Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Əsr Namazını Gecikdirənə Şiddətli Cəza

عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللَّهِ  قَالَ: «الَّذِى تَفُوتُهُ صَلاَةُ الْعَصْرِ كَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ».

364. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Əsr namazını buraxan adam ailəsini və malını itirmiş kimidir.” (Buxari 552, Muslim 626/200, 1448)

الدليل لمن قال الصلاة الوسطى هي صلاة العصر

Orta Namazın Əsr Namazı Olduğunu Deyənlərin Dəlili

حديث عَلِيٍّ رضي الله عنه، قَالَ: لَمَّا كَانَ يَوْمُ الأَحْزَابِ، قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم: مَلأَ اللهُ بُيُوتَهُمْ وَقُبورَهُمْ نَارًا، شَغَلُونَا عَنِ الصَّلاَةِ الْوُسْطَى حَتَّى غَابَتِ الشَّمْسُ

365. Əli  rəvayət edir ki, Əhzab günü Peyğəmbər : “Allah müşriklərin evlərini və məzarlarını atəşlə doldursun. Onlar bizləri günəş batdığı vaxta qədər Əsr namazından saxladılar”. (Buxari 2931, Muslim 627/205, 627/205, 1456, 1457)

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ ، أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ جَاءَ يَوْمَ الْخَنْدَقِ بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ، فَجَعَلَ يَسُبُّ كُفَّارَ قُرَيْشٍ قَالَ يَا رَسُولَ اللَّهِ مَا كِدْتُ أُصَلِّى الْعَصْرَ حَتَّى كَادَتِ الشَّمْسُ تَغْرُبُ. قَالَ النَّبِىُّ : «وَاللَّهِ مَا صَلَّيْتُهَا». فَقُمْنَا إِلَى بُطْحَانَ، فَتَوَضَّأَ لِلصَّلاَةِ، وَتَوَضَّأْنَا لَهَا فَصَلَّى الْعَصْرَ بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ، ثُمَّ صَلَّى بَعْدَهَا الْمَغْرِبَ.

366. Cabir İbn Abdullah  rəvayət edir ki, Xəndək döyüşü əsnasında Ömər İbn Xəttab  gün batandan sonra (müsəlmanların yanına) qayıtdı və Qureyş kafirlərini söyməyə başladı. Sonra dedi: “Ya Rəsulullah, mən əsr namazını gün batana yaxın qıldım.” Peyğəmbər: “Vallahi, mən əsr namazını hələ qılmamışam.” Sonra biz Buthana yollandıq. (Orada) Peyğəmbər  dəstəmaz aldı və biz də namaz qılmaq üçün dəstəmaz aldıq. Gün batandan sonra o, əsr namazını, arxasınca da məğrib namazını qıldırdı. (Buxari 596, 4112, Muslim 631/209, 1462)

فضل صلاتي الصبح والعصر والمحافظة عليهما

Sübh Və Əsr Namazının Fəziləti Və Bu Namazların Mühafizəsi

عَنْ أَبِى هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللَّهِ  قَالَ: «يَتَعَاقَبُونَ فِيكُمْ مَلاَئِكَةٌ بِاللَّيْلِ وَمَلاَئِكَةٌ بِالنَّهَارِ، وَيَجْتَمِعُونَ فِى صَلاَةِ الْفَجْرِ وَصَلاَةِ الْعَصْرِ، ثُمَّ يَعْرُجُ الَّذِينَ بَاتُوا فِيكُمْ، فَيَسْأَلُهُمْ وَهْوَ أَعْلَمُ بِهِمْ كَيْفَ تَرَكْتُمْ عِبَادِى فَيَقُولُونَ تَرَكْنَاهُمْ وَهُمْ يُصَلُّونَ، وَأَتَيْنَاهُمْ وَهُمْ يُصَلُّونَ».

367. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar sübh və əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni sizin aranızda keçirən mələklər (səmaya) qalxır və Allah onlardan: “Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?” deyə soruşur, halbuki O, qullarının (nə etdiklərini) daha yaxşı bilir. Bununla belə onlar deyirlər: “Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar.” (Buxari 555, 7429, 7486, Muslim 632/210, 1464)

عَنْ جَرِيرٍ  قَالَ: كُنَّا عِنْدَ النَّبِىِّ  فَنَظَرَ إِلَى الْقَمَرِ لَيْلَةً فَقَالَ: «إِنَّكُمْ سَتَرَوْنَ رَبَّكُمْ كَمَا تَرَوْنَ هَذَا الْقَمَرَ لاَ تُضَامُونَ فِى رُؤْيَتِهِ، فَإِنِ اسْتَطَعْتُمْ أَنْ لاَ تُغْلَبُوا عَلَى صَلاَةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا فَافْعَلُوا». ثُمَّ قَرَأَ: وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ.

368. Cərir  rəvayət edir ki, (bədr) gecəsi biz Peyğəmbərin  yanında ikən o, aya baxıb dedi: “Siz bu ayı gördüyünüz kimi, Rəbbinizi də (öz gözünüzlə) görəcək və Ona baxmaq üçün bir-birinizə mane olmayacaqsınız. Əgər gün doğmamışdan və batmamışdan əvvəl sizi namaz (sübh və əsr) qılmaqdan yayındıracaq (işlərdən) çəkinə bilirsinizsə, çəkinin.” Sonra o (bu ayəni) oxudu: Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!”. (Qaf 39). (Buxari 554, 4851, Muslim 633/211, 1466)

عَنْ أَبِي مُوسَى ، أَنَّ رَسُولَ اللَّهِ  قَالَ: «مَنْ صَلَّى الْبَرْدَيْنِ دَخَلَ الْجَنَّةَ».

369. Əbu Musa  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim sübh və əsr namazlarını qılarsa, Cənnətə girər.” (Buxari 574, Muslim 635/215, 1470)

بيان أن أول وقت المغرب عند غروب الشمس

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]