Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Hicamaya Görə Alınan Pulun Halal Olması

حديث أَنَسٍ رضي الله عنه، أَنَّهُ سُئِلَ عَنْ أَجْرِ الْحَجَّامِ، فَقَالَ: احْتَجَمَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَجَمَهُ أَبُو طَيْبَةَ، وَأَعْطَاهُ صَاعَيْنِ مِنْ طَعَامٍ، وَكَلَّمَ مَوَالِيَهُ فَخَفَّفوا عَنْهُ وَقَالَ: إِنَّ أَمْثَلَ مَا تَدَاوَيْتُمْ بِهِ الْحِجَامَةُ وَالْقُسْطُ الْبَحْرِيُّ وَقَالَ : لاََ تُعَذِّبُوا صِبْيَانَكُمْ بِالْغَمْزِ مِنَ الْعُذْرَةِ وَعَلَيْكُمْ بِالْقُسْطِ.

1015. (Bir dəfə) Ənəsdən  həcəmət76 qoyan adamın qazancı barədə soruşdular. Dedi: “(Bir vaxt) Əbu Teybə Peyğəmbərdən  qan aldı və Peyğəmbər  ona iki saa yemək verdi, üstəlik onun ağaları ilə danışdı və onlar (gün­dəlik olaraq ondan aldıqları xəracın miqdarını) bir qədər azaltdılar”. Peyğəmbər: “Müalicə olunmağınız üçün istifadə etdiyiniz ən gözəl şey həcəmət və dənis qustudur.”Həmçinin demişdir: “Uşaqlarınızın (şişmiş) badamcıq (boğaz) vəzilərini (barmaqla) basaraq onlara əzab-əziyyət verməyin. Onları qustla müalicə edin.” (Buxari 5696, Muslim 4121, 1577/62)

حديث ابْنِ عَبَّاسٍ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ احْتَجَمَ، وَأَعْطَى الْحَجَّامَ أَجْرَهُ وَاسْتَعَطَ

1016. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  qan aldırmış və bunun müqabilində qan alan kimsəyə pulunu verdi və burnuna dərmn damcılatmışdır”. (Buxari 5691, Muslim 4124, 5879, 1202/65)

تحريم بيع الخمر

Şərab Satmağın Haram Olması

حديث عَائِشَةَ، قَالَتْ: لَمَّا أُنْزِلَ الآيَاتُ مِنْ سُورَةِ الْبَقَرَةِ فِي الرِّبَا، خَرَجَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْمَسْجِدِ فَقَرَأَهُنَّ عَلَى النَّاسِ، ثُمَّ حَرَّمَ تِجَارَةَ الْخَمْرِ

1017. Aişə  rəvayət edir ki, “əl-Bəqərə” 275-279 surəsindəki sələm haqqında ayələr nazil olduqda Peyğəmbər  məscidə gəlib onları camaata oxudu. Bundan sonra o, şərabın alış-verişini haram buyurdu. (Buxari 459, Muslim 4130, 4131, 1580/70)

تحريم بيع الخمر والميتة والخنزير والأصنام

Şərab, Leş, Donuz Və Bütləri Satmağın Haram Olması

حديث جَابِرِ بْنِ عَبْدِ اللهِ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ، عَامَ الْفَتْحِ، وَهُوَ بِمَكَّةَ: إِنَّ اللهَ وَرَسُولَهُ حَرَّمَ بَيْعَ الْخَمْرِ وَالْمَيْتَةِ وَالْخِنْزِيرِ وَالأَصْنَامِ فَقِيلَ: يَا رَسُولَ اللهِ أَرَأَيْتَ شُحُومَ الْمَيْتَةِ فَإِنَّهَا يُطْلَى بِهَا السُّفُنُ، وَيُدْهَنُ بِهَا الْجُلُودُ، وَيَسْتَصْبِحُ بِهَا النَّاسُ فَقَالَ: لاَ، هُوَ حَرَامٌ ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، عِنْدَ ذلِكَ: قَاتَلَ اللهُ الْيهُودَ، إِنَّ اللهَ لَمَّا حَرَّمَ شُحُومَهَا جَمَلُوهُ ثُمَّ بَاعُوهُ فَأَكَلُوا ثَمَنَهُ

1018. Cabir İbn Abdullah  Məkkənin fəth edildiyi il Peyğəmbərin  Məkkədə ikən belə dediyini eşitmişdir: “Allah və Onun Elçisi şərabın, ölü heyvanın, donuzun və bütlərin satılmasını haram etmişdir.” (Ona) dedilər: “Ya Rəsulullah, gəmilərin (böyürlərinin və altının) cilalanması, dərilərin yağlanması və (evlərin və s.) işıqlandırılması üçün istifadə edilən ölü heyvanın piyi haqqında nə deyə bilərsən?” Peyğəmbər: “Xeyr, bu haramdır!” deyə buyurdu, sonra da əlavə edib dedi: “Allah yəhudiləri məhv etsin! Allah onlara heyvanın piyindən (istifadə etməyi) haram buyurduqda, onlar onu əridib satdılar və pulunu yedilər.” (Buxari 2236, Muslim 4132, 1581/71)

حديث عُمَرَ عَنِ ابْنِ عَبَّاسٍ، قَالَ: بَلَغَ عُمَرَ أَنَّ فُلاَنًا بَاعَ خَمْرًا فَقَالَ: قَاتَلَ اللهُ فُلاَنًا، أَلَمْ يَعْلَمْ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: قَاتَلَ اللهُ الْيَهُودَ، حُرِّمَتْ عَلَيْهِمُ الشُّحُومُ فَجَمَلُوهَا فَبَاعُوهَا

1019. İbn Abbas  rəvayət edir ki, Ömər İbn Xattaba  xəbər çatdı ki, filankəs şərab satır. Ömər: “Allah onu öldürsün! Rəsulullahın  belə buyurduğunu eşitdim: “Allah Yəhudiləri öldürsün (lənət etsin). Onlara (heyvanların) piyləri haram edildi. Lakin onlar bu yağları əritdilər və satdılar”. (Buxari 2223, Muslim 4134, 1582/72)

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: قَاتَلَ اللهُ يَهُودَ، حُرِّمَتْ عَلَيْهِمُ الشُّحُومُ فَبَاعُوهَا وَأَكَلُوا أَثْمَانَهَا

1020. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah Yəhudilərə lənət etsin. Onlar (heyvanların) piyləri haram edilmişdir. Lakin onlar bu yağları satdılar və gəlirini də yedilər”. (Buxari 2224, Muslim 4136, 4137, 1583/73)

الربا

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]