Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Qiraətlə İhram Təkbiri Arasında Nə Deyilir?

عَنْ أَبِي هُرَيْرَةَ  قَالَ: كَانَ رَسُولُ اللَّهِ  يَسْكُتُ بَيْنَ التَّكْبِيرِ وَبَيْنَ الْقِرَاءَةِ إِسْكَاتَةً - قَالَ أَحْسِبُهُ قَالَ هُنَيَّةً - فَقُلْتُ بِأَبِى وَأُمِّى يَا رَسُولَ اللَّهِ، إِسْكَاتُكَ بَيْنَ التَّكْبِيرِ وَالْقِرَاءَةِ مَا تَقُولُ؟ قَالَ: «أَقُولُ اللَّهُمَّ بَاعِدْ بَيْنِى وَبَيْنَ خَطَايَاىَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللَّهُمَّ نَقِّنِى مِنَ الْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ، اللَّهُمَّ اغْسِلْ خَطَايَاىَ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ».

349. Əbu Hureyra  demişdir: “Peyğəmbər : “Allahu Əkbər” deyib (namaza başladıqdan sonra “əl-Fatihə” surəsini) oxuyanadək bir qədər susardı. Mən dedim: “Ata-anam sənə fəda olsun, ya Rəsulullah! Sən təkbir gətirdikdən sonra (surəni) oxuyanadək susduğun zaman nə deyirsən?“ O dedi: “Mən (sakit duranda bu duanı) oxuyuram: “Allahummə baid bəyni və bəynə xatayayə kəmə bəadtə bəynəl-məşriqi vəl-məğrib, Allahummə nəqqini minəl-xataya kəmə yunəqqəs-sovbul-əbyədu minəd-dənəs, Allahumməğsil xətayayə bil-mai, vəs-səlci, vəl-bərədi - Allahım, məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlardan təmizlə! Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu!”. (Buxari 744, Muslim 488, 1382)

استحباب إِتيان الصلاة بوقار وسكينة والنهي عن إِتيانها سعيًا

Namaza Vuqarla Və Rahatlıqla Gəlməyin Müstəhəb Olması, Tələsərək (Qaçaraq) Gəlməyin İsə Qadağan Olması

حديث أَبِي هُرَيْرَةَ، قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صلى الله عليه وسلم يَقُولُ: إِذَا أُقِيمَتِ الصَّلاَةُ فَلاَ تَأْتُوهَا تَسْعَوْنَ وَأْتُوهَا تَمْشُونَ، عَلَيْكمُ السَّكِينَةُ، فَمَا أَدْرَكْتُمْ فَصلُّوا وَمَا فَاتَكُمْ فَأَتِمُّوا

350. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbərin  belə buyurduğunu eşitdim: “Namaz üçün iqamə oxunduğu zaman namaza qaçaraq getməyin. Sakit, yavaş-yavaş gedin. Namaza yetişdiyiniz qismini (imamla) birlikdə qılın, buraxdığınız qismini (tək) olaraq bitirin”. (Buxari 908, Muslim 602/151, 1389-1391)

عَنْ أَبِى قَتَادَةَ  قَالَ: بَيْنَمَا نَحْنُ نُصَلِّى مَعَ النَّبِىِّ  إِذْ سَمِعَ جَلَبَةَ رِجَالٍ فَلَمَّا صَلَّى قَالَ: «مَا شَأْنُكُمْ». قَالُوا اسْتَعْجَلْنَا إِلَى الصَّلاَةِ. قَالَ: «فَلاَ تَفْعَلُوا، إِذَا أَتَيْتُمُ الصَّلاَةَ فَعَلَيْكُمْ بِالسَّكِينَةِ، فَمَا أَدْرَكْتُمْ فَصَلُّوا وَمَا فَاتَكُمْ فَأَتِمُّوا».

351. Əbu Qətadə  demişdir: “Biz Peyğəmbərlə  birlikdə namaz qılarkən o, (namaza gələn) adamların hay-küyünü eşitdi. Namazı bitirdikdən sonra soruşdu: “Nə olub sizə?” Onlar dedilər: “Biz namaza tələsirdik.” Peyğəmbər: “(Bir də) belə etməyin! Namaza gələndə sakitcə gəlin. Hansı (rükətə) çatsanız, (onu imamla birlikdə) qılın, buraxdıqlarınızı isə (fərdi şəkildə) tamamlayın.” (Buxari 635, Muslim 603/155, 1393)

متى يقوم الناس للصلاة

İnsanlar Namaza Nə Vaxt Qalxır

حديث أَبِي هُرَيْرَةَ، قَالَ: أُقِيمَتِ الصَّلاَةُ وَعُدِّلَتِ الصُّفُوفُ قِيَامًا، فَخَرَجَ إِلَيْنَا رَسُول اللهِ صلى الله عليه وسلم، فَلَمَّا قَامَ فِي مُصَلاَّهُ ذَكَرَ أَنَّهُ جُنُبٌ؛ فَقَالَ لَنَا: مَكَانَكُمْ ثُمَّ رَجَعَ فاغْتَسَلَ، ثُمَّ خَرَجَ إِلَيْنَا وَرأْسُهُ يَقْطُرُ، فَكَبَّرَ، فَصَلَّيْنَا مَعَهُ

352. Əbu Hureyra  rəvayət edir ki, namaza (başlamaq üçün) iqamə verildi və cərgələr düzəldi. Peyğəmbər  bizim yanımıza gəlib namaza durduqda cunub olduğunu xatırladı. O (bizə): “Yerinizdən tərpənməyin!” dedi və (evinə) qayıdıb qüsl etdi. Sonra o, başından su damcılaya-damcılaya yanımıza gəlib təkbir gətirdi və biz onunla birlikdə namaz qıldıq. (Buxari 275, Muslim 605/157, 1397)

من أدرك ركعة من الصلاة فقد أدرك تلك الصلاة

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]