Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Motivasiya və uğur qazanmaq üçün taktikalar

Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək rüh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir.  Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir. 1. Gələcəyinizi yazın Təmiz bir kağızda bir-iki paraqraf şəklində arzuladığınız gələcəyin hekayəsini yazın. Gələcəkdə görəcəyiniz işi, yaşadığınız yeri və sahib olduqlarınızı yazın. Bu, sizi həm indi, həm də gələcəkdə motivə edəcək. 2. Gələcəyi gözünüzdə canlandırın  Gözlərinizi yumun və özünüzü gələcəkdə etmək istədiyiniz işi görərkən canlandırın. Sağlam bir şəkildə idmanla məşğul olursunuz, bağçanızdakı çiçəklər ilə maraqlanırsınız və ya çalışırsınız. Nümunə üçün; xəyalınızda kiçik bir iş yeri açmaq varsa, özünüzü təqdimat günündə, müştəriləriniz və işçiləriniz ilə salamlaşarkən xəyal edin. Beləcə, xəyallarınızı reallaşdıra bilərsiniz. 3. Keçmişi gözünüzdə canlandırın Keçmişi gözünüzdə canlandırarkən, daha əvvəl harada olduğunuzu və nə qədər yol qət etdiyinizi görəcəksiniz. Planlı hədəflərinizə nə qədər çatdığınızı və harada səhv etdiyinizi başa düşəcəksiniz. Və bu, sizin doğru yolla irəliləməyinizə şərait yaradacaq. Məsələn, hər hansı bir sürücü yalnız qarşısına baxsa və arxa güzgüdən istifadə etməsə nələrlə qarşılaşa bilər? Zaman-zaman keçmişə baxmaq, ən azından sürücünün arxa güzgüyə nəzər yetirməsi qədər faydalıdır.  4. Dərindən düşünün  Gələcəyinizlə bağlı hərtərəfli düşünməkdən qorxmayın. Bu, qısa müddətli uğursuzluqlara tab gətirməyinizi asanlaşdıracaq. Əngəllər sizə mane olmayacaq. Çünki, sizin gözləriniz böyük hədəfə zillənmiş olacaq. Uzun müddətli ayrılıqdan sonra sevdiyinizə qovuşacağınızı düşünün, onu qarşılamağa gedərkən, sizi bütünlüklə isladan yağış narahat edə bilərmi?  5. Özünüzü maarifləndirin Hədəf və ya arzunuz ilə bağlı hər şeyi öyrənin, oxuyun, araşdırın, dinləyin və təcrübədən keçirin. Əgər yazıçı olmaq istəyirsinizsə, təhsil alın, mütaliə edin, yazın, digər yazıçılar ilə əlaqə saxlayın, məsləhətləşin.  6. İntizamlı olun Səliqəli, zövqlü və yüksək səviyyədə təşkil olunmuş ev, ofis də əhvalımıza müsbət təsir edir. Fiziki dağınıqlıq, zehni dağınıqlığa səbəb olur. İntizamlı, sistemli bir həyatınız olsun, beləcə özünüzü hər gün daha da yüksəkdə hiss edəcəksiniz. Nümunə üçün; gecə yatma, sabah qalxma saatınız mütəmadi olsun. Səhərlər mütləq nahar edin və ən azı yarım saat idmanla məşğul olun.  7. Evinizdə və ofisinizdə sizi motivasiya edəcək şeylərə yer ayırın  Evinizdə, ofisinizdə, avtomobilinizdə, portmanatınızda sizə hədəflənmiş və xəyallarınızı xatırladacaq simvollara, işarələrə, qeydlərə və ya obyektlərə yer ayırın. Bu əşyalar, sizin motivasiyanızın davam etməsi üçün şərait yaradacaq. Son model bir avtomobilə sahib omaq istəyirsinizmi? O zaman xəyalınızdakı avtomobilin şəkillərini otağınızın divarlarına asın, portmanatınızda saxlayın və ehtiyac duyduğunuz an baxıb, hədəfinizi xatırlayın.  