- •Axmaq puma sindromu
- •Təbrik məktubları haqda lətifə
- •Daxili intizam
- •Fərdi inkişaf haqda bir qədər
- •İnam və uğur
- •Fikirləşirəm, deməli yaşayıram
- •Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət
- •Bir addım atın
- •Motivasiya və uğur qazanmaq üçün taktikalar
- •Zehnin gücü ilə zəngin olmağın yolları
- •Dirilərdən çox qazanan ölülər
- •Qumar oynayanlara biznesmen məsləhəti
- •Sürəkli inkişaf
- •Sən ki ağac deyilsən!
- •Kəşfiyyat: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı?
- •1.1.2. Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •1.1.3. Şəxsiyyətin intellektual(koqnitiv) xarakteristikası.
- •1.1.4. Şəxsiyyətin iradi(evokativ) xarakteristikası.
- •1.2. Şəxsiyyətin relyativistik xarakteristikaları
- •Özümüzə olan inamı artıraq
- •Bədən dili
- •Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)
- •Məqsədsiz olmayın...
- •Corc Soros-onun kimi milyoner olaq
- •Uorren Baffetin sirləri
- •Özünə İnam - Ralf Uoldo Emerson
- •Bağışlamağı bacarırsınızmı?
- •Uğur və imic
- •Böyüklük maniyası.
- •Danışıqlarda təşəbbüsü necə ələ almalı
- •Makiavellinin dediklərindən
- •Uğur qazanmağa mane olan bəzi düşüncələr
- •Uğur qazanmanın başlıca düşmənləri
- •Optimist olmaq nə verir?
- •İmza və xarakter
- •Ən yüksəkdəki qurbağa
- •Apple qurucusu Stiv Cobsun çıxışı
- •Biznesmenlər üçün
- •Özünüzə inanırsınız? Özünəinamın 15 şərti
- •Özünü Tanı
- •Elnur Baimovdan uğurun sirri
- •Nigar Köçərlidən uğurun sirri
- •Hansı daha yaxşıdır...
- •Facebook-dan alınacaq dərslər
- •Yanaşma tərzi...
- •Hər adam bir milyarderdir...
- •86400 Saniyə...
- •Bir müvəffəqiyyətin tarixçəsi...
- •Kimə və niyə yaxşılıq edirik?...
- •Tənqid etmək taktikası
- •Zəif tərəflərini burax, güclü tərəflərinə bax!
- •Özünüz üçün yaşayın :)
- •Sevil Nuriyeva
- •Yol ayrıcında
- •Hakimiyyətin 48 Qanunu -The 48 Laws of the Power (Robert Greene)
- •Müvəffəqiyyət üçün yol göstərən qaydalar
- •Çicəkləri görə bilmirsinizmi?
- •Hədəf, titrəməyən bir əl istər.
- •Hər birimiz axtarışdayıq
- •Düşüncə perspektivi
- •Abituriyent necə uğur qazanar?
- •Seçim Sizin!
- •Qazanan vs İtirən
- •Maslounun tələbatlar piramidası
- •Fərqli baxış bucağı
- •Pul qazanmağı bacarmaq lazımdır!
- •Müsbət israr üçün gözəl nümunə
- •Bu adamı heç kim dayandıra bilməz
- •Simiclik və xəsislik
- •Pul pulu çəkər
- •Ana oğluna qıymadı
- •Baladan da şirindi nəvə?!
- •«Xruşovka»da yaşayan milyarder
- •Morris Minor əvəzinə 12 yaşlı Niva
- •Bax, pis oxusan milyonçu olarsan!
- •«Google»nin direktoru dəyircəkli konkidə işə gəlir
- •Simic ulduzlar
- •Hərisliyin qarşısında imic heç nədir
- •Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma
- •Güc İnanmaqdadır.!
- •İnamın gücü
- •Həyatı davam etdirə bilməyin bir şərti var: "Dünəndən daha sürətli ola bilmək.."
- •Görəcəyiniz Mənzərə Baxış bucağınızdan asılıdır! ( 10/90 )
- •Meditasiya
- •"Müvəffəqiyyətin qızıl qaydaları" | Sakıp Sabançı
- •"Həyatda uğur qazanmağın 10 prinsipi" | Albert Eynşteyn
- •Həyatda ən böyük əyləncə başqasının "edə bilməzsən" dediyini etməkdir!
- •"Bacardılar, Çünki Bacarmayacaqlarını bilmirdilər!''
- •Beyninizə bir köpəkbalığı atın!
- •Hər doğru seçimin bir alternativi vardır
- •Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa
- •Ümidinizə Şans verin
- •İradənin gücü
- •Axtardığın cavab sualından asılıdı.!
