Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Möminin Misalı Pöhrəyə149, Kafirin Misalı İsə Sidr Ağacına Bənzəyir

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَثَلُ الْمُؤْمِنِ كَمَثَلِ الْخَامَةِ مِنَ الزَّرْعِ، مِنْ حَيْثُ أَتَتْهَا الرِّيحُ كَفَأَتْهَا فَإِذَا اعْتَدَلَتْ تَكَفَّأُ بِالْبَلاَءِ وَالْفَاجِرُ كَالأَرْزَةِ، صَمَّاءَ، مُعْتَدِلَةً حَتَّى يَقْصِمَهَا اللهُ، إِذَا شَاءَ

1791. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Mömin pöhrəyə bənzəyir. Külək hansı tərəfdən əssə, pöhrəni əyər, külək sakitləşdiyi zaman pöhrə dikələr. (Mömin də həmçinin,) müsibətlərə məruz qalsa da (əqidəsindən dönmür). Günahkar adam isə sərt və dümdüz qalan sidr ağacına bənzəyir. Yalnız Allah istəsə, onu sındıra bilər.” (Buxari 5644, 7466, Muslim 7270, 2809/58)

حديث كَعْبِ بْنِ مَالِكٍ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: مَثَلُ الْمُؤْمِنِ كَالْخَامَةِ مِنَ الزَّرْعِ، تُفَيِّئُهَا الرِّيحُ مَرَّةً، وَتَعْدِلُهَا مَرَّةً وَمَثَلُ الْمُنَافِقِ كَالأَرْزَةِ، لاَ تَزَالُ، حَتَّى يَكُونَ انْجِعَافُهَا مَرَّةً وَاحِدَةً

1792. Kəb İbn Məlik  rəvayət edir ki. Peyğəmbər  buyurdu: “Mömin pöhrəyə bənzəyir. Külək əsdiyi zaman onu meyl etdirər, gah da durdurar. Münafiqin misalı sərt və dümdüz qalan sidr ağacına bənzəyir, kökündən sınmasa və ya qırılmasa düz durar”. (Buxari 5643, Muslim 7272, 7273, 2810/60)

مثل المؤمن مثل النخلة

Möminin Misalı Xurma Ağacının Misalı Kimidir

حديث ابْنِ عُمَرَ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ مِنَ الشَّجَرِ شَجَرَةً لاَ يَسْقُطُ وَرَقُهَا وَإِنَّهَا مَثَلُ الْمُسْلِمِ فَحَدِّثُونِي، مَا هِيَ فَوَقَعَ النَّاسُ فِي شَجَرِ الْبَوَادِي (قَالَ عَبْدُ اللهِ) : وَوَقَعَ فِي نَفْسِي أَنَّهَا النَّخْلَةُ فَاسْتَحْييْتُ ثُمَّ قَالُوا: حَدِّثْنَا، مَا هِيَ يَا رَسُولَ اللهِ قَالَ: هِيَ النَّخْلَةُ

1793. İbn Ömər  rəvayət edir ki, bir gün Peyğəmbər  buyurdu: “Ağaclar içərisində elə bir ağac vardır ki, onun yarpağı tökülmür və o, müsəlmana bənzəyir. Deyin görüm, o nədir?” Camaat vadilərdə bitən ağacları sadalamağa başladı. İbn Ömər: “Mən onun xurma ağacı olduğunu düşündüm, lakin (bunu deməyə) utandım. Sonra camaat: “Söylə görək, o nədir, ya Rəsulullah?” deyə soruşdular. Peyğəmbər: “Bu, xurma ağacıdır” dedi.” (Buxari 61, Muslim 7276, 2811/63)

لن يدخل أحد الجنة بعمله بل برحمة الله تعالى

Heç Kəs Cənnətə Əməlinə Görə Daxil Olmaz, Yalnız Allahın Rəhmətilə

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: لَنْ يُنَجِّيَ أَحَدًا مِنْكُمْ عَمَلُهُ قَالُوا: وَلاَ أَنْتَ يَا رَسُولَ اللهِ قَالَ: وَلاَ أَنَا إِلاَّ أَنْ يَتَغَمَّدَنِي اللهُ بِرَحْمَةٍ سَدِّدُوا وَقَارِبُوا وَاغْدُوا وَرُوحُوا وَشَيْءٌ مِنَ الدُّلْجَةِ وَالْقَصْدَ الْقَصْدَ تَبْلُغُوا.

1794. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizlərdən heç kəsin əməli onu (əzabdan) xilas etməyəcək.” (Əshabələr) soruşdular: “Səni də, ya Rəsulullah?” Dedi: “Hətta məni də. Yalnız Allahın mənə mərhəmət göstərməsi istisnadır. Elə isə doğru yol tutun, (ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa, ona) yaxınlaşın, səhər və axşam, habelə gecənin bir vaxtı (yaxşı işlər görməyə) çalışın. Beləcə, yavaş-yavaş (muradınıza) çatacaqsınız.” (Buxari 6463, Muslim 7289, 2816/71)

حديث عَائِشَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: سَدِّدُوا وَقَارِبُوا وَأَبْشِرُوا، فَإِنَّهُ لاَ يُدْخِلُ أَحَدًا الْجَنَّةَ عَمَلُهُ قَالُوا: وَلاَ أَنْتَ يَا رَسُولَ اللهِ قَالَ: وَلاَ أَنَا إِلاَّ أَنْ يَتَغَمَّدَنِي اللهُ بِمَغْفِرَةٍ وَرَحْمَةٍ

1795. Aişə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Doğru yolu tutun, əməllərinizdə ifrata varmayın, müjdələyib sevindirin. Heç şübhəsiz ki, heç kəs əməlinə görə Cənnətə girməz”. Səhabələr: “Səndəmi Ya Rəsulullah! Dedilər. Peyğəmbər: “Bəli, əgər Allah məni mərhəməti və rəhmətilə bürüyüb qorumasa” deyə buyurdu. (Buxari 6467, Muslim 7300, 2818/78)

إِكثار الأعمال والاجتهاد في العبادة

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]