8. Könüllü işlərə qoşulun Könüllü olaraq başqa insanlara kömək edin. Bunu etdikdə, digər insanları sevindirməyin nə qədər məmnunedici bir şey olduğunu dərk edəcəksiniz. Həftə sonları, həyat yoldaşınızla birlikdə “Körpələr evi”nə getmək yaxşı ideya ola bilər.  9. Öz motivasiyanız ilə başqalarını başqalarına müsbət enerji verin  Ən yaxşı öyrənmə metodu, öyrətməkdir. Uşaqlarınızın daim yüksək ruh yüksəkliyində olmalarına, dostlarınızın daha effektli hədəflər müəəyyənləşdirmələrinə, həyat yoldaşınızın şəxsi arzularını reallaşdırmağa kömək edin. Onlara kömək etdikdə, əslində özünüzə də kömək etmiş olursunuz. 10. Uşaqlarınızla vaxt keçirin Uşaqlarınızla vaxt keçirmək sizə perspektiv qazandıracaq. İş və ya özəl həyatınızdakı narahatlıqlar, uşaqlarınız ilə əyləndikdə əriyib gedəcək. Uşaqlar hər şeyə asan yolla baxarlar və hətta bunu öyrənmək bizim üçün faydalı ola bilər. 11. İdmanla məşğul olun və avtomobil idarə edin Ətrafı gəzin və ya olduğunuz istiqamətdə avtomobilinizlə dolaşıb, rahatlaşın, sərbəst vaxt keçirin. Hamımızın istirahətə ehtiyacı var və əslində sürətli qaçış, avtomobil sürmək, həqiqətən yaxşı bir həlldir. Bu şəkildə etdiyiniz məkan dəyişikliyi, üzərinizdəki mənfi emosiyaları dağıdacaq. 12. Uğurlu hekayələr oxuyun Ətrafınızdakı insanların uğurlu hekayələrini oxuyun. Hətta gündəlik qəzetlərdə belə, sizə ilham verəcək, ruhlandıracaq və enerji verəcək parçalarla zəngin kiçik uğurlu hekayələr var. Kitabxanalar insanların həyat yolundan bəhs edən bioqrafiya və avtobioqrafiya ilə zəngindir. Bu kitablar sizləri uğur əldə etmək üçün rəflərdə həyacanla gözləyir.  13. Musiqi dinləyin Musiqi sakitləşdirir, həyəcanlandırır, kədərləndirir və hətta ruhlandırır. İdmanla məşğul olarkən Rocky-nin film musiqisini dinləmək, musiqini mötivator olaraq istifadə etməyə ən gözəl nümunədir. Sizi ruhlandıran musiqiləri seçin və ehtiyac duyduğunuz zamanlarda onlardan faydalanın. Məsələn, səhərlər ofisimdə və ya təhsil verəcəyim şirkətə gedərkən, xalq mahnısı dinləmək məni ruhlandırır. 14. Ruhlandırıcı filmlər izləyin Sizi ruhlandıran filmlərin siyahısını tırtib edin və kiçik bir arxiv hazırlayın. Nümunə; “Forrest Gump” filmini izləmək bir çox insanı ruhlandıra bilər. Bilirik ki, bu filmdə İQ’su normal insandan daha çox ağılsız bir insan kimi böyük uğurlar qazanır.  15. Sağlam şəkildə qidalanın Xoşbəxt həyat üçün, düzgün qidalanma çox vacibdir. Düzgün pəhriz, sizin vücüdunuz üçün lazım olan bütün qida, vitamin və mineralları özündə birləşdirir. Daha artığı isə təbii ki, zərərli ola bilər. Necə deyərlər “sağlam bədəndə, sağlam ruh olar”. Vücudunuz və motivasiyanız üçün sağlam qidalanın. Siqaret və içkidən uzaq durun.  