- •Axmaq puma sindromu
- •Təbrik məktubları haqda lətifə
- •Daxili intizam
- •Fərdi inkişaf haqda bir qədər
- •İnam və uğur
- •Fikirləşirəm, deməli yaşayıram
- •Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət
- •Bir addım atın
- •Motivasiya və uğur qazanmaq üçün taktikalar
- •Zehnin gücü ilə zəngin olmağın yolları
- •Dirilərdən çox qazanan ölülər
- •Qumar oynayanlara biznesmen məsləhəti
- •Sürəkli inkişaf
- •Sən ki ağac deyilsən!
- •Kəşfiyyat: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı?
- •1.1.2. Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •1.1.3. Şəxsiyyətin intellektual(koqnitiv) xarakteristikası.
- •1.1.4. Şəxsiyyətin iradi(evokativ) xarakteristikası.
- •1.2. Şəxsiyyətin relyativistik xarakteristikaları
- •Özümüzə olan inamı artıraq
- •Bədən dili
- •Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)
- •Məqsədsiz olmayın...
- •Corc Soros-onun kimi milyoner olaq
- •Uorren Baffetin sirləri
- •Özünə İnam - Ralf Uoldo Emerson
- •Bağışlamağı bacarırsınızmı?
- •Uğur və imic
- •Böyüklük maniyası.
- •Danışıqlarda təşəbbüsü necə ələ almalı
- •Makiavellinin dediklərindən
- •Uğur qazanmağa mane olan bəzi düşüncələr
- •Uğur qazanmanın başlıca düşmənləri
- •Optimist olmaq nə verir?
- •İmza və xarakter
- •Ən yüksəkdəki qurbağa
- •Apple qurucusu Stiv Cobsun çıxışı
- •Biznesmenlər üçün
- •Özünüzə inanırsınız? Özünəinamın 15 şərti
- •Özünü Tanı
- •Elnur Baimovdan uğurun sirri
- •Nigar Köçərlidən uğurun sirri
- •Hansı daha yaxşıdır...
- •Facebook-dan alınacaq dərslər
- •Yanaşma tərzi...
- •Hər adam bir milyarderdir...
- •86400 Saniyə...
- •Bir müvəffəqiyyətin tarixçəsi...
- •Kimə və niyə yaxşılıq edirik?...
- •Tənqid etmək taktikası
- •Zəif tərəflərini burax, güclü tərəflərinə bax!
- •Özünüz üçün yaşayın :)
- •Sevil Nuriyeva
- •Yol ayrıcında
- •Hakimiyyətin 48 Qanunu -The 48 Laws of the Power (Robert Greene)
- •Müvəffəqiyyət üçün yol göstərən qaydalar
- •Çicəkləri görə bilmirsinizmi?
- •Hədəf, titrəməyən bir əl istər.
- •Hər birimiz axtarışdayıq
- •Düşüncə perspektivi
- •Abituriyent necə uğur qazanar?
- •Seçim Sizin!
- •Qazanan vs İtirən
- •Maslounun tələbatlar piramidası
- •Fərqli baxış bucağı
- •Pul qazanmağı bacarmaq lazımdır!
- •Müsbət israr üçün gözəl nümunə
- •Bu adamı heç kim dayandıra bilməz
- •Simiclik və xəsislik
- •Pul pulu çəkər
- •Ana oğluna qıymadı
- •Baladan da şirindi nəvə?!
- •«Xruşovka»da yaşayan milyarder
- •Morris Minor əvəzinə 12 yaşlı Niva
- •Bax, pis oxusan milyonçu olarsan!
- •«Google»nin direktoru dəyircəkli konkidə işə gəlir
- •Simic ulduzlar
- •Hərisliyin qarşısında imic heç nədir
- •Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma
- •Güc İnanmaqdadır.!
- •İnamın gücü
- •Həyatı davam etdirə bilməyin bir şərti var: "Dünəndən daha sürətli ola bilmək.."
- •Görəcəyiniz Mənzərə Baxış bucağınızdan asılıdır! ( 10/90 )
- •Meditasiya
- •"Müvəffəqiyyətin qızıl qaydaları" | Sakıp Sabançı
- •"Həyatda uğur qazanmağın 10 prinsipi" | Albert Eynşteyn
- •Həyatda ən böyük əyləncə başqasının "edə bilməzsən" dediyini etməkdir!
