- •Axmaq puma sindromu
- •Təbrik məktubları haqda lətifə
- •Daxili intizam
- •Fərdi inkişaf haqda bir qədər
- •İnam və uğur
- •Fikirləşirəm, deməli yaşayıram
- •Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət
- •Bir addım atın
- •Motivasiya və uğur qazanmaq üçün taktikalar
- •Zehnin gücü ilə zəngin olmağın yolları
- •Dirilərdən çox qazanan ölülər
- •Qumar oynayanlara biznesmen məsləhəti
- •Sürəkli inkişaf
- •Sən ki ağac deyilsən!
- •Kəşfiyyat: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı?
- •1.1.2. Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •1.1.3. Şəxsiyyətin intellektual(koqnitiv) xarakteristikası.
- •1.1.4. Şəxsiyyətin iradi(evokativ) xarakteristikası.
- •1.2. Şəxsiyyətin relyativistik xarakteristikaları
- •Özümüzə olan inamı artıraq
- •Bədən dili
- •Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)
- •Məqsədsiz olmayın...
- •Corc Soros-onun kimi milyoner olaq
- •Uorren Baffetin sirləri
- •Özünə İnam - Ralf Uoldo Emerson
- •Bağışlamağı bacarırsınızmı?
- •Uğur və imic
- •Böyüklük maniyası.
- •Danışıqlarda təşəbbüsü necə ələ almalı
- •Makiavellinin dediklərindən
- •Uğur qazanmağa mane olan bəzi düşüncələr
- •Uğur qazanmanın başlıca düşmənləri
- •Optimist olmaq nə verir?
- •İmza və xarakter
- •Ən yüksəkdəki qurbağa
- •Apple qurucusu Stiv Cobsun çıxışı
- •Biznesmenlər üçün
- •Özünüzə inanırsınız? Özünəinamın 15 şərti
- •Özünü Tanı
- •Elnur Baimovdan uğurun sirri
- •Nigar Köçərlidən uğurun sirri
- •Hansı daha yaxşıdır...
- •Facebook-dan alınacaq dərslər
- •Yanaşma tərzi...
- •Hər adam bir milyarderdir...
- •86400 Saniyə...
- •Bir müvəffəqiyyətin tarixçəsi...
- •Kimə və niyə yaxşılıq edirik?...
- •Tənqid etmək taktikası
- •Zəif tərəflərini burax, güclü tərəflərinə bax!
- •Özünüz üçün yaşayın :)
- •Sevil Nuriyeva
- •Yol ayrıcında
- •Hakimiyyətin 48 Qanunu -The 48 Laws of the Power (Robert Greene)
- •Müvəffəqiyyət üçün yol göstərən qaydalar
- •Çicəkləri görə bilmirsinizmi?
- •Hədəf, titrəməyən bir əl istər.
- •Hər birimiz axtarışdayıq
- •Düşüncə perspektivi
- •Abituriyent necə uğur qazanar?
- •Seçim Sizin!
- •Qazanan vs İtirən
- •Maslounun tələbatlar piramidası
- •Fərqli baxış bucağı
- •Pul qazanmağı bacarmaq lazımdır!
- •Müsbət israr üçün gözəl nümunə
- •Bu adamı heç kim dayandıra bilməz
- •Simiclik və xəsislik
- •Pul pulu çəkər
- •Ana oğluna qıymadı
- •Baladan da şirindi nəvə?!
- •«Xruşovka»da yaşayan milyarder
- •Morris Minor əvəzinə 12 yaşlı Niva
- •Bax, pis oxusan milyonçu olarsan!
- •«Google»nin direktoru dəyircəkli konkidə işə gəlir
- •Simic ulduzlar
- •Hərisliyin qarşısında imic heç nədir
- •Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma
- •Güc İnanmaqdadır.!
- •İnamın gücü
- •Həyatı davam etdirə bilməyin bir şərti var: "Dünəndən daha sürətli ola bilmək.."
- •Görəcəyiniz Mənzərə Baxış bucağınızdan asılıdır! ( 10/90 )
- •Meditasiya
- •"Müvəffəqiyyətin qızıl qaydaları" | Sakıp Sabançı
- •"Həyatda uğur qazanmağın 10 prinsipi" | Albert Eynşteyn
- •Həyatda ən böyük əyləncə başqasının "edə bilməzsən" dediyini etməkdir!
- •"Bacardılar, Çünki Bacarmayacaqlarını bilmirdilər!''
- •Beyninizə bir köpəkbalığı atın!
- •Hər doğru seçimin bir alternativi vardır
- •Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa
- •Ümidinizə Şans verin
- •İradənin gücü
- •Axtardığın cavab sualından asılıdı.!
- •Qazanmaq istəyirsənsə, İtirmək qorxusuna qalib gəl.!
- •Michael Dell "İçindəki səsi dinlə"
- •Bir gün imtahanda...
