- •I fesil
- •I Təhmasin hakimiyyetə gəlməsi ərəfəsində sosial,iqtisadi və siyasi
- •Vergi və mükəlləfiyyətlər.
- •I Sultan Süleymanın yürüşləri
- •I sultan süleymanin azərbaycana ilk yürüşü
- •I sultan süleymanin azərbaycana ikinci yürüşü
- •I sultan süleymanin azərbaycana üçüncü yürüşü:
- •I süleymanin azərbaycana dördüncü yürüşü:
- •1555-Ci il amasya sülhü:
- •XVI əsrin 60-70-ci illərində səfəvi-osmanli
I Sultan Süleymanın yürüşləri
I Səlimin dövründə Osmanlı Türkiyəsinin Azərbaycanı zəbt etmək cəhdləri, müvəffəqiytətli olmadı. Osmanlılar Səfəvilər dövlətinin içərilərinə irəliləyib onun paytaxtı Təbrizi tuta bilsələr də burada qala bilmədilər. Sultan Səlimin vəfatından sonra da Osmanlı-Səfəvimünasibətləri düşməncəsinə olaraq qalmaqdaydı.
I Səlimin vaxtında Azərbaycanı işgal etməyə nail ola bilməyən Osmanlı Türkiyəsinin hakim dairələri I Sultan Süleyman Qanuni dövründə də şərq istiqamətində ərazilərini genişləndirmək cəhdlərindən əl çəkmədilər. Səfəvi hökmdarının yaşının azlığı (Şah Təhmasib taxta çıxarkən 10 yaşında idi) və Qızılbaş dövləti daxilində əmirlərin yüksək vəzifələri əldə etmək naminə tez-tez baş veren qanlı toqquşmaları Azərbaycanın tezliklə Türkiyə ərazisinə qatilması üçün əlverişli şərait yaratmışdı.
Sultan Süleyman Osmanlı taxtına cıxdığı ilk illərdən başlayaraq “Şərq diyarına”- Azərbaycana hücum etmək fikrində idi. Bunu həyata keçirmək uçün hər hansı bir bahanə lazım idi. Şah Təhmasibə atasının vəfatından az sonra sultanın olduqca təhdidamiz bir məktubu təqdim olundu. Şah İsmayılın 1523-cü ildə,gec də olsa Osmanlı Sultanın taxta çıxmasını təbrik etdiyinə baxmayaraq, görünür ki, diplomatik əlaqə saxlamaq naminə həmin hadisə yeni Səfəvi hökmdarı tərəfindən də alqışlanmalı və hətta Səfəvilərin hərbi cəhətcə oçlardan güclü Osmanlılardan asılılığı xüsusi olaraq qeyd edilməli idi. Şah Təhmasibə gələn məktub təhqiramiz ifadə və hədələrlə dolu idi:”Nə üçün sarayıma adam göndərib, öz tabeliyini bizə izhar etmədin?Ağlının nöqsanı mənim yaxın vaxtlarda Şərq diyarına hücum edəcəyimə səbəb olubdur.Çadırımın təkcə Təbriz və Azərbaycan deyil,belkə də İran və Turan məmləkətlərində qurulması müəyyən edılmışdir”. Sultanın hücüm barədə qəti qərara gəlməyinə səbəb iki Səfəvi əmirinin-Noxud Sultan 1528-ci ildə Bağdada hücum edib,oranı öz əlinə keçirmiş və özünün bundan sonra Azərbaycan şahına deyil,Türkiyə sultanına tabe olacağını bildirmiş hətta Bağdadın acarlarını Sultan Süleymana göndərmişdir1.
I sultan süleymanin azərbaycana ilk yürüşü
Mənbələrdə deyilir ki, Osmanliya sığınan Üləma bəy Sultanı tez-tez Azərbaycana və İraqa yürüş etməyə sövq edirdi, Şah Təhmasibin başının Xorasanda özbəklərlə müharibəyə qarışdığını və Azərbaycanın dərhal ələ keçiriləcəyini bildirirdi.
