Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Allahummə Rabbənə Atinə Fid-Dunya Həsənətən Və Fil-Axirəti Həsənətən Və Qina Əzabən-Nar – duasının fəziləti

حديث أَنَسٍ، قَالَ: كَانَ أَكْثَرُ دُعَاءِ النَبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: اللهُمَّ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الآخِرَةِ حَسَنَةً، وَقِنَا عَذَابَ النَّارِ

1724. Ənəs  demişdir: “Peyğəmbər  çox vaxt belə dua edərdi: “Allahummə Rabbənə Atinə Fid-Dunya Həsənətən Və Fil-Axirəti Həsənətən Və Qina Əzabən-Nar – Ey Allah! Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl (nemətlər) bəxş et və bizi Cəhənnəm əzabından qoru!”. (Buxari 6389, Muslim 7017, 2690/27)

فضل التهليل والتسبيح والدعاء

Təhlil, Təsbih Və Duanın Fəziləti

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: مَنْ قَالَ لاَ إِلهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ فِي كُلِّ يَوْمٍ، مَائَةَ مَرَّةٍ كَانَتْ لَهُ عَدْلَ عَشْرِ رِقَابٍ، وَكُتِبَتْ لَهُ مَائَةُ حَسَنَةٍ، وَمُحِيَتْ عَنْهُ مَائَةُ سَيِّئَةٍ، وَكَانَتْ لَهُ حِرْزًا مِنَ الشَّيْطَانِ، يَوْمَهُ ذلِكَ، حَتَّى يُمْسِي وَلَمْ يَأْتِ أَحَدٌ بِأَفْضَلَ مِمَّا جَاءَ بِهِ، إِلاَّ أَحَدٌ عَمِلَ أَكْثَرَ مِنْ ذَلِكَ

1725. Əbu Hureyrə  rəvayət edir ki, Allah Elçisi  buyurdu: «Kim gündə 100 dəfə: «Lə İləhə İlləllahu Vahdəhu Lə Şəriykə Ləhu Ləhul Mulku Və Ləhul Həmdu Və Huvə Alə Kulli Şeyin Qadir - Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! deyərsə, bu söz onun üçün 10 köləni azad etməyə bərabər olar. Ona 100 savab yazılar və onun 100 günahı silinər. O gün axşama qədər şeytandan qorunar. (Qiyamət günü) ondan daha çox söyləyəndən başqa, heç kəs onun gətirdiyindən fəzilətli heç bir şey gətirə bilməz”. (Buxari 3293, Muslim 7018, 2691/28)

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: مَنْ قَالَ سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ، فِي يَوْمٍ مَائَةَ مَرَّةٍ، حَطَّتْ خَطَايَاهُ، وَإِنْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ

1726. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim gün ərzində yüz dəfə: “Subhanəllahi və bihəmdihi - Allah pak və müqəddəsdir! Allaha həmd olsun!” desə, günahları dəniz köpüyü qədər olsa belə silinər.” (Buxari 6405, Muslim 1380, 597/146)

حديث أَبِي أَيُّوبَ الأَنْصَارِيِّ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ قَالَ عَشْرًا، لاَ إِلهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كلِّ شَيْءٍ قَدِيرٌ كَانَ كَمنْ أَعْتَقَ رَقَبَةً مِنْ وَلَدِ إِسْمَاعِيلَ

1727. Əbu Əyyub əl-Ənsari və İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim (bu zikri) on dəfə desə, İsmail nəslindən bir kölə azad etmiş sayılar.” (Buxari 6404)

حديث أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: كَلِمَتَانِ خَفِيفَتَانِ عَلَى اللِّسَانِ، ثَقِيلَتَانِ فِي الْمِيزَانِ، حَبِيبَتَانِ إِلَى الرَّحْمنِ: سُبْحَانَ اللهِ الْعَظِيمِ، سبْحَانَ اللهِ وَبِحَمْدِهِ

1728. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Rəhmana sevimli, çəkidə ağır və dilə yüngül gələn iki kəimə: “Subhənəllahil Azim Və Subhənəllahi Və Bihəmdihi”. (Buxari 6406, Muslim 7021, 2694/31)

استحباب خفض الصوت بالذكر

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]