Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Qul Bir Yaxşılıq Niyyət Etdiyi Zaman Onun Yazılması, Bir Pisliyi Niyyət Etdiyi Zaman İsə Yazılmaması

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَحْسَنَ أَحَدُكُمْ إِسْلَامَهُ فَكُلُّ حَسَنَةٍ يَعْمَلُهَا تُكْتَبُ لَهُ بِعَشْرِ أَمْثَالِهَا إِلَى سَبْعِ مِائَةِ ضِعْفٍ وَكُلُّ سَيِّئَةٍ يَعْمَلُهَا تُكْتَبُ لَهُ بِمِثْلِهَا

80. Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Sizdən (hansı) biriniz layiqli müsəlman olarsa, etdiyi hər yaxşılığa görə ona bunun on mislindən yeddi yüz qatınadək savab yazılar. Etdiyi hər bir pis əməlinə görə isə ona cəmi bir günah yazılar”. (Buxari 42, Muslim 185, 353)

عَنْ ابْنِ عَبَّاسٍ  عَنْ النَّبِيِّ  فِيمَا يَرْوِي عَنْ رَبِّهِ عَزَّ وَجَلَّ قَالَ: قَالَ إِنَّ اللَّهَ كَتَبَ الْحَسَنَاتِ وَالسَّيِّئَاتِ ثُمَّ بَيَّنَ ذَلِكَ فَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً فَإِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إِلَى سَبْعِ مِائَةِ ضِعْفٍ إِلَى أَضْعَافٍ كَثِيرَةٍ وَمَنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً فَإِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ لَهُ سَيِّئَةً وَاحِدَةً.

81. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  Rəbbindən belə rəvayət etmişdir: “Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir. Kim bir savab iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o savab iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah onun üçün Öz yanında ondan yeddi yüzədək, hətta bundan qat-qat artıq savab yazar. Kim bir günah iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o günah iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah ona cəmi bir günah yazar. (Buxari 6491, Muslim 187, 355)

الوسوسة في الإِيمان وما يقوله من وجدها

İmanda Vəsvəsə Və Onu Özündə Hiss Edən Kimsənin Nə Deyəcəyi

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ رَسُولُ اللَّهِ : «يَأْتِى الشَّيْطَانُ أَحَدَكُمْ فَيَقُولُ مَنْ خَلَقَ كَذَا مَنْ خَلَقَ كَذَا حَتَّى يَقُولَ مَنْ خَلَقَ رَبَّكَ فَإِذَا بَلَغَهُ فَلْيَسْتَعِذْ بِاللَّهِ، وَلْيَنْتَهِ».

82. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Şeytan sizdən birinizin yanına gəlib: “Filan şeyi kim yaradıb? Filan şeyi kim yaradıb?” deyə (ayrı-ayrı suallar verməyə başlayır). Axırda da: “Rəbbini kim yaradıb?” deyə (qəlbinizə şübhə salır). Belə olduqda qoy həmin adam Allaha sığınsın və bir daha bu haqda düşünməsin.” (Buxari 3276, Muslim 191, 362)

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ  لَنْ يَبْرَحَ النَّاسُ يَتَسَاءَلُونَ حَتَّى يَقُولُوا هَذَا اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ فَمَنْ خَلَقَ اللَّهَ.

83. Ənəs İbn Malik  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İnsanlar bir-birilərinə o qədər sual verəcəklər ki, axırda deyəcəklər: “Baxın, Allah hər şeyi yaratmışdır. Bəs Allahı kim yaratmışdır?” (Buxari 7296, Muslim 190, 192, 193, 360, 364, 366, 368)

وعيد من اقتطع حق مسلم بيمين فاجرة بالنار

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]