Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Qadına Seçim Verməyin Talaq Sayılmaması, Bunun Yalnız Niyyətlə Talaq Sayılmasının Bəyanı

حديث عَائِشَةَ زَوْجِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَتْ: لَمَّا أُمِرَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِتَخْيِيرِ أَزْوَاجِهِ، بَدَأَ بِي؛ فَقَالَ: إِنِّي ذَاكِرٌ لَكِ أَمْرًا فَلاَ عَلَيْكِ أَنْ لاَ تَعْجَلِي حَتَّى تَسْتَأْمِرِى أَبَوَيْكِ، قَالَتْ: وَقَدْ عَلِمَ أَنَّ أَبَوَيَّ لَمْ يَكُونَا يَأَمُرَانِي بِفِرَاقِهِ قَالَتْ، ثُمَّ قَالَ: إِنَّ الله جَلَّ ثَنَاؤُهُ قَالَ (يأَيُّهَا النَّبِيُّ قُلْ َلأزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا) إِلَى (أَجْرًا عَظِيمًا) قَالَتْ: فَقُلْتُ فَفِي أَيِّ هذَا أَسْتَأْمِرُ أَبَوَيَّ، فَإِنِّي أُرِيدُ الله وَرَسُولَهُ وَالدَّارَ الآخِرَةَ؛ قَالَتْ: ثُمَّ فَعَلَ أَزْوَاجُ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِثْلَ مَا فَعَلْتُ

941. (Başqa rəvayətdə: Cabir İbn Abdullah  rəvayət edir ki, Əbu Bəkr  gəlib Peyğəmbərin  yanına daxil olmaq üçün izn istədikdə, onun  qapısının yanında bir dəstə adamın oturduğunu gördü. Onlardan heç bir kimsəyə içəri daxil olmağa izn verilməmişdi. Əbu Bəkrə  isə izn verildi və o içəri daxil oldu. Sonra Ömər  gəlib izn istədi və ona da izn verildi. O, fikirli və susmuş Peyğəmbəri  zövcələrinin ətrafında oturmuş olduğunu görüb dedi: «Mən bir söz deyəcəyəm və Peyğəmbəri  güldürəcəyəm». Sonra o dedi: «Ey Allahın Elçisi, Xaricənin qızını görsəydin, məndən ona nəfəqə (mal-mülk sərf etməmi) verməyimi istəyir. Mən də onun boğazından tutdum” dedim. Peyğəmbər  gülümsünərək: “Bu ətrafımdakılar da məndən nəfəqə verməyimi istəyir” deyə buyurdu. Əbu Bəkr  qalxaraq Aişəni , Ömər  də qalxaraq Həfsəni cəzalandırmaq üçün boğazından yapışıb sıxaraq ikisi də belə dedilər: “Peyğəmbərdən  onda olmayan bir şeyi istəyirsiniz”. Onlar: “Allaha and olsun ki, biz Peyğəmbərdən  onda olmayan bir şeyi istəmərik”. dedilər və Peyğəmbər  onlardan bir ay və ya iyirmi doqquz gün ayrı qaldı. Sonra isə bu ayə nazil oldu: «Ey Peyğəmbər! Zövcələrinə de: "Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla məmnun edib gözəl tərzdə sərbəst buraxım, Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”. (əl-Əhzab 28, 29). Peyğəmbərin  zövcəsi Aişə rəvayət edir ki, Peyğəmbər  zövcələrini əmr olunduqda ilk öncə məndən başladı). O, ilk əvvəl Aişənin  yanına gəlib dedi: «Ey Aişə! Doğrusu, mən sənə bir təklif etmək istəyirəm. Və istəyirəm ki, sən bu təklifi qəbul etməyə tələsməyəsən və ata-ananla məsləhətləşəsən». Aişə: «Peyğəmbər  ailəmin mənə ondan ayrılmağı əmr etməyəcəklərini heç şübhsiz ki, bilirdi”. (Başqa rəvayətdə: “O nədir ey Allahın Elçisi?”)» dedi. Peyğəmbər  Uca Allahın (ona nazil etdiyi ayələri oxudu): «Ey Peyğəmbər! Zövcələrinə de: "Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla məmnun edib gözəl tərzdə sərbəst buraxım, Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”. (əl-Əhzab 28, 29). Aişə: «Ya Rəsulullah! Mən buna görəmi (səninlə birgə olmaqdan ötrümü) valideynlərimlə məsləhətləşməliyəm?! Mən əlbəttə Allahı, onun Elçisini və axirət yurdunu seçirəm! (Başqa rəvayətdə: “Səndən də xahiş edirəm ki, həyat yoldaşlarından heç birinə bu barədə xəbər verməyəsən!» dedi. Peyğəmbər: «O qadınlardan hansı birisi məndən (bu məsələ barəsində) soruşsa mən ona xəbər verəcəyəm. Allah məni nə (insanlara aldadan) zorla məcbur edən, nə də hər şeyə irad tutan bir kimsə olaraq göndərməyib, lakin O məni (onlara bilmədiklərini) öyrədən, asanlaşdıran bir kimsə olaraq göndərmişdi”). Aişə: “Sonra Peyğəmbərin  digər zövcələri də mənim etdiyim kimi etdilər” dedi. (Buxari 4786, Muslim 3754, 3763, 1475/22)

