Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:

Bextiyar_Vahabzade_Seirler_I_cild

.pdf
Скачиваний:
566
Добавлен:
15.04.2015
Размер:
2.57 Mб
Скачать

__________________Milli Kitabxana_________________

Qoruyur özgələri.

Sultan özü bəxtiyar,

Gözləri süzgün, xumar.

Axı, niyə atılsın

Axı, niyə, bu toplar?..

Tetuan, fevral 1961

FƏRYAD

İtaliyanın qədim Pompey şəhəri

Vezuvi vulkanının püskürməsindən məhv olmuşdur.

Vulkan püskürdü birdən, Bircə anın içində

Əsər belə qalmadı Min illik bir şəhərdən...

Şəhər göyə sovrulub Yer ilə yeksan oldu, Min ilin yaratdığı Bir ana qurban oldu. Deyirlər, göylər belə Üzünə pərdə çəkmiş,

Görməməkçün bu halı. Batdı insan arzusu, Batdı insan xəyalı. Bir şəhərin taleyi Axdı bir ulduz kimi. Yanaqlarda gülüşlər, Dodaqlarda kəlmələr Donub qaldı buz kimi. Fəryad qopardı insan, Lalələrin bağnna

Xal düşdü birdən-birə Bu heybətli nidadan. Diksindi göy də, yer də, Təbiət yasa batdı.

301

__________________Milli Kitabxana_________________

Bu dəhşətli bağırtı Axşamçağı göylərin Sinəsini qanatdı. Keçdi illər, əsrlər Hər şeyə qadir insan Yer üzündə beləcə

Çıxdı min imtahandan. Təbiətlə nə qədər İnsan üz-üzə gəldi, Döyüşdə gah əyildi, Gah dikəlib düzəldi...

İnsan qələbə çaldı, Min bir arzuya çatdı, Təbiətin önündə Qopardığı fəryadı Daş üstündə yaratdı: O, diz üstə yıxılmış Kainatı çağırır Fəryadıyla imdada, Sol əli torpaq eşir, Sağ əliysə havada...

Üzdəki dəhşətə bax, Qorxuya, heybətə bax! Dolandıqca bu nəhəng Heykəlin dörd yanına, Vahimədən adamın Lərzə düşür canına...

Üzdəki dəhşətə bax! Qorxuya, heybətə bax! Daş üstündə yaranan Bu insan fəryadına, Baxdıqca nələr düşür Hər baxanın yadına. Təbiətdən güclüdür İnsan əzəldən bəri, Pompeyin birdən-birə Batmasına baxma sən. Təbiətin qəzəbi

Məhv etdi bir şəhəri,

302

__________________Milli Kitabxana_________________

Dünya dağıla bilər İnsanın qəzəbindən. İnsan öz qəzəbiylə İnsanlığın kökünü Kəsə bilər dünyadan, Bir dəfə öz əlindən Fəryad qoparar insan, Yenə dodaqlarda söz Üzlərdə gülüş donar, Əməli öz başına Cidar olan insana. İnsanın sualı var: Biz batan bir şəhərin Acısını düşünüb,

Ah çəkirik bu gün də, Əgər dünya batarsa, Bu dərdə ah çəkməyə Bir nəfər qalacaqmı Dağılmış yer üzündə?..

Fevral, 1961, Pompey xarabaları

LATIN DİLİ

Latın dili!

Hər sözündə dünya boyda yük daşıyır, Latın dili! -

Millət ölüb, dil yaşayır.

"Ana" deyən, "torpaq" deyən, "Vətən" deyən yox bu dildə. Ancaq yenə yaşar bu dil.

Sabah bizim ərzimizin Sərhəddindən o yana da Qoşar bu dil.

Bəlkə... bütün ulduzları Gəzər bu dil. Döyüşlərdə zəfər çalıb

303

__________________Milli Kitabxana_________________

Ölən ərə bənzər bu dil. Vətəni yox,

Milləti yox Yaşar özü.

Elmlərin təməlidir Əvvəl sözü, axır sözü. Kim deyir ki, ölüdür bu? Həkimlərin, Alimlərin, Loğmanların dilidir bu.

Bu dil ilə hesablanır ay da, il də. Çiçəklərin,

Böcəklərin,

Küləklərin,

Fələklərin Adlarını yazır alim Ölü dildə.

