- •I fesil
- •I Təhmasin hakimiyyetə gəlməsi ərəfəsində sosial,iqtisadi və siyasi
- •Vergi və mükəlləfiyyətlər.
- •I Sultan Süleymanın yürüşləri
- •I sultan süleymanin azərbaycana ilk yürüşü
- •I sultan süleymanin azərbaycana ikinci yürüşü
- •I sultan süleymanin azərbaycana üçüncü yürüşü:
- •I süleymanin azərbaycana dördüncü yürüşü:
- •1555-Ci il amasya sülhü:
- •XVI əsrin 60-70-ci illərində səfəvi-osmanli
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
BAKI DÖVLƏT UNİVERSİTETİ
Tarix fakultəsinin əyani şöbə üzrə
Azərbaycan bölməsinin I krus 012-ci
qrup tələbəsi Abdulhəmidova İlkanə Azad qızının
“I Təhmasibin dövründə Səfəvi-Osmanlı münasibətləri”
Mövzusunda
KURS İŞİ
Kafedra: Azərbaycan tarixi
Kafedra müdiri:dos M.Q.Abdullayev
Elmi rəhbər: dos Hüseyinli Rəsul
BAKI-2013
Mövzu : “ I Təhmasibin dövründə Səfəvi-Osmanlı münasibətləri”
Plan:
Giriş :........................................................................................................3
I .I Təhmasibin hakmiyyətə gəlməsi ərəfəsində sosial, iqtisadi və siyasi vəziyyət..5
II. I Süleymanın yürüşləri.......................................................................................11
III. XVI əsrin 60-70-ci illərində Səfəvi-Osmanlı münasibətləri.............................22
Nəticə .....................................................................................................25
Ədəbiyyat siyahısı...................................................................................27
GİRİŞ
Araşdıracağımız bu kurs işi I Təhmasibin dövründə Səfəvi-Osmanlı münasibətləridir. Bu mövzuya müraciət etməyimizə səbəbi I Təhmasibin dövründə Səfəvi dövlətinin vəziyyətinin daha ətraflı öyrənilməsində böyük əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Digər tərəfdən, Təhmasibin dövründə Osmanlılarla münasibətlərin səciyyəvi xususiyyətlərinin öyrənilməsi, Süleymanın yürüşlərinin Azərbaycan Səfəvilər dövlətinə gətirdiyi nəticələri öyrənilməsi baxımından da əhəmiyyətlidir.
Osmanlılarla münasibətlərlə bağlı bu kurs işini yazarkən Səfəvilər dövlətinə və Osmanlılara həsr olunmuş ümumiləşdirilmiş əsərlərlə yanaşı müxtəlif hadisələrlə yanaşı Osmanlılarla münasibətlərə toxunulan əsərlərə də müraciət etmişik. Ancaq bizim əsasən məqsədimiz I Təhmasibin dövründə Osmanlılarla münasibətləri araşdırmaq olduğundan bu əsərlərdə də, əsasən, həmin məsələlərə həsr olunmuş bölmələrin məlumatlarına diqqət yetirmişik.
İndi isə tədqiq etdiyimiz mövzu ilə əlaqədar müraciət etdiyimiz ədəbiyyatlara qısaca nəzər salaq.
I Təhmasibin dövrünün öyrənilməsinə dair müraciət etdiyimiz ən vacib mənbələrdən biri “Əhsən ət-təvarix” əsəridir. Bu əsər Həsən bəy Rumlunun əsəridir. Hadisələrin şəhri Şah Xudabəndənin taxta çıxmasına qədər verilir. I Təhmasibin yarıməsrlik hakimiyyəti dövründəki hadisələr heç bir başqa mənbədə Həsən bəy Rumlunun əsərində olduğu kimi təfsilatı ilə şərh olunmur.
Həsən bəy Rumlu üçün Azərbaycan tarixi böyük maraq kəsb edir. Azərbaycandakı hadisələrə onun əsərində kifayət qədər bölmələr həsr edilmişdir. Onun əsərinin bir çox səhifələri gənc şah I Təhmasibin hakimiyyətinin ilk illərində qızılbaş əyanlarının dövlət aparatında yüksək və gəlirli vəzifələri tutmaq uğrunda mübarizəsini, Azərbaycanın cənub vilayətlərinin hakim Üləma bəyin qiyamını, Şirvan bəylərbəyi Əlqas Mirzənin xəyanətini, Sultan Süleymanın Azərbaycana dörd yürüşünü və.s əks etdirir.
