Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Düşmənlə Qarşılaşmağı İstəməyin Pislənməsi Və Qarşılaşdığı Zaman Səbrin Əmr Edilməsi

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، عَنِ النَبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: لاَ تَمَنَّوْا لِقَاءَ الْعَدُوِّ، فَإِذَا لَقِيتُمُوهُمْ فَاصْبِرُوا

1136. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizlər düşmənlə qarılaşmağı he bir zaman arzu etməyin. Lakin düşmənlə qarşılaşdığınız zaman (hərbin sıxıntılarına) səbr edin”. (Buxari 3026, Muslim 4639, 1741/19)

حديث عَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى كَتَبَ إِلَى عُمَرَ بْنِ عُبَيْدِ اللهِ، حِينَ خَرَجَ إِلَى الْحرُورِيَّةِ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَعْضِ أَيَّامِهِ الَّتِي لَقِيَ فِيهَا الْعَدُوَّ انْتَظَرَ حَتَّى مَالَتِ الشَّمْسُ، ثُمَّ قَامَ فِي النَّاسِ فَقَالَ: أَيُّهَا النَّاسُ لاَتَمَنَّوْا لِقَاءَ الْعَدُوِّ، وَسَلُوا اللهَ الْعَافِيَةَ، فَإِذَا لَقِيتُمُوهُمْ فَاصْبِرُوا، وَاعْلَمُوا أَنَّ الْجَنَّةَ تَحْتَ ظِلاَلِ السُّيُوفِ ثُمَّ قَالَ: اللهُمَّ مُنْزِلَ الْكِتَابِ، وَمُجْرِيَ السَّحَابِ، وَهَازِمَ الأَحْزَابِ اهْزِمْهُمْ وَانْصُرْنَا عَلَيْهِمْ

1137. Abdullah İbn Əbu Əufə  rəvayət etmişdir ki, döyüşlərin birində Peyğəmbər  düşmənlə qarşılaşdığı vaxt gün batmağa meyil edənədək gözlədi, sonra camaatın qarşısında ayağa qalxdı və (onlara xitab edib) dedi: “Ey in­sanlar, düşmənlə qarşı-qarşıya gəlməyi arzulamayın və Allahdan salamatlıq diləyin! Hərgah onlarla qarşı-qarşıya gəlsəniz, səbirli olun və bilin ki, Cənnət qılıncların kölgəsi altındadır.” Sonra (dua edib) dedi: “Allahummə Munziləl-Kitabi Və Mucriyəs-Səhabi Və Hazimil-Əhzabi, İhzimhum Vənsurna Aleyhim – Kitabı nazil edən, buludları hərəkətə gətirən və müttəfiqlərin toplumunu darmadağın edən Allahım, onları darmadağın et və onlara qələbə çalmaqda bizə kömək et!” (Buxari 2966-2965, 3025, Muslim 4640, 1742/20)

تحريم قتل النساء والصبيان في الحرب

Hərbdə Qadınlarla Uşaqların Öldürülməsinin Haram Edilməsi

حديث عَبْدِ اللهِ بْنِ عُمَرَ، أَنَّ امْرَأَةً وُجِدَتْ، فِي بَعْضِ مَغَازِي النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، مَقْتُولَةً؛ فَأَنْكَرَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَتْلَ النِّسَاءِ وَالصِّبْيَانِ

1138. Abdullah İbn Ömər  rəvayət etmişdir ki, Peyğəmbərin  apardığı döyüşlərin birində bir qadın meyiti tapıldı. Elə bu səbəbdən də Peyğəmbər  qadınların və uşaqların öldürülməsini qadağan etdi. (Buxari 3014, Muslim 4645, 1744/24)

جواز قتل النساء والصبيان في البيات من غير تعمد

Qadınlarla Uşaqların Gecə Hücumları Zamanı Qəsdli Olmadan Öldürülməsinin İcazəli Olması

حديث الصَّعْبِ بْنِ جَثَّامَةَ، قَالَ: مَرَّ بِيَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِالأَبْوَاءِ أَوْ بِوَدَّانَ، وَسُئِلَ عَنْ أَهْلِ الدَّارِ يُبَيَّتُونَ مِنَ الْمُشْرِكِينَ، فيُصَابُ مِنْ نِسَائِهِمْ وَذَرَارِيِّهِمْ قَالَ: هُمْ مِنْهُمْ

1139. Səb İbn Cəssamə  demişdir: “Peyğəmbər  Əbvada (və ya Vəddanda) mənim yanımdan keçərkən ondan, gecə vaxtı müşriklərə hücum etmək və (hücum əsnasında) qadınların və uşaqların ölə biləcəyi barədə soruşdular.” Dedi: “Bunlar onların bir parçasıdır.”Mən Peyğəmbərin  belə dediyini eşitdim: “Qoruqlar ancaq Allaha və Onun Elçisinə  aiddir88”. (Buxari 3012, Muslim 4647, 4649, 1745/26)

جواز قطع أشجار الكفار وتحريقها

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]