Kim deyir ki, ölüdür bu? Ölülərin dili deyil, Dirilərin dilidir bu. Atlantika sahilində Coşa-coşa,

Daşa-daşa:

- Mən azadam, mən xoşbəxtəm, - Deyir natiq yad dilində.

Söylə natiq,

İndi nəyə inanaq biz – Qulağamı,

Ya gözəmi? Əmələmi, Ya sözəmi?

"Mən azadam, müstəqiləm" sözlərini Öz dilində deməyə də

İxtiyarın yoxsa əgər,

De, kim sənə azad deyər?.. Söylə, necə azadsan ki, Komalarda dustaq olub ana dilin.

304

__________________Milli Kitabxana_________________

Böyük-böyük məclislərdən İtirilib ilim-ilim?..

İclaslarda bir kəlməsi, sözü yoxdur. Bəlkə... onun böyük, rəsmi məclislərə Çıxmaq üçün üzü yoxdur?

Söylə, bəlkə - bic doğulub, Atasından yox xəbəri? Bəlkə bu dil çox kasıbdır, Qucağına sığışmayır Əsrin böyük fikirləri?..

Sən dərdə bax, Vətən də var, Millət də var.

Ancaq onun dili yoxdur. Elə bil ki,

Güzgü kimi, hamar, şəffaf röyalın var, dili yoxdur...

İndi söylə,

Hansı dilə ölü deyək: Vətən varkən, Millət varkən,

Kiçik, yoxsul komalarda dustaq olan bir diləmi? Yoxsa, uzun əsrlərdən keçib gələn,

Xalqı ölən,

Özü qalan bir diləmi?

Aprel 1967, Kasablanka

HAYD PARK

Londonda "Haydpark" deyilən bir bağda hər kəs istədiyini danışmaq, hətta hökuməti ittiham etmək hüququna malikdir.

Hayd park!

Bu bağda azaddır insan.

Azaddır məramı, fikri hər kəsin.

305

__________________Milli Kitabxana_________________

Ey qəlbi yaralı, fikri pərişan, Qəlbindən keçəni qorxma, de gəlsin. Danış bildiyini...

Qoruq-qadaq yo:

Burda nə düz sözə, nə yalan sözə. Burda fikir azad, burda söz açıq, Yalan doğru kimi dürtülmür gözə. Bu parkdan kənarda, bağdan uzaqda Dolaşır ölkəni müdhiş yalanlar. Ancaq həqiqəti yalnız bu bağda Deməyə iznin var, ixtiyarın var.

Niyə həqiqətin qaradır üzü?

Ali məclislərdən niyə qovulmuş? Sözdə hakimsə də

həqiqət özü

Yalan qarşısında müttəhim olmuş.

Boğurlar, düşünüb anlayanları, Xalq yenə əsrlik qeylü-qalında. Gerçəyin yerinə ağ yalanları Gördük həqiqətin pyedestalında.

"Azadlıq məndədir" - söyləyən ölkə, Ölkələr dağıdıb qana batmısan. İnsan hüququndan dərs deyən ölkə, Haqqı bağ güncünə niyə atmısan? İzdiham önündə danışır biri, Həqiqət çağlayır məğrur səsində. Vurur ürəyinin döyüntüləri

Onun hər sözündə, hər kəlməsində.

Qəlblərə nur kimi çilənir səsi, Sözləri zülmətdə çıraq yandırır. İnsan arzusunun dilə gəlməsi Burda daşları da işıqlandırır. Parkın hər tərəfi yamyaşıl çəmən, Qışın oğlan çağı - burda ilk bahar.

306

__________________Milli Kitabxana_________________

Haqqın, həqiqətin gül nəfəsindən Elə bil boy atır burda ağaclar.

Parkdan kənardasa əyri oldu düz, Sözdən paltar biçdi yalan gerçəyə. Gülləmi, bombamı, atəşmi haqq söz, De, niyə qorxurlar düz sözdən, niyə?

Ədalət susanda, haqq boğulanda Yalan zəfər çalır,

Gerçək mat qalır.

Qanun düşüncəyə qalıb olanda Haqq söz barıt olur, qalıb yırtılır.

Qalıbı qoruyub saxlamaq üçün Sözü "Hayd park"da dustaq etdilər. Bu gün deyilsə də, sabah, başqa gün Yalan həqiqətdən bir imdad dilər.

