Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

(Toya) Dəvət Olunduqda Çağırışa İcabət Etməyin Əmr Olunması

حديث عَبْدِ اللهِ بْنِ عُمَرَ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: إِذَا دُعِي أَحَدُكُمْ إِلَى الْوَلِيمَةِ فَلْيَأْتِهَا

906. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Biriniz toya dəvət edildiyi zaman qoy bu dəvəti qəbul etsin.” (Buxari 5173, Muslim 3582, 1429/62)

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، أَنَّهُ كَانَ يَقُولُ: شَرُّ الطَّعَامِ طَعَامُ الْوَلِيمَةِ، يُدْعَى لَهَا الأَغْنِيَاءُ وَيُتْرَكُ الْفُقَرَاءُ، وَمَنْ تَرَكَ الدَّعْوَةَ فَقَدْ عَصَى اللهَ وَرَسُولَهُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

907. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Yeməyin (məclislərin) ən şərlisi zənginlərin dəvət edilib fəqirlərin tərk edildiyi toy məclisidir. Hər kim dəvətə icabət etməzsə Allah və Rəsuluna üsyan etmişdir”. (Buxari 5177, Muslim 3598, 1432/110)

لا تحل المطلقة ثلاثا لمطلقها حتى تنكح زوجا غيره ويطأها ثم يفارقها وتنقضى عدتها

Üç Talaqla Boşanan Bir Qadının Başqa Kişiyə Ərə Getmədikcə Və Əri Onunla Yaxınlıq Edib Ondan Boşanmadıqca Və İddəti Bitmədikcə (Ərinə) Qayıtması Halal Olmaz

حديث عَائِشَةَ، قَالَتْ: جَاءَتِ امْرَأَةُ رِفَاعَةَ الْقُرَظِيِّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَتْ: كُنْتُ عِنْدَ رِفَاعَةَ فَطَلَّقَنِي، فَأَبَتَّ طَلاَقِي، فَتَزَوَّجْتُ عَبْدَ الرَّحْمنِ بْنَ الزَّبِيرِ، إِنَّمَا مَعَهُ مِثْلُ هُدْبَةِ الثَّوْبِ، فَقَالَ: أَتُرِيدِينَ أَنْ تَرْجِعِي إِلَى رِفَاعَةَ لاَ، حَتَّى تَذُوقِي عُسَيْلَتَهُ وَيَذُوقَ عُسَيْلَتَكِ وَأَبُو بَكْرِ جَالِسٌ عِنْدَهُ، وَخَالِدُ بْنُ سَعِيدِ بْنِ الْعَاصِ بِالْبَابِ يَنْتَظِرُ أَنْ يُؤذَنَ لَهُ فَقَالَ: يَا أَبَا بَكَرٍ أَلاَ تَسْمَعُ إِلَى هذِهِ، مَا تَجْهَرُ بِهِ عِنْدَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

908. Aişə rəvayət edir ki, Rifaə əl-Qurazinin zövcəsi Peygəmbərin  yanına gələrək dedi: “Mən Rifaənin nigahında idim. Məni boşadı və bu boşanmanı təsdiq etdi. Mən də ondan sonra AbdurRahman İbn Zubeyrlə evləndim. Lakin AbdurRahmanda olan libasın saçağı kimidir”. Peyğəmbər: “Sən öz birinci ərin Rifaə dönmək istəyirsən? Xeyr, hətta o sənin ballıcandan, sən də onun ballıcasından dadmıyınca (yaxınlıq olmadıqca) olmaz!” deyə buyurdu. Əbu Bəkr , Peyğəmbərin  yanında oturmuşdu. Xalid İbn Səid İbn əl-As isə girməsinə icazə verilmədiyi üçün otağın qapısında oturmuşdu. Xalid, Əbu Bəkri çağıraraq belə deməyə başladı: “Ey Əbu Bəkr, niyə bu qadını Peyğəmbərin  önündə açıq-aşkar danışmaqdan çəkindirmirsən! (Buxari 2639, Muslim 3599, 1433/111)

حديث عَائِشَةَ، أَنَّ رَجُلاً طَلَّقَ امْرَأَتَهُ ثَلاَثًا، فَتَزَوَّجَتْ، فَطَلَّقَ؛ فَسُئِلَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، أَتَحِلُّ لِلأَوَّلِ قَالَ: لاَ، حَتَّى يَذُوقَ عُسَيْلَتَهَا كَمَا ذَاقَ الأَوَّلُ

909. Aişə  deyir ki, bir kimsə üç talaq ilə zövcəsini boşadı. Sonra qadın başqa bir kişi ilə evləndi. İkinci əri (qadınla yaxınlıq) etmədən qadını boşadı. Bu ikinci əri qadını boşadıqdan sonra qadının birinci ərinə qayıtması halal olurmu?”. Peyğəmbər: “İkinci əri qadının ballıcasından, birinci ərinin daddığı kimi dadmadıqca (onunla yaxınlıq etmədikcə) halal olmaz” deyə buyurdu. (Buxari 5261, Muslim 3604, 1433/115)

ما يستحب أن يقوله عند الجماع

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]