Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Muhəmməd İbn İsmail Əl-Buxari 

Əbu Abdullah Muhəmməd İbn İsmail İbn İbrahim İbn əl-Muğira İbn Bərdizbəh əl-Cufi əl-Buxari. Hədis elmində Muhəddislərin əmiri sayılır. H. 194-ci il Şəvval ayının 11 Buxara şəhərində (Bəzi rəvayətlərdə: Bəhratəng adlı Buxaraya yaxın bir kənddə) dünyaya göz açmışdır. Çox kiçik yaşlarından hədis elmini öyrənməyə başlamış və bu səbəbdən də elm almaq üçün dünyanın bir çox ölkələrini dolaşmışdır. O, uşaq ikən kor olur. Anası gecə-gündüz oğlu üçün dua edir və Uca Allah onun görmə qabiliyyətini qaytarır. Anası hicrətin 210-cu ilində onu və qardaşı Əhmədi Həccə aparır və hədis elminə olan həvəsinə görə onu Məkkə şəhərində qoyub gedir. Tarixçilər qeyd edirlər ki, o zaman Buxari  artıq yetmiş min hədis əzbər bilirdi. Artıq 18 yaşında o «Tarix» kitabını yazır. Sonralar hədisləri toplamaq üçün o Şam, Misir, Bəsrə, Hicaz, Kufə, Bağdad və bir çox başqa yerlərə səyahət edir. İbn Kəsir  demişdir: «O, bir dəfə kitaba baxmaqla (oxumaqla) onu əzbərləyərdi». İbn Mücahid  demişdir: «Muhəmməd İbn Səlləmin yanında idim. O mənə dedi: – Bir az əvvəl gəlmiş olsaydın, sənə yetmiş min hədis əzbər bilən uşağı göstərərdim». Quteybə İbn Səid  demişdir: «Fəqihlərlə, zahidlərlə və abidlərlə oldum, lakin Muhəmməd İbn İsmail  kimisini görmədim. O, öz zamanında Ömər  kimi idi». Tirmizi  demişdir: «Sənəd (Hədisin mətninə qədər sadalanan ravilərin (yəni hədisi rəvayət edən kəslərin) silsiləsinin araşdırılması) və iləl (Hədisin sənədində və ya mətnində olan və onu zəiflədə biləcək amillərin araşdırılması) elmində Muhəmməd İbn İsmail kimisini görmədim». Əhməd İbn Hənbəl, Yəhyə İbn Məin, İbn əl-Mədini, əl-Həmidi – Allah Onlardan Razı Olsun - və s. kimi muhəddislərdən hədis rəvayət etmişdir. Onun tələbələrindən məşhur Müslim, Nəsai, Tirmizi, əl-Firabridir – Allah Onlardan Razı Olsun -. Əsərlərindən “Tarix əl-Kəbir”, “Ədəbul Mufrad” və s. Lakin bu əsərlərin içərisində xüsusi bir yeri tutan “əl-Cəmis Səhih” əsəridir. Bu əsərdə 7563 hədis toplanmışdır ki, müəllif bu hədisləri 600000 min hədisin içərisindən seçmişdir. Imam Buxari  bu əsərinə topladığı hər bir hədisi iki rükət istixarə namazı qıldıqdan sonra yazmışdır. Buxari «əs-Səhih» əsərini iki əsas səbəbə görə yazmışdır O rəvayət edir ki, biz İshaq İbn Rəhaveyhin yanında idik. O bizə dedi: «Yaxşı olardı ki, Peyğəmbərin  sünnəsi barəsində səhih kitab tərtib edəsiniz». Onun təklifi çox xoşuma gəldi və «əl-Cəmius Səhih» kitabını tərtib etməyə başladım. – O rəvayət edir ki, bir dəfə mən Peyğəmbəri  yuxuda gördüm. Əlimdəki yelpiklə onu yelpikləyir və üzərinə qonan milçəkləri ondan uzaqlaşdırırdım. Alimlərdən gördüyüm yuxu barəsində soruşduqda onlar mənə dedi ki, sən Peyğəmbərin  adından istifadə olunaraq uydurulan rəvayətləri ondan uzaqlaşdıracaqsan. Bu da mötəbər hədisləri cəm etməyim üçün bir səbəb oldu. Buxaridə – İbn Salaha  görə təkrarla birlikdə 7275 hədis, təkrarsız 4000 hədis, Muttasıl sənədlərlə gələn hədislər təkrarsız 2602. İbn Həcərə  görə 7397 hədis, 1341 Muallaq, 341 Mutabi hədis. Ümumi olaraq 9082 hədis vardır. Muhəmməd İbn Fuad Abdulbakini təkrarla Muttasıl 7563 hədis vardır. Müxtəsər Buxaridə isə təkrarsız 2226 hədis vardır. Bu kitab Qurani Kərimdən sonra ən səhih və etibarlı kitab sayılır. Müəllif  deyir ki: Mən bu kitabda yalnız səhih olan hədisləri qeyd etmişəm. Halbuki mən 100000 min səhih, 200000 min isə zəif hədis bilirəm. Mən 1000 yaxın şeyxlərdən hədis toplamışam və elə bir hədis yoxdur ki, mən onun ravilər silsiləsini əzbərdən bilməyim. Hafiz ləqəbli alim Zəhəbi  demişdir: “Buxarinin “Cəmius Səhih” adlı əsərinə gəlincə o, İslamın ən möhtəşəm kitablarındandır. O, uca Allahın kitabından sonra ən əfzəl kitabdır. İnsan onu dinləmək üçün min fərsəx yol qət etsə belə bu səfərlə vaxtını zay etmiş sayılmaz”. H. 256-cı il 30 Ramazan ayında Səmərqəndə dünyasını dəyişmişdir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]