Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

İmam Gecikdiyi Vaxt Başqa Birisini İmam Təyin Etməkdə Məfsədə Qorxusu Olmasa, Camaatın Özlərinə Namaz Qıldırmaq Üçün Bir Nəfəri İmamlığa Keçirməsi

عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ ، أَنَّ رَسُولَ اللَّهِ  ذَهَبَ إِلَى بَنِى عَمْرِو بْنِ عَوْفٍ لِيُصْلِحَ بَيْنَهُمْ فَحَانَتِ الصَّلاَةُ فَجَاءَ الْمُؤَذِّنُ إِلَى أَبِى بَكْرٍ فَقَالَ أَتُصَلِّى لِلنَّاسِ فَأُقِيمَ قَالَ نَعَمْ. فَصَلَّى أَبُو بَكْرٍ، فَجَاءَ رَسُولُ اللَّهِ  وَالنَّاسُ فِى الصَّلاَةِ، فَتَخَلَّصَ حَتَّى وَقَفَ فِى الصَّفِّ، فَصَفَّقَ النَّاسُ، وَكَانَ أَبُو بَكْرٍ لاَ يَلْتَفِتُ فِى صَلاَتِهِ، فَلَمَّا أَكْثَرَ النَّاسُ التَّصْفِيقَ الْتَفَتَ فَرَأَى رَسُولَ اللَّهِ ، فَأَشَارَ إِلَيْهِ رَسُولُ اللَّهِ  أَنِ امْكُثْ مَكَانَكَ، فَرَفَعَ أَبُو بَكْرٍ رضى الله عنه يَدَيْهِ، فَحَمِدَ اللَّهَ عَلَى مَا أَمَرَهُ بِهِ رَسُولُ اللَّهِ  مِنْ ذَلِكَ، ثُمَّ اسْتَأْخَرَ أَبُو بَكْرٍ حَتَّى اسْتَوَى فِى الصَّفِّ، وَتَقَدَّمَ رَسُولُ اللَّهِ  فَصَلَّى، فَلَمَّا انْصَرَفَ قَالَ: «يَا أَبَا بَكْرٍ مَا مَنَعَكَ أَنْ تَثْبُتَ إِذْ أَمَرْتُكَ». فَقَالَ أَبُو بَكْرٍ مَا كَانَ لاِبْنِ أَبِى قُحَافَةَ أَنْ يُصَلِّىَ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ . فَقَالَ رَسُولُ اللَّهِ : «مَا لِى رَأَيْتُكُمْ أَكْثَرْتُمُ التَّصْفِيقَ مَنْ رَابَهُ شَىْءٌ فِى صَلاَتِهِ فَلْيُسَبِّحْ، فَإِنَّهُ إِذَا سَبَّحَ الْتُفِتَ إِلَيْهِ، وَإِنَّمَا التَّصْفِيقُ لِلنِّسَاءِ».

243. Səhl İbn Səd əs-Saidi  rəvayət edir ki, Peyğəmbər  Amr İbn Auf oğullarının yanına getmişdi ki, onların arasını düzəltsin. Bu əsnada namaz vaxtı yetişdi və müəzzin Əbu Bəkrin yanına gəlib dedi: “Camaata namaz qıldıracaqsansa, iqaməni verim?” Əbu Bəkr: “Bəli!” deyə cavab verdi. Beləliklə, Əbu Bəkr  (camaata) namaz qıldırdı. Camaat namazda ikən Peyğəmbər  qayıdıb gəldi və cərgələrin arasından keçib birinci cərgədə durdu. Bu vaxt camaat əl çalmağa başladı, lakin Əbu Bəkr  namaz qılarkən başını arxaya çevirməzdi. Camaat bərkdən əl çalmağa başladıqda o, arxaya çevrildi və Peyğəmbəri  gördü. Peyğəmbər  əli ilə ona işarə etdi ki, yerində qal. Belə olduqda Əbu Bəkr  əllərini göyə qaldırıb Peyğəmbərin  ona verdiyi əmrə görə Allaha həmd-səna dedi. Sonra da arxaya çəkilib (birinci) cərgədə durdu. Peyğəmbər  isə önə keçib (camaata) na­maz qıldırdı. Namazı bitirdikdən sonra dedi: “Ey Əbu Bəkr, sənə əmr etdiyim halda yerində qalmağına mane olan nə idi?” Əbu Bəkr: “Əbu Quhafənin oğluna Peyğəmbərin  qarşısında namaz qılmaq yaraşmazdı.” Sonra Peyğəmbər  (camaata) dedi: “Niyə siz bu qədər çox əl çaldınız? Hər kim namaz əsna­sında özündə şübhə doğuran bir şey (görsə), qoy: “Subhanəllah!”– desin. Əgər: “Subhanəllah!”– desə, ona diqqət yetirilər. Əl çalmaq isə qadınlara aiddir. (Buxari 684, Muslim 421, 639, 976)

تسبيح الرجل وَتصفيق المرأة إِذا نابهما شيء في الصلاة

Namazda Hər Hansı Bir (Xəta) Baş Versə, Kişilərin Sübhənallah, Qadınların İsə Əl Çalması

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، عَنِ النَّبِيِّ صلى الله عليه وسلم قَالَ: التَّسْبِيحُ لِلرِّجَالِ وَالتَّصْفِيقُ لِلنِّسَاءِ

244. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Subhanəllah!”– demək kişilərə, əl çalmaq isə qadınlara aiddir”. (Buxari 1203, Muslim 422, 641, 982)

الأمر بتحسين الصلاة وإِتمامها والخشوع فيها

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]