Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Vəlilik Haqqının Satılması Və Hədiyyə Edilməsinin Nəhy Olması

حديث ابْنِ عُمَرَ، قَالَ: نَهى رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ بَيْعِ الْوَلاَءِ وَعَنْ هِبَتِهِ

962. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  vəlilik haqqının satılmasını və hədiyyə edilməsini qadağan etdi”. (Buxari 2535, 6756, Muslim 3861, 1506/16)

تحريم تولى العتيق غير مواليه

Azad Edilən Qulun Özünü Azad Edəndən Başqasına (Vəlidən) Nisbət Etməsinin Haram Olması

حديث عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رضي الله عنه، خَطَبَ عَلَى مِنْبَرٍ مِنْ آجُرٍّ وَعلَيْهِ سَيْفٌ فِيهِ صَحِيفَةٌ مُعَلَّقَةٌ، فَقَالَ: وَاللهِ مَا عِنْدَنَا مِنْ كِتَابٍ يُقْرَأُ إِلاَّ كِتَابُ اللهِ وَمَا فِي هذِهِ الصَّحِيفَةِ، فَنَشَرَهَا؛ فَإِذَا فِيهَا: أَسْنَانُ الإِبِلِ، وَإِذَا فِيهَا: الْمَدِينَةُ حَرَمٌ مِنْ عَيْرٍ إِلَى كَذَا فَمَنْ أَحْدَثَ فِيهَا حَدَثًا فَعَلَيْهِ لَعْنَة اللهِ وَالْمَلاَئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ، لاَ يَقْبَلُ اللهُ مِنْهُ صَرْفًا وَلاَ عَدْلاً، وَإِذَا فِيهِ: ذِمَّةُ الْمُسْلِمينَ وَاحِدَةٌ، يَسْعى بِهَا أَدْنَاهُمْ، فَمَنْ أَخْفَرَ مُسْلِمًا فَعَلَيْهِ لَعْنَةُ اللهِ وَالمَلاَئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ، لاَ يَقْبَلُ اللهُ مِنْهُ صَرْفًا وَلاَ عَدْلاً، وَإِذَا فِيهَا: مَنْ وَالَى قَوْمًا بِغَيْرِ إِذْنِ مَوَالِيهِ فَعَلَيْهِ لَعْنَةُ اللهِ وَالمَلاَئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ، لاَ يَقْبَلُ اللهُ مِنْهُ صَرْفًا وَلاَ عَدْلاً

963. Əli İbn Əbu Talib  bişirilmiş (gildən) bir minbər üzərində xütbə verdi. Üzərində, qınından aslı bir səhifə olan qılıc vardı. Əli: “Vallahi bizim yanımızda oxunan heç bir yazı yoxdur, yalnız Allahın kitabı və bir də bu səhifədəki şeylər vardır və səhifəni açdı. İçində zəkata düşən dəvələrin yaşı ilə Mədinənin Air dağından buraya qədər olan (sahəsi) haramdır. Kim Mədinənin bu haram bölgəsində bir bidət edərsə Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar. Allah o, kimsədən heç bir şey qəbul etməz. Müsəlmanların zimməti (əmanəti) birdir. O, əminlik müsəlmanlardan ən aşağı fərdini belə əhatə edir. Hər kim bir müsəlmanın verdiyi əhdi pozarsa Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar. Allah o, kimsədən heç bir şey qəbul etməz. Hər kim öz ağasından başqa, digər bir qövmün icazəsi olmadan onları özlərinə ağa hesab edərsə Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar. Allah ondan heç bir şey qəbul etməz”. (Buxari 7300, Muslim 3393, 3867, 1370/467)

فضل العتق

Qul Azad Etməyin Fəziləti

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّمَا رَجُلٍ أَعْتَقَ امْرَءًا مُسْلِمًا اسْتَنْقَذَاللهُ بِكُلِّ عُضْوٍ مِنْهُ عُضْوًا مِنْهُ مِنَ النَّارِ

964. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim bir müsəlmanı köləlikdən azad edərsə, onun (azad olanın) hər bir əzasına görə, Allah azad edən adamın bir əzasını Cəhənnəm odundan xilas edər.” (Buxari 2517, Muslim 3871, 1509/24)





كتاب البيوع

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]