Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:

Bextiyar_Vahabzade_Seirler_I_cild

.pdf
Скачиваний:
566
Добавлен:
15.04.2015
Размер:
2.57 Mб
Скачать

__________________Milli Kitabxana_________________

Sığışmıram.

Darıxıram,

İstəyimə çatmaq üçün.

İstəyimiz fövqündədir sözümüzün. Darıxıram,

Doğmalarım sağ-solumda. Darıxıram,

Baxışların

Yanıb sönür xəyalımda. Gözlərimin önündəki baxışlara Yad olmuşam.

Xəyaldakı baxışların işığında Udulmuşam.

Təqvimdəki varaqların Bir ayını birdən cırın! Yayı ötüm,

Göz yaşı tək kirpiyimdən, Qopub düşüm payıza mən.

İyul, 1975, Şəki

KİLİD

-Sən məni hamıya qısqandın, yetər. Nədir bu şübhələr, bu üzüntülər? Bir belə qısqanclıq nəyə gərəkdir? Səni də, məni də məhv edəcəkdir. Mən ki səninkiyəm

get, Arxayın get.

Nə özünü incit, Nə məni incit! -Sevirəm,

Nə lüzüm sözə, öyüdə?

Mənim qısqanclığım sevgimin özü! Vurulan kilidin böyüklüyü də - Qorunan sərvətin dəyər ölçüsü!

Dekabr, 1973

271

__________________Milli Kitabxana_________________

YAMAN DARIXMIŞAM

Yaman darıxmışam səninçin, yaman! Mən əsir düşmüşəm öz istəyimə. Nifrəti gizlətmək asandan asan, Sevgini gizlətmək mahalmış, demə!

Haraylar yüksəlir könüldən yenə, Bu necə haraydı, bu necə haydı?

Öhdəmdən gələrdim... Gözüm üzünə, Qulağım səsinə darıxmasaydı...

Elə bil hər yerdən üzülüb əlim...

Mən azıb qalmışam qəm dərəsində. Dirilib yaşanır sənli günlərim Sənsiz günlərimin xatirəsində.

Yaman darıxmışam... Bu nədir yenə Ağlım sağa baxır, ürəyim sola. Ürəyim dönübdür göy göyərçinə Qonub sən gedəli sən gələn yola.

Yaman darıxmışam... Hər axşamçağı Arzumu günəşin telinə sardım. Mənimlə olsaydı, mən darıxmağı Zamana ən uzun ölçü sanardım.

Yuxuma gəlmişdin...

Qısıldıq küncə. Danışdıq...

Yel əsdi...

Dağıldı dərd-qəm. Kölgəyə dönmüşdüm, Səni görüncə

Sənin işığında yox oldu kölgəm.

1974

272

__________________Milli Kitabxana_________________

SƏN OLURAM MƏN

Yaxşı ki, ayrıyıq, Yaxşı ki, bizdən

Çırpıntı, sarsıntı əl üzmür yenə. Həyatı öyrəndik həsrətimizdən, Odur ki, həmişə möhtacam sənə.

Rəngi bir, dadı bir toyun, büsatın

Həsrət min rəng çəkir gözlərimizə. Yaxşı ki, ayrıyıq,

bu dərd həyatın

Dərin qatlarını göstərir bizə.

Yanımda olanda uzaqdasan sən Mən səni görmürəm olduğun kimi. Səndən ayrıldımmı,

hər yerdə sənsən

Mən görə bilmirəm, vallah, heç kimi!

Yanında bir quru cisməm özüm də, Ayrıldım,

ruh olub əriyirəm mən. Eşitmir qulağım, Görmür gözüm də.

Arzudur eşidən, həsrətdir görən. Adi bir insanam,

Sənin yanında

Başqa qayğılarla yaşayıram mən. Elə ki, ayrıldım,

qəm dumanında Fikrimin ilki də, Sonu da sənsən!

Yanında rahatam, sakitəm tamam, Ayrıldım, od tutub alışır ürək.

273

__________________Milli Kitabxana_________________

Rahatlıq - ölümdür, Hələ mən sağam. Mənə tufan gərək, həyəcan gərək!

