Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

İslam Hicrət Və Həccin Özündən Əvvəlki (günahları) Silməsi

عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ نَاسًا مِنْ أَهْلِ الشِّرْكِ كَانُوا قَدْ قَتَلُوا وَأَكْثَرُوا وَزَنَوْا وَأَكْثَرُوا فَأَتَوْا مُحَمَّدًا  فَقَالُوا إِنَّ الَّذِي تَقُولُ وَتَدْعُو إِلَيْهِ لَحَسَنٌ لَوْ تُخْبِرُنَا أَنَّ لِمَا عَمِلْنَا كَفَّارَةً فَنَزَلَ: وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَنَزَلَتْ: قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ.

76. İbn Abbas  deyir ki: “Müşriklərdən olan bir zümrə çox adam öldürmüş və dəfələrlə zina etmişdi. Sonra Muhəmmədin yanına gəlib dedilər: “Sənin danışdıqların və dəvət etdiyin yol gözəldir... Bir de görək, bizim etdiyimiz (bu günahların) kəffarəsi varmı?” Onda bu ayə nazil oldu: “Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.”. (Furqan 68). (Sonra da) bu ayə nazil oldu: “(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin”. (əz-Zumər 53). (Buxari 4810, Muslim 174, 337)

حكم عمل الكافر إِذا أسلم بعده

Kafirin Müsəlman Olmamışdan Öncə Etdiyi Əməllərin Hökmü

عَنْ حَكِيمِ بْنِ حِزَامٍ  قَالَ: قُلْتُ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ أَشْيَاءَ كُنْتُ أَتَحَنَّثُ بِهَا فِى الْجَاهِلِيَّةِ مِنْ صَدَقَةٍ أَوْ عَتَاقَةٍ وَصِلَةِ رَحِمٍ فَهَلْ فِيهَا مِنْ أَجْرٍ فَقَالَ النَّبِىُّ: «أَسْلَمْتَ عَلَى مَا سَلَفَ مِنْ خَيْرٍ».

77. Həkim İbn Hizam  demişdir: “Mən soruşdum: “Ya Rəsulullah! De görüm, cahiliyyət dövründə sədəqə vermək, qul azad etmək və qohumluq əlaqələrini möhkəmləndirmək kimi gördüyüm yaxşı işlərə görə mənə savab yazılırmı?”. Peyğəmbər: “Olub-keçən yaxşılıqlarla bərabər müsəlman oldun!”. (Buxari 1436, 5992, Muslim 176, 177, 339, 340)

صدق الإيمان وإِخلاصه

İmanın Sadiqliyi Və Onun İxlası

عَنْ عَبْدِ اللَّهِ قَالَ لَمَّا نَزَلَتْ الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ شَقَّ ذَلِكَ عَلَى أَصْحَابِ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- وَقَالُوا أَيُّنَا لاَ يَظْلِمُ نَفْسَهُ فَقَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « لَيْسَ هُوَ كَمَا تَظُنُّونَ إِنَّمَا هُوَ كَمَا قَالَ لُقْمَانُ لاِبْنِهِ يَا بُنَىَّ لاَ تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

78. Abdullah (İbn Məsud)  rəvayət edir ki: “İman gətirib imanlarına zülm qatmayanlar əmin-amanlıqdadır-lar...”. (əl-Ənam 82). ayəsi nazil olduqda bu ayə Peyğəmbərin səhabələrinə ağır gəldi və onlar dedilər: “(Ey Allahın Elçisi!) Bizim hansı birimiz (özünə) zülm etmir ki?” Peyğəmbər: “Bu (ayədəki zülm) sizin zənn etdiyiniz kimi deyil. Bu, Loğmanın öz oğluna dediyi kimidir: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən də, Allaha şərik qoşmaq böyük zülmdür!”. (Loğman 12). (Buxari 32, 3360, 3428, 3429, 4776, 6918, 6937, Muslim 178, 342)

تجاوز الله عن حديث النفس والخواطر بالقلب إِذا لم تستقر

Allah Dilə Gətirmədiyi Müddətdə Nəfsin Danışmasını, Xatirə Gələn Şeyləri Bağışlamışdır

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ  «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ تَجَاوَزَ لأُمَّتِى عَمَّا حَدَّثَتْ بِهِ أَنْفُسَهَا مَا لَمْ تَعْمَلْ أَوْ تَكَلَّمْ بِهِ ».

79. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah  mənim ümmətimin qəlbindən keçən, lakin həyata keçirmədiyi və ya dilinə gətirmədiyi günahlarını bağışlayır”. (Buxari 5269, 6664, Muslim 181, 182, 346, 347)

إِذا هم العبد بحسنة كتبت وإِذا هم بسيئة لم تكتب

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]