- •Axmaq puma sindromu
- •Təbrik məktubları haqda lətifə
- •Daxili intizam
- •Fərdi inkişaf haqda bir qədər
- •İnam və uğur
- •Fikirləşirəm, deməli yaşayıram
- •Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət
- •Bir addım atın
- •Motivasiya və uğur qazanmaq üçün taktikalar
- •Zehnin gücü ilə zəngin olmağın yolları
- •Dirilərdən çox qazanan ölülər
- •Qumar oynayanlara biznesmen məsləhəti
- •Sürəkli inkişaf
- •Sən ki ağac deyilsən!
- •Kəşfiyyat: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı?
- •1.1.2. Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •1.1.3. Şəxsiyyətin intellektual(koqnitiv) xarakteristikası.
- •1.1.4. Şəxsiyyətin iradi(evokativ) xarakteristikası.
- •1.2. Şəxsiyyətin relyativistik xarakteristikaları
- •Özümüzə olan inamı artıraq
- •Bədən dili
- •Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)
- •Məqsədsiz olmayın...
- •Corc Soros-onun kimi milyoner olaq
- •Uorren Baffetin sirləri
- •Özünə İnam - Ralf Uoldo Emerson
- •Bağışlamağı bacarırsınızmı?
- •Uğur və imic
- •Böyüklük maniyası.
- •Danışıqlarda təşəbbüsü necə ələ almalı
- •Makiavellinin dediklərindən
- •Uğur qazanmağa mane olan bəzi düşüncələr
- •Uğur qazanmanın başlıca düşmənləri
- •Optimist olmaq nə verir?
- •İmza və xarakter
- •Ən yüksəkdəki qurbağa
- •Apple qurucusu Stiv Cobsun çıxışı
- •Biznesmenlər üçün
- •Özünüzə inanırsınız? Özünəinamın 15 şərti
- •Özünü Tanı
- •Elnur Baimovdan uğurun sirri
- •Nigar Köçərlidən uğurun sirri
- •Hansı daha yaxşıdır...
- •Facebook-dan alınacaq dərslər
- •Yanaşma tərzi...
- •Hər adam bir milyarderdir...
- •86400 Saniyə...
- •Bir müvəffəqiyyətin tarixçəsi...
- •Kimə və niyə yaxşılıq edirik?...
- •Tənqid etmək taktikası
- •Zəif tərəflərini burax, güclü tərəflərinə bax!
- •Özünüz üçün yaşayın :)
- •Sevil Nuriyeva
- •Yol ayrıcında
- •Hakimiyyətin 48 Qanunu -The 48 Laws of the Power (Robert Greene)
- •Müvəffəqiyyət üçün yol göstərən qaydalar
- •Çicəkləri görə bilmirsinizmi?
- •Hədəf, titrəməyən bir əl istər.
- •Hər birimiz axtarışdayıq
- •Düşüncə perspektivi
- •Abituriyent necə uğur qazanar?
- •Seçim Sizin!
- •Qazanan vs İtirən
- •Maslounun tələbatlar piramidası
- •Fərqli baxış bucağı
- •Pul qazanmağı bacarmaq lazımdır!
- •Müsbət israr üçün gözəl nümunə
- •Bu adamı heç kim dayandıra bilməz
- •Simiclik və xəsislik
- •Pul pulu çəkər
- •Ana oğluna qıymadı
- •Baladan da şirindi nəvə?!
- •«Xruşovka»da yaşayan milyarder
- •Morris Minor əvəzinə 12 yaşlı Niva
- •Bax, pis oxusan milyonçu olarsan!
- •«Google»nin direktoru dəyircəkli konkidə işə gəlir
- •Simic ulduzlar
- •Hərisliyin qarşısında imic heç nədir
- •Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma
- •Güc İnanmaqdadır.!
- •İnamın gücü
- •Həyatı davam etdirə bilməyin bir şərti var: "Dünəndən daha sürətli ola bilmək.."
- •Görəcəyiniz Mənzərə Baxış bucağınızdan asılıdır! ( 10/90 )
- •Meditasiya
- •"Müvəffəqiyyətin qızıl qaydaları" | Sakıp Sabançı
- •"Həyatda uğur qazanmağın 10 prinsipi" | Albert Eynşteyn
- •Həyatda ən böyük əyləncə başqasının "edə bilməzsən" dediyini etməkdir!
- •"Bacardılar, Çünki Bacarmayacaqlarını bilmirdilər!''
- •Beyninizə bir köpəkbalığı atın!
- •Hər doğru seçimin bir alternativi vardır
- •Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa
- •Ümidinizə Şans verin
- •İradənin gücü
- •Axtardığın cavab sualından asılıdı.!