Vüsal dəmlərində sən nur, mən çıraq, Görürəm, mən mənəm, sən də sənmisən? Ayrılıq dəmləri sən, sənsən, ancaq Bilmirəm, bəs niyə mən olmuram mən?

Səndən ayrılanda vahidəm, birəm, Həm də bir hədəfə vuruluram mən. Yanında, həmişə ikiləşirəm, Ayrıldım, çevrilib sən oluram mən.

Avqust, 1980

DƏRİNSƏN, ZİRVƏSƏN

Hikmət kitabıdır sənin surətin. Onu sona qədər oxumaq çətin! Sən uzun illərin dolaylarında Mənimçün heç zaman adiləşmədin.

Sən "gəlmə" deyirsən, əgər "gəl" - desən, Yüz giley gizlənir bir gileyində. Həmişə, hər yerdə qeyri-adisən

Qəribə görünən adiliyində.

Baş vurdum könlünün dərinliyinə, Qalxdım zirvəsinə sənin arzunun. Əlimi, qolumu bağladın yenə.

Nə orda son gördüm, Nə də burda son.

Ürəkdə nə qədər inci gizlənər Onlar bir-birindən baha, dəyərli. Sonuncu görüşdə tapdığım gövhər

274

__________________Milli Kitabxana_________________

Əvvəlki gövhərdən daha dəyərli. Sənin ürəyində yatan incilər, Mənim ürəyimə ulduzlar çilər.

Qəlbini taybatay açmamısan sən, Qorxmusan, gözünə çox işıq düşə. Gözlərim qamaşa...

Hər görüşündən

Bir sirr saxlamısan gələn görüşə.

Aya çatmamışdan o gözəlliyə Yetişmək eşqilə yandıq, düşündük. Min il bu həsrətlə tor atdıq göyə, Çatdıq,

ovcumuzda qum geri döndük.

Ayın əfsanəsi bitdi o gündən, Dönüb ovcumuzda toz-torpaq oldu. Sirrini insana bildirdiyindən

Ayın gözəlliyi itdi, yox oldu.

Sən mənim ovcuma qum tökməməkçün Həmişə gizlətdin nəyisə məndən. Ucaldın günbəgün,

Qalxdın günbəgün.

Daha gözəl oldun bu gün, dünəndən.

Hikmət kitabıdır sənin surətin. Onu sona qədər oxumaq çətin! Bu uzun illərin dolaylarında Mənimçün bir dəfə adiləşmədin.

Dərinsən,

zirvəsən mənim gözümdə,

Belə tanımışam səni mən, gülüm. Qeyri-adiliyin boy alır, həm də Mənim həsrətimdən, eşqimdən, gülüm.

Avqust, 1980

275

__________________Milli Kitabxana_________________

İŞIQ SÜRƏTİ

Xəyalım yenə də öz səfərində, Onun söykək yeri dərdim, məlalım. Anın yüzdə biri, mində birində Ərzin o başına uçur xəyalım.

Məsafə yox olur göz qırpımında, Uçan xəyalımın kəramətindən...

Bir də baxıram ki, Onun yanında Diz-dizə, üz-üzə oturmuşam mən.

Xəyal məsafəni yox edib keçir, Bəs Ona hardandır işıq sürəti? Bir anın içində əridib keçir

O, həm məsafəni, həm də həsrəti...

İşıqla doludur sevən könüllər, Tutuşar, alışar o, axşam-səhər. Sevgiyə mərhaba, sevgiyə alqış! Çıraq da nurunu gur seldən alır. Xəyal bu sürəti sevib alışmış İşıqla süslənmiş könüldən alır.

İyul, 1997

276

__________________Milli Kitabxana_________________

QƏZƏL, QOŞMA, GƏRAYLI

* * *

Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur, Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.

Zaman dönməz öz hökmündən... Biz ayrıldıq, tez ayrıldıq, Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur.

Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın, Dilək ölməz, ürək ölməz, sevənlərcin ölüm yoxdur.

Gülüm əğyar qılıncıyla sevərkən ayrı düşdük biz,

Bu həsrətdən, bu möhnətdən daha müdhiş zülüm yoxdur.