16. Kifayət qədər yatın Bəzi insanlara 6 saat yuxu kifayət edərkən, bəziləri üçün isə 8 saat kifayət edə bilər. Kifayət qədər yatdığınıza əmin olana kimi yatın. Ancaq, 8 saatdan artıq olmamasına da fikir verin. Davamlı bir yuxuya sahib olmağın, həm vücudunuz, həm də zehniniz baxımından nə qədər faydalı olduğunu görəcəksiniz.  17. Davamlı mütaliə edin Ən önəmli dərs budur. Ətrafınızdakı dünya haqqında davamlı öyrənməyə davam edin və əsla dayanmayın. Sizi maraqlandıran şeylər haqqında oxuyun, dinləyin və araşdırın. Məsələn; sizə ünvanlanan hər hansı bir suala “bilmirəm” deyə cavab verdikdən sonra, dərhal o haqda bilmədiklərinizi öyrənin. Maraqlı olun. Bilirsiniz, maraq elmin müəllimidir. 18. Hədəflərlə çalışın. Hədəflərlə bağlı ən önəmli ipucu budur. Hədəflərlə çalış..! Hədəflər, həyatınızın bütün sahələrindəki inkişafınız üçün önəmlidir, hədəfsiz çalışsanız, inkişafınızda çətinliklərlə qarşılaşarsınız. İstədiyinizi əldə etmək üçün, işinizi şansın öhdəsinə buraxmağınız heç də ağıllı fikir deyil. Earl Wilson’un gözəl bir sözü var. “Uğurmu? Uğur tamamilə şansa bağlıdır. İnanmırsınızsa uğursuz insanlardan soruşun...!” Hədəflərlə çalışın, onlar sizə uğuru və yanında dirilik alması olan xoşbəxtliyi gətirəcəklər. 19. Beyin fırtınası yaradın Təmiz kağız və qələm götürün. Uyğun bir məkan seçin. Kiminsə sizi narahat etməyəcəyi, telefonlardan uzaq bir məkan tapın. Sonra düşünün, düşünün və təkrar düşünün. Ağlınıza gələn hər ideyanı yazın. Maliyyə hədəfləri, şəxsi hədəflər, ictimai hədəflər, sağlamlığınız ilə əlaqəli olanlar və s. Bütün fikirləri yazın.  Bitirdikdə, üzərində çalışmaq üçün lazım olan bir çox hədəfləriniz olacaq. Bunlar arasından sizin üçün mühüm olanları seçin.  20. Hədəfinizi kağız üzərinə yazın Üzərində çalışağınız hədəfi seçmədən öncə, onu bir kağızda yazın, hədəfinizin reallaşmasını təmin edin. Beləcə, sizin üçün lazım olub-olmamasına daha asan qərar verə bilərsiniz. 21. Hədəfi seçmə səbəblərini yazın  Nə üçün məhz bu hədəfi seçdiniz? Hədəflərinizin hər biri üçün, “Bunun mənə nə xeyri var” sualını verin. Hədəfi seçmə səbəblərinizi asanlıqla açıqlaya bilməlisiniz. Əgər açıqlaya bilmirsinizsə, bu hədəfi siyahıdan silin və  digərinə keçin. 22. Hədəfinizin spesifik olmasını təmin edin  Hədəfinizin effektli ola bilməsi üçün, onu spesifik olaraq ələ alın. “Uşaqlarınız ilə ünsiyyətinizi inkişaf etdirmək” çöx mühüm və dəyərlidir, ancaq hədəfiniz adına çox geniş bir təqdimat olacaq. Bunun əvəzinə, daha spesifik hədəf müəyyənləşdirin. Məsələn, bazar günləri birlikdə gəzintiyə çıxmaq, şam yeməklərini 19:00-20:00 arasında birlikdə etmək və ya gecə yatmazdan əvvəl onlarla 1 saat söhbət edərək məlumat və təcrübələrinizi bölüşmək kimi. Bu, sizi hədəfinizə daha asan yaxınlaşdıra bilər. 