- •"Bacardılar, Çünki Bacarmayacaqlarını bilmirdilər!''
- •Beyninizə bir köpəkbalığı atın!
- •Hər doğru seçimin bir alternativi vardır
- •Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa
- •Ümidinizə Şans verin
- •İradənin gücü
- •Axtardığın cavab sualından asılıdı.!
- •Qazanmaq istəyirsənsə, İtirmək qorxusuna qalib gəl.!
- •Michael Dell "İçindəki səsi dinlə"
- •Bir gün imtahanda...
"Müvəffəqiyyətin qızıl qaydaları" | Sakıp Sabançı
— Gözüm-könlüm
xeyriyyəçilik
işlərinə
doymadığı üçün öz-özümə
«qaç, daha çox qaç, qatar son stansiyaya çatmadan daha çox iş
gör» deyirəm..."
—
«Birisi mənə
sadəcə
„zəngin“
deyirsə,
hirslənərəm.
Mən
sosial fəaliyyətlərimlə
və
könül zənginliyimlə
xoşbəxtəm...»
Bu
sözlər
Türkiyənin
bütün dünyada tanınan ən
məşhur
iş adamı, mərhum
Sakıp Sabançı haqqında təsəvvür
yaratmaq üçün, zənnimizcə,
yetərlidir.
Türk millətinə,
onun adət-ənənələrinə
bağlılığı, cəsarəti,
kapitalist təfəkküründən
uzaqlığı, böyük sərvət
sahibi olmasıyla bahəm
mənəvi
dünyasının zənginliyi,
yoxsul, kimsəsiz
uşaqlara hər
zaman baba sevgisiylə
yanaşıb qayğısını əsirgəməməsi,
sosial-ictimai sahələrdə
gördüyü faydalı işlər,
geniş xeyriyyəçilik
fəaliyyəti,
özünəməxsus
şirin kəndli
ləhcəsi
ilə
ümumxalq məhəbbəti
qazanmış, el içində
Sakıb ağa çağrılan bu unudulmaz şəxsiyyətin
mənalı
həyatı
haqqında cild-cild kitablar yazmaq mümkündür.
S.Sabançı
1933-cü il aprelin 7-də
doğulub. Hacı Ömər
və
Sadiqə
Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə
aylıq 25 lirə
maaşla «Akbank»«da stajor məmur
kimi fəaliyyətə
başlayarkən
bir vaxt ölkənin
ən
varlı adamı olacağını yəqin
ağlına da gətirməzdi.
Xəstəliyi
səbəbiylə
heç litseydə
təhsilini
də
tamamlaya bilməyən
Sabançı bir qədər
sonra BOSSA un fabrikində
işə
başlayıb. Fitri istedadı və
qabiliyyəti
sayəsində
24 yaşında fabrikdə
baş direktor müavinliyinə
qədər
yüksəlib.
Atası vəfat
etdikdən
bir il sonra — 1967-ci ildə
qardaşları İhsan, Hacı, Şövkət,
Erol və
Özdəmirlə
birlikdə
sonradan bütün dünyaya səs
salacaq „Hacı Ömər
Sabançı Holdinq“»i quraraq onun başçısı olub. Hazırda
holdinqin tərkibində
30 min işçinin çalışdığı 73 şirkət
var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri
istehsalından qida sektoruna, pərakəndə
ticarətə
qədər
21 müxtəlif
biznes sahəsində
fəaliyyət
göstərən
holdinqin illik gəliri
10 milyard dollardan çoxdur.
