Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Əsiri Bağlayıb Həps Etməyin Və Ona Yaxşı Davranmağın İcazəli Olması

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ: بَعَثَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَيْلاً قِبَلَ نَجْدٍ، فَجَاءَتْ بِرَجُلٍ مِنْ بَنِي حَنِيفَةَ يُقَالُ لَهُ ثُمَامَةُ بْنُ أُثَالٍ، فَرَبَطُوهُ بِسَارِيَةٍ مِنْ سَوَارِي الْمَسْجِدِ، فَخَرَجَ إِلَيْهِ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: مَا عِنْدَكَ يَا ثُمَامَةُ فَقَالَ: عِنْدِي خَيْرٌ يَا مُحَمَّدُ إِنْ تَقْتُلْنِي تَقْتُلْ ذَا دَمٍ، وَإِنْ تُنْعِمْ تُنْعِمْ عَلَى شاكِرٍ، وَإِنْ كُنْتَ تُرِيدُ الْمَالَ فَسَلْ مِنْهُ مَا شِئْتَ حَتَّى كَانَ الْغَدُ ثُمَّ قَالَ لَهُ: مَا عِنْدَكَ يَا ثُمَامَةُ قَالَ: مَا قُلْتُ لَكَ، إِنْ تُنْعِمْ تُنْعِمْ عَلَى شَاكِرٍ فَتَرَكَهُ حَتَّى كَانَ بَعْدَ الْغَدِ فَقَالَ: مَا عِنْدَكَ يَا ثُمَامَةُ فَقَالَ عِنْدِي مَا قُلْتُ لَكَ فَقَالَ: أَطْلِقُوا ثُمَامَةَ فَانْطَلَقَ إِلَى نَجْلٍ قَرِيبٍ مِنَ الْمَسْجِدِ فَاغْتَسَلَ، ثُمَّ دَخَلَ الْمَسْجِدَ فَقَالَ: أَشْهَدُ أَنْ لاَ إِله إِلاَّ اللهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ يَا مُحَمَّدُ وَاللهِ مَا كَانَ عَلَى الأَرْضِ وَجْهٌ أَبْغَضَ إِلَيَّ مِنْ وَجْهِكَ، فَقَد أَصْبَحَ وَجْهُكَ أَحَبَّ الْوُجُوهِ إِلَيَّ وَاللهِ مَا كَانَ مِنْ دِينٍ أَبْغَضُ إِلَيَّ مِنْ دِينِكَ، فَأَصْبَحَ دِينُكَ أَحَبَّ الدِّينِ إِلَيَّ وَاللهِ مَا كَانَ مِنْ بَلَدٍ أَبْغَضُ إِلَيَّ مِنْ بَلَدِكَ، فَأَصْبَحَ بَلَدُكَ أَحَبَّ الْبِلاَدِ إِلَيَّ، وَإِنَّ خَيْلَكَ أَخَذَتْنِي وَأَنَا أُرِيدُ الْعُمْرَةَ، فَمَاذَا تَرَى فَبَشَّرَهُ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَمَرَهُ أَنْ يَعْتَمِرَ فَلَمَّا قَدِمَ مَكَّةَ، قَالَ قَائِلٌ: صَبَوْتَ قَالَ: لاَ، وَلكِنْ أَسْلمْتُ مَعَ مُحَمَّدٍ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَلاَ، وَاللهِ لاَ يَأْتِيكُمْ مِنَ الْيَمَامَةِ حَبَّةُ حِنْطَةٍ حَتَّى يَأْذَنَ فِيهَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

1152. Əbu Hureyra  demişdir: “(Bir vaxt) Peyğəmbər  Nəcdə bir dəstə atlı göndərdi. Onlar oradan Bəni Hənifə qəbiləsindən olan Sumamə İbn Usal adlı bir nəfəri (tutub Mədinəyə gətirdilər və) onu məsciddəki dirəklərdən birinə bağladılar. Bu əsnada Peyğəmbər  onun yanına gəlib dedi: “Nə düşünürsən, ey Sumamə?” Sumamə dedi: “(Hər şey) yaxşıdır, ey Muhəmməd! Məni öldürsən, əli qana batmış bir canini öldürmüş olarsan. Məni azad etsən, minnətdar olan bir adama yaxşılıq etmiş olarsan. Yox əgər pul istəyirsənsə, dilədiyin qədər istəyə bilərsən.” Səhəri gün Peyğəmbər  (yenə) onun yanına gəlib dedi: “Nə fikirləşirsən, ey Sumamə?” Sumamə dedi: “(Dünən) sənə dediyim kimi, əgər məni azad etsən, minnətdar olan bir adama yaxşılıq etmiş olarsan.” Peyğəmbər  onu qoyub getdi. Ertəsi gün (yenə) onun yanına gəlib dedi. “Nə düşünürsən, ey Sumamə?” Sumamə dedi: “(Dünən) sənə dediklərimi.” Peyğəmbər: “Sumaməni azad edin!” dedi, sonra Sumamə məscidin yanındakı xurmalığa gedib qüsl etdi və gəlib məscidə daxil oldu. (Bu vaxt Sumamə ona yaxınlaşıb) dedi: “Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Allahın elçisidir. Ey Muhəmməd, vallahi ki, yer üzündə sənin üzündən daha çox nifrət etdiyim bir üz yox idi. İndi isə sənin üzün mənim üçün ən əziz üzdür. Vallahi, sənin dinindən daha çox nifrət etdiyim bir din yox idi. İndi isə sənin dinin mənim üçün ən əziz bir dindir. Vallahi, sənin şəhərindən daha çox nifrət etdiyim bir şəhər yox idi. İndi isə sənin şəhərin mənim üçün ən əziz şəhərdir. Mən ümrə etmək istəyərkən sənin atlıların məni yaxaladılar. Bu haqda nə deyə bilərsən?” Peyğəmbər  onu müjdələdi və ona ümrəni yerinə yetirməyi əmr etdi. Sumamə Məkkəyə gəlib çatdıqda bir nəfər ondan: “Sabiimi (bir dindən başqa bir dinə meyl edən) olmusan?” deyə soruşdu. Dedi: “Xeyr, mən Allahın elçisi Muhəmmədlə  birgə Allaha təslim olmuşam. Allaha and olsun ki, Peyğəmbərin  izni olmadan Yəmamədən sizə bir buğda dənəsi belə gəlməyəcəkdir.” (Buxari 4372, Muslim 4688, 1764/59)

إِجلاء اليهود من الحجاز

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]