Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Elm Kitabı





النهي عن اتباع متشابه القرآن والتحذير من متبعيه والنهي عن الاختلاف في القرآن

Quranın Mütəşabihlərinə Tabe Olmağın Qadağan Olması, Ona Tabe Olanlardan Çəkindirmək Və Qura Barədə İxtilafa Düşməyin Qadağan Olması

حديث عَائِشَةَ رضي الله عنها، قَالَتْ: تَلاَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ هذِهِ الآيَةَ (هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فيَتَّبِعُون مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ) إِلَى قَوْلِهِ (أُولُو الأَلْبَابِ) قَالَتْ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: فَإِذَا رَأَيْتَ الَّذِينَ يَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ فَأُولَئِكَ الَّذِينَ سَمَّى اللهُ فَاحْذَرُوهُمْ

1706. Aişə  demişdir: “Peyğəmbər  bu ayəni oxudu: “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətir­dik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər”. Aişə: “Peyğəmbər  (mənə) buyurdu: “Əgər mənası aydın olmayan (ayələrin) ardınca düşənləri görsən, (bil ki,) bunlar Allahın (ayədə) adlandırdığı kimsələrdir, onlardan uzaq ol!” (Buxari, 4547, Muslim 6946, 2665/1)

حديث جُنْدَبٍ قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: اقْرَءُوا الْقُرْآنَ مَا ائْتلَفَتْ عَلَيْهِ قُلُوبُكُمْ فَإِذَا اخْتَلَفْتُمْ، فَقُومُوا عَنْهُ

1707. Cundəb İbn Abdullah  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Quran xüsusunda canbir qəlb olduqca onu oxuyun. İxtilafa düşdüyünüz zaman isə söhbətinizə son qoyun”. (Buxari 5060, 7364, Muslim 6949, 2667/4)

في الألد الخصم

Ən Qatı Mübahisə Edənlər Haqqında

حديث عَائِشَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: إِنَّ أَبْغَضَ الرِّجَالِ إِلَى اللهِ، الأَلَدُّ الْخَصِمُ

1708. Aişə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “(İnsanlar arasında) Allahın ən nifrət etdiyi adam, ən qatı mübahisə edəndir.” (Buxari 2457, Muslim 6951, 2668/5)

اتباع سنن اليهود والنصارى

Yəhudi Və Nəsranilərin Sünnətinə (Yoluna) Tabe Olmaq

حديث أَبِي سَعِيدٍ الْخدْرِيِّ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: لَتَتْبَعُنَّ سَنَنَ مَنْ كَانَ قَبْلَكُمْ، شِبْرًا بِشِبْرٍ، وَذِرَاعًا بِذِرَاعٍ حَتَّى لَوْ دَخَلُوا جُحْرَ ضَبٍّ تَبِعْتُمُوهُمْ قُلْنَا: يَا رَسُولَ اللهِ الْيَهُودَ وَالنَّصَارَى قَالَ: فَمَنْ

1709. Əbu Səid  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Siz özünüzdən əvvəlkilərin yolunu tutub qarış-qarış, ərəş-ərəş gedəcəksiniz. Hətta onlar kərtənkələ yuvasına girsələr belə, siz də ora girəcəksiniz” Biz dedik: “Ya Rəsulullah, yəhudiləri və xristianlarımı (qəsd edirsən)?” Dedi: “Başqa kim (ola bilər ki)?!” (Buxari 3456, 7320, Muslim 6952, 2669/6)

رفع العلم وقبضه وظهور الجهل والفتن في آخر الزمان

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]