1981-ci
ildə
xaricdə
(Londonda) türk sərmayəsi
ilə
ilk bank quruldu — «Akinternational bank». Bu proyektin arxasında
məhz
Sabançı imzası vardı. Sonradan ABŞ-ın, Yaponiyanın,
Argentinanın, Braziliyanın, İsveçrənin
bir çox məşhur
firması ilə
ortaqlıqlar yaradıldı və
Sakıp ağanın şöhrəti
bütün dünyaya yayıldı. O, prezidentlər,
baş nazirlər,
krallar, şahzadələr,
digər
yüksək
mənsəb
yiyələri,
dünya kapitalına yön verən
biznesmenlər
arasında xüsusi ehtiram sahibiydi. S.Sabançı mərhum
ABŞ prezidenti Ronald Reyqanla dost olub və
iki dəfə
həyat
yoldaşı ilə
birlikdə
Ağ evi ziyarət
edib. 2001-ci ildə
isə
Bill Klintonun şəxsi
dəvətilə
Ağ evdə
olub. ABŞ-ın dövlət
katibi Corc Şults (vəzifədə
olarkən),
Yaponiya şahzadəsi
Tomohito Mikasa, Sinqapurun baş naziri Lee Kuan Yev, Fransanın
sabiq baş nazirləri
Raymond Barr və
de Mervill, Cinin dövlət
başçısı (vəzifədə
olarkən)
Zhao Xianq, dünyanın ən
nəhəng
media maqnatlarından Malkolm Forbs, NATO-nun baş katibi Manfred
Vörner (vəzifədə
olarkən),
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter və
digər
nüfuzlu şəxslər,
zəngin
iş adamları Sabançını onun İstanbuldakı iqamətgahında
ziyarət
ediblər.
S.Sabançı
Fransa, Belçika, Yaponiya və
təbii
ki, Türkiyə
hökumətlərinin
yüksək
mükafatlarına layiq görülüb. Müxtəlif
dövlətlərin
qeyri-hökumət
qurumları və
universitetlərindən
aldığı mükafatların, medalların, fəxri
doktorluqların isə
sayı-hesabı yoxdur. 13 kitabın müəllifidir.
Bunlardan 7-si Türkiyə
Təhsil
Nazirliyinin qərarıyla
«Müəllimlərə
və
şagirdlərə
yararlı kitablar» kimi bütün təhsil
ocaqlarına tövsiyə
edilib. Kitabların satışından əldə
edilən
vəsaitin
hamısı şikəst
uşaqlara sərf
olunub.
Sadiqə
ananın bütün varidatını bağışlaması və
Sabançı qardaşlarının ianələri
hesabına 1974-cü ildə
Hacı Ömər
Sabançı Vəqfi
— VAKSA qurulub. Ailənin
xeyriyyəçilik
fəaliyyətləri
bu vəqf
vasitəsilə
yürüdülür. Başda Sakıp ağa olmaqla Sabançı ailəsinin
mənsubları
bir fond yaradaraq öz adlarını verməklə
müxtəlif
təhsil,
səhiyyə
obyektləri
inşa etdiriblər.
VAKSA Türkiyənin
ən
böyük ailə
vəqfidir,
ölkənin
53 yerində
112 obyekti var. Bunlar arasında bir universitet, məktəblər,
yataqxanalar, səhiyyə
ocaqları, idman kompleksləri
və
sosial mərkəzlər
var. VAKSA ildə
100 tələbənin
təhsil
xərclərini
öz boynuna götürüb. 1994-cü ildən
etibarən
təhsil,
mədəniyyət,
sənətin
müxtəlif
sahələrində
ölkədə
və
xaricdə
uğur qazanan fərdlərə,
qurumlara mükafatlar, təqaüdlər
verir. Hər
il Polis Akademiyasını ilk üç dərəcə
ilə
bitirən
6 tələbəyə
160 Cümhuriyyət
qızılı bağışlanır, təlim-tərbiyə
işlərində
uğur qazanmış müəllimlərə
pul mükafatları təqdim
olunur. 1992-ci ildən
bəri
Mədəniyyət
Nazirliyi ilə
birlikdə
xalq rəqsləri
yarışması düzənlənir
və
yüksək
yerlər
tutan 10 rəqs
qrupuna pul mükafatları verilir. Məqsəd
Türkiyədə
xalq oyunlarının inkişafına nail olmaqdır. 1999-cu ildə
170 milyon dollarlıq yatırımla Sabançı Universiteti
qurulub.
