasında qurulmuş yeni kitabxananın emalatxanasında 1543-cü ildə Səfəvi şahı I Təhmasib üçün hazırlanmışdır. Bu əlyazma hazırda Britaniya muzeyində saxlanılır. Başqa bir qiymətli nüsxə 1239-cu ildə Gəncə xəttatı Fəzullah İbn Məhəmməd ibn Ömər tərəfindən işlənmiş “Sirlər xəzinəsi” dir ki, bu da Londonda “İndia Office” kitabxanasında saxlanılır.

Nizami 1209-cu il martın 12-də 68 yaşında dünyasını dəyişmişdir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]