Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Muslim İbn Həccac 

Müslim İbn əl-Həccac əl-Quşeyri ən-Nisapuri. Hədis elmində İmam Buxaridən  sonra ikinci böyük şəxsiyyət sayılır. əl-Məmun adlı xəlifənin xilafəti dövründə, H. 204-206-cı ildə Məşədin yaxınlığında yerləşən Nisapur şəhərində dünyaya gəlmişdir. Quşeyr adlı böyük və məşhur bir qəbiləyə məxsusdur. Bu qəbilənin adı isə Kuşeyr İbn Kəbdən gəlir. Çox kiçik yaşlarından hədis elmini öyrənməyə başlamış və bu səbəbdən də elm almaq üçün dünyanın bir çox ölkələrini İraq, Hicaz, Şam və Misri dolaşmışdır. Böyük hədis alimləri olan İmam Buxari, Əhməd İbn Hənbəl, Yəhyə İbn Məin, Əbu Heysəmə, İbn Əbu Şeybə – Allah Onlardan Razı Olsun - və s. dərs almışdır. Öz növbəsində də Tirmizi, İbn Əbu Xatim, İbrahim İbn Muhəmməd İbn Sufyan – Allah Onlardan Razı Olsun - kimi muhəddislərə dərs vermişdir. Alimlər İmam Muslim haqda yüksək tərifəlayiq sözlər demişlər. Əbu Zura və Əbu Hətim  Muslimi onun zamanında yaşayan digər alimlərdən üstün tutmuşlar. Şeyx Məhəmməd İbn ƏbdülVahhab əl-Fərra  deyir: “Muslim insanların ən savadlısı və elm dəryası idi. Onun haqqında xeyirdən başqa heç nə bilmirəm”. Məsləmə İbn Qasim  deyir: “Onun alimlər arasında qədir-qiyməti yüksəkdir”. İmam Nəvəvi  isə demişdir: “Onun (bu elmdə) imam, alim olmasına, yüksək məqamına, elmdə dəqiqliyinə və öncüllüyünə hamı ittifaq etmişdir”. Ən məşhur əsəri əl-Cəmi əs-Səhihdir ki, bu əsərdə 7275, təkrarsız 4000 hədis toplanmışdır. Bu kitab İmam Buxarinin  səhihindən sonra ikinci səhih əsər sayılır. İmam Muslim “Səhih” əsərini Nisapur şəhərində on beş ilə təlif etmiş və hicri tarixi ilə 250- ci ildə bitirmişdir. İmam Nəvəvi  belə demişdir: “Onun seçimi və düzəlişinə on altı il sərf etmişdir”. H. 261-ci il (Miladi 875-ci il) Rəcəb ayında Nisapur şəhərində dünyasını dəyişmişdir. Muhəmməd İbn Bəşşar belə demişdir: “Dünyanın hafizləri (hədis elmində) dörddür: “ər-Rey şəhərində Əbu Zurə, Nisapur şəhərində Muslim, Səmərqənd şəhərində Abdullah əd-Darani və Buxara şəhərində Muhəmməd İbn İsmail”. Əl-Huseyn İbn Mənsur  belə demişdir: “İsaq İbn Rahəveyni  Muslimi xatırlayaraq fars dilində belə dediyini eşitdim: “Hansı kişi bunun kimi ola bilər?!”. İsaq əl-Kovsəc İmam Muslimə  belə demişdir: ”Allah səni müsəlmanların arasında hifz etdikcə biz xeyirdən məhrum olmarıq”.





تغليظ الكذب على رسول الله

Peyğəmbərin  Adından Yalan Danışmağın Aqibətinin Ağır Olması





تغليظ الكذب على رسول الله

Peyğəmbərin  Adından Yalan Danışmağın Aqibətinin Ağır Olması

عَنْ عَلِيٍّ  قَالَ: سَمِعْتُ رَسُولَ الله  يَقُولُ: «لَا تَكْذِبُوا عَلَيَّ فَإِنَّهُ مَنْ كَذَبَ عَلَيَّ فَلْيَلِجِ النَّارَ».

1. Əli  rəvayət edir ki, mən Peyğəmbərin  belə dediyini eşitdim: “Mənim adımdan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, qoy Cəhənnəmdəki yerini tutsun.” (Buxari 106, Muslim 2)

عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ قَالَ إِنَّهُ لَيَمْنَعُنِى أَنْ أُحَدِّثَكُمْ حَدِيثًا كَثِيرًا أَنَّ رَسُولَ اللَّهِ  قَالَ «مَنْ تَعَمَّدَ عَلَىَّ كَذِبًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ».

2. Ənəs İbn Məlik  demişdir: “Sizə çoxlu hədislər rəvayət etməkdən məni saxlayan, (ancaq) Allah Elçisinin bu hədisidir: “Hər kim mənim adımdan bilərəkdən yalan söyləyərsə, atəşdən olan yerini hazırlasın”. (Buxari 108, Muslim 3)

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ  «مَنْ كَذَبَ عَلَىَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ».

3. Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Hər kim mənim adımdan bilərəkdən yalan danışarsa, qoy Cəhənnəmdəki yerini tutsun”. (Buxari 110, 6197, Muslim 4)

عَنْ عَنْ الْمُغِيرَةِ قَالَ سَمِعْتُ النَّبِىَّ  يَقُولُ: «إِنَّ كَذِبًا عَلَىَّ لَيْسَ كَكَذِبٍ عَلَى أَحَدٍ، مَنْ كَذَبَ عَلَىَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ».

4. Muğira  rəvayət edir ki, Peyğəmbərin  belə dediyini eşitdim: “Mənim adımdan danışılan yalan başqa birisinin adından danışılan yalan kimi deyildir. Hər kim bilə-bilə mənim adımdan yalan danışarsa, Cəhənnəmdə öz yerini hazırlasın” (Buxari 1291, Muslim 5)





كتاب الإيمان

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]