23. Başlanğıc tarixindən istifadə edin Termin mühimdir, ancaq onun qədər mühim olan başqa bir mövzu daha var ki, bu da başlanğıc tarixinin konkret olmasıdır. Hədəfiniz üçün yola çıxarkən, başlanğıc tarixini ertələməyə yönəlmiş bir sıra səbəbiniz olacaq. Bunun öhdəsindən gəlmək üçün, başlanğıc tarixini müəyyən edin və o tarixə sadiq qalın.  24. Özünüzü çox yükləməyin  Lazım olandan artıq və ya eyni anda bir sıra hədəf üzərində çalışmayın. Başlamaq üçün birlə üç arası hədəf uyğundur.  25. İrəliləyişlərinizi ölçün İşlərinizdəki irəliləyişləri olçün. 300 səhifəlik bir roman yazmaq istəyə bilərsiniz. 300 səhifəni birdən hədəfə almayın. 25-lə 50 səhifəlik artımlar şəklində planlaşdırın və tamamladığınız səhifələrin gündəlik siyahısını tutun. İrəliləməyinizi ölçmək, hədəfiniz reallaşana kimi əhval-ruhiyyənizi yüksək səviyyədə saxlayacaq.  26. Özünüzü mükafatlandırın Özünüz üçün mükafatlar müəyyənləşdirin. Hədəfinizə nail olduqda və ya kiçik də olsa bir addım atdığınız zaman özünüzü mükafatlandırın və bunu qeyd edin. Çox çalışdınız və buna layiq oldunuz. Ailənizlə evdən kənarda nahar edin, qısa bir səyahətə çıxın və ya sizi həvəsləndirəcək başqa şeylər edin.  Davranış hər şeydir. Aşağıdakı ipucları, müsbət davranışlara sahib olmağınıza köməkçi olacaq. 27. Düzgün kəlmələrdən istifadə edin Gündəlik ünsiyyətinizdə, “ Bunu bacara bilərəm” və ya “Bir çıxış yolu taparıq” kimi müsbət cümlələrdən istifadə etməyə diqqət yetirin. Qurduğunuz cümlələrin sizin psixologiyanız və davranışlarınız üzərində son dərəcə önəmli təsiri olduğunu unutmayın. 28. Yoldaşlarınızı seçin Yoldaşlarınızın mənfi davranışları varmı? Bu sizə təsir edirmi? Birlikdə vaxt keçirdiyimiz insanlar, çox vaxt bizə təsir göstərə bilər. Əgər ofisinizdəki və ya evinizdəki insanlar sizi mənfi enerji ilə yükləyirlərsə, bu vəziyyəti dəyişdirəcək lazımlı addımları atın.  29.Digərlərinin nə dediyini dinləyin Özümüzə pozitiv bir insan olduğumuzu söyləməkdən zövq ala bilərik, lakin bu hər zaman doğru deyil. Yoldaşlarınızın və ailənizin sizin davranışlarınızla bağlı söylədiklərini dinləyin, eşitmək istəməyəcəyiniz şeylər söyləyə bilərlər. Ancaq unutmaq lazım deyil ki, həyatdakı ən müsbət dəyişikliklər, tənqidlərdən sonra yaranır. 30,Sizi nələrin narahat etdiyini öyrənin Sizi nələrin narahat etdiyini bildiyiniz zaman, içində olduğunuz neqativ vəziyyətdən uzaqlaşa bilər və bunun nəticəsi olaraq ortaya çıxan gərginlik və yorğunluqdan qoruna bilərsiniz. Əgər uzaqlaşa bilməyəcəyiniz bir vəziyyətdirsə, onu aradan qaldırmaq üçün nələr edə biləcəyinizi düşünün. 