Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
5
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Bəzi Qəlblərdən Əmanət Və İmanın Qaldırılması Və Qəlblərə Fitnənin Yerləşməsi

عَنْ حُذَيْفَةَ قَالَ: حَدَّثَنَا رَسُولُ اللَّهِ  حَدِيثَيْنِ رَأَيْتُ أَحَدَهُمَا وَأَنَا أَنْتَظِرُ الآخَرَ حَدَّثَنَا أَنَّ الأَمَانَةَ نَزَلَتْ فِي جَذْرِ قُلُوبِ الرِّجَالِ ثُمَّ عَلِمُوا مِنْ الْقُرْآنِ ثُمَّ عَلِمُوا مِنْ السُّنَّةِ وَحَدَّثَنَا عَنْ رَفْعِهَا قَالَ يَنَامُ الرَّجُلُ النَّوْمَةَ فَتُقْبَضُ الأَمَانَةُ مِنْ قَلْبِهِ فَيَظَلُّ أَثَرُهَا مِثْلَ أَثَرِ الْوَكْتِ ثُمَّ يَنَامُ النَّوْمَةَ فَتُقْبَضُ فَيَبْقَى أَثَرُهَا مِثْلَ الْمَجْلِ كَجَمْرٍ دَحْرَجْتَهُ عَلَى رِجْلِكَ فَنَفِطَ فَتَرَاهُ مُنْتَبِرًا وَلَيْسَ فِيهِ شَيْءٌ فَيُصْبِحُ النَّاسُ يَتَبَايَعُونَ فَلاَ يَكَادُ أَحَدٌ يُؤَدِّي الأَمَانَةَ فَيُقَالُ إِنَّ فِي بَنِي فُلاَنٍ رَجُلاً أَمِينًا وَيُقَالُ لِلرَّجُلِ مَا أَعْقَلَهُ وَمَا أَظْرَفَهُ وَمَا أَجْلَدَهُ وَمَا فِي قَلْبِهِ مِثْقَالُ حَبَّةِ خَرْدَلٍ مِنْ إِيمَانٍ وَلَقَدْ أَتَى عَلَيَّ زَمَانٌ وَمَا أُبَالِي أَيَّكُمْ بَايَعْتُ لَئِنْ كَانَ مُسْلِمًا رَدَّهُ عَلَيَّ الإِسْلاَمُ وَإِنْ كَانَ نَصْرَانِيًّا رَدَّهُ عَلَيَّ سَاعِيهِ فَأَمَّا الْيَوْمَ فَمَا كُنْتُ أُبَايِعُ إِلاَّ فُلاَنًا وَفُلاَنًا.

87. Huzeyfə  demişdir: “Peyğəmbər  bizə iki hədis danışmışdı. Mən onlardan birini artıq görmüşəm, o birisini isə gözləyirəm. Peyğəmbər  bizə xəbər vermişdir ki, əmanət (əməlisaleh) insanların qəlbinin dərinliyinə endiril­miş, sonra onlar Quranı, bunun ardından da sünnəni öyrənmişlər. Bundan başqa Peyğəmbər  əmanətin yox olacağı barədə bizə bildirib demişdir: “Adam yatacaq və (yuxuda ikən) əmanət onun qəlbindən götürüləcək, (yerində isə) rəngsiz nöqtə boyda izi qalacaq. Sonra yenə yatacaq və (o yuxuda ikən əmanətin qalan hissəsi də onun qəlbindən) götürüləcək, (yerində isə) suluğa bənzər izi qalacaq. Elə bil ki, (əlindəki) közü ayağının üstünə salmısan və onun düşdüyü yer suluqlayıb. Sən onun qabardığını görürsən, halbuki onun içi bomboşdur. O zaman insanlar bir-biriləri ilə sazişlər bağlayacaq, amma heç kəs əmanəti qaytarmaq barəsində heç düşünməyəcək də. (İş o yerə gəlib çatacaq ki, camaat) deyəcək: “Filan qəbilə sakinləri arasında etibarlı bir adam vardır.” Birisinin barəsində: “O necə dərrakəli, necə bacarıqlı, necə dayanıqlı adamdır!” deyiləcək, halbuki onun qəlbində xardal dənəsi ağırlığında iman olmayacaqdır.” (Huzeyfə) dedi: “Mən elə bir zamanda yaşamışam ki, həmin vaxt kiminlə alış-veriş edəcəyim məni narahat etməzdi. Belə ki, (iş gördüyüm adam) müsəlman olardısa, (əmanəti) mənə İslam dini (şəriətə əsasən) qaytarardı, xristian olardısa, əmanəti mənə onun yaşadığı yerin rəhbəri qaytarardı. Bu gün isə mən ancaq filankəs və filankəslə iş görürəm.” (Buxari 6497, 7086, Muslim 206, 384)

