Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Cinsi Əlaqəyə Girməzdən Əvvəl Deyilməsi Müstəhəb Olan Dua

حديث ابْنِ عَبَّاسٍ، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَمَا لَوْ أَنَّ أَحَدَهُمْ يَقُولُ حِينَ يَأْتِي أَهْلَهُ بِاسْمِ اللهِ، اللهُمَّ جَنِّبْنِي الشَّيْطَانَ وَجَنِّبِ الشَّيْطَان مَا رَزَقْتَنَا؛ ثُمَّ قُدِّرَ بَيْنَهُمَا فِي ذلِكَ، أَوْ قُضِيَ وَلَدٌ، لَمْ يَضُرَّهُ شَيْطَانٌ أَبَدًا

910. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bilin ki, əgər biriniz ailəsi ilə yaxınlıq etməzdən əvvəl: “Bismillah, Allahummə Cənnibniş-Şeytanə Və Cənnibiş-Şeytanə Mə Rəzəqtənə! - Allahın adı ilə! Allahım, məni şeytan­dan uzaqlaşdır, şeytanı da bizə bəxş etdiyin övladdan uzaqlaşdır! desə və əgər onların qismətində varsa, yaxud Allah onların qədərinə övlad yazmışdırsa, şeytan o uşağa heç vaxt zərər toxundura bilməz.” (Buxari 5165, Muslim 3606, 1434/116)

جواز جماعه امرأته في قبلها من قدامها ومن ورائها من غير تعرض للدبر

Qadınla Arxa Və Ön Tərəfdən Anal (Arxa) Dəliyə Toxunmadan Ön Tərəfdən Cinsi Əlaqəyə Girməyin İcazəli Olması

حديث جَابِرٍ رضي الله عنه، قَالَ: كَانَتِ الْيَهُودُ تَقُولُ: إِذَا جَامَعَهَا مِنْ وَرَائِهَا جَاءَ الْوَلَدُ أَحْوَلَ فَنَزَلَتْ (نِسَاؤكُمْ حَرْثٌ لَكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّى شِئْتُمْ)

911. Cabir  rəvayət edir ki, Yəhudilər: “Kişi qadını ilə arxa tərəfdən yaxınlaşaraq (ön dəlikdən) yaxınlıq edərsə doğulacaq uşaq şəpgöz olar”. (Bu batil inancı dağıtmaq üçün Allah): Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın...”. (əl-Bəqərə 223). (Buxari 4528, Muslim 3608, 3609, 1435/117)

تحريم امتناعها من فراش زوجها

Qadının Ərinin Yanına Yatağa Girməkdən İmtina Etməsinin Haram Olması

حديث أَبِي هُرَيْرَةَ، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِذَا بَاتَتِ الْمَرْأَةُ مُهَاجِرَةً فِرَاشَ زَوْجِهَا لَعَنَتْهَا الْمَلاَئِكَةُ حَتَّى تَرْجِعَ

912. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qadın ərinin yatağını tərk edərək (tək) gecələdiyi zaman mələklər geri dönənə qədər ona lənət oxuyarlar”. (Buxari 5194, Muslim 3611, 1436/120)

حكم العزل

Əzlin63 Hökmü

حديث أَبِي سَعِيدٍ الْخُدْرِيِّ، قَالَ: خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي غَزْوَةِ بَنِي الْمُصْطَلِقِ، فَأَصَبْنَا سَبْيًا مِنْ سَبْىِ الْعَرَبِ، فَاشْتَهَيْنَا النِّسَاءَ، وَاشْتَدَّتْ عَلَيْنَا الْعُزْبَةُ، وَأَحْبَبْنَا الْعَزْلَ، فَأَرَدْنَا أَنْ نَعْزِلَ؛ وَقُلْنَا: نَعْزِلُ وَرَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ أَظْهُرِنَا قَبْلَ أَنْ نَسْأَلَهُ فَسَأَلْنَاهُ عَنْ ذَلِكَ؛ فَقَالَ: مَا عَلَيْكُمْ أَنْ لاَ تَفْعَلُوا، مَا مِنْ نَسَمَةٍ كَائِنَةٍ إِلَى يَوْمِ الْقِيَامَةِ إِلاَّ وَهِيَ كَائِنَةٌ

913. Əbu Səid  demişdir: “Biz Peyğəmbərlə  birlikdə Bəni Müstələq qəbiləsinə yürüş etdik və ərəblərdən çoxlu əsir ələ keçirdik. (Həmin vaxt) biz meylimizi qadınlara saldıq. Çünki artıq qadınsız dözə bilmirdik. (Belə olduqda) biz əzl etmək istədik, lakin bir-birimizə dedik: “Peyğəmbər  aramızda ola-ola, həm də ondan soruşmadan əzl edəcəyik?!” Biz bu haqda Peyğəmbərdən  soruşduq. O dedi: “Bunu etmək sizə qadağan deyil. Lakin Qiyamət gününədək elə bir canlı ola bilməz ki, dünyaya gəlməsi (əzəldən müəyyən olmuş olsun), amma dünyaya gəlməsin”. (Buxari 4138, 2542, Muslim 3617, 1438/135)

حديث أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ: أَصَبْنَا سَبْيًا فَكُنَّا نَعْزِلُ؛ فَسَأَلْنَا رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: أَوَ إِنَّكُمْ لَتَفْعَلُونَ قَالَهَا ثَلاَثًا مَا مِنْ نَسْمَةٍ كَائِنَةٍ إِلَى يَوْمِ الْقِيَامَةِ إِلاَّ هِيَ كَائِنَةٌ

914. Əbu Səid əl Xudri  rəvayət edir ki, biz (Mustalaq oğulları döyüşündə) bir çox qadın əsirlərlə qarılaşdıq. Bizlər əzl edirdik. Bu barədə Peyğəmbərdən  soruşduq. O, üç dəfə: “Siz bunu doğrudanmı edirsiniz?” deyə buyurdu və: “Qiyamət gününə qədər bu dünyaya gələcək həyat sahibi mütləq dünyaya gələcəkdir”. (Buxari 5210, Muslim 3619, 1438/127)

حديث جَابِرٍ رضي الله عنه، قَالَ: كُنَّا نَعْزِلُ وَالْقُرْآنُ يَنْزِلُ

915. Cabir  deyir ki, Peyğəmbərin  zamanında Quran nazil olduğu zaman biz Əzl edərdik”. (Buxari 5208, Muslim 3632, 1440/136)





كتاب الرضاع

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]