Araşdıracağımız məsələ ilə bağlı müraciət etdiyimiz digər bir mənbə- Səfəvilər dövlətinin tarixinə dair salnamələr arasında indiyədək elmdə tədqiq edilməmiş Qazi Əhməd İbrahim Quminin “Xülasət ət-təvarix” əsəridir. Bu əsər Qazi Əhmədin yeganə əsəri deyildir. Bizə qədər gəlib çatmış “Xülasət ət-təvarix”in hissəsi beşinci cildini təşkil edir. Əsər I Tıhmasibin hakimiyyətinin son on ili, II İsmayılın, Məhəmməd Xudabəndənin hakimiyyəti illəri və I Şah Abbasın hakimiyyətinin başlanğıcı üçün ilkin mənbədir. Yazıçının təsvir etdiyi, I Şah Abbas dövrünə qədər ki bir çox hadisələr başqa salnaməçilər tərəfindən ya tamamilə qeyd olunmur ya da çox yığcam şərh edilir.
Mövzu ilə əlaqədar biz Azərbaycan tarixinə həsr olunmuş əsərlərə də müraciət etmişik. Süleyman Əliyarlının redaktəsi altında nəşr olunmuş “Azərbaycan tarixi.Uzaq keçmişdən 1870-ci ilə qədər” çox müəllifli əsərdir ki, burada Azərabaycanın XX-XVI əsr tarixi ilə əlaqədar olraq Səfəvilər dövləti-Təhmasib haqqında və I süleymanın yürüşləri barədə yığcam, ancaq diqqətəlayiq məlumatlar verilmişdir. Əsərin 12-ci bölümünün II-III hissələri bu məsələyə həsr olunmuşdur.
Digər ümumiləşdirilmiş əsər olan VII cildə nəşr olunmuş “Azərbaycan tarixi”nin III cildi də araşdırdığımız məsələ ilə bağlı zəngin məlumatlara malikdir. Burada Səfəvilər dövlətinin yaranması, Təhmasibin hakimiyyətə gəlməsi, Osmanlılarla münasibətlər təfərrüatı ilə əks olunmuşdur, biz də krus işimizin I və II fəslində bu məsələlərlə əlaqədar buradakı məlumatlara da müraciət etmişik.
İstifadə etdiyimiz digər en sanballı əsərlərdən biri də Okyay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” əsəridir. Bu əsər Səfəvilər dövlətinin öyrənilməsi ücün çox əhəmiyyətlidir. Bu əsərdə Təhmasibin hakimiyyətə gəlməsi, I Süleymanın yürüşləri geniş izah olunmuşdur.
Bu əsərlərlə yanaşı mövzumuzun araşdırılmasında Şahin Fazil Fərzəlibəylinin “Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər)”, Şahin Fərzəliyev “Azərbaycan XV-XVI əsrlərdə” , “Azərbaycan tarixi üzrə qaynaqlar”dan, Övliya Çələbinin “Sıyahətnamə”, Yaqub Mahmudov “Azərbaycan Avropa ölkələri ilə əlaqələr”, T.M.Müsəvi “Orta əsrlər Azərbaycan tarixinə dair farsdilli sənədlər” əsərlərindəndə istifadə olunmuşdur. Bu əsərlərdə də tədqiq etdiyimiz məsələ ilə bağlı geniş məlumatlar verilmişdir.
Bu mövzuya aid materiallar 3 fesildə toplanmışdır. Bu kurs işində mövzunu II fəsildə verməyi daha məqsədəuyğun hesab etdik. Belə ki, I Fəsildə I Təhmasibin hakimiyyətə gəlməsi ərəfəsində sosial, iqtisadi və siyasi vəziyyət araşdırılmışdır. I Təhmasibin hakimiyyətə gələnə qədər Səfəvilər dövlətində hakimiyyət uğrunda mübarizələr güclənməsinə, Səfəvilər dövləti ağır dövr keçirməsi dövrünə həsr etmişik.
II Fəsildə I Süleymanın yürüşləri araşdırılmışdır. Burada Osmanlıların yürüşlərinin Azərbaycana çoxlu dağıntılar gətirməsinə, bununla yanaşı Səfəvilər dövləti zəiflətmiş və süqutunu sürətləndirməsinə, həmçinin iki türk dövlətinin bir-birinə qarşı vuruşmasının ağır nəticələrinə həsr etmişik.