- •Qazanmaq istəyirsənsə, İtirmək qorxusuna qalib gəl.!
- •Michael Dell "İçindəki səsi dinlə"
- •Bir gün imtahanda...
Bir müvəffəqiyyətin tarixçəsi...
Uzun illər Kanzas şəhərində bir gənc qəzetçi çəkdiyi karikaturaları satmaq istəyir.Ancaq bütün qəzetlər az qala bir ağızdan (bir az da kobud ifadə ilə) ona eyni şeyi deyirdilər: “Səndən karikaturaçı olmaz.Yaxşısı budur,bu sənəti unut!”Ancaq karikatura onun ən böyük xəyalını necə unuda bilərdi?Bir də o karikaturasını unutsa da ,karikatura onu unutmurdu... Nəhayət,bir gün xeyriyyə cəmiyyətlərindən biri gənci işə qəbul etdi.Ancaq bunun üçün onun bir emaltxanaya ehtiyacı var idi.Beləliklə,gənc həm orda işləyə,həm də yaşaya bilərdi. Çox keçmədi ki,cəmiyyət köhnə zirzəmilərindən birini ona verdi.Ancaq zirzəmi,sözün əsl mənasında,siçanların işğalı altında idi.Gənc burada həm işləməli,həm də yaşamalı oldu.Ancaq gün gələcək bu siçanlardan biri (elə o gənc kimi) bütün dünyada məşhur olacaqdı. Dünyanın hər yerində məşhur olan bu siçan Mikki Maus,gənc isə Uolt Disney idi...
Kimə və niyə yaxşılıq edirik?...
Hər niyyətin arxasında bir niyyət dayanır.İnsan kimə və niyə yaxşılıq etdiyini,yaxşı bilməlidir.Əslində yaxşılıq da,pislik də müəyyən mənada insanın xarekteridir.Bu məsələdə Həzrət Əlinin məşhur misalı çox gözəl nümunədir:
“Soruşurlar:
-Əgər siz bir yaxşılıq etsəniz və o bunun əvəzində sizə pislik etsə,nə edərdiniz?
İmam cavab verir:
-Əlbəttə yaxşılıq edərdim.
-Əgər o yenə pisliklə cavab versə?
-Yenə yaxşılıq edərdim.
-Bu necə olur ki,siz onun hər pisliyinə yaxşılıqla cavab veririsiniz?
Həzrət Əli suala sualla cavab verir:
-Bəs bu necə olur ki,mən yaxşı olduğum halda onu pisliyindən çəkindirə bilmirəm,o isə pis olduğu halda məni yaxşılığımdan çəkindirir?..”
Göründüyü kimi burada yaxşılıq və pislik keyfiyyət kimi yox,xarakter kimi qarşımıza çıxır.Bir də unutmayaq ki,insan bir iş görəndə hər şeydən əvvəl Allahı düşünürsə,hər əməli üçün ürəyinə Ona hesabat versə,heç bir yaxşılğı itməz.El arasında çox gözəl bir söz var: “Balığı at dəryaya,balıq bilməsə də,Xaliq bilər”.Əslində insanın niyyəti də elə bu olmalıdır.
İnsan yaxşı əməlinin əvəzini kimdən umursa,mükafatını da ona görə alır.Əgər birinə kömək edəndə nə vaxtsa onun sənin borcundan çıxacağını düşünürsənsə,daha doğrusu,hər yaxşılğı verilmiş bir borc kimi qəbul edirsənsə,əlbəttə aldığın ürəyincəolmaaycaq.Məsələni bir qədər də açıqlasaq,deməliyik ki,Allah dünyanı istəyənlərə dünyanı,axirəti istəyənləri axirəti verir.Və hər kəs öz niyyətinin əvəzini alır.
Bu yerdə onu xatırladaq ki,yaxşılıq edib sonradan başa qaxmaq da çox çirkin əməldir.Peyğəmbərimiz (s.ə.s) bildirir ki,Allah,etdiyi yaxşılığı başa qaxanların üzünə baxmaz,onunla danışmaz.Ancaq bir məsələ var ki,bəzən səbrimiz daralır,bəzən kimdənsə umub-küsürük.Belə məqamlarda mümkün qədər özünü ələ almaq,sakitləşmək və “kənara çəkilmək” lazımdır.Çünki səbir hər şeyi öz yoluna qoyur...
Yumruq
Deyilənə
görə,
İsaak Nyuton doğulanda o qədər
zəif
olub ki, sağ qalacağına heç kəs
inanmayıb. Sən
demə,
fiziki baxımdan cılız şagird olan Nyutonu elmin göylərinə
ucaldan, onu dünyanın ən
dahi insanlarından biri halına gətirən
əsas
səbəblərdən
biri sinif yoldaşının onun qarnına yumruq vurması olub.
