Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Axır Zamanda Elmin Qaldırılması, Cahillik Və Fitnələrin Zühr Etməsi

حديث أَنَسٍ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ مِنْ أَشْرَاطِ السَّاعَةِ أَنْ يُرْفَعَ العِلْمُ، وَيَثْبُتَ الْجَهْلُ، وَيُشْرَبَ الْخَمْرُ، وَيَظْهَرَ الزِّنَا

1710. Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın (çox) içilməsi və zinakarlığın yayılması Qiyamət Saatının əlamətlərindəndir.” (Buxari 80, Muslim 6959, 2672/10)

حديث أَبِي مُوسى قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ بَيْنَ يَدَيِ السَّاعَةِ أَيَّامًا، يُرْفَعُ فِيهَا الْعِلْمُ، وَيَنْزِلُ فِيهَا الْجَهْلُ، وَيَكْثُرُ فِيهَا الْهَرْجُ وَالْهَرْجُ الْقَتْلُ

1711. Əbu Musa  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qiyamətə yaxın elə bir günlər olacaq ki, elm qaldırılacaq, cahillik nazil olur və Hərc – ölüm (öldürmək) halları çoxalacaqdır”. (Buxari 7063, 7064, Muslim 6959, 2672/10)

حديث أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: يَتَقَارَبُ الزَّمَان، وَيَنْقُصُ الْعَمَلُ، وَيُلْقَى الشُّحُّ، وَتَظْهَرُ الْفِتَنُ، وَيَكْثُرُ الْهَرْجُ قَالُوا: يَا رَسُولَ اللهِ أَيُّمَ هُوَ قَالَ: القَتْلُ، الْقَتْلُ

1712. Əbu Hüreyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Zaman yaxınlaşdıqca elm alınacaq (qaldırılacaq), fitnələr zühur edəcək, xəsislik (qəlblərdə) yerləşəcək və Hərc çoxalacaq”. Səhabələr: “Hərc nədir?” deyə soruşdular. Peyğəmbər  iki dəfə: “Qətldir!” deyə cavab verdi. (Buxari 7061, Muslim 6964, 2673/11)

حديث عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُول: إِنَّ الله لاَ يَقْبِضُ الْعِلْمَ انْتِزَاعًا، يَنْتَزِعُهُ مِنَ الْعِبَادِ وَلكِنْ يَقْبِضُ الْعِلْمَ بِقبْضِ الْعُلَمَاءِ حَتَّى إِذَا لَمْ يُبْقِ عَالِمًا، اتَّخَذَ النَّاسُ رُءُوسًا جُهَّالاً، فَسُئِلُوا، فَأَفْتَوْا بغَيْرِ عِلْمٍ، فَضَلُّوا وَأَضَلُّوا

1713. Abdullah İbn Amr İbn As  rəvayət edir ki, mən Peyğəmbərin  belə dediyini eşitdim: “Allah, elmi (Öz) qullarının (qəlbindən) silib götürməklə onu aradan qaldırmaz. Lakin O, alimləri aradan götürməklə elmi aradan qaldırar. Nəhayət, bir alim belə saxlamaz. Onda insanlar özlərinə cahil başçılar seçər. Sonra o başçılara suallar verilər və onlar da elmsiz olaraq cavab verərlər. Beləliklə də, həm özləri azğınlığa düşər, həm də insanları azğınlığa salarlar.” (Buxari 100, Muslim 6971, 2673/13)





كتاب الذكر والدعاء والتوبة والاستغفار

Zikr, Dua, Tövbə və İstiğfar Kitabı





الحث على ذكر الله تعالى

Allahı Zikr Etməyə Təşviq

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: يَقُولُ اللهُ تَعَالَى: أَنَا عِنْدَ ظَنِّ عَبْدِي بِي، وَأَنَا مَعَهُ إِذَا ذَكَرَنِي فَإِنْ ذَكَرَنِي فِي نَفْسِهِ، ذَكَرْتُهُ فِي نَفْسِي وَإِنْ ذَكَرَنِي فِي مَلإٍ، ذَكَرْتُهُ فِي مَلإٍ خَيْرٍ مِنْهُمْ وَإِنْ تَقَرَّبَ إِلَيَّ بِشِبْرٍ، تَقَرَّبْتُ إِلَيْهِ ذِرَاعًا وَإِنْ تَقَرَّبَ إِلَيَّ ذِرَاعًا، تَقَرَّبْتُ إِلَيْهِ بَاعًا وَإِنْ أَتَانِي يَمْشِي، أَتَيْتُهُ هَرْوَلَةً

1714. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Uca Allah buyurur: “Mən qulumun barəmdəki zənni yanındayam, Məni yad etdikcə onunlayam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O məni camaatın yanında yad edərsə, Mən onu onlardan daha xeyirli bir toplumun (mələklərin) yanında yad edərəm. O Mənə bir qarış yaxınlaşsa, Mən ona bir ərəş yaxınlaşaram. O Mənə bir ərəş yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm.” (Buxari 7405, Muslim 6981, 2675/2)

في أسماء الله تعالى وفضل من أحصاها

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]