- •Axmaq puma sindromu
- •Təbrik məktubları haqda lətifə
- •Daxili intizam
- •Fərdi inkişaf haqda bir qədər
- •İnam və uğur
- •Fikirləşirəm, deməli yaşayıram
- •Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət
- •Bir addım atın
- •Motivasiya və uğur qazanmaq üçün taktikalar
- •Zehnin gücü ilə zəngin olmağın yolları
- •Dirilərdən çox qazanan ölülər
- •Qumar oynayanlara biznesmen məsləhəti
- •Sürəkli inkişaf
- •Sən ki ağac deyilsən!
- •Kəşfiyyat: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı?
- •1.1.2. Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •1.1.3. Şəxsiyyətin intellektual(koqnitiv) xarakteristikası.
- •1.1.4. Şəxsiyyətin iradi(evokativ) xarakteristikası.
- •1.2. Şəxsiyyətin relyativistik xarakteristikaları
- •Özümüzə olan inamı artıraq
- •Bədən dili
- •Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)
- •Məqsədsiz olmayın...
- •Corc Soros-onun kimi milyoner olaq
- •Uorren Baffetin sirləri
- •Özünə İnam - Ralf Uoldo Emerson
- •Bağışlamağı bacarırsınızmı?
- •Uğur və imic
- •Böyüklük maniyası.
- •Danışıqlarda təşəbbüsü necə ələ almalı
- •Makiavellinin dediklərindən
- •Uğur qazanmağa mane olan bəzi düşüncələr
- •Uğur qazanmanın başlıca düşmənləri
- •Optimist olmaq nə verir?
- •İmza və xarakter
- •Ən yüksəkdəki qurbağa
- •Apple qurucusu Stiv Cobsun çıxışı
- •Biznesmenlər üçün
- •Özünüzə inanırsınız? Özünəinamın 15 şərti
- •Özünü Tanı
- •Elnur Baimovdan uğurun sirri
- •Nigar Köçərlidən uğurun sirri
- •Hansı daha yaxşıdır...
- •Facebook-dan alınacaq dərslər
- •Yanaşma tərzi...
- •Hər adam bir milyarderdir...
- •86400 Saniyə...
- •Bir müvəffəqiyyətin tarixçəsi...
- •Kimə və niyə yaxşılıq edirik?...
- •Tənqid etmək taktikası
- •Zəif tərəflərini burax, güclü tərəflərinə bax!
- •Özünüz üçün yaşayın :)
- •Sevil Nuriyeva
- •Yol ayrıcında
- •Hakimiyyətin 48 Qanunu -The 48 Laws of the Power (Robert Greene)
- •Müvəffəqiyyət üçün yol göstərən qaydalar
- •Çicəkləri görə bilmirsinizmi?
- •Hədəf, titrəməyən bir əl istər.
- •Hər birimiz axtarışdayıq
- •Düşüncə perspektivi
- •Abituriyent necə uğur qazanar?
- •Seçim Sizin!
- •Qazanan vs İtirən
- •Maslounun tələbatlar piramidası
- •Fərqli baxış bucağı
- •Pul qazanmağı bacarmaq lazımdır!
- •Müsbət israr üçün gözəl nümunə
- •Bu adamı heç kim dayandıra bilməz
- •Simiclik və xəsislik
- •Pul pulu çəkər
- •Ana oğluna qıymadı
- •Baladan da şirindi nəvə?!
- •«Xruşovka»da yaşayan milyarder
- •Morris Minor əvəzinə 12 yaşlı Niva
- •Bax, pis oxusan milyonçu olarsan!
- •«Google»nin direktoru dəyircəkli konkidə işə gəlir
- •Simic ulduzlar
- •Hərisliyin qarşısında imic heç nədir
- •Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma
- •Güc İnanmaqdadır.!
- •İnamın gücü
- •Həyatı davam etdirə bilməyin bir şərti var: "Dünəndən daha sürətli ola bilmək.."
- •Görəcəyiniz Mənzərə Baxış bucağınızdan asılıdır! ( 10/90 )
- •Meditasiya
- •"Müvəffəqiyyətin qızıl qaydaları" | Sakıp Sabançı
- •"Həyatda uğur qazanmağın 10 prinsipi" | Albert Eynşteyn
- •Həyatda ən böyük əyləncə başqasının "edə bilməzsən" dediyini etməkdir!
