Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Nafilə Namazında Camaat Olmasının, Həsirin, Səccadənin, Örtüyün, Paltarın Və Digər Təmiz Şeyərin Üzərində Namaz Qılmağın Icazəli Olması

حديث مَيْمُونَةَ، قَالَتْ: كَانَ رَسُولُ اللهِ صلى الله عليه وسلم يُصَلِّي وَأَنَا حِذَاءَهُ، وَأَنَا حَائِضٌ، وَرُبَّمَا أَصَابَنِي ثَوْبُهُ إِذَا سَجَد قَالَتْ: وَكَانَ يُصَلِّي عَلَى الْخَمْرَةِ

386. Meymunə rəvayət edir ki, Peyğəmbər , mən qarşısında və heyizli olduğum halda namaz qılırdı. Bəzən səcdə etdiyi zaman geyindiyi libası – mən heyizli olduğum halda – mənə toxunardı. Peyğəmbər  xurma yarpaqlarından düzəldilmiş səccadə üzərində namaz qılardı”. (Buxari 379, Muslim 513/270, 1174, 1536)

فضل صلاة الجماعة وانتظار الصلاة

Camaat Namazının Fəziləti Və Namazı Gözləməyin Fəziləti

عَنْ أَبِى هُرَيْرَةَ ، عَنِ النَّبِىِّ  قَالَ: «صَلاَةُ الْجَمِيعِ تَزِيدُ عَلَى صَلاَتِهِ فِى بَيْتِهِ، وَصَلاَتِهِ فِى سُوقِهِ خَمْسًا وَعِشْرِينَ دَرَجَةً، فَإِنَّ أَحَدَكُمْ إِذَا تَوَضَّأَ فَأَحْسَنَ وَأَتَى الْمَسْجِدَ، لاَ يُرِيدُ إِلاَّ الصَّلاَةَ، لَمْ يَخْطُ خُطْوَةً إِلاَّ رَفَعَهُ اللَّهُ بِهَا دَرَجَةً، وَحَطَّ عَنْهُ خَطِيئَةً، حَتَّى يَدْخُلَ الْمَسْجِدَ، وَإِذَا دَخَلَ الْمَسْجِدَ كَانَ فِى صَلاَةٍ مَا كَانَتْ تَحْبِسُهُ، وَتُصَلِّى – يَعْنِى عَلَيْهِ – الْمَلاَئِكَةُ مَا دَامَ فِى مَجْلِسِهِ الَّذِى يُصَلِّى فِيهِ اللَّهُمَّ اغْفِرْ لَهُ، اللَّهُمَّ ارْحَمْهُ، مَا لَمْ يُحْدِثْ فِيهِ».

387. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  demişdir: “(İnsanın) camaatla qıldığı namazı öz evində və ya bazarda (fərdi şəkildə) qıldığı namazdan iyirmi beş dəfə artıqdır (savabı). Çünki sizlərdən biri lazımı qaydada dəstəmaz alıb ancaq namaz qılmaq məqsədilə məscidə gəlsə, məscidə daxil olanadək atdığı hər addıma görə Allah onu bir dərəcə yüksəldər və onun bir günahını silər. Məscidə daxil olduqdan sonra orada qaldığı vaxt ərzində namazda olduğu kimi sayılar. Namazını qılacağı yerdə gözlədiyi vaxt ərzində, dəstəmazı pozulanadək mələklər: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!” deyə onun üçün dua edirlər. (Buxari 477, Muslim 649/272, 1538)

فضل كثرة الخطا إِلى المساجد

Çox Addımlarla Məscidə Getməyin Fəziləti

عَنْ أَبِى مُوسَى  قَالَ: قَالَ النَّبِىُّ : «أَعْظَمُ النَّاسِ أَجْرًا فِى الصَّلاَةِ أَبْعَدُهُمْ فَأَبْعَدُهُمْ مَمْشًى، وَالَّذِى يَنْتَظِرُ الصَّلاَةَ حَتَّى يُصَلِّيَهَا مَعَ الإِمَامِ أَعْظَمُ أَجْرًا مِنَ الَّذِى يُصَلِّى ثُمَّ يَنَامُ».

388. Əbu Musa  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “(Camaatla birlikdə) namaz qıldıqlarına görə ən böyük mükafatı o kəslər qazanırlar ki, onlar (məscidə gələndə) ən uzaq məsafəni qət edirlər. İmamla birgə namaz qılmaq üçün namazı gözləyənin mükafatı isə namazı qılan kimi yıxılıb-yatan kimsənin mükafatından daha böyükdür.” (Buxari 651, Muslim 662/277, 1545)

المشي إِلى الصلاة تمحى به الخطايا وترفع به الدرجات

Namaza Piyada Gedərkən Xətalar (Günahlar) Silinir Və Dərəcələr Qalxır

عَنْ أَبِى هُرَيْرَةَ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ  يَقُولُ: «أَرَأَيْتُمْ لَوْ أَنَّ نَهَرًا بِبَابِ أَحَدِكُمْ، يَغْتَسِلُ فِيهِ كُلَّ يَوْمٍ خَمْسًا، مَا تَقُولُ ذَلِكَ يُبْقِى مِنْ دَرَنِهِ؟» قَالُوا: لاَ يُبْقِى مِنْ دَرَنِهِ شَيْئًا، قَالَ: «فَذَلِكَ مِثْلُ الصَّلَوَاتِ الْخَمْسِ، يَمْحُو اللَّهُ بِهَا الْخَطَايَا».

389. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun (bədənində olan) çirkabdan bir şey qalardımı?” Əshabələr: “Onun (bədənindəki) çirkabdan heç nə qalmazdı” deyə cavab ver­dik­də Peyğəmbər  buyurdu: “Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bununla günahları silir!” (Buxari 528, Muslim 667/283, 1554)

عَنْ أَبِى هُرَيْرَةَ ، عَنِ النَّبِىِّ  قَالَ: «مَنْ غَدَا إِلَى الْمَسْجِدِ وَرَاحَ أَعَدَّ اللَّهُ لَهُ نُزُلَهُ مِنَ الْجَنَّةِ كُلَّمَا غَدَا أَوْ رَاحَ».

390. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  demişdir: “Kim səhər və axşamüstü məscidə gedərsə, hər gedişində Allah onun üçün Cənnətdə bir yer hazırlayar.” (Buxari 662; Muslim 669/285, 1556)

من أحق بالإمامة

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]