Fərdi inkişaf haqda bir qədər
“Fərdi inkişaf nə deməkdir və ya nələr fərdi inkişafa aid deyil?” sualı üzərində fikirləşməyə dəyər. Fərdi inkişaf eqonun yox, qabiliyyətin və bacarığın inkişaf etdirilməsi deməkdir! Fərdi inkişaf “nə oldum yox, nə olacağam?” sualını şüar edərək, cavabı yaşayaraq tapmaqdır! Fərdi inkişaf özümüzə nəhəng bir güzgüdə baxmaq əvəzinə daxilimizdəki keyfiyyətləri real dünyada əks etdirmək bacarığıdır! Fərdi inkişaf nə hər şey deməkdir, nə də heç nə! Fərdi inkişaf dünyaya meydan oxumaq aləti yox, həyatı yaxşı oxumaq vasitəsidir. Fərdi inkişafa dair suallar Fərdi inkişafa dair yazılmış bütün kitablarda və ya bu sahədə ixtisaslaşmış mütəxəssislərdə kifayət qədər məlumat varmı? Xeyr. Texnoloji yeniliklər insanların informasiyanı əldə etmək imkanlarını asanlaşdırsa da, istənilən mövzu haqqında səthi məlumat toplayıb onu kitab kimi oxuculara təqdim etmək düzgün deyil. Yalnız başa salmaq və yazmaq yetərli deyil… Dediklərini həyatda tətbiq etməyənlərin nəsihətləri su üzərində yazılmış yazılar kimidir.
Fərdi inkişafa dair yazılmış bütün kitablarda yazılanlar və ya bu sahədə ixtisaslaşmış mütəxəssislərin dedikləri düzdürmü? -Xeyr. Müxtəlif ideologiyalara xidmət edən mənbələrdən yayılmış informasiya mütləq yoxlanılmalıdır. Müəllifin fikirləri səhv olmaqla bərabər, tərcümə edilmiş kitablarda da tərcüməçinin yol verdiyi xətalar oxucunun da yanlış informasiya qəbul etməsinə səbəb ola bilər. Fərdi inkişaf adı altında bizim oxuculara təqdim edilən müxtəlif mədəniyyət və ideologiyaların mənfi təsiri varmı? Bəli. Qərbdən olan bəzi cərəyanlar öz mənəvi dəyərlərini (!) bizə şirin, cəlbedici formada təlqin edərək milli dəyərlərimizin unutdurulmasına çalışırlar. Bu lap susamış adama duzlu ayran verilməsinə oxşayır.
“İnsanlara aid edilən sonsuz güc-qüvvət” ifadəsi özü boyda böyük bir yalandırmı? -Bəli. İnsanın potensialı böyükdür, amma sonsuz deyildir. Bəzən pərdəarxası hadisələri müşahidə edən birisi elə olur ki, burnunun ucundakı təhlükəni görə bilmir. Yeganə Sonsuz Güc Sahibi insanı və onun yaşadığı kainatı heçdən yaradandır. “Onu tapan nə itirmişdir?! Onu itirən nə tapmışdır?!” Fərdi inkişafda əsas məqsəd digər fərdlərlə rəqabətə girməkdir? -Xeyr. Başqasını özünə rəqib seçən adam hərisliyin, bəd niyyətinin əsiri olur. Hərislik adama nəinki yeni uğur gətirmir, hətta onun özündə olan məziyyətlərdən də məhrum olmasına gətirib çıxarır. İnsanın rəqibi yalnız özü, nəfsi olmalıdır.
Şəxsiyyət ancaq xarakterdəki mənfi cəhətlər aradan qaldırılmaqla təkmilləşdirilə bilər. Bu mənada, dünyaya göz açarkən Allahın insanlara verdiyi fitri xüsusiyyətlərdən “imtina etməkdənsə”, ailədə, məktəbdə və ya məhəllə həyətindəki mühitimiz vasitəsilə canımıza hopmuş çirkabdan – mənfi xüsusiyyətlərdən təmizlənməliyik. Anadangəlmə inadkar olan birisinin tərsliyindən əl çəkməsi mümkün deyil. Bəs nə etməli? Bu xüsusiyyətimizi müsbət yöndə, məsələn, elm öyrənmək yolunda, Azərbaycan xalqına xidmət yolunda istifadə etməliyik. Amma sonradan vərdiş etdiyimiz yalan danışmaq, qeybət etmək kimi mənfiliklər özünütərbiyə yolu ilə tərk edilməlidir. Qərb ədəbiyyatına nəzər saldıqda bu istiqamətdə oxucuları çaşdıran bəzi məqamların yer aldığını görürük. Fitri xüsusiyyətlərə məhəl qoymadan xarakterin dəyişdirilməsini aşılayan belə kitablarda şəxsi mənfəət naminə istənilən tip insan olmaq “məsləhət görülür”. Əslində isə müasir dünyaya, o cümlədən bütün türk dünyasına iradəli, sağlam şəxsiyyətə malik və cəmiyyət üçün faydalı olan bir insan lazımdır.