- •"Bacardılar, Çünki Bacarmayacaqlarını bilmirdilər!''
- •Beyninizə bir köpəkbalığı atın!
- •Hər doğru seçimin bir alternativi vardır
- •Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa
- •Ümidinizə Şans verin
- •İradənin gücü
- •Axtardığın cavab sualından asılıdı.!
- •Qazanmaq istəyirsənsə, İtirmək qorxusuna qalib gəl.!
- •Michael Dell "İçindəki səsi dinlə"
- •Bir gün imtahanda...
Hər birimiz axtarışdayıq
Hər birimiz fərqliyik. Öz istək və arzularımız var. Məqsədimiz, amalımız, hədəfimiz. Bəzilərimizin isə bəlkə də həyatının mənası yoxdu, ya ümidsizliyə qapılıb, ya da bədbin olduğu üçün heç nəyi yenidən başlamaq istəmir. Lakin hamını birləşdirən bir şey var — daim axtarışda olmaqdır. Hər kəs nəsə umur, nəsə gözləyir, nəsə istəyir. Kimi isə arzulayır, ümid edir. Elə insan ki, daim onu dəstəkləsin, sevsin, inansın. Elə insan ki, ona heç vaxt xəyanət etməsin Elə insan ki, onu həmişə duysun, anlasın, başa düşsün. Elə insan ki, onun qayğısına qalsın, xəstəlikdə də, sağlıqda da. Elə insan ki, onu hamıdan ağıllı bilsin. Elə insan ki, onunla nəfəs alsın, arzulasın, onun yanında özünü xoşbəxt hiss etsin. Elə yuva ki, ora gəldikdə hamı onun gəlişinə sevinsin, bayram etsin. Elə sabah ki, yeni doğmuş günəşi onunla birgə seyr etsin. Elə uğur və yüksəliş ki, yaxınları onunla fəxr etsin. Elə sevgi və qayğı ki, bu onu yaşamağa, yaratmağa həvəsləndirsin. Bütün bunları gözləmək, arzulamaq olar, bu təbiidir, normaldır. Lakin əgər baş vermirsə ümidsizliyə qapılıb, həyatdan küsməkdənsə, özünü uğursuz insan saymaqdansa kimin üçünsə sadiq, mərhəmətli, anlayışlı və sevən, sevdiyi uğrunda hər çətinlik və narahatçılıqların öhdəsindən gələn pozitiv insan olmaq gərəkməzmi. Məncə belə düşünmək və yaşamaq daim şikayətlənməkdən daha faydalı, örnəkverici və maraqlıdır. Hər kəsə həyatında məna tapmaq, xoşbəxt olmağı arzulayıram.
Düşüncə perspektivi
Gözəl
bir söz var: “Güllər
arasında tikanı yaratdığı üçün Allaha şikayət
etmək
əvəzinə,tikanlar
arasında gülü yaratdığı üçün Allaha şükür etmək
lazımdır”.Deməli,bir-birindən
gözəl,rəngarəng
gülləri
olan bir bağçada şikayət
etmək
mümkün olduğu kimi,şükür etmək
də
mümkündür.Ətrafımızdakı
şeylərə
baxıb məyus
olmaq da,sevinmək
də
öz əlimizdədir.Necə
deyərlər,əsas
məsələ
hara baxmaq yox,necə
baxmaqdır.Elə
isə
əşya
və
hadisələrə
necə
baxmaq lazım olduğunu bilsək,zahirən
çoxlarına çirkin görünən
şeylərdə
də
saysız-hesabsız gözəlliklər
görə
bilərik.Çünki
hər
şey ya birbaşa,ya da nəticə
etibarı ilə
gözəldir.Ancaq
bu gözəllikləri
görə
bilmək
üçün insan bəzi
xüsusiyyətlərə
malik olmalıdır.
Səbir
də,uzaqgörəmlik
də,nikbinlik
də
bu xüsusiyyələrdəndir.Yarısına
qədər
boş olan bir stəkan
üçün “yarısına qədər
boşdur” demək
mümkün olduğu kimi, “yarısına qədər
doludur” demək
də
mümkündür.Deməli,əsas
məsələ
əşya
və
hadisələrə
necə
yanaşmaqdır.Uca Allah kainatda heç bir şeyi boş yerə
yaratmamışdır.Elə
isə
əşya
və
hadisələrə
ibrətlə
baxa bilsək,onların
Uca Allahın isimlərini
tərənnüm
etdiyini görərik.