Bir
dəfə
dərsini
danışan Nyutonu müəllim
tərifləyir.
Bunu həzm
edə
bilməyən
sinif yoldaşı bir daha dərs
öyrənməməsi
üçün İsaakın qarnına möhkəm
bir yumruq vurur. Yumruq vuran uşaq məktəbin
ən
yaxşı şagirdi idi və
istəmirdi
ki, heç kəs
onu ötsün.
Uşaqlıq illərində
hansımızın qarnına yumruq dəyməyib
ki? Ancaq heç birimiz Nyuton ola bilməmişik.
Bilirsinizmi niyə?
Bizlərə
yumruq dəyəndə
ya ikib
ükülü
olub ağlamışıq, ya müəllimimizə
şikayət
edib, bizə
yumruq vuranı cəzalandırmışıq,
ya da fürsət
düşən
kimi yumruğu sahibinə
qaytarmışıq. Nyuton isə
bunların heç birini etməyib.
O, rəqibindən
öz qisasını daha yaxşı oxumaqla, yüksək
qiymətlər
almaqla çıxıb. Qısa müddətdə
o, məktəbin
ən
yaxşı şagirdi ola bilib.
Düşməndən
qisas almaq üçün təkcə
yumruq, güc deyil, ağıl, zəka
da lazımdır. Səriştə
və
iradə
dərinliyi
olmadan həyatı
dəyişmək
olmur. Nyuton o yumruqdan nəticə
çıxara bilməsəydi,
bəlkə
də,
dahi olmayacaqdı...
Ölkələrin,
millətlərin
də
həyatı
belədir.
Darmadağın edilmiş Almaniyanın dirçəlişi,
ğünümüzdə
eyni zamanda ən
böyük fəlakətlərlə
üz-üzə
dayanmış Yaponiyanın təmkinli
davranışı Nyutonu göylərə
ucaldan yumruqdan geri qalmır.
Görkəmli
insanlarımızın həyatları
ilə
yanaşı, ölkəmizin
tarixi də
taleyüklü hadisələrlə
doludur. “Gülüstan” müqaviləsindən
tutmuş, 20 Yanvaracan qarnımıza dəyən
yumruqları saymaqla bitməz...
Qanlı
Yanvarın şahidlərindən
olaraq, mən
bu qənaətə
gəlmişdim
ki, bu torpaqda yaşayan insanlar belə
böyük faciədən
sonra bir-birilərinə
ölkəmizin
adını əzizləşdirən
“can” kəlməsindən
başqa, söz söyləməyəcəklər.
Yaralarından sellənən
qanını özü silən,
fəryadını
özündən
başqa heç kəsin
eşitmədiyi
ölkənin
vətəndaşları
yumruq kimi birləşib,
məlum
düşmənə
həddini
bildirəcəklər.
Lakin ümidlərimiz
boşa çıxdı. Dövlətçiliyimiz,
ərazi
bütövlüyümüz olum və
ya ölüm dilemması ilə
üz-üzə
dayandı. Sabitlik dövründə
isə
məmurlarımız
rüşvət
xəstəliyinə
tutuldular...
Məktəblərdə
aşılanan vətənpərvərlik,
düzlük, doğruluq, halallıq prinsipləri
gənclərin
müstəqil
həyata
atdıqları ilk addımdaca alt-üst olur. Şəxsiyyət
vəsiqəsi
atalarının malı kimi dövlət
rüsumundan dəfələrlə
bahasına satıldı gənc
vətəndaşlara.
Bununla da saf, təmiz
vicdana rüşvət
toxumu səpildi
ki, biabırçılığımızın miqyası bir az da böyüsün, başqa
sözlə
desək,
palaza bürünüb el ilə
sürünmək
həyat
normasına çevrilsin. Mən
hələ
yaşlı vətəndaşların
üzləşdikləri
bürokratik problemlərdən
danışmıram...
Müəllimlər
gəncləri
daha gözəl
gələcəyimizə
inandırmaq üçün ən
çətin
teoremlərin
isbatından qat-qat çox əziyyət
çəkirdilər.
Nə
yaxşı ki, dediklərimiz
havada qalmadı. Prezidentimizin antikorrupsiya siyasəti
Azərbaycan
vətəndaşlarının
layiq olduqları həyat
normalarından bəhrələnmələrinə
əngəl
törədənlərə
sarsılmaz zərbə
oldu. Bu tədbiri
nəsihət
kimi də
qəbul
edənlər
var, müsibət
kimi də…
Nyuton bircə
yumruqla özünü toparlayıb tarixdə
adını əbədiləşdirdi.