31.Fasilə edin Tez-tez açıq havada gəzintiyə çıxın, sıxıldığınız hallarda fasilə edin. Bu sizin hadisələrə fərqli perspektivdən yanaşmanızı təmin edəcək. Məsələn, həyat yoldaşınızla hər hansı probleminiz var və ya işdə hansısa çətinliklərlə qarşılaşmısınız, ani reaksiyalardan qaçın, fasilə edin, ətraflı şəkildə düşünün və sonra hərəkətə keçin. Bununla yanaşı, davamlı şəkildə çalışmayın, fasilə etməyi bacarın. Baltanızı tanımadan yeni odunlar kəsməyə hazırlaşmayın. 32.Hərəkətə keçməzdən əvvəl iki dəfə düşünün Hərəkətə keçməzdən əvvəl, səbəbləri ilə birlikdə hərəkətləriniz haqqında düşünün. Əgər işçiniz, sizə də təsir edə biləcək müəyyən yanlışlıq edibsə, dərhal özünüzdən çıxmayın. Ən düzgün çıxış yolu üzərində düşünün. Bunu iki dəfə etdikdən sonra hərəkətə keçin. İki dəfə dinləyib, bir dəfə danışmağımız üçün, iki qulağımız və bir ağzımız olduğunu unutmayaq. 33. Sahib olduğunuz şeylərin dəyərini bilin Ətrafınıza baxın və sahib olduğunuz hər şeyin dəyərinin fərqinə varın. Yoldaşlarınız, ailəniz, karyeranız, eviniz və ya başqa hər hansı bir şey. Hətta bu öz-özlüyündə xoşbəxtlik qaynağıdır. Mənfi şeylərin həyatımıza necə girdiyinin əhəmiyyəti yoxdur, biz sahib olduğumuz şeylər üçün şükr etməliyik. Fərqli bir yöndən baxın və həyatınızdakı gözəl şeylərin dadını çıxarın. 34. Həmişə xoşbəxt olmaq məcburiyyətində deyilsiniz Bəzən, özünüzü pis hiss etməyinizin heç bir mənfi tərəfi yoxdur. Hər zaman sevincli, emosional, enerjili olmaq məcburiyyətində deyilsiniz. İşlərin yolunda getmədiyi, özünüzü pis hiss etdiyiniz günlər də olacaq. Dərd etməyin, problemlər də keçər. 35. Məntiqlə hərəkət edin Problemlərə məntiqlə yanaşın. Hisslərinizlə hərəkət etsəniz, nəticələrlə barışmaq məcburiyyətində qalarsınız.  36. Dedi-qodudan uzaq olun Ətrafınızda gəzən neqativ söhbətlərə qoşulmayın. Əgər qarşınızdakının bu istiqamətdə davam etdiyini görsəniz, üzr istəyərək mədəni şəkildə ordan uzaqlaşın. 37.Günə gözəl başlayın Günə gülümsəyərək başlayın. Bugün, bacara biləcəyiniz və xoşladığınız bir çox şeyə sahib olacaqsınız. Həyat qısadır...! Ancaq, bu gün geriyə qalan həytınızın ilk günü. Bunu əsla unutmayın. 

Var-dövlət yığma vərdişləri

Maliyyə işləri ilə bağlı bütün başlanğıclar çətindir, lakin mürəkkəb şəraitdə sabitliyə görə gələcək mükafat tələb olunan qurbanların xoşagəlməzliyindən daha artıqdır. Mənə diqqətlə qulaq asın: maliyyə başlanğıclarının qaydaları mövcuddur, və siz varlanmağa doğru gedən yolla getməyə başlayırsınızsa,son nəticədə insan kütləsindən seçilərək talenin üzünə güldüyü insanlardan birinə çevrilmək üçün zəruri olan: var-dövlət yığmağın vərdişlərini, fəlsəfi dinamika və maliyyə impulsunu tutub, onları öyrənib istifadə etməlisiniz. Bu qaydalar üçdür və onlar aşağıda təsvir edilmişdir.