________________________
1)Şahin Fərzəliyev “Azərbaycan və Osmanlı İmperiyası”. Bakı-1995.səh 72
bildirirdi. Münasibətlərin kəskinləşməsi çox ciddi siyasi səbəblərə bağlı idi. XVI
yüzil boyu Avropaya meydan oxuyan Osmanlı dövləti ücün qızılbaş hərəkatı ən
böyük təhlükə olaraq qalmaqda idi1.
1534-cü ilin yayında Sultan Süleyman çox böyük ordu ilə Azərbaycana hərəkət etdi. Ordunun ön dəstəsini vəzir İbrahim paşanın 90 minlik ordusu təşkil edir, Üləma bəy 10 min nəfərlə irəli çıxarılmışdır. Onlar Təbrizə daxil oldu. İbrahim paşa şəhərin yaxınlığında öz düşərgəsini saldı. Cənubi Azərbaycanın bir çox yerləri türklər tərəfindən tutuldu. Osmanlı qoşunları Təbrizdə olduqları zaman işğalçıların zülm və zorakılığı nəticəsində şəhərdə çoxlu iğtişaşlar baş verdi. Türk əsgərləri şəhərliləri qarət edir və öldürürdülər.
Düşmənin basqınından xəbər alan şah Xorasandan hərəkət etdi.Şah qoşunu 7 mindən çox deyildi, həm də yol boyu onların bir çoxunu sıradan çıxmışdı. Ancaq sultanın ordusu, Həsən bəy Rumlunun məlumatina görə, “səhranın qum zərrələrindən və payız yarpaqlarından daha çox” idi. Şah Qəzvinə, ordan da Əhbərə hərəkət edir və əmirlərin müşavirəsini cağırır.
Sultan Süleyman I Şah Təhmasibə göndərdiyi məktubunda onu qorxaqlıqla təqsirləndirdi və döyüşə başlamağı təkid etdi. Şah cavabında yazdı ki, o, ağlını itirməyib, bir qızılbaşa qarşı on türkün dayandığı qeyri-bərabər şəraitdə düşmənlə vuruşa bilməz. Ardı-arası kəsilməyən axınla gələn Osmanlı qoşunları qızılbaşların sırasını sarsıdır və onlar şah düşərgəsinə doğru çəkilirdilər. Sultan Süleyman çox böyük qoşunla Miyanəci keçərək Sultaniyyəyə çatdı. Payızın sonunda Sultaniyyə ərazisində bərk qar yağdı və güclü şaxtalar düşdü. Osmanlı ordusu şiddətli soyuqlar və azuqə çatışmazlığı üzündən böyük itkilər verdi. Bu səbəblərə görə və sultanın qızılbaşların inadlı müqaviməti ilə üzləşməsi onu Azərbaycandan çıxmağa məcbur etdi. Sultan qışlamaq üçün Bağdada tərəf döndü, Üləmanı Təbrizə göndərdi2.
Osmanlı qoşununun Azərbaycana birinci yürüşü və onun səbəbləri barədə Sultan Süleymanın Krım hökmdarı Məngli Gəray xana bir məktubu vardır. Orada Krım xanına məlumat verilir ki, “İslam etiqatını möhkəmlətmək naminə” Şərq diyarına hücum edən Osmanlı qoşunun qorxusundan guya Şah Təhmasib Xorasana qaçmağa məcbur olmuşdu. Əslində bildiyimiz kimi, bu belə olmamışdı. Sultanın bu yürüşə başlamazdan əvvəl Şah Təhmasib Xorasanı tutan özbəklər üzərinə hücuma keçmiş, Azərbaycanın idarəsini Musa bəy Mosulluya tapşırmışdı. Demək, Sultan Süleyman tərəfindən krım xanına verilən məlumat düzgün deyildir.
_______________
1)Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər.S.S.Əliyarlı. Bakı 1996.səh.385
2)Oktay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti”. Bakı 2007.səh.72
