Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Quran Hafizinin Fəziləti

حديث أَبِي مُوسى الأَشْعَرِيِّ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَثَلُ الْمُؤمِنِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الأُتْرُجَّةِ، رِيحُهَا طَيِّبٌ وَطَعْمُهَا طَيِّبٌ؛ وَمَثَلُ الْمُؤْمِنِ الَّذِي لاَ يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ التَّمْرَةِ، لاَ رِيحَ لَهَا وَطَعْمُهَا حُلْوٌ؛ وَمَثَلُ الْمُنَافِقِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ، مَثَلُ الرَّيْحَانَةِ، رِيحُهَا طَيِّبٌ وَطعْمُهَا مُرٌّ؛ وَمَثَلُ الْمُنَافِقِ الَّذِي لاَ يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الْحَنْظَلَةِ، لَيْسَ لَهَا رِيحٌ وَطَعْمُهَا مُرٌّ

460. Əbu Musa əl-Əşari  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Quran oxuyan mömin iyi və dadı şirin olan limon Utruccu kimidir. Quran oxumayan mömin isə dadı olub, iyi olmayan xurma kimidir. Quran oxuyan münafiq iyi xoş, lakin dadı acı olan reyhan kimidir. Quran oxumayan münafiq isə iyi olmayan, lakin dadı acı olan Hənzələ (qarpıza bənzər tərəvəz) kimidir». (Buxari 5427, 5059, Muslim 1896, 797/243)

فضل الماهر بالقرآن والذي يتتعتع فيه

Quran Oxumaqda Mahir Olanla Onu Oxumaqda Çətinlik Çəkənin Fəziləti

حديث عَائِشَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: مَثَلُ الَّذِي يَقْرَأُ الْقُرْآنَ وَهُو حَافِظٌ لَهُ مَعَ السَّفَرَةِ الْكِرَامِ، وَمَثَلُ الَّذِي يَقْرَأُ وَهُوَ يَتَعَاهَدُهُ، وَهُوَ عَلَيْهِ شَدِيدٌ، فَلَهُ أَجْرَانِ

461. Aişə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Quran oxuyan və onu əzbərdən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir. Çətinlik çəkə-çəkə daim Quran oxuyan adam isə iki savab qazanır”. (Buxari 4937, Muslim 1898, 798/244)

استحباب قراءة القرآن على أهل الفضل والحذاق فيه وإن كان القارئ أفضل من المقروء عليه

Oxuyan, Dinləyəndən Əfzəl Olsada Belə Fəzilət Və Məharət Sahiblərindən Quran Oxumanın Müstəhəb Olması

حديث أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لأُبَيٍّ: إِنَّ الله أَمَرَنِي أَنْ أَقْرَأَ عَلَيْكَ (لَمْ يَكُنِ الَّذِينَ كَفَرُوا) قَالَ: وَسَمَّانِي قَالَ: نَعمْ فَبَكَى

462. Ənəs  rəvayət edir ki, (bir dəfə) Peyğəmbər  Ubey (İbn Kəbə)  dedi: “Allah mənə: “Kitab əhlindən və müşriklərdən inkar edənlər...”. (əl-Bəyyinə 1). surəsini sənə oxumağı buyurdu.” (Ubey) soruşdu: “O, mənim adımı çəkdi?”. Peyğəmbər: “Bəli!” dedi və (Ubey) ağlamağa başladı” (Buxari 3809, 4959, Muslim 1901, 6497,799/246)

فضل استماع القرآن وطلب القراءة من حافظه للاستماع والبكاء عند القراءة والتدبر

Quran Dinləməyin, Quranı Dinləmək Üçün Bir Hafizdən Oxumasını İtəməyin Və Quran Oxunarkən Ağlayıb Tədəbbür Etməyin Fəziləti

حديث عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: اقْرَأْ عَلَيَّ قَالَ: قُلْتُ أَقْرَأُ عَلَيْكَ، وَعَلَيْكَ أُنْزِلَ قَالَ: إِنِّي أَشْتَهِي أَنْ أَسْمَعَهُ مِنْ غَيْرِي قَالَ: فَقَرَأْتُ النِّسَاءَ، حَتَّى إِذَا بَلَغَتُ (فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَى هؤلاَءِ شَهِيدًا) قَالَ لِي: كُفَّ أَوْ أَمْسِكْ فَرَأَيْتُ عَيْنَيْهِ تَذْرِفَانِ

463. Abdullah İbn Məsud  demişdir: “(Bir dəfə) Peyğəmbər  mənə buyurdu ki: “Mənə Quran oxu!” Dedim: “(Ya Rəsulullah! Quran) sənə nazil olduğu halda, onu sənə mənmi oxuyacağam?”. Peyğəmbər: “Bəli, mən onu başqasından dinləməyi xoşlayıram.” Mən ona “ən-Nisa” surəsini oxumağa başladım. Nəhayət, (surənin): “Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” ayəsinə çatdıqda, Peyğəmbər: “Dayan!” dedi. Mən (başımı qaldırdıqda) Peyğəmbərin  gözlərinin yaşla dolduğunu gördüm” (Buxari 4582, Muslim 1903, 1905, 800/247,248)

حديث ابْنِ مَسْعُودٍ عَنْ عَلْقَمَةَ قَالَ: كُنَّا بِحِمْصَ، فَقَرَأَ ابْنُ مَسْعُودٍ سُورَةَ يُوسُفَ، فَقَالَ رَجُلٌ: مَا هكَذَا أُنْزِلَتْ، قَالَ: قَرَأْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: أَحْسَنْتَ وَوَجَدَ مِنْهُ رِيحَ الْخَمْرِ، فَقَالَ: أَتَجْمَعُ أَنْ تُكَذِّبَ بِكِتَابِ اللهِ وَتَشْرَبَ الْخَمْرَ فَضَرَبَهُ الْحَدَّ

464. Əlqəmə demişdir: “(Bir dəfə) biz Himsdə ikən İbn Məsud  bizə “Yusuf” surəsini oxudu. Bu vaxt bir nəfər dedi: “Axı bu surə bu cür nazil olmamışdır”. İbn Məsud: “Mən (bu surəni) Allahın Elçisinə  oxudum və (mənə): “Əhsən!” dedi.” Bu vaxt İbn Məsud həmin adamdan şərab iyisi gəldiyini hiss etdi və dedi: “Allahın Kitabına iftira yaxdığın bəs deyil, hələ üstəlik şərab da içirsən?!” Bundan sonra o adamı şallaqladılar.” (Buxari 5001, Muslim 1906, 801/249)

فضل الفاتحة وخواتيم سورة البقرة والحث على قراءة الآيتين من آخر البقرة

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]