III Fəsildə XVI əsrin 60-70-ci illərində Səfəvi-Osmanlı münasibətləri araşdırılmışdır. Bu dövrdə Səfəvilər Osmanlılara məğlub olmasını və sülh müqaviləsi bağlamasını işıqlandırmağa çalışmışıq.
I fesil
I Təhmasin hakimiyyetə gəlməsi ərəfəsində sosial,iqtisadi və siyasi
vəziyət.
Azerbaycan Səfəviler dövlətinin banisi I Şah İsmayılın müxtelif xalqları birləşdirən geniş vahid dövlətin əsaslarini möhkəmləndirmək sahesindəki fəaliyyəti onu ən görkemli dövlət xadimi kimi səcyələndirir. Azərbaycan (qızılbaş) əyanları mühitində tərbiyə almiş,bu mühitlə ayrılmaz tellerle bağlı olan I Şah İsmayıl mülki ve dini rəhbər kimi şəksiz nufuzundan istifadə edirdi. Qızılbaş əmirlərinin itaətsizliyinin ən xırda əlamətlərinin qarşısını amansızlıqla alan I Şah İsmayılın ağıllı siyasəti sayəsində əsrin ilk rübündə mərkəzi hökumətin nüfuzunu kifayət qədər yüksək idi. Buna görə də hicri 930-cu il rəcəb ayının 19 (1524-cü il mayın 23-də)-u onun 37 yaşında ikən vaxtsız və qəfil ölümü mərkəzi hakimiyyətin zəifləməsinə və tayfa başçılarının ara müharibələrinə gətirib çıxardı.
İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin on yaşli oğlan yüksək gəlirli dövlət vəzifələri, zəngin və məhsuldar torpaklar ələ keçirmək uğrunda bir-birilə mübarizə aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I Təhmasibin lələsi (atabəyi) Div Sultan ələ keçirdi. O, Ustaclı tayfasından olan əmirləri yüksək vəzifələrdən uzaqlaşdırmış, onlarin Çuxursəd (İrəvan vilayəti) mülklərini öz torpaqlarına qatmışdı. Köpək Sultan və Abdulla xan kimi Ustaclı əmirləri Div Sultana qarşı çıxdılar.1
Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Div Sultan özbəklərin Xorasana basqınını dəf etmək bahənəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarşı qoşun toplamaq üçün Təbəristanla sərhəddə yerləşən Lar yaylağına yola düşdü. İsfahan hakimi Çuxa Sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca Sultan Təkəli, Məhşəd hakimi Burun Sultan Təkəli, Şiraz hakimi Əli Sultan Zülqədər və başqaları onun çağırışı ilə öz qoşunları ilə bura gəldilər. Div Sultan hədiyyələr və vədlər verməklə onları öz tərəfinə çəkdi və Köpək Sultan Ustaclı əleyhinə ittifaq bağladı. Hicri 931 (1525)-ci ilin payizinda özünü kifayət qədər güclü hiss edən Div Sultan Köpək Sultana məktub göndərərək mərhum şahın iradəsinə tabe olmağa və onun vəkalət huquqlarını tanımağa çağırdı.Köpək Sultan ustaclı əmirlərinin müşavirəsində müvaqişəni dincliklə həll etmək ruhunda çıxış edərək Div Sultanı qarşılamağa yollandı.Görüş Türkmənkəndi adlı baş verdi. Onlar birlikdə Şah Təhmasibin Təbrizdəki sarayının yaxınlığında yerləşən Çərəndaba gəldilər. Lakin tayfalar arasında müharibə yenidən başlandı.
____________
1)Azərbaycan tarixi.III cild(7 cilddə). Bakı 2007, səh.216
Fərmanlarda Div Sultan “məlik əl-üməra”(əmirlərin rəhbəri), Çuxa Sultan isə
“rükn əs-səltənə”(səltənətin dayağı) adlandırılırdı.Köpək Sultan paytaxtdan çıxan kimi Div Sultan Çuxa Sultanla birlikdə tiyul (iqta) hüququndan ustaclı tayfasına məxsus olan torpaqlarin çox hissəsini öz aralarında bölüşdürdülər.
İsgəndər bəy Münşi Azərbaycan tayfalari arasinda düşmənçilik və müharibə törətmiş Div Sultanın hərəkətlərini pisləyir.
