Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Allahın Adəmə: Hər 1000 Nəfərdən 999 Cəhənnəmdən Çıxarılması

حديث أَبِي سَعِيدٍ، قَالَ: قَالَ رَسُولُ اللهِ : يَقُولُ اللهُ: يَا آدَمُ فَيَقُولُ: لَبَّيْكَ وَسَعْدَيكَ وَالْخَيْرُ فِي يَدَيْكَ قَالَ: يَقُولُ: أَخْرِجْ بَعْثَ النَّارِ، قَالَ: وَمَا بَعثُ النَّارِ قَالَ: مِنْ كُلِّ أَلْفٍ، تِسْعَمِائَةٍ وَتِسْعَةً وَتِسْعِينَ، فَذَاكَ حَينَ يَشِيبُ الصَّغِيرُ، وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا، وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلكِنَّ عَذَابَ اللهِ شَدِيدٌ فَاشْتَدَّ ذَلِكَ عَلَيْهِمْ، فَقَالُوا يَا رَسُولَ اللهِ أَيُّنَا ذَلِكَ الرَّجُلُ قَالَ: أَبْشِرُوا فَإِنَّ مِنْ يَأْجُوج وَمَأجُوجَ أَلْفًا وَمِنْكُمْ رَجُلٌ، ثُمَّ قَالَ: وَالَّذِي نَفْسِي في يَدِهِ إِنِّي لأَطْمَعُ أَنْ تَكُونُوا ثُلُثَ أَهْلِ الْجَنَّةِ، قَالَ: فَحَمِدْنَا اللهَ وَكَبَّرْنَا، ثُمَّ قَالَ: وَالَّذِي نَفْسِي فِي يَدِهِ إِنِّي لأَطْمَعُ أَنْ تَكُونُوا شَطْرَ أَهْل الجَنَّةِ، إِنَّ مَثَلَكُمْ فِي الأُمَمِ كَمَثَلِ الشَّعَرَةِ الْبَيْضَاءِ فِي جِلْدِ الثَّوْرِ الأَسْوَدِ، أَوِ الرَّقْمَةِ فِي ذِرَاعِ الْحِمَارِ

133. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “(Qiyamət günü) Allah buyuracaq: “Ey Adəm!” deyə buyuracaq. Adəm deyəcək: “Buyur, hüzurun­dayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!” Allah buyuracaq: “Cəhənnəmə vasil olacaq kimsələri ayır!” Adəm deyəcək: “Cəhənnəmə vasil olanların (sayı) nə qədərdir?”. Allah buyuracaq: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu (Cəhənnəmə gedəcək)”. O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir”. (əl-Həcc 2). Səhabələrə bu ağır gəldi və onlar: “Ya Rəsulullah, hansımız o bir nəfərdən olacaq?” deyə soruşdular. Peyğəmbər: “Sevinin! Heç şübhəsiz ki, sizdən hər bir nəfərin müqabilində Yəcuc və Məcuc tayfalarından min nəfər (Cəhənnəmə atılacaq)”. Sonra Peyğəmbər  davam edib buyurdu: “Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin üçdə birini təşkil edəcəyinizə ümid edirəm”. (Bunu eşidəndə) biz: “Allaha həmd etdik və təkbir gətirdik”. Sonra o belə buyurdu: “Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm. Sizinlə əvvəlki ümmətlərin misalı, qara öküzün dərisindəki ağ tükün və ya uzunqulağın qılçasının iç tərəfində olan dairəvarı ləkənin misalına bənzəyir”. (Buxari 6530, 3348, Muslim 327, 554)





كتاب الطهارة

Təharət Kitabı





وجوب الطهارة للصلاة

Namaz Üçün Təharətin Vacib Olması

حديث أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ  قَالَ: لاَ يَقْبَلُ اللهُ صَلاةَ أَحَدِكُمْ إِذَا أَحْدَثَ حَتَّى يَتَوَضَّأَ

134. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən biriniz təbii ehtiyacını dəf etdikdən sonra dəstəmaz almayınca, onun namazı qəbul olunmaz!” (Buxari 6954, Muslim 330, 559)

صفة الوضوء وكماله

Dəstəmazın Sifəti Və Onun Kamilliyi

عَنْ عُثْمَانَ بْنَ عَفَّانَ ، أَنَّهُ دَعَا بِإِنَاءٍ، فَأَفْرَغَ عَلَى كَفَّيْهِ ثَلاَثَ مِرَارٍ فَغَسَلَهُمَا، ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِى الإِنَاءِ فَمَضْمَضَ، وَاسْتَنْشَقَ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثًا، وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثَلاَثَ مِرَارٍ، ثُمَّ مَسَحَ بِرَأْسِهِ، ثُمَّ غَسَلَ رِجْلَيْهِ ثَلاَثَ مِرَارٍ إِلَى الْكَعْبَيْنِ، ثُمَّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ  «مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِى هَذَا، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ، لاَ يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ».

135. Osman İbn Əffan  su gətizdirib (dəstəmaz aldı), əllərinə su töküb onları üç dəfə yudu; sonra sağ əlini qaba salıb su götürdü və bununla həm ağzını yaxaladı, həm də burnunun içini yudu; sonra üç dəfə üzünü və üç dəfə qollarını dirsəklərə qədər yudu; sonra başına məsh çəkdi; sonra üç dəfə ayaqlarını topuqlara qədər yudu, sonra da dedi: “Peyğəmbər  buyurdu: “Mənim kimi dəstəmaz alıb, qəlbindən heç bir şey keçirtmədən iki rükət namaz qılan kimsənin keçmiş günahları bağışlanar.” (Buxari 159, Muslim 332, 561)

في وضوء النبي صلى الله عليه وسلم

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]