Qayda 1 Qismətinə varlı olmaq çıxmış insan var-dövlət yığma yoluna qədəm qoyarkən, eyni zamanda həm pula, həm də maddi əşyalara malik ola bilməz. Varlı olmaq üçün pul kisəsini dolduran pullar barədə çətin qərarlar qəbul etmək lazım gəlir. «Yığıb saxlamaq» və «xərcləmək» sözləri yoxsulluqla mübarizədə müttəfiq deyillər. Əgər siz qazandığınız pulların hamısını sadəcə əşyalar almağa sərf edirsinizsə, daim şeylərin bolluğuna sevinəcək, lakin heç vaxt sabit maliyyə müstəqilliyinin nə olduğunu bilməyəcəksiniz. Əksinə, siz özünüzdə pul xərcləmək arzusunu öldürüb onları qorumağa cəhd edirsinizsə, vaxt gələcək, böyük sərvətlər toplaya biləcəksiniz və həmişə dolu pul kisəniz və arzu etdiyiniz əşyalarınız olacaq. Daha sadə dildə, siz maddi əşyalara daha çox aludəsinizsə, heç vaxt varlı olmayacaqsınız. Lakin məqsədiniz pul yığmaq olarsa, bir dəfə lazım olan hər şeyi əldə edəcəksiniz. Sonuncu variant – ağıllı olanın seçilməsidir. Bütün maliyyə başlanğıcları ya ömrün erkən çağlarında, ya da onun qürubunda qurbanlar vermək tələb edir. Gənclik illərində edilən qurban çoxlu xoşbəxt günlər şəklində mükafatlar gətirdiyi halda, ömrün sonlarında edilən qurban arasıkəsilməyən mübarizə və ehtiyacdır. Qurbanı elə indi verin ki, qalan ömrünüz boyu qazanacağınız var-dövlətdən bəhrələnəsiniz. Qayda 2. Qismətinə varlılıq düşmüş insana qazandığının bir hissəsini yığmaq vərdiş halına çevrilməlidir Əgər siz pul kisənizi doldurmaq üçün yorulmadan işləyirsiniz, lakin aşkar edirsiniz ki, qazandığınızdan özünüzə çox az hissə ayırırsınız və ona görə də az yığılır, bu o deməkdir ki, özünüzü düşüncəsiz aparırsınız. Qazandığınız hər on pul vahidindən minimum birini özünüzə saxlayın. Siz nə vaxtsa maliyyə mümtəqilliyinə nail olmaq istəyirsinizsə, bu, əməl edəcəyiniz fundamental prinsipdir. Özünüzü pul ayırdıqdan sonra qalan pullardan hökumətə və bütün maliyyə öhdəliklərini ayırın. İlk növbədə özünüzə, sonra başqalarına pul ayırırsınızsa, bütün maliyyə çətinlikləriniz aradan qalxacaq. Bu fundamental qanuna gəldikdə, heç bir kompromis yoxdur. Deyə bilərsiniz ki,«İndi mənim ticarət adamlarına pul ödəməyə və ya sevdiyim insanların tələbatını ödəməyə pulum çatmırsa, birinci növbədə özümə necə pul ayıra bilərəm? Bu, ticarət adamlarını və borc verənləri əsəbiləşdirə bilə. Mən sizə cavab verim: — qoy əsəbiləşsinlər. Sizin yeganə öhdəliyiniz – özünüzə pul ayırdıqdan sonra qalan hissədən onlara ədalətli hissəni verməkdir. Onlar lazım olduğu və tələb etdikləri ödənişləri görmədikdə sizə hədə-qorxu gəldikdə və ya etiraz etdikdə bu sizə qəribə gəlməsin. Hər şey deyildikdən və edildikdən sonra onlar sizin şərtlərinizlə vaxtında edilən ödənişlərlə razılaşacaqlar. Sizin şərtlərinin ədalətli olmalıdır. Yalnız o zaman uğur qazanacaq, daha çox pul əldə edəcək və onlara olan