Əgər
ətrafımızdakı
gözəllikləri
görə
bilmiriksə,müəyyən
şablomlar daxilində
düşünməkdən
əl
çəkməli,əşya
və
hadisələrə
baxış bucağımızı dəyişməliyik.O
vaxt güllərin
arasındakı tikanları yox,tikanların arasındakı gülləri
görə,həyatımızda
kəşf
edilmiş nə
qədər
gözəlliklələ
qarşılaşarıq.Çünki, “gözəl
görən
gözəl
düşünər,gözəl
düşünən
həyatından
ləzzət
alar”...
Abituriyent necə uğur qazanar?
Uğur əldə etmək üçün sistemli və planlı olmaq lazımdır. Sistemli və planlı hazırlaşmağın ən yaxşı yolu, bir hazırlıq proqramına sahib olmaqdır. Tərtib etdiyiniz çalışma proqramının sizi qələbəyə aparması üçün əvvəlcə uğursuzluğa səbəb olan amilləri aradan qaldırmalısınız. Bu mənfi amillər bunlardır. • İlkin hazırlıq etməmək. • Mövzunu tam qavramamaq. • Dərsə qulaq asmamaq. • Qeyd aparmamaq. • Bilik bazasının azlığı. • Mövzuları təkrar etməmək. • Böyük adamlar heç bir işi yarımçıq qoymurlar.
İlkin hazırlıq
Dərsdə
müəlliminizin
danışacağı dərslə
bağlı əvvəlcədən
qısa məlumat
toplayın.Beləliklə
dərs
başa salınarkən
mövzuya yad qalmaz, ümumi məlumatlardan
xəbərdar
olarsınız. Məsələn,
fikirlər,
adlar, ya da qaydalar qabağınıza çıxdığı zaman onları daha
asan başa düşərsiniz.
Bu davranış dərsi
dərsdən
sonra da xatırlamağınıza kömək
edəcək.
Dərsdə
danışılacaq mövzu ilə
əlaqəli
ilkin oxuma edərək,
izah edilməsini
istədiyiniz
sualların nələr
ola biləcəyini
düşünün və
bu suallarınızı mütləq
cavablayın. Beləliklə
məlumatları
asanlıqla öyrənər,
biliklərinizin
qalıcı olmasına zəmin
yaradarsınız. Nəticədə
məktəbdə
və
ya kursda keçiləcək
mövzunu əvvəlcədən
gözdən
keçirmək,
qavramanızı asanlaşdıracaq, öyrəndiklərinizin
daimi olmasını təmin
edəcək.
Dərsi
dinləmək
Öyrənməyə təsir edən ən vacib amillərdən biri də dərsi diqqətlə dinləməkdir. Məsələn, dərs başa salınarkən başqa işlərlə məşğul olaraq, dərsə qulaq asmamaq öyrənməli olduğunuz məlumatların daha sonra bundan da artıq vaxt sərf edərək öyrənməyinizə səbəb ola bilər. Bu səbəblə də eşitmək və dinləmək arasındakı fərqi yaxşı qavrayıb, sizə danışılanları sadəcə eşitməklə kifayətlənməməlisiniz. Dərsə qulaq asarkən mövzular arasındakı oxşar və fərqli tərəfləri düşünüb, fikir bildirərək öyrəndiklərinizi daha qalıcı hala sala bilərsiniz. Müəlliminizin dərsdə keçdiyi mövzunu, dərsin sonunda xatırlamırsınızsa, deməli müəllimin dediklərini eşitmiş, ancaq qulaq asmamışsınız. Bildiyini kiməsə danışmaq və ya bu haqda nəsə soruşmaq biliyi möhkəmləndirir. Qeyd aparmaq
Nizamlı olaraq qeyd aparmaq dərsdə öyrəndiklərinizi öz başa düşəcəyiniz şəkildə yadda saxlamağınıza kömək edər. Dərsdə edilən qeydlər məlumatların qalıcı hala gəlməsində böyük rol oynayır. Qeyd etmək, dərsə qulaq asmaq dərsin keyfiyyətini artırır. Eyni zamanda oxuyarkən qeydlər aparmaq da bilikləri qalıcı hala gətirir. Dərsdə edilən qeydlər, dərsin vacib qismlərinin müəyyənləşdirilməsində şagirdə kömək edir. Müəllimlər adətən dərsdə üstünlük verdikləri mövzuları daha sıx təkrar edirlər və imtahanda da məhz bu suallardan daha çox çıxır. Təkrar
Öyrənmədə
təkrar
vacibdir. Öyrəndiklərinizi
həmişə
təkrar
edin.Həmçinin
həftəlik
və
aylıq təkrarlar
edin. Beləliklə
nələri
nə
qədər
tez unutduğunuzu daha rahat görə
bilərsiniz.Bu
səbəblə
sistemli bir təkrar
proqramı hazırlayın.
