Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Peyğəmbərin  Döyüşlərinin Sayı

حديث عَبْدِ اللهِ بْنِ يَزِيدَ الأَنْصَارِيِّ، أَنَّهُ خَرَجَ، وَخَرَجَ مَعَهُ الْبَرَاءُ بْنُ عَازِبٍ وَزَيْدُ بْنُ أَرْقَمَ، فَاسْتَسْقَى، فَقَامَ بِهِمْ عَلَى رِجْلَيْهِ، عَلَى غَيْرِ مِنْبَرٍ، فَاسْتَغْفَرَ ثُمَّ صَلَّى رَكْعَتَيْنِ، يَجْهَرُ بِالْقِرَاءَةِ، وَلَمْ يُؤَذِّنْ وَلَمْ يُقِمْ

1188. Abdullah İbn Yəzid əl-Ənsari  deyir ki, (yağış duası üçün səhraya çıxdıq). Bizimlə bərabər Bəra İbn Azib  və Zeyd İbn Ərqam  da vardı. Minbər olmadan cəmaatla birlikdə ayağa qalxdı və istiğfar (dua) etdi, sonra azan və iqamə olmadan iki rükət səsli namaz qıldı”. (Buxari 1022, Muslim 4796, 1254/144)

حديث زَيْدِ بْنِ أَرْقَمَ عَنْ أَبِي إِسْحقَ، قَالَ: كُنْتُ إِلَى جَنْبِ زَيْدِ بْنِ أَرْقَمَ، فَقِيلَ لَهُ: كَمْ غَزَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ غَزْوَةٍ قَالَ: تِسْعَ عَشْرَةَ قِيلَ: كَمْ غَزَوْتَ أَنْتَ مَعَهُ قَالَ: سَبْعَ عَشْرَةَ، قُلْتُ: فَأَيُّهُمْ كَانَتْ أَوَّلَ قَالَ: الْعُسَيْرَةُ أَوِ الْعُشَيْرُ

1189. Zeyd İbn Ərqamdan  soruşdular: “Peyğəmbər  neçə döyüşdə iştirak etmişdir?”. Zeyd: “On doqquz”. Soruşdular: “Sən onunla neçə döyüşdə iştirak etmisən?” Dedi: “On yeddi”. Soruşdular: “Bunların hansı birinci (döyüş) olmuşdur?” Dedi: “Useyrə və ya Uşeyr”101. (Buxari 3949, Muslim 4795, 1254/143)

حديث بُرَيْدَةَ، أَنَّهُ غَزَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سِتَّ عَشْرَةَ غَزْوَة

1190. Bureydə İbn Huseyb  deyir ki, Rəsulullah  ilə bərabər on altı döyüşdə iştirak etmişəm”. (Buxari 4473, Muslim 4799, 1814/147)

حديث سَلَمَةَ بْنِ الأَكْوَعِ، قَالَ: غَزَوْتُ مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَبْعَ غَزَوَاتٍ، وَخَرَجْتُ فِيمَا يَبْعَثُ مِنَ الْبُعُوثِ تِسْعَ غَزَوَاتٍ: مَرَّةً عَلَيْنَا أَبُو بَكْرٍ، وَمَرَّةً عَلَيْنَا أُسَامَةُ

1191. Sələmə İbn Əkva  demişdir: “Mən Peyğəmbərlə  birlikdə yeddi döyüşdə iştirak etmişəm. Habelə onun göndərdiyi, Əbu Bəkr  və Usamənin növbə ilə başçılıq etdiyi belə dəstənin tərkibində doqquz yürüşdə də iştirak etmişəm.” (Buxari 4270, Muslim 4800, 1815/148)

غزوة ذات الرقاع

Zatur Riqa Döyüşü

حديث أَبِي مُوسى رضي الله عنه، قَالَ: خَرَجْنَا مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي غَزَاةٍ، وَنَحْنُ سِتَّةُ نَفَرٍ، بَيْنَنَا بَعِيرٌ نَعْتَقِبُهُ، فَنَقِبَتْ أَقْدَامُنَا، وَنَقِبَتْ قَدَمَايَ، وَسَقَطَتْ أَظْفَارِي، وَكنَّا نَلُفُّ عَلَى أَرْجُلِنَا الْخِرَقَ، فَسُمِّيَتْ غَزْوَةَ ذَاتِ الرِّقَاعِ

1192. Əbu Musa  demişdir: “(Bir dəfə) biz altı nəfər Peyğəmbərlə  birlikdə döyüşə çıxdıq. Bizim cəmi bir dəvəmiz var idi ki, onu da biz növbə ilə minirdik. Buna görə də bizim ayaqlarımızın altı sürtüldü. Mənim də ayaqlarım sürtüldü və dırnaqlarım düşdü. Biz ayaqlarımızı sarğı ilə sarıyırdıq. Elə ayaqlarımızı sarğı ilə sarıdığımıza dörə bu döyüş Zatur Riqa adlandırıldı”. (Buxari 4128, Muslim 4802, 1816/149)





كتاب الإمارة

Əmirlik Kitabı





الناس تبع لقريش والخلافة في قريش

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]