Sonraki hicri 933 (1526-1527)-cü ildə Köpək Sultan öz qoşunlarını Xalxaldan keçərək, Rəştdən Ərdəbilə gətirərək yerli hakim Badəncən bəy Rumlunun məğlub etdi və öldürdü.Sonra o Çuxursədə, rumlu tayfasının köçdüyü yeni yerə hərəkət etdi.Xəbər tutan Div Sultan, Çuxa Sultan və Məhəmməd xan Zülqədər oğlu səkkiz min nəfərlik qorçilər dəstəsi ilə Qərbi Azərbaycana yollandılar. Tərəflər üz-üzə gəldiyi Naxçıvanda Araz çayı yaxınlığında, hicri 933-cü il ramazanın 29-da (1527-ci il iyunun 30-da) onların arasında həlledici döyüş baş verdi. Ustaclı qoşunları darmadağın edildi, Köpək Sultan isə öldürüldü.1
Qızılbaş tayfaları arasında gedən ara müharibələri nəticəsində mərkəzi hakimiyyət əslində fəaliyyətdən qalaraq iflic vəziyyətinə düşdü. Ölkədə öz başınalıq hökm sürürdü. Hürşah məlumat verir ki, Xorasanda və Astrabadda torpaqlara (iqta) sahib olan əmirlərin çoxu öz tayfaları ilə (il-u-ulus) İraqa yola düşdülər. Hicri 933 (1527-ci il, iyul)-cü ilin əvvəlində Div Sultan Çuxa Sultanın təhriki ilə öldürüldü. Şərəfxan Bidlisinin məlumatlarina görə, Çuxa Sultan gənc şahı inandıra bilmişdi ki, Div Sultan tayfalararası ədavətin və toqquşmaların səbəbkarıdır və o, divana daxil olanda şah Div Sultanı oxla vurmuş, sonra isə şahın xidmətçiləri onu qətlə yetirmişdilər17. Bununla da rumlu əyanlarının hakimiyyət dövrü sona çatdı.
Dövlət işlərinə rəhbərlik Çuxa Sultan başda olmaqla Təkəli tayfasının əlinə keçdi. Hadisələrin müasiri yazır: “O, əksər vilayətləri Təkəli tayfasından olan qohumlarının arasında bölüşdürmüş, onların hər birini xan tituluna və sultan rütbəsinə qədər yüksəltmişdi”1.
Təkəli tayfasının hökmranlığı 1527-1531-ci illərdə (Çuxa bSultanın Şamlı tayfasının başçısı Hüseyn xan tərəfindən öldürülməsinə qədər) davam etdi. Onların hakimiyyətin şamlı feodalları əvəz etdi. Çuxa Sultanın ölümündən sonra Hüseyn xan Şamlı ən qüdretli feodal oldu, vəkil və əmir əl-üməra vəzifələrini tutdu. Hüseyn xan da sələfi kimi ilk növbədə öz tayfasının yaxşı yerləşdirilməsi qayğisina qalaraq “ən yaxşı vilayətləri (iqta əsasinda) şamlı əmirləri arasında bölüşdürüb” şaha dövlət işlərinə qarışmaq imkanı vermədi.
Hüseyn xan hicri 940 (1533-1534)-cı ilədək dövlət işlərini idarə etmiş, elə
1)Oktay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti”. Bakı 2007.səh.67
həmin ildə qəflətən hakimiyyətdən kənar edilərək edam olunmuşdu. Mənbələrdə göstərilir ki, Hüseyn xan Şamlı I Şah Təhmasibi zəhərləmək məqsədiylə sui-qəsd hazirlamaqda təqsirləndirilmişdi. I Şah Təhmasib Heratda ikən Hüseyn xanın həmtayfası olan Başdan Qara adlı bir nəfər piyaləsinə zəhər tökmək üçün cəhd göstərmişdi. Hüseyn xanın tərbiyəçisi (lələsi) olduğu qardaşı Sam Mirzənin xəyanəti barədə xəbər verən “Şərəfnamə”yə görə, Sam Mirzə özünü I Sultan Süleymanın vassalı kimi tanıtmışdı.
Hüseyn xan Şamlının ölümü ilə qızılbaş feodallarının on il müddətində-1524-cü ildən 1534-cü ilədək davam etmiş ağalığı başa çatdı. Şübhə yoxdur ki, şamlı əyanlarının hakimiyyəti tezliklə dövlət işlərindən sıxışdırılıb uzaqlaşdırılmış digər tayfa əyanlarının narazılığına səbəb olacaqdı. Həm də I Şah Təhmasibin özü artıq böyümüşdü, qızılbaş əmirlərinin sıxıntılı himayəsindən qurtulmaq və nəhayət, dövlət işlərini öz əlinə almaq qərarına gəlmişdi. Hüseyn xanın edam olunması və vəkil vəzifəsinə Qazi Cahan Qəzvininin təyin edilməsi I Şah Təhmasibin mərkəzi hakimiyyətin gücləndirmək və möhkəmləndirmək qətiyyətini göstərirdi1.