Nəticə
olaraq, öyrəndiyiniz
məlumatların
unudulmaması üçün təkrar
etməlisiniz.
Unudulan məlumatı
yenidən
öyrənmək
əvəzinə,
təkrar
edərək
unutmamaq daha asandır və
daha az vaxtınızı alar.
Məlumat bazasının azlığı
Məlumatınızın yetərsiz olmağı, bilik səviyyəsindən bəlli olur. Bilik səviyyəniz aşağıdırsa, deməli, məlumat əksikliyi var və bu mütləq aradan qaldırılmalıdır. İlk olaraq, məlumatınızın kifayət qədər olmadığı dərsləri və dərsin mövzularını müəyyənləşdirməlisiniz. Bu mövzuları həftənin müəyyən günlərinə bölüşdürərək oxumalısınız. Nəticədə isə sınaq imtahanlarınızın balı düzələcəkdir. Əsas olan təkcə oxumaq deyil, nizamlı və faydalı oxumaqdır. Nəyi, necə hazırlaşmalı olduğunuzu bilirsinizsə, yükünüz bir az azalmış olar.
Test üsulu
Sınaq imtahanında hələ istədiyiniz balı toplamamısınızsa, bunun bir çox səbəbləri olmalıdır: • Mövzulara hakim deyilsiniz. • Məlumat sahibi olduğunuz mövzular arasında əlaqə qura bilmirsiniz. • Oxuduqlarınızı xatırlamırsınız. • Keçilən mövzularla əlaqəli kifayət qədər test eləmirsiniz. • İmtahanda vaxtdan səmərəli istifadə etmirsiniz.
İmtahanda
ən
böyük rəqibiniz vaxtdır.
Vaxtınızı səmərəli
istifadə
etməyin
ən
effektli yolu bildiyin testdən
başlamaqdır. Ümumi bir prinsip olaraq, bildiyin testdən
başlamaq hər
şagirdin imtahanın başında olan həyəcanını
aradan qaldırır.
Sual
həll
etmə
bacarığınızı artırmaq öz əlinizdədir
Hazırlaşmağınıza baxmayaraq umduğunuz qədər
sual yaza bilmirsinizsə,
çox səhv
edirsinizsə,
səhv
etmə
səbəblərinizi
araşdırmalısınız. İmtahanda sualların həll
edilməməsinin
başlıca səbəbi:
•
Həll
etmək
üçün lazımi məlumata
sahib olmamaq.
• Lazımi məlumatlara
sahib olmağınıza baxmayaraq, bunları xatırlamamaq.
•
Məlumatın
necə
istifadə
ediləcəyini
bilməmək.
Əgər
əsas
probleminiz kifayət
qədər
bazaya sahib olmamağınızdırsa, vəzifəniz
imtahana qədər
lazımi məlumatları
toplamaqdır. Bu isə
ancaq proqramlı hazırlaşmaqla mümkündür. Əgər
əsas
probleminiz bildiklərinizi
imtahanda xatırlamamaqdırsa, təkrar
vərdişinizi
gözdən
keçirməlisiniz.
Rejimli təkrarlar
etmədiyiniz
üçün bildiklərinizi
unutmuş ola bilərsiniz.
Əgər
əsas
probleminiz məlumatları
xatırlamağınıza baxmayaraq bunları suallarda tətbiq
edə
bilməməkdirsə,
oxumaq vərdişinizi
gözdən
keçirməlisiniz.
Məlumatları
başa düşmədən
əzbərləmiş
ola bilərsiniz.
Əksiklərinizi
yalnız çoxlu sual həll
edib, öyrəndiklərinizi
istifadə
edə
bilmə
gücünüzu inkişaf etdirərək
aradan qaldıra bilərsiniz.
Bu da evdə
təkrar
etməyin
nə
qədər
vacib olduğunu göstərir.