حديث عَائِشَةَ عَنْ مُعَاذَةَ، عَنْ عَائِشَةَ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَسْتَأْذِنُ فِي يَوْمِ الْمَرْأَةِ مِنَّا بَعْدَ أَنْ أُنْزِلَتْ هذِهِ الآيَةُ (تُرْجِي مَنْ تَشَاءُ مِنْهُنَّ وَتُؤْوِي إِلَيْكَ مَنْ تَشَاءُ وَمَنِ ابْتَغَيْتَ مِمَّنْ عَزَلْتَ فَلاَ جُنَاحَ عَلَيْكَ) فَقُلْتُ لَهَا مَا كُنْتِ تَقُولِينَ قَالَتْ: كُنْتُ أَقُولُ لَهُ: إِنْ كَانَ ذَاكَ إِلَيَّ فَإِنِّي لاَ أُرِيدُ، يَا رَسُولَ اللهِ أَنْ أُوثِرَ عَلَيْكَ أَحَدًا

942. Aişə  demişdir: “(Allahın) “Onlardan dilədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən, dilədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən, sənə heç bir günah olmaz...” ayəsi nazil olduqdan sonra Peyğəmbər  zövcələrindən birinin növbəsi olduğu zaman digərinin yanına getmək üçün bizdən izn istəyərdi”. (Muaza): “Mən Aişədən soruşdum: “(O səndən izn istədikdə) nə deyirdin?” Aişə: “Mən ona deyirdim: “Ya Rəsulullah, əgər bu (məsələ) mənim öhdəmə bura­xılsaydı, yanına getmək istədiyin heç bir qadını özümdən üstün tutmazdım (və sənə onun yanına getməyə izn verməzdim).” (Buxari, 4789, Muslim 3755, 1476/23)

حديث عَائِشَةَ، قَالَتْ: خَيَّرَنَا رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَاخْتَرْنَا الله وَرَسُولَهُ، فَلَمْ يَعُدَّ ذَلِكَ عَلَيْنَا شَيْئًا

943. Aişə rəvayət edir ki, Peyğəmbər  bizlərə seçim verdi. Biz də Allah və Rəsulunu seçdik. Bu bizim üçün (talaq) heç bir şey sayılmadı”. (Buxari 5262, Muslim 3761, 1476/24)

في الإيلاء واعتزال النساء وتخييرهن وقوله تعالى (وإِن تظاهرا عليه)

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]