Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:

Bextiyar_Vahabzade_Seirler_I_cild

.pdf
Скачиваний:
566
Добавлен:
15.04.2015
Размер:
2.57 Mб
Скачать

__________________Milli Kitabxana_________________

BU GECƏ

Romans

Həsrət, hicran yolunu,

Gülüm, birlikdə keçdik.

Sona çatdı intizar,

Biz yenə də görüşdük.

Könlümüzün səsinə

Həmdəm olduq bu gecə.

Elə bil ki, təzədən

Biz doğulduq bu gecə.

Susdu çəmən, susdu çöl,

Başmı əydi güllər;

Təbiət lal kəsilər

Danışanda könüllər.

Bülbül də nəğməsini

Sanki deyir bizimçün.

Güllər açar qışda da

Həsrətlər qovuşan gün.

Mənə elə gəlir ki,

Günəş də doğdu gecə.

Heç kəs yaşamır, gülüm,

Bizdən özgə bu gecə.

Fevral, 1960

GECƏLƏR, AY GECƏLƏR

Müsiqisi Şahid Əbdülkərimovundur

Tellərini dolayır boynuma ay, gecələr,

Mənim sirdaşımsınız, gecələr, ay gecələr!

Ürəyimdə səhərin ulu həsrəti varmış...

İntizar arlarında gecə uzun olarmış...

311

__________________Milli Kitabxana_________________

Quştək uçur xəyalım hardan hara gecələr. Mən həsəd aparıram yatanlara gecələr! Baxıram pəncərədən boylanan ulduzlara Dərdimin əllərilə yuxum çəkilir dara.

BİRİ SƏNSƏN, BİRİ MƏN

Əhsən Dadaşov bəstələmişdir

Bir bulağın iki gözü, -

Biri sənsən, biri mən.

Bir almanın iki üzü, -

Biri sənsən, biri mən.

Qoşa simin titrəməsi, -

Biri sənsən, biri mən.

Bir pərdənin iki səsi, -

Biri sənsən, biri mən.

Açıq səma, göy qurşağı, -

Biri sənsən, biri mən.

Dan ulduzu, səhər çağı, -

Biri sənsən, biri mən.

Bu həyat da iki rəngdir, -

Bir sevinc, biri qəm.

Sevinc kimdir, kədər kimdir?

O həm sənsən, həm də mən.

Bu dünyaya biz gələli

Həm qəmik, həm də sevinc.

Sən məndəsən, mən səndəyəm,

Gözəldir qəmdə sevinc.

İyul, 1962

DODAQDA GƏZ

Könül, dolan el-obanı,

O dağda gəz, bu dağda gəz.

Leylək olub yer eşincə,

Sən bülbül ol, budaqda gəz.

312

__________________Milli Kitabxana_________________

Hər atəşə, oda yanma,

Sözün haqsa, onu danma.

Manat olub xırdalanma,

Yaqut kimi barmaqda gəz.

Əskik olma xeyir-şərdə, Gün tək görün sən hər yerdə, Duyğu kimi ürəklərdə, Nəğmə kimi dodaqda gəz.

Sentyabr, 1963

KÖLGƏM QƏDƏR YAXINSAN...

Niyaməddin Musayev bəstələmişdir

Ayrılığın eylədi,

Könlümü dağ-dağ, gülüm.

Qış kimi düşüncəli,

Yaz kimi oynaq gülüm.

Kölgəm qədər yaxınsan, Ancaq tuta bilmirəm. "Unut" demək asandır, Mən unuda bilmirəm.

Soyuqluğun könlümə

Saldı qara xal, gülüm,

Dəniz kimi dalğalı,

Heykəl kimi lal gülüm.

Bəs nəyədir gümanın,

Ay gümanlı gümansız?

Könül kimi vəfalı,

Ağıl kimi amansız.

Gecə kimi fİkirli, Gündüz kimi şən, gülüm İki hissin əlində

Gəl, oynama sən, gülüm.

Aprel, 1965

313

__________________Milli Kitabxana_________________

QƏLBİ DOLU

GECƏLƏR

Şəmsi Kərimov bəstələmişdir.

Göydə yanır aypara İşıq düşür yollara. Bənzəyir nağıllara Bizim ulu gecələr, Qəlbi dolu gecələr. Səsləyib haylar məni, Ulduzlu göylər məni, Yuxudan eylər məni Bu yuxulu gecelər, Gül qoxulu gecələr.

Gah sönür, gah alışır, Öz rənginə qarışır, Bizə nağıl danışır Min duyğulu gecələr, Qəlbi dolu gecələr.

Dan ulduzu - pəncərə, İşıq saçır hər yerə. Kəsə bilmir səhərə Gedən yolu gecələr, Əsrar dolu gecələr.

1965

KƏPƏNƏK

Emin Sabitoğlu bəstələmişdir

Güllər üstə uçan, qaçan

Bir qayğısız kəpənəkdin, Çiçəklərin ürəyində

Sən ən şirin bir diləkdin. Sorağını gül-çiçəkdən

Dalınca mən, gördüm yoxsan, Qaçdım sənin dalınca mən,

314

__________________Milli Kitabxana_________________

gördüm yoxsan.

Nəğmə deyir sənə güllər

Yel əsdikcə narın-narın. Hər çiçəkdən bir rəng alır

Qızıl-qızıl qanadların.

Hansı gülü oxşadınsa, Ləçəyində izin qaldı.

Səni tutdum, uçub getdin, Əllərimdə tozun qaldı.

