Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Quranı Yadda Saxlamağın Əmri, Filan Ayəni Unutdum Deməyin Məkruh Olması Və Ayə Mənə Unutduruldu Deməyin İcazəli Olması

حديث عَائِشَةَ، قَالَتْ: سَمِعَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَارِئًا يَقْرَأُ مِنَ اللَّيْلِ فِي الْمَسْجِدِ، فَقَالَ: يَرْحَمُهُ اللهُ لَقَدْ أَذْكَرَنِي كَذَا وَكَذَا، آيَةً أَسْقَطْتُهَا مِنْ سُورَةِ كَذَا وَكَذَا

451. Aişə rəvayət edir ki, Peyğəmbər  gecə ikən məsciddə Quran oxuyan bir kimsənin səsini eşitdi və: “Allah o kimsəyə rəhm etsin! O, mənə (unutdurulması səbəbilə) düşürdüyüm filan filan surədəki ayətləri xatırlatdı”. (Buxari 5037, 5038, 5042, Muslim 1873, 1874)

حديث ابْنِ عُمَرَ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: إِنَّمَا مَثَلُ صَاحِبِ الْقُرْآنِ كَمَثَلِ صَاحِبِ الإِبِلِ الْمُعَقَّلَةِ، إِنْ عَاهَدَ عَلَيْهَا أَمْسَكَهَا، وَإِنْ أَطْلَقَهَا ذَهَبَتْ

452. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Quranı əzbərdən bilən adam dəvələrini buxovda saxlayan kimsəyə bənzəyir. Əgər bu adam onları bu vəziyyətdə saxlasa, onları daim özündə saxlamış olar, yox, əgər başlı-başına buraxarsa, onlar qaçıb gedərlər.” (Buxari 5031, 789/226, 1875)

حديث عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: بِئْسَ مَا لأَحَدِهِمْ أَنْ يَقُولَ نَسِيتُ آيَةَ كَيْتَ وَكَيْتَ، بَلْ نُسِّيَ؛ وَاسْتَذْكِرُوا الْقُرْآنَ، فَإِنَّهُ أَشَدُّ تَفَصِّيًا مِنْ صُدُورِ الرِّجَالِ مِنَ النَّعَمِ

453. Abdullah İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Birinizin: “Filan və filan ayəni unutmuşam” deməsi necə də pisdir! Əksinə, bu ona unutdurulmuşdur. Elə isə Quranı (təkrar-təkrar) öyrənməyə davam edin! Çün­ki Quran, kəndirdən qırılıb qaçan heyvandan da tez, insanların qəlbini tərk edir.” (Buxari 5032, Muslim 1877, 790/298

حديث أَبِي مُوسى، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: تَعَاهَدُوا الْقُرْآنَ، فَوَالَّذِي نَفْسِي بِيَدِهِ لَهُوَ أَشَدُّ تَفَصِّيًا مِنَ الإِبِلِ فِي عُقُلِهَا

454. Əbu Musa  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Quranı daim oxuyun! Canım Əlində olan Allaha and olsun ki, o, kəndirdən açılıb qaçan dəvədən daha tez (sahibini) tərk edir.” (Buxari 5033, Muslim 1880, 791/231)

استحباب تحسين الصوت بالقرآن

Quran Oxuduqda Səsin Gözəlləşdirilməsinin Müstəhəb Olması

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، أَنَّهُ كَانَ يَقُولُ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: لَمْ يَأْذَنِ اللهُ لِشَيْءٍ مَا أَذِنَ لِلنَّبِيِّ أَنْ يَتَغَنَّى بِالْقُرَآنِ يُرِيدُ يَجْهَرُ بِهِ

455. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah, Peyğəmbərə Quranı Təğənni (avaz) ilə oxuması qarşılığında heç bir şey üçün mükafat verməmişdir”. (Buxari 5023, Muslim 1883, 1885, 792/233,234).

حديث أبِي مُوسى رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَهُ: يَا أَبَا مُوسى لَقَدْ أُوتِيتَ مِزْمَارًا مِنْ مَزَامِيرِ آلِ دَاوُدَ

456. Əbu Musa  rəvayət edir ki, Peyğəmbər  ona belə demişdir: “Ey Əbu Musa, sənə Davudun  məlahətli səsi kimi məlahətli bir səs bəxş edilmişdir!” (Buxari 5048 Muslim 1888, 793/236)

ذكر قراءة النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سورة الفتح يوم فتح مكة

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]