Rəhmətlik
Nəcib
Fazil Qısakürək
demişkən,
“bir yumurtasını bişirmək
üçün dünyanı atəşə
verə
biləcək
insanların” gözləri
qarşısında başımıza gəlməyən
bəlalar
qalmadığı halda, bizlər
özümüzü dəyişdirə
bilməyəcəyikmi?..
Həmişə
başqalarını nümunə
göstərmişik.
Qoy bundan belə
özümüz özümüzə
nümunə
olaq.
Nyutona
qədər
budaqdan alma düşməmişdimi
və
ya onun düşdüyünü görən
olmamışdımı? Sadəcə
olaraq, bu sual heç kəsi
narahat etməmişdi:
budaqdan asılan alma yerə
düşür, heç bir şeydən
asılmayan günəş
və
ay niyə
düşmür? Yəni
məmurlar
bilmirdilər
ki, saysız-hesabsız haqsızlıqlara məruz
qalmış bir xalqa qarşı haqsızlıq edirlər,
yoxsa özləri
bu xalqın nümayəndələri
deyildilər?
Bəzi
insanların belə
məmurlar
haqqında: — Bunlar ermənidən
betərdirlər,
— dediklərini
dəfələrlə
eşitmişık. Bir az da açıq desək,
başqa ölkələrin
məmurları
rüşvətsiz
yaşaya bilir, bizimkilər
yaşaya bilməzlər?
Kim
istəyir
yaşasın, kim istəyir
yaşamasın. Qətiyyətlə
bəyan
edildiyi kimi, başlanmış antikorrupsiya siyasəti
kampaniya deyil, sivil yaşam standartının bərpası
uğrunda mübarizədir.
Bu işdə
hamımız əsl
vətəndaş
kimi fəal
iştirak etməliyik.
Bu, hər
kəsin
vəzifəsi
və
haqqıdır. Biz dəyişə
bilsək,
çox şey bizim xeyrimizə
dəyişəcək…
Bir
hekayətdə
deyilir ki, qədimdə
öz gücünə,
qüdrətinə
güvənən
bir ordu başqa bir ölkəni
işğal etmək
üçün sərhədi
keçir. Ordu başçısı hücum etdiyi ölkənin
ilk sakini — bir çobanla rastlaşır və
çobanın simasında bu ölkənin
insanlarını tanımaq məqsədi
ilə
ondan bir qoyun istəyir.
Çoban sürünün ozünün olmadığını bildirir. Bu dəfə
ordu başçısı pul təklif
edir. Çoban yenə
razılaşmır. Ordu başçısı məsləhət
görür: “Deyərsən
ki, canavar tutdu. Çölün düzündə
səni
kim görür ki?!” Halal çoban var gücü ilə:
“Allah! Allah! Allah!” — hayqırır. Ordu başçısı
həyəcandan
az qalır ki, huşunu itirib, atdan yıxılsın. Özünü ələ
alıb, ordusuna geri çəkilməyi
əmr
edir. Səbəbini
soruşanlara: — Bir ölkənin
ki çobanı Allahdan bu qədər
qorxur, bu dərəcədə
halaldır, o ölkəni
məğlub
etmək
olmaz! — cavabını verir.
Sökmək,
dağıtmaq asandır, qurmaq, tikmək
çətin;
yandırmaq asandır, söndürmək
çətin.
Ərəb
ölkələrində
illər
boyunca tikilənləri
həm
özləri,
həm
də
çağırılmamış qonaqlar yerlə
yeksan edirlər.
Ərəb
dünyasını körükləyib
alovlandıranlar onu söndürmək
üçün su yerinə
yağdan istifadə
edirlər.
Bu tərəfsiz
müharibədə
ərəbin
keçmişi yaşlıları ilə,
bu günü gəncləri
ilə,
sabahı da uşaqları ilə
qətlə
yetirilir. Yetimə
“can” deyən
çox olsa da, çörək
verən
tapılmaz. Yaponlar Yaponiyadakı AES-i söndürəcək,
bəlkə
radiasiyaya məruz
qalan vətəndaşlarının
sağlamlığını da bərpa
edə
biləcəklər.
Yanmaqda olan ərəb
dünyasını kim və
nə
zaman söndürə
biləcək,
bir Allah bilir.
Yumruq kimi birləşək ki, yumruqlanmayaq, yumulmayaq, əzilməyək. Nyutonu yumruq dahi edibsə də, ehtiyatlı olmaq lazımdır. Hər keçəlin bəxti bir olmaz!
