Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Peyğəmbərin  Saçlarının Xüsusiyyəti

حديث أَنَسٍ، قَالَ: كَانَ شَعَرُ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجِلاً لَيْسَ بِالسَّبِطِ وَلاَ الْجَعْدِ، بَيْنَ أُذُنَيْهِ وَعَاتِقِهِ

1509. Ənəs İbn Malik  demişdir: “Peyğəmbərin  saçları nə dümdüz, nə də qıvrım idi. (Onun saçları) dalğavarı idi və qulağı ilə çiyini arasına düşürdü.” (Buxari 5905, Muslim 6213, 2338/94)

حديث أَنَسٍ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَضْرِبُ شَعَرُهُ مَنْكِبَيْهِ

1510. Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbərin  saçları iki çiyninə qədər uzanardı”. (Buxari 5903, Muslim 6214, 2338/95)

شيبه صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

Peyğəmbərin  Saçının Ağlığı

حديث أَنَسٍ عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ، قَالَ: سَأَلْتُ أَنَسًا أَخَضَبَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: لَمْ يَبْلُغِ الشّيْبَ إِلاَّ قَلِيلاً

1511. Muhəmməd İbn Sirin deyir ki, Ənəsdən : “Peyğəmbər  (saç və saqalını) heç boyadımı?”. Ənəs: “Az bir tük müstəsna olmaqla Peyğəmbərin saç və saqalı ağarmamışdı” dedi. (Buxari 5894, Muslim 6221, 2341/102)

حديث أَبِي جُحَيْفَةَ السُّوَائِيِّ، قَالَ: رَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَرَأَيْتُ بَيَاضًا مِنْ تَحْتِ شَفَتِهِ السُّفْلَى، الْعَنْفَقَةَ

1512. Cuheyfə əs-Suvai  Peyğəmbəri  gördüyünü rəvayət edir. Onun alt dodağının altında beyazlıq gördüm”. (Buxari 3545, Muslim 6226, 2342/106)

حديث أَبِي جُحَيْفَةَ رضي الله عنه، قَالَ: رَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَكَانَ الْحَسَنُ بْنُ عَلِيٍّ، عَلَيْهِمَا السَّلاَمُ، يُشْبِهُهُ قُلْتُ لأَبِي جُحَيْفَةَ صِفْهُ لِي قَالَ كَانَ أَبْيَضَ قَدْ شَمِطَ وَأَمَرَ لَنَا النَّبِيُّ صلى الله عليه وسلم بِثَلاَثَ عَشْرَةَ قَلُوصًا قَالَ فَقُبِضَ النَّبِيُّ صلى الله عليه وسلم قَبْلَ أَنْ نَقْبِضَهَا.

1513. Əbu Cuheyfə  demişdir: “Mən Peyğəmbəri  görmüşəm. Həsən İbn Əli  ona oxşayırdı.” (Hədisi danışan ravi) dedi: “Mən Əbu Cuheyfəyə dedim: “Peyğəmbəri  mənə vəsf et.” O dedi: “O, ağbəniz idi, saqqalına da dən düşmüşdü. Peyğəmbər  bizə on üç dişi dəvə verilməsini əmr etdi. Biz o dəvələri götürməmişdən əvvəl Peyğəmbər  vəfat etdi.” (Buxari 3544, Muslim 6227, 2343/107)

إِثبات خاتم النبوة وصفته ومحله من جسده صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

Peyğəmbərlik Möhrünün İsbati, Sifət Və Peyğəmbərin  Bədənindəki Yeri

حديث السَّائِبِ بْنِ يَزِيدَ، قَالَ: ذَهَبَتْ بِي خَالَتِي إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَتْ: يَا رَسُولَ اللهِ إِنَّ ابْنَ أَخْتِي وَجِعٌ فَمَسَحَ رَأْسِي، وَدَعَا لِي بِالْبَرَكَةِ، ثُمَّ تَوَضَّأَ، فَشَرِبْتُ مِنْ وَضُوئِهِ، ثُمَّ قُمْتُ خَلْفَ ظَهْرِهِ، فَنَظَرْتُ إِلَى خَاتَمِ النُّبُوَّةِ بَيْنَ كَتِفَيْهِ، مِثْلَ زِرِّ الْحَجَلَةِ

1514. Saib İbn Yezid  rəvayət edir ki, xalam məni Peyğəmbərin  yanına gətirib: “Ya Rəsulullah! Bacım oğlu xəstələnib (ayaqları bərk ağrıyır)” dedi. Peyğəmbər  əlini başıma çəkib (Allahdan) mənim üçün bərəkət dilədi. Sonra dəstəmaz aldı. Mən onun dəstəmaz aldığı sudan içdim. Sonra onun arxasında durdum və kürəkləri arasında kəklik yumurtası boyda peyğəmbərlik möhürünü gördüm.” (Buxari 190, 5670, Muslim 6233, 2345/111)

في صفة النبيّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ومبعثه وسنه

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]