Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Üzümə Kərm – Deməyin Məkruh Olması

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: وَيَقُولُونَ الْكَرْمُ إِنَّمَا الْكَرْمُ قَلبُ الْمُؤْمِنِ

1450. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Üzümə kərim” deməyin. Çünki kərim ancaq möminin qəlbidir.” (Buxari 6183, Muslim 6005, 2247/7)

حكم إِطلاق لفظة العبد والأمة والمولى والسيد

Qul, Köləm, Seyyid (Ağam) Kəlimələrinin İstifadəsinin Hökmü

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: لاَ يَقُلْ أَحَدُكُمْ أَطْعِمْ رَبَّكَ، وَضِّى رَبَّكَ، اسْقِ رَبَّكَ وَلْيَقُلْ سَيِّدِي، مَوْلاَيَ وَلاَ يَقُلْ أَحَدُكُمْ عَبْدِي، أَمَتِي وَلْيَقُلْ فَتَايَ وَفَتَاتِي وَغُلاَمِي

1151. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizlərdən heç kəs (köləyə): “Rəbbinə yemək ver”, “Rəbbinə dəstəmaz almağa kömək et”, “Rəbbinə su ver” deməsin; qoy: “mənim ağam”, “mənim himayədarım” desin. Habelə heç kəs: “qulum”, “kənizim” deməsin; qoy: “oğlum”, “qızım”, “ay uşaq” desin”. (Buxari 2552, Muslim 6011, 2249/15)

كراهة قول الإنسان خبثت نفسي

İnsanın: “Nəfsim Xəbis Oldu” – Deməsinin Məkruh Olması

حديث عَائِشَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: لاَ يَقُولَنَّ أَحَدُكُمْ خَبُثَتْ نَفْسِي، وَلكِنْ لِيَقُلْ لَقِسَتْ نَفْسِي

1452. Aişə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən biriniz nə badə: “Nəfsim Xəbis oldu” deməsin. Lakin “Nəfsim Sıxıldı” desin. (Buxari 6179, 6180, Muslim 6015, 2250/16)

حديث سَهْلِ بْنِ حُنَيْفٍ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: لاَ يَقُولَنَّ أَحَدُكُمْ خَبُثَتْ نَفْسِي، وَلكِنْ لِيَقُلْ لَقِسَتْ نَفْسِي

1453. Səhl İbn Huneyf  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən biriniz nə badə: “Nəfsim Xəbis oldu” deməsin. Lakin “Nəfsim Sıxıldı” desin. (Buxari 6180, Muslim 6015, 2250/16)





كتاب الشعر

Şer Kitabı





كتاب الشعر

Şer Kitabı

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَصْدَقُ كَلِمَةٍ قَالَهَا الشَّاعِر، كَلِمَةُ لَبِيدٍ أَلاَ كُلُّ شَيْءٍ مَا خَلاَ اللهَ بَاطِلُ وَكَادَ أُمَيَّةُ بْنُ أَبِي الصَّلْتِ أَنْ يُسْلِمَ

1454. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Doğru söz şair Ləbidin (şair olmuşdur) sözüdür. (O demişdir): “Məgər Allahdan başqa nə varsa, batil deyilmi? (...hər bir ləzzətin, əlbət ki, bir sonu vardır)”. Umeyyə İbn Əbu Səltə (Xristian idi) gəlincə, o, az qalmışdı ki, müsəlman olsun.” (Buxari 3841, 6147, Muslim 6026, 2256/3)

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: لأَنْ يَمْتَلِىءَ جَوفُ رَجُلٍ قَيْحًا يَرِيهِ، خَيْرٌ مِنْ أَنْ يَمْتَلِىءَ شِعْرًا

1455. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən bir kimsənin qarnınn irinlə dolması onun üçün serlə dolmasından xeyirlidir”. (Buxari 6155, Muslim 6030, 2258/8)





كتاب الرؤيا

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]