Sakıp
Sabancıdan «Müvəffəqiyyətin
50 qızıl qaydası „
1…
Hədəfinizi
seçin
2…
Ayran könüllü olmayın
3…
Ziqzaq etməyin
4…
Çətinliklə
müvəffəqiyyətsizliyi
bir-birindən
ayırın
5… Cəbhəni
daraldın, dar cəbhədən
hücuma keçin
6… Keçmişə
bağlanmayın, ancaq dərs
alın
7…
Ustanın yanına çıraq olun, işi öyrənin
8…
Tək
adam olma dövrünü bağlayın
9… Şou göstərməyin
10…
Müvəffəqiyyətə
çatanları izləyin
11…
Öz çalışacağınız komandanı qurun
12… Zəhmətkeş
heyəti
qaçırmayın
13… Müvəffəqiyyəti
pul ilə
mükafatlandırın
14… Kadr yetişdirin və
komandaınızı qoruyun
15… Stol arxasında oturan
idarəçi
olmayın
16… Komanda yoldaşlarınıza hörmət
edin
17…
Müasir imkanlardan faydalanın
18…
Məlumatlı
olun, məlumat
mübadiləsini
izləyin
19…
Ən
yaxşılarla iş görün
20… Pulu sevin
21…
Ucuz adam olmayın
22…
Ailənizlə
işinizi bir birindən
ayırın
23… Öz başınıza inkişaf edin
24… Yaşınızı
işinizə
qarrışdırmayın
25… Risk etməkdən
qorxmayın
26…
İşinizə
siyasəti
qarışdırmayın
27… Dövlətlə
bazarlıq etməyin
28…
Müvəffəqiyyəti
komandanızla bölüşün
29… Verginizi ödəyin
30…
Cəmiyyətə
qarşı hörmətli
olun
31…
Adınızı təmiz
saxlayın
32…
Daima Etibarlı olun
33…
Dünyada təkcə
siz yox, başqaları da var
34… Yaltaq olmayın,
yaltaqlardan uzaq olun
35… Özünüzdən
tez çıxan olmayının
36 — Müvəffəqiyyəti
üstün güc olaraq istifadə
edin
37… Istirahət
edin
38… Özünüzə
qapanmayın
39… Rəqiblərinizlə
dost olun
40… Fərqli
fikirləri
və
kəsləri
dinləyin
41…
Müvəffəqiyyətinizi,
pulunuzu və
şöhrətinizi
daşımağı bilin
42… Başqalarını dinləməyə
əhəmiyyət
verin
43… Ayağınızı yorğanınıza görə
uzadın
44… Bir çox işi eyni anda etməyin
45…
Özünüz olun
46… Keçmişlə
vidalaşın
47…
Yaşayaraq ölün, yaşamadan ölməyin
48…
İşinizdə
Bir Nömrə
olun
49… Dəyişən
şərtlərə
riayət
edin
50…
Axirətdə
sizi xilas edəcək
bir əsər
buraxın arxanızda
4 dost
Dörd dost söhbət edir. Onlardan biri mağazaya gedir. Üç yoldaş söhbətlərinə davam edirlər. Birinci adam oğlundan bəhs edir: — 'Mənim oğlum maşın yumaqla işə başladı. Bir baltaya sap ola bilməyəcəyindən qorxurdum, amma bir gün avtomobilini yuduğu adamlardan biri ona iş təklif etmiş. Sonra yaxşı bir avtomobil satıcısı oldu. Hətta o qədər yaxşı pul qazandı ki, bu yaxınlarda bir yoldaşının ad günündə ona Mercedes aldı! ' İkinci adam da mövzuya girər: — 'Mənim oğlum da bir az problemli idi. Böyük bir əmlak şirkətində çalışarkən inanılmaz bir iş təklifi aldı və ondan sonra uğur qazandı və zəngin oldu. İşlədiyi şirkəti də aldı. Bir yoldaşının ad günündə ona bir ev belə hədiyyə etdi. ' Digərlərini dinləyən üçüncü adam da həyəcanla sözə başlayır: — 'Eynilə mənimki də elə. İşə bir birja şirkətində təmizlik işçisi olaraq başladı. Bir gün öz-özünə hesab apararkən müdir tərəfindən fərq edilincə broker oldu və böyük müvəffəqiyyətlə inanılmaz bir sərvətə sahib oldu. Üstəlik də ən yaxşı yoldaşına bir milyon dollarlıq səhm hədiyyə etdi! ' Bu vaxt dördüncü adam mağazadan gəlib və söhbətə qatılır. Digərləri ona uşaqlarından bəhs etdiklərini deyincə kişi köks ötürərək danışmağa başlayır: — 'Ehh… Mənim oğlumun iş karyerası cəhətdən uğursuz olduğunu etiraf etməliyəm. Doğru düzgün bir iş qura bilmədi. Amma oğlumun elə dostları var ki, keçən ad günündə ona biri Mercedes, biri ev və biri də 1 milyon dollarlıq səhm hədiyyə etmişdilər! '