1974

DURNA QATARI

Emin Sabitoğlu bəstələmişdir

Əsir payız küləyi, Gecə uzun, gün gödək. Ağacdan yarpaq düşür, Bir ömrün gülləri tək.

Susur çaylar, çeşmələr, Susur çəmən, dağ, dərə. Köçür duma qatarı Uzaq-uzaq ellərə.

Bizim çöllər ayrılır Bu vəfasız gözəldən. Qışda üşüməməkçin

Yer don geyir xəzəldən.

Köçür durna qatarı, Ürəyimiz kövrəlir. Külək əsir, dağlardan Payızın ətri gəlir. Yarpaqlara, otlara

315

__________________Milli Kitabxana_________________

Sarı-sarı zər düşür. Yaşımıza yaş gəlir, Ömürdən günlər düşür. Köçür durna qatan,

O, baharda dönəcək. Ötən günlər dönəydi Durna qatarları tək.

1975

MƏN YANDIM, SƏN İSİNDİN

Emin Sabitoğlu bəstələmişdir

Ürəyimdən keçəndən Düşmədinmi duyuq sən? Səndən cavab gözlədim,

Nə "hə" dedin, nə "yox" sən.

Dedim: - Susma, danış, din, Nə danışdm, nə dindin. Məhəbbətin oduna

Mən yandım, sən isindin.

Dillənsənə, sevgilim,

Mən nə daşam, nə dəmir.

Min il də gözləyərdim,

Axı, ömür gözləmir.

Sükutunla durmusan Ürəyimin qəsdinə. Söylə, susan sevgilim, Bu sükutun qəsdi nə?

1977

316

__________________Milli Kitabxana_________________

QIZIM

Şəfiqə Axundova bəstələmişdir

Məhəbbətlə gülşən olub

Göy də, qızım, Yer də, qızım. Sevir, sevir bir-birini

Güllər, çiçəklər də, qızım. Bu dünyanı yaxşı tanı Sevgisiz bir ürək hanı? Sev torpağı, sev insanı Yaşa ürəklərdə, qızım. Gör Xəzərə Kür nə deyir. Buludlara Yer nə deyir? Nəğməsində gör nə deyir Əsən küləklər də, qızım.

İllər yaşat bircə gündə, Hər gecəndə, gündüzündə. Başın olsun göy üzündə Ayaqların yerdə, qızım.

1973

ANA YURDUM

Anaların laylasından, Babaların tarlasından, El toyundan, el yasından Səni içdim udum-udum,

Ana yurdum, ana yurdum.

Bağ gülündə, dağ qarında, Sel-suların axarında, Palıdların vüqarında

Səni gördüm, ana yurdum,

317

__________________Milli Kitabxana_________________

Ana yurdum, ana yurdum. Yay mehində, yaz şehində, Quşlarının cəhcəhində,

El qəmində, fərəhində Səni duydum, ana yurdum, Ana yurdum, ana yurdum.

Füzulinin "ah" səsində, Üzeyirin nəğməsində, Ələsgərin ləhcəsində Səni andım, ana yurdum,

Mənim andım, ana yurdum.

1992

QİSAS BÖYÜTSÜN SƏNİ

Vasif Adıgözəlov bəstələmişdir

Əsən çovğun bu gecə Qar üstünə qar qalar. Düzəngahda qurulmuş Çadırımı yırğalar. Görən, bizə nə deyir Qarıldaşan qarğalar Layla balam, a layla.

Qulağımız hamıdan Bir xoş xəbər soraqlar. Sızıldayan külək də Dərdimizə qan ağlar Layla balam, a layla. Rəva bildi tanrımı Bizə bu işgəncəni? Mən böyüdə bilmədim, Qisas böyütsün səni Layla balam, a layla.

318

__________________Milli Kitabxana_________________

Göy bizə qənim olsun Bu zülmü yerdə qoysaq. Qoy bizə qənim olsun Qaçdığımız o torpaq! Layla balam, a layla.

Yanvar, 1994

AZƏRBAYCAN - TÜRKİYƏ

Cavanşir Quliyev bəstələmişdir

Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət Hər ikisi Cümhuriyyət

Azərbaycan-Türkiyə.

Bir ananın iki oğlu Bir ağacın iki qolu O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Ana yurdda yuva qurdum Ata yurda könül verdim Ana yurdum, ata yurdum

Azərbaycan-Türkiyə.

Birdir bizim hər halımız Diləyimiz, amalımız Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir Ayımız bir, ilimiz bir Eşqimiz bir, yolumuz bir Azərbaycan-Türkiyə.

1991

319

__________________Milli Kitabxana_________________

HARA GEDİR

BU DÜNYA?

Başa keçdi gerçəyi Əlimizdən çalanlar. Bu dünyanın rəngini Dəyişdirdi yalanlar

Hara gedir bu dünya? Bu gözəl dünyamızdan Gözəllik qovuldu, hey. Könüllərin açarı –

Dillər qıfıl oldu, hey.

Hara gedir bu dünya?

Hər şey döndü tərsinə

Xeyir şərə qul oldu.

Haqqın çiyninə minmək Yüksəlişə yol oldu Hara gedir bu dünya? Yalan evin içində

Gerçək qapı dalında. Doğru çörəyə möhtac Əyri cah-cəlalmda Hara gedir bu dünya?

Yolumuz duman olmuş, Yaxşılar yaman olmuş. Haqq bu gün öz haqqını Haqsızdan uman olmuş Hara gedir bu dünya?

1996

320

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]