Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

İman kitabi





الإيمان ما هو وبيان خصاله

İman Nədir? İmanın Xüsusiyyətlərinin Bəyanı

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: كَانَ النَّبِىُّ  بَارِزًا يَوْمًا لِلنَّاسِ، فَأَتَاهُ رَجُلٌ فَقَالَ مَا الإِيمَانُ؟ قَالَ: «الإِيمَانُ أَنْ تُؤْمِنَ بِاللَّهِ وَمَلاَئِكَتِهِ وَبِلِقَائِهِ وَرُسُلِهِ، وَتُؤْمِنَ بِالْبَعْثِ». قَالَ مَا الإِسْلاَمُ؟ قَالَ: «الإِسْلاَمُ أَنْ تَعْبُدَ اللَّهَ وَلاَ تُشْرِكَ بِهِ، وَتُقِيمَ الصَّلاَةَ، وَتُؤَدِّىَ الزَّكَاةَ الْمَفْرُوضَةَ، وَتَصُومَ رَمَضَانَ». قَالَ مَا الإِحْسَانُ؟ قَالَ: «أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ». قَالَ مَتَى السَّاعَةُ؟ قَالَ: «مَا الْمَسْئُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ، وَسَأُخْبِرُكَ عَنْ أَشْرَاطِهَا إِذَا وَلَدَتِ الأَمَةُ رَبَّهَا، وَإِذَا تَطَاوَلَ رُعَاةُ الإِبِلِ الْبُهْمُ فِى الْبُنْيَانِ، فِى خَمْسٍ لاَ يَعْلَمُهُنَّ إِلاَّ اللَّهُ». ثُمَّ تَلاَ النَّبِىُّ  إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ الآيَةَ. ثُمَّ أَدْبَرَ فَقَالَ: «رُدُّوهُ». فَلَمْ يَرَوْا شَيْئًا. فَقَالَ: «هَذَا جِبْرِيلُ جَاءَ يُعَلِّمُ النَّاسَ دِينَهُمْ».

5. Əbu Hureyra  rəvayət edir ki, bir gün Peyğəmbər  camaatın arasında oturmuşdu. Bir nəfər onun yanına gəlib: “İman nədir?”- deyə soruşdu. Peyğəmbər: “İman (odur ki,) Allaha, Onun mələklərinə, Onunla qarşılaşaca­ğına və Onun elçilərinə iman gətirəsən, habelə (öldükdən sonra) diriləcəyinə ina­nasan.” O: “İslam nədir?”– deyə soruşdu. Peyğəmbər: “İslam (odur ki,) Allaha ibadət edib Ona (heç bir şeyi) şərik qoşma­yasan, (vaxtlı-vaxtında, lazı­mınca) namaz qılasan, vacib buyrulmuş zəkatı verəsən və Ramazan ayını oruc tutasan.” O: “Ehsan nədir?”- deyə soruşdu. Peyğəmbər: “Ehsan (odur ki,) Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən; sən Onu görməsən də, (bil ki,) O, səni görür.” O: “Qiyamət nə zaman qopacaq?”- deyə soruşdu. Peyğəmbər: “Bu haqda soruşulan soruşandan çox bilmir. Lakin sənə Qiyamətin əlamətlərini deyəcəyəm: kəniz öz ağasını doğacağı və kim­liyi bəlli olmayan, dəvə otaran çobanlar hündür binalar tikməkdə bir-biri ilə yarışacaqları zaman (Qiyamət qopacaqdır. Bu da) yalnız Allahın bildiyi beş şeydən biridir.” Sonra Peyğəmbər: “Həqiqətən, Saatı (Qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə qazanacağını bilməz. Heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) Biləndir, (hər şeydən) Xəbərdardır!”. (Loğman 34). - ayəsini oxudu. Sonra o adam dönüb getdi. Peyğəmbər: “Onu geri qayta­rın!”- deyə buyurdu. Lakin (əshabələr) ondan bir əsər-əlamət görmədilər. Peyğəmbər: “Bu Cəbrail idi. İnsanlara dinlərini öyrətmək üçün gəlmişdi.” (Buxari 50, Muslim 10, 106, 108)

بيان الصلوات التي هي أحد أركان الإسلام

İslamın Rüknlərindən Biri Sayılan Namazın Bəyanı

عَنْ طَلْحَةَ بْنِ عُبَيْدِ اللهِ يَقُولُ: جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ  مِنْ أَهْلِ نَجْدٍ، ثَائِرُ الرَّأْسِ، يُسْمَعُ دَوِىُّ صَوْتِهِ، وَلاَ يُفْقَهُ مَا يَقُولُ حَتَّى دَنَا، فَإِذَا هُوَ يَسْأَلُ عَنِ الإِسْلاَمِ فَقَالَ رَسُولُ اللَّهِ : «خَمْسُ صَلَوَاتٍ فِى الْيَوْمِ وَاللَّيْلَة». فَقَالَ هَلْ عَلَىَّ غَيْرُهَا، قَالَ: «لاَ، إِلاَّ أَنْ تَطَوَّعَ». قَالَ رَسُولُ اللَّهِ  «وَصِيَامُ رَمَضَانَ». قَالَ هَلْ عَلَىَّ غَيْرُهُ، قَالَ: «لاَ، إِلاَّ أَنْ تَطَوَّعَ». قَالَ وَذَكَرَ لَهُ رَسُولُ اللَّهِ  الزَّكَاةَ. قَالَ هَلْ عَلَىَّ غَيْرُهَا، قَالَ: «لاَ، إِلاَّ أَنْ تَطَوَّعَ». قَالَ فَأَدْبَرَ الرَّجُلُ وَهُوَ يَقُولُ وَاللَّهِ لاَ أَزِيدُ عَلَى هَذَا وَلاَ أَنْقُصُ. قَالَ رَسُولُ اللَّهِ  «أَفْلَحَ إِنْ صَدَقَ»

6. Təlhə İbn Ubeydullah  rəvayət edir ki, Nəcd (Məkkə ilə İraq arasında yer) əhlindən olan, saçları dağınıq bir kişi Peyğəmbərin  yanına gəldi. Biz uzaqdan onun gurultulu səsini eşidir, amma nə dediyini anlamırdıq. Nəhayət, yaxına gəldi və aydın oldu ki, İslam barəsində soruşur. Peyğəmbər: “Bir gün və bir gecə ərzində beş vaxt namaz (qılmalısan).” Kişi soruşdu: “Mənə bundan başqası vacib buyrulubmu?” (Peyğəmbər): “Xeyr! Yalnız könüllü olaraq qıldığından başqa”– deyə cavab verdi. Sonra Peyğəmbər  buyurdu: “Ramazan orucunu da (tutmalısan).” (Kişi) soruşdu: “Mənə bundan başqası vacib buyrulubmu?” (Peyğəmbər): “Xeyr! Yalnız könüllü olaraq tutduğundan başqa”– deyə cavab verdi. Peyğəmbər  ona zəkatın vacibliyini də bildirdi. (Kişi) soruş­du: “Mənə bundan başqası vacib buyrulubmu?” (Peyğəmbər): “Xeyr! Yalnız könüllü olaraq verdiyindən başqa”– deyə cavab verdi. Kişi: “Vallahi ki, mən buna heç nə artırmayacağam və heç nə əskiltməyəcəyəm”– dedi və dönüb getdi. Peyğəmbər: “Əgər doğru deyirsə, nicat tapacaq­dır.” (Buxari 46, Muslim 12, 109)

بيان الإيمان الذي يدخل به الجنة

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]