Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Adil Hökmüdarın Fəziləti, Zalım Olanın Cəzası, Əli Altında Olanlarla Yumşaq Davranmaq Və Onlara Məşəqqət Verməyin Qadağan Olması

حديث عَبْدِ اللهِ بْنِ عُمَرَ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: كُلُّكُمْ رَاعٍ فَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ، فَالأَمِيرُ الَّذِي عَلَى النَّاسِ رَاعٍ وَهُوَ مَسْئُولٌ عَنْهُمْ، وَالرَّجُلُ رَاعٍ عَلَى أَهْلِ بَيْتِهِ وَهُوَ مَسْئُولٌ عَنْهُمْ، وَالْمَرْأَةُ رَاعِيَةٌ عَلَى بَيْتِ بَعْلِهَا وَوَلَدِهِ وَهِيَ مَسْئُولَةٌ عَنْهُمْ، وَالْعَبْدُ رَاعٍ عَلَى مَالِ سَيِّدِهِ وَهُوَ مَسْئُولٌ عَنْهُ، أَلاَ فَكُلُّكمْ رَاعٍ وَكُلُّكمْ مَسْئُولٌ عَنْ رَعِيَّتِهِ

1199. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər biriniz çobansınız (başçısınız) və hər birinizdə əli altında olanlardan məsuldur. Dövlət başçısı çobandır və əli altında olanlardan məsuldur. Kişi öz ailəsində çobandır (başçıdır) və ailəsində olanlara görə məsuldur. Qadın ərinin evində çobandır (başçıdır) və (evinə və uşaqlarına) görə məsuldur. Qulluqçu da çobandır (başçıdır) və öz ağasının malını qorumaqla məsuldur. (Ən nəhayət) isə sizlərdən hər biriniz çobansınız (başçısınız) və hər biriniz də öz əli altında olanlardan cavabdehdir”. (Buxari 2554, 7138, Muslim 4828, 1829/20)

حديث مَعْقِلِ بْنِ يَسَارٍ عَنِ الْحَسَنِ، أَنَّ عُبَيْدَ اللهِ بْنَ زِيَادٍ عَادَ مَعْقِلَ بْنَ يَسَارٍ فِي مَرَضِهِ الَّذِي مَاتَ فِيهِ، فَقَالَ لَهُ مَعْقِلٌ: إِنِّي مُحَدِّثُكَ حَدِيثًا سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: مَا مِنْ عَبْدٍ اسْتَرْعَاهُ اللهُ رَعِيَةً فَلَمْ يَحُطْهَا بِنَصِيحَةٍ إِلاَّ لَمْ يَجِدْ رَائِحَةَ الْجَنَّةِ

1200. Məqil İbn Yəsar  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: “Allah Öz qullarından birinə rəiyyətin qeydinə qalmağı həvalə edər və o da onların haqqını ödəməzsə, Cənnətin iyini belə duymaz.” (Buxari 7150, Muslim 383, 4834, 4836, 142/22)

غلظ تحريم الغلول

Xəyanətin Haram Olması

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ: قَامَ فِينَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ الْغُلُولَ، فَعَظَّمَهُ وَعَظَّمَ أَمْرَهُ، قَالَ: لاَ أُلْفِيَنَّ أَحَدَكُمْ يَوْمَ الْقِيَامَةِ، عَلَى رَقَبَتِهِ شَاةٌ لَهَا ثُغَاءٌ، عَلَى رَقَبَتِهِ فَرَسٌ لَهُ حَمْحَمَةٌ، يَقُولُ: يَا رَسُولَ اللهِ أَغِثْنِي، فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ أَبْلَغْتُكَ؛ وَعَلَى رَقَبَتِهِ بعِيرٌ لَهُ رُغَاءٌ، يَقُولُ: يَا رَسُولَ اللهِ أَغثْنِي، فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا قَدْ أَبْلَغْتُكَ؛ وَعَلَى رَقَبَتِهِ صَامِتٌ، فَيَقُولُ: يَا رَسُولَ اللهِ أَغِثْنِي، فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا قَدْ أَبْلَغْتُكَ؛ أَوْ عَلَى رَقَبَتِهِ رِقَاعٌ تَخْفِقُ فَيَقُولُ: يَا رَسُولَ اللهِ أَغِثْنِي، فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا قَدْ أَبْلَغْتُكَ

1201. Əbu Hureyra  rəvayət edir ki, (bir dəfə) Peyğəmbər  bizim aramızda ayağa qalxıb əmanətə xəyanət etmək barəsində danışdı, bunun olduqca böyük günah olduğunu vurğulayıb dedi: “Qiyamət günü heç biriniz boynunda mələyən bir qoyunla və ya kişnəyən bir atla gəlib deməsin ki: “Ya Rəsulullah, mənə yardım et!” Mən (cavabımda ona): “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən (Allahın hökmünü) sənə təbliğ etmişdim” deyəcəyəm. Yaxud boynunda nərildəyən bir dəvə ilə gəlib deməsin ki: “Ya Rəsulullah, mənə yardım et!” Mən (cavabımda ona): “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən sənə təbliğ etmişdim” deyəcəyəm. Yaxud boynunda qızıl və gümüşlə gəlib deməsin ki: “Ya Rəsulullah, mənə yardım et!” Mən (cavabımda ona): “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən sənə təbliğ etmişdim” deyəcəyəm. Yaxud boynunda parıldayan bir paltarla gəlib deməsin ki: “Ya Rəsulullah, mənə yardım et!” Mən (cavabımda ona): “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən sənə təbliğ etmişdim” deyəcəyəm.” (Buxari 3073, Muslim 4839, 1831/24)

تحريم هدايا العمال

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]