borclarınızı ödəyəcəksiniz. Onların hər biri ilə sona qədər hesablaşdıqdan sonra bir daha düşüncəsiz addımlar atmayın. Məsləhətim belədir: borcsuz yaşamağı öyrənin. Qayda 3. Taleyinə varlı olmaq yazılan insan ağıllı məsləhətlər axtarmalı və ağılla hərəkət etməlidir, və bu zaman onun əmanətləri gələcəkdə yeni əmanətlərin axınını təmin edər. Kapital böyük məhsuldarlığa malikdir. Pullardan çoxlu miqdarda pul doğur və bu törəmə pullar daha çox meydana gətirir. Və bu istehsal potensialının son həddi yoxdur. Məhsuldar torpağa əkilmiş bir qoza lazımi qida aldıqda, minlərlə meşəyə çevrilir. Pullarla da belədir. Allahın bizə buyuruğu törəmək, çoxalmaq, sahib olmaqdır. Bu buyuruq həyatımızın bütün tərəflərini, o cümlədən maliyyə tərəfini də əhatə edir. Bəzi insanlar ömür boyu var-dövlət yığır və bununla da, Allahın məhsuldar olmaq öyüdünə əməl etdiklərini düşünürlər. Lakin onlardan çoxu Tanrının «qazandığınızı çoxaldın» öyüdünü yerinə yetirmək müyəssər olmur və bununla da, şəxsi maliyyə vəsaitlərinə əsl sahiblik edə bilmirlər. Əgər siz həqiqətən də, daim nazik olan pul kisəniz üçün daim təsir edən dərman axtarırsınızsa, törəmək, çoxalmaq və sahib olmaq öyüdünə əməl etməyinizi, xüsusilə də maliyyə məsələlərində bu tapşırığı yerinə yetirməyinizi məsləhət görürəm. Allahın bu mandatı – bütün həyatınız boyu təsir edən yeganə dərmandır. Məni diqqətlə dinləyin: siz başa düşməlisiniz ki, insan özünün şüurlu və fiziki enerjisini müstəsna olaraq həyatının işinə yönəltdikdə məhsuldar olur. Əgər siz məşğul olduğunuz işi də sevirsinizsə, deməli bəxtiniz gətirmişdir. Bütün əqli və fiziki qüvvələrinizi birləşdirib məqsədə yönəldən zaman nəhəng gücə malik olursunuz. Şüurla hesablanmış və işinizə sərf etdiyiniz əqli və fiziki qüvvələriniz məhsuldarlığınızı və bunun nəticəsi kimi qazancınızı müəyyən edir. Başlanğıc üçün adi təcrübə kimi həftənin altı günü gərgin əmək üçün, yeddinci günü əqli, fiziki və mənəvi yeniləşmə üçün ayrılır. Şəxsi intizam yaxşı əmək vərdişləri üçün mühüm zəmindir. Yadda saxlayın: əvvəl siz öz vərdişlərinizi yaradırsınız, sonra isə vərdişlər sizi yaradır. İşinizi planlaşdırmağı vərdiş edin. Planla işləməyi nizama salın. Bu plana ailə ilə ünsiyyəti də daxil edin, çünki ailəniz qiymətli xəzinəyə bənzəyir. Tez bir zamanda varlanmaq üçün pul borc etmək fikrindən daşının. Başa düşün ki, ani sərvət üçün qaçmaq həyatınızı boş pul kisəsi ilə yenidən başlamağa doğru aparan yoldur. Ağır və çətin zəhmətlə qazanılmış pullar hesabına görünməyən mənfəət vəd verən alver əməliyyatlarından qaçın, çünki itirmək riski çox böyükdür. Pullarınızı saxlamaq üçün etibarlı yer tapın ki, sizə buna görə ədalətlə ödənişlər edilsin və əmanətlərinizin sabit artımını təmin edilsin. Qarşınıza varlanmaq məqsədini qoyduqdan sonra şəhərinizin varlı insanlarına