Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Ev Eşşəklərinin Ətlərinin Haram Olması

حديث عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رضي الله عنه، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَهى عَنْ مُتْعَةِ النِّسَاءِ يَوْمَ خَيْبَرَ، وَعَنْ أَكْلِ الْحُمُرِ الإِنْسِيَّةِ

1262. Əli İbn Əbu Talib  rəvayət etmişdir ki, Xeybər günü Peyğəmbər  siğəni (müvəqqəti nigah) və ev eşşəyinin ətini yeməyi haram buyurmuşdur.” (Buxari 4216, Muslim 5116, 1407/22)

حديث أَبِي ثَعْلَبَةَ، قَالَ: حَرَّمَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لُحُومَ الْحُمُرِ الأَهْلِيَّةِ

1263. Əbu Sələbə Cursum əl-Huşəni  rəvayət edir ki, Peyğəmbər  azı dişi olan heyvanları ətlərini yeməyi qadağan etdi”. (Buxari 5527, Muslim 5118, 1936/23)

حديث ابْنِ عُمَرَ، قَالَ: نَهى النَّبيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَكْلِ لحُومِ الْحُمُرِ الأَهْلِيَّةِ

1264. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  ev eşşəyinin ətini yeməkdən nəhy (qadğan) etdi”. (Buxari 4218, Muslim 5119, 561/24)

حديث ابْنِ أَبِي أَوْفَى، قَالَ: أَصَابَتْنَا مَجَاعَةٌ، لَيَالِيَ خَيْبَرَ، فَلَمَّا كَانَ يَوْمُ خَيْبَرَ، وَقَعْنَا فِي الْحُمُرِ الأَهْلِيَّةِ فَانْتَحَرْنَاهَا، فَلَمَّا غَلَتِ الْقُدُورُ نَادَى مُنَادِي رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَكْفِئُوا الْقُدُورَ فَلاَ تَطْعَمُوا مِنْ لُحُومِ الْحُمُرِ شَيْئًا قَالَ عَبْدُ اللهِ (هُوَ ابْنُ أَبِي أَوْفَى) : فَقُلْنَا إِنَّمَا نَهى النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لأَنَّهَا لَمْ تُخَمَّسْ، قَالَ: وَقَالَ آخَرُونَ حَرَّمَهَا الْبَتَّةَ وَسَأَلْتُ سَعِيدَ بْنَ جُبَيْرٍ فَقَالَ حَرَّمَهَا الْبَتَّةَ

1265. Abdullah İbn Əbi Əufa  rəvayət edir ki, Xeybər günü bizləri şiddətli bir aclıq tutmuşdu. Bizlər ev eşşəklərinin içinə düşərək (onlardan bəzisini) kəsdik. Eşşək ətlərinin bişməkdə olduğu qazanlar qaynadığı zaman Rəsulullahın  carçısı səsləyərək: “Qazanları çevirin və eşşək ətindən heç bir şey yeməyin!”. Abdullah: “Peyğəmbər bunu beşdə birə girmədiyi üçün qadağan etmişdir”. Digərləri: “Peyğəmbər  eşşək ətini qəti olaraq qadağan etmişdir”. Səid İbn Cubeyr: “Qəti olaraq qadağan etmişdir” dedi. (Buxari 3155, Muslim 5123, 1937/27)

حديث الْبَرَاءِ وَعَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى، أَنَّهُمْ كَانُوا مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَصَابُوا حُمُرًا فَطَبَخُوهَا، فَنَادَى مُنَادِي النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَكْفِئُوا الْقُدُورَ

1266. Bəra İbn Azib  və Abdullah İbn Əbi Əufa  rəvayət edir ki, Peyğəmbərlə  bərabər olduğumuz zaman eşşək sürüsü ələ keçirdik. Onları bişirdiyimiz zaman Peyğəmbərin  carçısı səsləyərək: “Qazanları boşaldın” dedi. (Buxari 4221, 4222, Muslim 5124, 1938/28)

حديث ابْنِ عَبَّاسٍ رضي الله عنهما، قَالَ: لاَ أَدْرِي أَنْهى عَنْهُ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ أَجْلِ أَنَّهُ كَانَ حَمُولَةَ النَّاسِ فَكَرِهَ أَنْ تَذْهَبَ حَمُولَتُهُمْ، أَوْ حَرَّمَهُ فِي يَوْمِ خَيْبَرَ، لَحْمَ الْحُمُرِ الأَهْلِيَّةِ

1267. İbn Abbas  (ev eşşəklərinin ətlərinin yeyilməsinin qadağan olunma səbəbini belə izah edir) deyir ki: “Bunlar insanların yük daşıma heyvanları olduğu üçün yeyildikləri zaman yox olub getmələrini istəmədiyi üçün Rəsulullah bunu qadağan etdi, yoxsa Heybər günü ev eşşəklərini qadağan etdi” bilmirəm. (Buxari 4227, Muslim 5129, 1939/32)

حديث سَلَمَةَ بْنِ الأَكْوَعِ رضي الله عنه، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى نِيرَانًا تُوقَدُ يَوْمَ خَيْبَرَ قَالَ: عَلَى مَا توقَدُ هذِهِ النِّيرَانُ قَالُوا: عَلَى الْحُمُرِ الإِنْسِيَّةِ، قَالَ: اكْسِرُوهَا وَأَهْرِقُوهَا قَالُوا: أَلاَ نُهَرِيقهَا وَنَغْسِلُهَا قَالَ: اغْسِلُوا

1268. Sələmə İbn Əkvə  rəvayət edir ki, Peyğəmbər  Xeybər günü yandırılmış tonqallar gördü və: “Bu atəşlər nə üçün yandırılmışdır?” deyə buyurdu. Səhabələr: “Ev eşşəklərinin ətidir” dedilər. Peyğəmbər: “Ətləri boşaldın, qabları isə sındırın” deyə buyurdu. Səhabələr: “Ətləri boşaldsaq, qabları yusaq olmazmı?” dedilər. Peyğəmbər: “qabları yuyun” deyə buyurdu. (Buxari 2477, Muslim 5130, 1802/33)

في أكل لحوم الخيل

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]