Parkın dövrəsində dəmir çəpər var, Haqq sözün önünü kəsir hasarlar. Kaş bu park böyüyə, hasar dağıla, Dünya başdan-başa "Hayd park" ola!

Oktyabr, 1978, London

KAMAN NALƏ ÇƏKİR...

Uzaq Britaniyada kaman nəğməsi...

Habil lal telləri dilə gətirmiş.

Bir xalqın köksündən gələn ah səsi, Başqa bir xalqı da inildədirmiş.

Başqadır bu xalqm məsləki, dini, Fəqət, bu nəğməyə başlar əyilmiş. Soyuq qanunların daş sərhədini Sənətdən savayı kim aşa bilmiş?

307

__________________Milli Kitabxana_________________

Kamanın səsində hıçqırıq, ələm, Duyan' ürəklərə od ələnibdir. Xəzər ləpələri elə bil bu dəm Temza sahilində ləpələnibdir. Kaman nə danışır, kaman nə deyir, Belə için-için neçin inləyir? Hicran öz hökmünü verəndən bəri Kaman nalə çəkir vüsal eşqinə. Bölünən bir xadqın könül telləri Kamanın bağrında ağlayır yenə. Kaman susan kimi

Qalxıb salondan

Əlində gül-çiçək bir cavan oğlan Atıldı səhnəyə...

O gülə-gülə

Çiçək topasını verdi Habilə. Alqışlar altında endi səhnədən Yenidən kamança dindi səhnədən. Mer ziyafət verir şərəfimizə,

Bu gecə ayrıca hörmət var bizə. Bir kağız çıxardı Habil cibindən: - Mənə bağışlanan gülün içindən Tapdım bu kağızı, görün, nə yazır. Oxuduq... Sözlərdən od-alov yağır. Oxuduq kağızı biz dönə-dönə. Oxuduq bir xalqın faciəsini Eşitdik, kamanın iniltisinə

Səs verən qardaşın fəryad səsini. Mənim dilimdədi bu məktub... -Necə? -Mənim qardaşımmış o cavan oğlan. Temza sahilinə təhsil dalınca

Gəlib xan Arazın sağ cinahından. Bilmirəm nə deyim kor taleyə mən? İkiyə bölündü bir ana torpaq.

308

__________________Milli Kitabxana_________________

Balaca bir çayı keçə bilməyən Qardaşlar görüşür qürbətdə ancaq. Dalıb qəlbimizin hönkürtüsünə Oxuduq məktubu biz dönə-dönə: "Ulduzlan saya-saya

Ayaq basır insan aya. Mənim bu taydan o taya Əlim çatmır sənə, qardaş".

Dərddən şair olub o cavan oğlan, Zamanın qəribə oyunu varmış. Yerdə beş addımı keçməyən insan Göydə lap aya da ayaq basarmış!

Ana təbiətin düzüb-qurduğu Qaydanı, hüdudu dağıdar insan. Ancaq aşa bilmir, keçə bilmir o, Özü yaratdığı həddən, hüdüddan.

Hicran öz hökmünü verəndən bəri Kaman nalə çəkir bir vüsal üçün. Bölünən bir xalqın könül telləri Kamanın səsində birləşir bu gün.

Oktyabr, 1978, Qlazqo

309

__________________Milli Kitabxana_________________

NƏĞMƏLƏR

YAĞMA, YAĞIŞ

Hacıbaba Həsənov bəstələmişdir

Göylər çənə büründükcə Ürəyimi bürüyür qəm. Yağma, yağış, yağma, yağış, Mən görüşə tələsirəm.

Mənim şirin sevincimə

Acı zəhər sən qatma gəl.

Göy çəməndə yol gözləyən

Sevgilimi islatma gəl.

Pəncərəmə hicran yazır

Damcıların naxış-naxış.

Mən görüşə tələsirəm

Yağma, yağış, yağma, yağış,

Ürəyini boşaltmasın

Bu gün göylər insan kimi, Mən ki, açmaq istəyirəm Sevgilimə ürəyimi.

Yağsan da mən gedəcəyəm. Görüşəndə yağışda biz. Üstümüzdə açılacaq

Çətir kimi öz eşqimiz.

1953

310

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]