- •Qazanmaq istəyirsənsə, İtirmək qorxusuna qalib gəl.!
- •Michael Dell "İçindəki səsi dinlə"
- •Bir gün imtahanda...
Corc Soros-onun kimi milyoner olaq
Corc
Soros investisiya aləminin
ən
məşhur
simalarındandır. Əgər
Uorren Baffetin, Con Templtonun, Tomas Rou Praysın və
ya Eddi Lampertin adları yalnız iqtisadiyyata, maliyyəyə
və
investisiyalara aidiyyatı olan insanlara məlumdursa,
Corc Sorosun şöhrəti
bu əhatə
dairəsindən
çoxdan çıxmışdır.
Bu gün Corc Sorosun əsasını
qoyduğu fondlar Şərqi
Avropanın 50 ölkəsində,
keçmiş Sovet İttifaqında, Afrikada, Latın Amerikasında, Asiyada
və
Amerika Birləşmiş
Ştatlarında fəaliyyət
göstərir.
Bu fondların prospektlərində
qeyd olunduğu kimi, onların işinin məqsədi
fəaliyyət
göstərdikləri
ölkələrdə
açıq cəmiyyət
institutlarının yaradılması və
fəaliyyətinin
təmin
edilməsidir.
H
esablamalara
görə,
Corc Sorosun xeyriyyə
fondları şəbəkəsi
hər
il təhsil,
səhiyyə,
vətəndaş
cəmiyyətinin
inkişafına və
s. sahələrdə
layihələrin
dəstəklənməsinə
400 milyon dollar vəsait
sərf
edir.
Corc Soros 1930-cu il avqustun 12-də
Budapeştdə
ortabab ailədə,
Tivador Şvarsın ailəsində
anadan olmuşdur. Tivador vəkil,
həyat
yoldaşı Elizabet çox zəngin
və
adlı-sanlı ailədən
idi. Atası vəkil
olsa da, hüquq çərçivəsindən
çıxaraq, əlavə
işlərlə
də
məşğul
idi. O, həm
də
yazıçı-esperantist idi, ədəbi
jurnal nəşr
etdirir, burada öz yazılarını dərc
edirdi. Lakin ömrünün çox hissəsini
hovuzda, kafedə,
buz meydanlarında və
başqa əyləncə
yerlərində
keçirdiyindən,
bacardığı qədər
işlə
məşğul
olmurdu. Təhlükələrdən
həzz
alan bu şəxs
tez-tez riskə
getməyi
xoşlayır, birjada daim oynayardı. Onu hətta
vətənpərvərlik
hissi deyil, sadəcə
riskdən
həzz
almaq həvəsi
Birinci Dünya müharibəsinə
aparmışdı. Avstriya-Macarıstan tərəfində
döyüşən
Şvars əsir
düşmüş, Sibirə
göndərilmiş
və
oradan qaçaraq Budapeştə
qədər
gəlib
çıxa bilmişdi.
Tivador Şvars heç vaxt oğulları Corc və
Pavelə
cib xərcliyi
verməkdə
xəsislik
etmirdi. İstədikləri
qədər
onlara pul verir, bununla da onları pula qarşı məsuliyyətli
olmağa öyrəşdirirdi.
Tivadorun həyat
tərzi
ailə
büdcəsində
daim çətinliklərə
səbəb
olurdu. Yəqin
ki, uşaq yaşlarından maddi çətinliklərlə
üzləşmiş
bu qardaşlar pulun qədrini
bilməyə
başlamışdılar. Corc Soros işlədikcə
nəhəng
kapitallar yığa bilmiş və
bunu asanlıqla xeyriyyə
məqsədlərinə
sərf
etməyə
başlamışdı.
İndi Corc Soros Nyu-Yorkun göydələnlərindən
birində
yaşayır. 50 il əvvəl
böyük ambisiyalarla və
cibində
2 dollarla Manhettenə
gəlmişdi.
Bu gün o, evinin yaxınlığında BMT-nin baş qərargahının
yanında bayraqları dalğalanan dövlətlərdən
daha zəngin
və
nüfuzludur.
Lakin
buna baxmayaraq, bir il ərzində
milyard dollar qazana bilən
insan kimi bütün dünya üçün tapmaca olaraq qalır. Onun maliyyə
və
iqtisadiyyat haqqında fəlsəfi
açıqlamaların və
fikirlərin
müəllifinin
birmənalı
fiqur olmadığını təsdiqləyir.
Jurnalistlər
və
bioqraflar hələ
də
onun uğurlarının sirlərini
öyrənə
bilməmişlər.