Sevib yandım, külək qalxdı, külüm sovruldu əflakə, Məni gərmə bu dünyada odum söndü, külüm yoxdur.

Ağac yansa, fəğan eylər, deyər öz dərdini aşkar, Deməkçün dərdimi yarə, bəmim varsa, zilim yoxdur.

Səninlə Bəxtiyaram mən, ayım sənsən ilim sənsən, Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur.

Oktyabr, 1961

277

__________________Milli Kitabxana_________________

***

Bu qədər saldı məni həsrət, amandan-amana Könlüm axırda mənim düşdü gümandan-gümana.

Neçə alim yazıb öz dərdini izhar elədi, Aşiqin dərdi fəqət keçdi zamandan-zamana

Dərdü-qəmdən usanıb düşdü könül hicr oduna, Eləyək indi şikayətmi yamandan-yamana?!

Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,

Boşalır göydə buludlar da dolandan-dolana...

Demərəm görməmişəm mən səni çoxdandı, gülüm,

Görürəm surətini yalqız olandan-olana...

Könlümün üstə düşən kölgələr əlan silinir, Başımın üstünə sən kölgə salandan-salana.

Neçə yol vədə verib əhdə vəfa qılmadı yar, Bəxtiyar! Qəlbin axır düşdü talandan-talana.

Sentyabr, 1963

***

Ağlar ürəyim, səs gələr, ah-azar görünməz. Gözdən yaş axar, qaynağı zinhar, görünməz.

Ruzgar yenə tüğyan eləyir dalda, budaqda Toz-torpağı gördük, niyə ruzgar görünməz?

Tonqal yanır, atəş görünür, atəşi yaxmış, Əl gizli səbəb, gizli səbəbkar görünməz.

278

__________________Milli Kitabxana_________________

İllər üzərindən yön alıb yol gedirik biz İllər görünür, bəs niyə yollar görünməz.

Qəmdən şad olursansa, könül mülkünə sən bax, Güllər açılıb, amma o gülzar görünməz.

Bəxtin mənə yar olduğunu çoxları söylər, Bəxtim görünür, bəs niyə dildar görünməz?

Avqust, 1970

* * *

Daş ürəklərdə yanıb daşları sındırdı muğam. Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

Nə güman eyləmisən ondakı tilsimləri sən, "Kürü ahıyla qurutdu", "salı yandırdı" muğam.

Onun hər guşəsi bir xatirə, bir canlı kitab, Keçilən yolları hərdən bizə andırdı muğam.

Su çilər kinli ürəklərdə qəzəb tonqalına, Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

O - ürək yanğısı, göz yaşları, bir çəngə bulud, Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

Dəfn edin siz məni Zabul segahın mayəsinə, Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram, Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

1974

279

__________________Milli Kitabxana_________________

BƏXTİYARAM MƏN

Səninlə

Ömrün payızında sevdim, sevildim, Elə bilirəm ki, ilk baharam mən. Arxanca sürünən kölgənəm sənin, Harda qərar tutsan, orda varam mən.

Mey olsan, yanında bir qədəh ollam, Gül olsan, çətrini öpən meh ollam. Ot olsan, bir anda dönüb şeh ollam. Dağ olsan, zirvənə yağan qaram mən.

Başımı qoyaram gündə yüz kərə Bir yol ayağını basdığın yerə. Eşqindir ucaldan məni göylərə,

Bu eşqin gücünə minnətdaram mən.

Sevgiyə hədd qoymaq, düzü günahdır, Cahilin hər işi, sözü günahdır.

Eşqi günah saymaq özü günahdır, Kim deyir, eşqimdə günahkaram mən?

Özün bir aləmsən, eşqin bir aləm, Sən olan könüldə nə kədər, nə qəm! Sənsiz bu dünyanın ən bədbəxtiyəm, Səninlə dünyada bəxtiyaram mən.

Dekabr, 1962

SƏN GETDİN

Sən getdin, elə bil dünya boşaldı Yaz da köçüb getdi, yeri boş qaldı, Bahar ürəyimi sənsiz qış aldı,

Mən yaza vurğunam, qışı neylərəm?

280

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]