Bu dövrdə Səfəvilərin iqsadi vəziyyəti.
Məlumdur ki, XV esrdə feodalların istifadəsində olan torpaqlar həcm etibarilə dövlətin ixtiyarındakı torpaqlardan çox idi. XVI əsrdə isə vəziyyət bir qədər dəyişildi. Belə ki, əsrin əvvəllərində yaranan Səfəvi dövləti dövlət torpaqlarının həcmini genişləndirməyəbaşladı. Lakin feodalların ixtiyarında hələ də xeyli torpaq sahələri qalırdı.
Əgər XV əsrdə Azərbaycanda torpaq üzərindəki hakimiyyətin əsas növü iri soyurqal idisə, artıq XVI əsrdən soyurqal verilişi xeyli azalmışdı. Səfəvilər apardıqları mərkəzləşdirmə siyasəti naminə Azərbaycanda və hakimiyyətləri altında olan digər ölkələrdə soyurqalı azaltmaqla yeni özünə məxsus bir institut olan tiyulu möhkəmlətməyə çalışırdılar.
Əvvəllər olduğu kimi, XV-XVI əsrlərdə də dövlətin, ayrı-ayrı feodalların, eləcə də hərbçilərin əsas gəliri onlardan asılı olan rəiyyətin istismar edilməsi və başlıca olaraq, hərbi yolla qənimət ələ keçirilməsi ilə əldə edilirdi. Buna görə də dövlət başçıları daim soyğunçu müharibələr törədir, nəticə də kənd və şəhər əhalisi30 hərbi dəstələrin tapdağı olur, əkinçilik və sənətkarlıq tənəzzülə uğrayırdı.
İndi də XV-XVI əsrlərdə Azərbaycanda olan torpaq mülkiyyəti növləri haqqında məlumat verək.
VƏQF torpaqları: İslam dini müəssisələrinin çox gəlirli torpaq mülkiyyəti vəqf adlanır. Bu torpaqlarda yaşayan rəiyyət ruhanilərdən asılı idi. Vəqfdən götürülən gəlirin bir hissəsi məscid, mədrəsə və başqa dini idarələrin tikilməsinə xərclənir, onun böyük hissəsini rühanilər mənimsəyirdilər.
______________________
1)Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər Dövləti” səh.70
onun böyük hissəsini rühanilər mənimsəyirdilər. Vəqf torpaqlarının gəliri vəqfi verən şəxsin vəsiyyətinə əsasən məsrəf edilə bilərdi. Bu torpaqlardan hökümət
Üçün vergi yığılmır, vəqf əmlakı toxunulmazsaylırdı. Məhz buna görə də feodallar bəzən öz torpaqlarını dini müəssisələrə vəqf edir, beləliklə də, xəzinəyə vergi verməkdən can qurtarırdılar.
Vəqf əmlakı satıla və bağışlana bilməzdi, lakin onun mənimsənilməsi halları baş verirdi. Həsən bəy Rumlu vəqfi mənimsəyən şəxslərdən birinə misal olaraq uzun müddət I Şah Təhmasibin vəziri olmuş və sonradan vəzifədən kenar edilmiş Qazı Cahanı göstərib.
“Əhsənüt-təvarix” salnaməsində üç növ şərti torpaq mülkiyyətinin adı çəkilmişdir: iqta, soyurqal, tiyul. XIV əsrindən ortalarından etibarən iqta institutu öz yerini soyurqala verdiyindən iqta torpaq mülkiyyəti barədə danışmırıq.
SOYURQAL: Soyurqal institutu Azərbaycanda olan feodal mülkiyyətinin əsas növlərindən biridir. Soyurqal sahibləri öz torpaqlarında tam müstəqil idilər və dövlət məmurlarının həmin torpaqlarda vergi yığmalarina nəinki yol verilir hətta məmurların o torpaqlara yaxın düşmələri belə qadağan edilirdi.