MÜƏLLIF:
SƏBINƏ
Mənbə iqtisadiyyat.com
Sorosun məşhur funt sterlinq fırıldağında İngiltərə bankı (bank of England) 20 milyard dollar itirmişdi.
Uorren Baffetin sirləri
Planetin
ən
varlı insanlarından biri, Berkshire Hathaway-in sədri
Uorren Baffet öz vəsaitlərini
yerbəyer
edərkən
sırf qadınlara xas üsullardan istifadə
etmişdir.
Baffet bazarı sanki «hiss edir», əlverişli
şərait
yetişən
kimi vəsaitlərini
qoyur və
xeyli gəlir
götürür. Halbuki, başqaları böyük miqdarda pullar xərcləyərək
brokerlərə
və
analitiklərə
müraciət
edir, bazarın hərəkətini
nəzarətdə
saxlayırlar, yenə
də
gəlir
onlardan yan keçir.
O
maxa
sehrbazının sirri olduqca sadədir.
Onun strategiyası əksər
kişi investorların istifadə
etdikləri
prinsiplərdən
xeyli dərəcədə
fərqlənir.
Baffet səbrlidir,
ona görə
də
gözləməyi
bacarır və
dərin
təhlillər
apararaq səhmlərin
qiymətlərinin
müəyyən
həddə
çatacağı anın yetişməsini
gözləyir.
Sonra daha çox mənfəət
götürmək
üçün yenə
zəruri
vaxt müəyyən
edərək,
vəsaitlərini
qoyur. Bununla yanaşı, o öz investisiyalarından nadir hallarda
ayrılır və
çox sadə
həyat
tərzi
keçirir. Faktiki olaraq o antitreyder və
antiskalperdir ki, onların başlıca strategiyası bazarda fəal
iştirak etmək
və
çoxlu sövdələr
həyata
keçirməkdir.
Məhz
bu xüsusiyyət
Baffetin investisiya üslubunu xarakterizə
edir. Qadınlara xas bu xüsusiyyət
ondan ibarətdir
ki, onlar bir şeyi almazdan əvvəl
uzun-uzadı götür-qoy edir, hər
şeyi ölçüb-biçirlər.
İnvestor qadınlar investor kişilərə
nisbətən
investisiya obyektini seçərkən
uzun müddət
araşdırmalar aparır ki, bu da onlara «qaynar» kağızlardan yan
keçməyə,
bazardakı vəziyyətin
dalınca qaçhaqaçdan azad olmağa imkan verir.
Statistikaya
görə,
kişilər
qadınlardan 1,5 dəfə
çox alver edir. Lakin onlar nə
qədər
öz qüvvələrinə
inansalar da, tez-tez baş tutan sövdələr
səhmlərdən
olan orta və
uzunmüddətli
gəlirləri
aşağı salır. Hələ
biz broker xidmətinə
sərf
olunan xərcləri
nəzərə
almırıq. Ona görə
də,
qadınlar uzunmüddətli
perspektivdə
daha yüksək
gəlirlərə
ümidlidir və
vergi ödənişlərində
daha çox qənaət
etmiş olurlar.
Kaliforniya Universitetinin məlumatlarına
görə,
qadınların investisiya portfelləri
kişilərin
investisiya portfellərindən
1-1,5% gəlirlidir,
«zəif
cinsin» ayrı-ayrı nümayəndələri
isə
portfellərin
gəlirliliyi
rəqabətində
çox vaxt «güclü cinsin» nümayəndələrindən
güclüdürlər.
Qadınlar
konkret kağızlara investisiyalar edərkən
təkcə
maliyyə
göstəricilərini
deyil, bəzən
bazar üçün ilk baxışdan o qədər
də
önəmli
olmayan xırda detalları da nəzərə
alırlar. Onlar səhmlərini
seçdikləri
şirkətlərin
dəqiq,
düzgün və
məsuliyyətli
olmasına böyük əhəmiyyət
verirlər.
Baffet
də
investisiya obyektlərini
seçərkən
bu mövqedən
çıxış edir və
beləliklə,
kişi investorlar arasında birinciliyini qoruyub saxlaya
bilmişdir.
Bəlkə
də
bir çoxlarına Baffetin «qadınsayağı» investisiya strategiyası
darıxdırıcı və
səmərəsiz
görünə
bilər.
Lakin dünyanın ən
varlı adamlarından biri kimi Uorren Baffet hörmətə
layiqdir. İnvestorun səbr
və
təmkin,
lazımi şəraitin
yetişəcəyini
gözləmək
qabiliyyətinə
və
lazımi «qızıl an»ı hiss etmək
məharətinə
yalnız həsəd
aparmaq olar.