بيان أن الإسلام بدأ غريبا وسيعود غريبا وأنه يأرز بين المسجدين

İslam Qərib Olaraq Başladığı Kimi Qərib Olaraq Da Qayıdacaq, İki Məscid Arasına Çəkiləcək

عَنْ حُذَيْفَةَ  قَالَ كُنَّا جُلُوسًا عِنْدَ عُمَرَ ، فَقَالَ أَيُّكُمْ يَحْفَظُ قَوْلَ رَسُولِ اللَّهِ  فِى الْفِتْنَةِ؟ قُلْتُ أَنَا، كَمَا قَالَهُ. قَالَ إِنَّكَ عَلَيْهِ - أَوْ عَلَيْهَا - لَجَرِىءٌ. قُلْتُ: «فِتْنَةُ الرَّجُلِ فِى أَهْلِهِ وَمَالِهِ وَوَلَدِهِ وَجَارِهِ تُكَفِّرُهَا الصَّلاَةُ وَالصَّوْمُ وَالصَّدَقَةُ وَالأَمْرُ وَالنَّهْىُ. قَالَ لَيْسَ هَذَا أُرِيدُ، وَلَكِنِ الْفِتْنَةُ الَّتِى تَمُوجُ كَمَا يَمُوجُ الْبَحْرُ. قَالَ لَيْسَ عَلَيْكَ مِنْهَا بَأْسٌ يَا أَمِيرَ الْمُؤْمِنِينَ، إِنَّ بَيْنَكَ وَبَيْنَهَا بَابًا مُغْلَقًا، قَالَ: أَيُكْسَرُ أَمْ يُفْتَحُ قَالَ: يُكْسَرُ، قَالَ: إِذًا لاَ يُغْلَقَ أَبَدًا، قِيْلَ لحُذَيْفَةَ: أَكَانَ عُمَرُ يَعْلَمُ الْبَابَ؟ قَالَ: نَعَمْ، كَمَا أَنَّ دُونَ الْغَدِ اللَّيْلَةَ، إِنِّى حَدَّثْتُهُ بِحَدِيثٍ لَيْسَ بِالأَغَالِيطِ. فَسُئِلَ: مَنِ البَابُ؟ فَقَالَ: عُمَرُ.

88. Huzeyfə  rəvayət edir ki, (bir dəfə) biz Ömərin  yanında ikən o soruşdu: “Peyğəmbərin  fitnə barədə dediyi sözlər hansınızın yadındadır?" Mən dedim: “Mənim (yadımdadır), həm də o dediyi kimi.” Ömər: “Həqiqətən də, sən bu işdə çox cəsarətlisən.” Mən dedim: “İnsanın arvadı, mal-dövləti, övladı və qonşusu üzündən düşdüyü fitnəni namaz, oruc, sədəqə, (habelə insanlara yaxşı işlər görməyi) əmr etmək və (onları pis işlərdən) çəkindirmək (kimi ibadətlər) silib aparır.” Ömər: “Mən bunu deyil, elə bir fitnəni qəsd edirəm ki, o, təlatümə gəlmiş dəniz kimi (araya) çaxnaşma salacaqdır.” Huzeyfə: “Ey möminlərin əmiri! O fitnənin sənə heç bir zərəri yoxdur. Çünki səninlə onun arasında bağlı bir qapı vardır.” Ömər soruşdu: “(O qapı) sındırılacaq, yoxsa açılacaq?” Huzeyfə: “Sındırılacaq” deyə cavab verdi. Ömər: “Deməli, (bundan sonra) o heç vaxt bağlanmayacaqdır.” (Huzeyfədən) soruşdular: “Ömər bu qapının (kim olduğunu) bilirdimi?” O dedi: “Bəli, (o, bu həqiqəti) gecədən sonra səhərin açılacağını bildiyi kimi (bilirdi). Mən ona (içində) yalan olmayan bir hədis danışdım.” Yenə soruşdular: “Bu qapı kim idi?” O dedi: “Bu qapı Ömər (özü idi).” (Buxari 525, 3586, Muslim 207, 386)

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ  قَالَ: «إِنَّ الإِيمَانَ لَيَأْرِزُ إِلَى الْمَدِينَةِ كَمَا تَأْرِزُ الْحَيَّةُ إِلَى جُحْرِهَا».

89. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İlan qayıdıb öz yuvasına girdiyi kimi, iman da Mədinəyə yığışacaq” (Buxari 1876, Muslim 210, 391)

جواز الاستسرار للخائف

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]