Mülki və hərbi qulluqçulara xidmətlərinə görə, dövlət torpaqlarından soyurqal adı ilə ömürlük, yaxud irsi mülklər verilirdi. Soyurqal əslində iqtanın davamı idi. O da iqta kimi irsi olub nəsildən nəslə keçirdi. Ancaq hakimiyyətə gələn hər bir yeni şah soyurqal sahibin torpaq üzərində sahibkarlıq hüququnu fərmanla təsdiq etməli idi. Sahibkar inzibati-hərbi xidmətdə olmaqla, istənilən anda şah ordusuna müəyyən sayda atlı və piada döyüşçü verməli idi. Soyurqal sahiblərinə maafi, yəni vergi imtiyazı verilirdi. Bu imtiyaz dövlət vergisindən azad etmirdi. Ancaq soyurqal ərazisində bütün vergilərin toplanmasını onun ixtiyarına verir, soyurqalın maliyyə işlərinə dövlətin qarışması üzərinə qadağa qoyurdu. Soyurqal sahibinə məhkəmə-inzibati hüquqlar da verilirdi. Soyurqal sahibi ona verilən ərazini mülki, məhkəmə-inzibati, hərbi idarələrinə başçılıq edirdi1.
Həsən bəy Rumlu üç növ soyurqal haqqında məlumat vermişdi. Onlardan birincisi torpaqla verilən soyurqal, ikincisi isə əmlak və torpaqla deyil, pul ilə ödənilirdi. K.S. Ləmbtonun soyurqala verdiyi tərifdən məlum olur ki, soyurqal şəxslərə maaş əvəzinə, yaxud təqaüd əvəzinə bağışlanan torpaq, ya da torpaqdan alınan gəlirdi. “İranda mülkədar və əkinçi” kitabında soyurqal torpaq mülkiyyətinin qaraqoyunlulardan başlayıb qacarlar dövrünə qədər davam etdiyi göstərilmişdir.
TİYUL: Bu şərti torpaq mülkiyyəti növünün məhz hansı əsrdə həyata keçməsi barədə müxtəlif fikirlər vardır. İ.P. Petruşevskiyə istinad edən O.Əfəndiyev
1)Azərbaycan tarixi.Uzaq keçmişdən 1870-ci illərə qədər.S.S.Əliyarlı.Bakı, 1996.səh 421.
göstərir ki, “Səfəvilər dövründə soyurqal öz yerini tiyula verdi” , iqta mülkiyyətinin aradan çıxdığını bildirmişdir. Tiyulun məhz nə zaman meydana Lakin V.F.Minorski teymurilər dövründə tiyul istilahının işlədilməsi ilə əlaqədar olaraq çıxması xüsusunda K.S. Ləmbtonun bir-birinə zid iki fikri vardır.O, gah tiyulun səfəvilər dövrundə iqtani əvəz etdiyini, gah da hələ elxanilər zamanı iqtanın tiyul ilə əvəz olunmağa başladığını qeyd etmişdir. Onun bu fikirləri arasındakı ziddiyyət bir yana qalsın, iqtanın tiyul ilə əvəz olunması barədə də söylədiyi fikir düzgün deyildir, çünki bildiyimiz kimi, iqtanı əvəz edən tiyul yox, soyurqal olmuşdur.
Tiyul müəyyən bir yerin müvəqqəti istifadə olunmasından ötrü şahin dövlət torpaqları hesbına xüsusi şəxslərə verdiyi sahəyə deyilirdi. Tiyul sahibi həmin torpaqdan gələn gəlirin hamsını, yaxud böyük bir hissəsini mənimsəyirdi. O, dövlətə hər il “rüsum” adı altında müəyyən məğləb pul verməliydi. Bəzən tiyul müəyyən qoşun hissələri hazırlanması məqsədi ilə də verilir və tiyuldar lazimi vaxtda hökumətin sərəncamına əsgəri qüvvə verməyə vəzifədar edilirdi. Tiyul soyurqaldan fərqli olaraq əmir, şahzadə və başqa şəxslərə irsən verilə bilməzdi, çünki bu torpaq mülkiyyəti növü məhz tiyula layiq görülən hökumət məmurunun etdiyi xüsusi xidmət müqabilində maaş kimi verilirdi.
Tiyulun ləğvi nəticəsində yaranan vahimə bu mülkiyyət formasının tiyuldar əmirlərindən ötrü nə qədər gərəkli olduğunu bariz şəkildə əks etdirir. Belə ki, 932(1525/26)-cı ildə ustaclı tayfasına aid olan tiyulun I Şah Təhmasib tərəfindən ləğv edilməsi ilə əlaqədar həmin tayfa əmirləri hökumətlə düşmənçiliyə başlamışdılar1.