məsləhətləri ilə kömək edən ağsaqqala müraciət edin. Təcrübəli məsləhətçi (müşavir) sizin zəhmətlə qazandığınız pulların daha çox əmanət gətirməsi üçün harada istifadə olunmağını daha yaxşı bilir. Ağıllı məsləhətçi elə edəcək ki, siz rahat yatdığınız zaman da gəlirləriniz artsın. Lakin heç vaxt, heç bir şəraitdə məsləhətçiyə o dərəcədə inanmayın ki, bütün pullarınızı ona verəsiniz, o sizin tövsiyələrinizə də qulaq asmasın. Seçdiyiniz məsləhətçinin yüksək ixtisas dərəcəsinə baxmayaraq,sərvətlərinizin çoxalmasına özünüz nəzarət edin.  Mən Dəməşqdə əzəmətli bir malikanə sahibi Hafid adlı varlı bir insanı tanıyırdım. O, çox işləyib çox qazanan tacirlərdən olsa da, bütün maliyyə işlərini ixtisası kifayət qədər olmayan bir məsləhətçiyə etibar etmişdi. Məsləhətçi də öz növbəsində bu pulları artırmaq məqsədilə bir çox riskli müəssisələrə pullar tökürdü. Nəticədə məsləhətçinin bu ehtiyatsız hərəkətləri sayəsində Hafid əlində olan vəsaitlərin hamısını itirmiş oldu. O, hər şeyi təzədən başlamağa cəhdlər edəndə mən ona görə həyəcan keçirirdim. Lakin o, əvvəlki var-dövlətinə çata bilmədi. Təəssüf ki, Hafidin başına gələn əhvalat adi əhvalatdır və nəsillərdən-nəsillərə keçir. İnsan bu cür vəziyyətlərə düşməmək üçün nə vaxtsa kifayət qədər ağıllı olacaqmı? Buna şübhə edirəm. Lakin bu təcrübədə ibrət dərsi var və nə qədr ki, pullar düşünülmədən risklə paylaşdıqda heç vaxt böyük qazanc gətirməyib. Pullar vaxt və ağır zəhmət tələb edir, lakin bacarıqlı məsləhətçilərin əlində onlar hərəkətsiz qala bilər və nə vaxtsa əlinizdən quş kimi uçub gedə də bilər. Maliyyə işlərinizə nəzarəti qurmaq üçün siz ilk növbədə, maliyyə azadlığına nail olmalısınız ki, bu da sizin artan maliyyə tələbatlarınından doğan ehtiyacdan irəli gəlir və bu ehtiyaclardan xilas olmaq deməkdir. Bu, həm də sevdiyiniz insanların yaşayışını və minimum rahatlığınıtəmin etmək üçün həyəcanlardan azad olmaq deməkdir. Maliyyə azadlığı maliyyə başlanğıcları qaydalarının yerinə yetirilməsinin vərdiş halını alması vasitəsilə nail olunur. Maliyyə azadlığına nail olunduqda, nəzarət imkanı yaranır. Mən sizə maliyyə başlanğıcı qaydalarına riayət etməyi və məhsul vermək, çoxalmaq və əldə etdiyiniz maddi sərvətlərə sahib olmağı məsləhət edirəm. Elə indi başlayın, şəraitin necə olub-olmamasından asılı olmayaraq. Sabaha saxlamayın, ona görə ki, sabah heç vaxt olmayacaq. Sabah – yalnız uğursuzluqlar olan saxta sığınacaqdır. Ağıllı olun, bu günlə yaşayın, mümkün olan hər şeyi bu gün edin və vaxt gələcək, xəzinəniz dolacaq və həyatınıza xoşbəxtlik daxil olacaq. Yaddaş üçün Siz qazandığınızın böyük hissəsini qoruyub saxlamalı və öz əmanətlərinizi elə istifadə etməlisiniz ki, onlar sizin üçün işləsin və tükənməyən gəlirlərinizin axınını təmin etsin.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]