Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

İmanın Şöbələri

عَنْ أَبِي هُرَيْرِةَ  ، عَنْ النَّبِيِّ  قَالَ الإِيمَانُ بِضْعٌ وَسِتُّونَ شُعْبَةً وَالْحَيَاءُ شُعْبَةٌ مِنْ الإِيمَانِ.

21. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İman altmış və bir neçə şöbədən ibarətdir. Həya da imanın şöbələrindəndir.” (Buxari 9, Muslim 50, 161)

عَنْ ابْنِ عُمَرَ : أَنَّ رَسُولَ اللَّهِ  مَرَّ عَلَى رَجُلٍ مِنْ الأَنْصَارِ وَهُوَ يَعِظُ أَخَاهُ فِي الْحَيَاءِ فَقَالَ رَسُولُ اللَّهِ  دَعْهُ فَإِنَّ الْحَيَاءَ مِنْ الإِيمَانِ.

22. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  ənsardan olan qardaşına (həddən ziyadə) həyalı olmamağı nəsihət edən bir kişinin yanından keçərkən demişdir: “Onu burax! Çünki həya imandandır.” (Buxari 16, 24, Muslim 52, 163)

عَنْ عِمْرَانَ بْنَ حُصَيْنٍ قَالَ: قَالَ النَّبِيُّ  الْحَيَاءُ لاَ يَأْتِي إِلاَّ بِخَيْرٍ.

23. İmran İbn Husayn  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Həyalı olmaq (insana) ancaq xeyir gətirər!” (əl-Buxari 6117, Muslim 53, 165)

بيان تفاضل الإسلام وأي أموره أفضل

İslamın Əhkamlarının Fərqlənməsi Və Onlardan Hansının Daha Üstün Olmasının Bəyanı

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو  ، أَنَّ رَجُلاً سَأَلَ النَّبِيَّ  أَيُّ الإِسْلاَمِ خَيْرٌ قَالَ تُطْعِمُ الطَّعَامَ وَتَقْرَأُ السَّلاَمَ عَلَى مَنْ عَرَفْتَ وَمَنْ لَمْ تَعْرِفْ.

24. Abdullah İbn Amr  rəvayət edir ki, bir nəfər Peyğəmbərdən  soruşdu: “İslam (xislətlərindən) ən xeyirlisi hansıdır?” Peyğəmbər: “Sənin yemək yedirtməyin, tanıdığına və tanımadığına salam verməyin.” (Buxari 12, 28, 6236, Muslim 56, 169)

عَنْ أَبِي مُوسَى قَالَ: قَالُوا يَا رَسُولَ اللَّهِ أَيُّ الإِسْلاَمِ أَفْضَلُ؟ قَالَ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ.

25. Əbu Musa  rəvayət edir ki, (əshabələr) soruşdu: “Ey Allahın elçisi! Hansı müsəlman daha fəzilətli sayılır?”. Peyğəmbər  dedi: “Dilindən və əlindən müsəlmanlara zərər dəyməyən (müsəlman).” (Buxari 11, Muslim 59, 172)

بيان خصال من اتصف بهن وجد حلاوة الإيمان

Bu Xislətlərlə Vəsflənənin İmanın Şirinliyini Dadmasının Bəyanı

عَنْ أَنَس  عَنْ النَّبِيِّ  قَالَ ثَلاَثٌ مَنْ كُنَّ فِيهِ وَجَدَ حَلاوَةَ الإِيمَانِ أَنْ يَكُونَ اللَّهُ وَرَسُولُهُ أَحَبَّ إِلَيْهِ مِمَّا سِوَاهُمَا وَأَنْ يُحِبَّ الْمَرْءَ لاَ يُحِبُّهُ إِلاّ لِلَّهِ وَأَنْ يَكْرَهَ أَنْ يَعُودَ فِي الْكُفْرِ كَمَا يَكْرَهُ أَنْ يُقْذَفَ فِي النَّارِ.

26. Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kimdə (bu) üç şey olsa, imanın şirinliyini dadmış olar: Allahı və Onun elçisini  başqalarından daha çox sevmək; adamı yalnız Allah üçün sevmək; Cəhənnəmə atılmağı xoşlamadığı kimi, küfrə qayıtmağı da xoşlamamaq.” (Buxari 16, 21, 6941, Muslim 60, 174)

وجوب محبة رسول الله صلى الله عليه وسلم أكثر من الأَهل والولد والوالد والناس أجمعين

Peyğəmbəri  Övladdan, Valideyindən Və Bütün İnsanlardan Çox Sevməyin Vacibliyi

عَنْ أَنَسٍ قَالَ قَالَ النَّبِيُّ  لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَالِدِهِ وَوَلَدِهِ وَالنَّاسِ أَجْمَعِينَ

27. Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Canım Əlində olan Allaha and olsun ki, sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox istəməyincə, iman gətirmiş olmaz.” (Buxari 15, Muslim 62, 63, 177, 178)

الدليل على أن من خصال الإيمان أن يحب لأَخيه ما يحب لنفسه من الخير

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]