Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Mədinədə Yaşamağa Və Çətinliyinə Qatlanmağa Təşviq

حديث عَائِشَةَ، قَالَتْ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: اللهُمَّ حَبِّبْ إِلَيْنَا الْمَدِينَةَ كَمَا حَبَّبْتَ إِلَيْنَا مَكَّةَ أَوْ أَشَدَّ، وَانْقُلْ حُمَّاهَا إِلَى الْجُحْفَةِ، اللهُمَّ بَارِكْ لَنَا فِي مُدِّنَا وَصَاعِنَا

870. Aişə rəvayət edir ki, Peyğəmbər  (Mədinəyə gəldiyi zaman) buyurdu: “Allahım! Məkkəni bizlərə sevdirdiyin kimi, Mədinəni də sevdir və ya daha çox. Mədinənin humma (qızdırma) xəstəliyini Cuhfeye yönəlt. Allahım! Mudd və Saa (ölçü vahidləri) bərəkət ver!”. (Buxari 6372, Muslim 3408, 1376/480)

صيانة المدينة من دخول الطاعون والدجال إِليها

Taun Və Dəccəlin Girməsindən Mədinənin Qorunması

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: عَلَى أَنْقَابِ الْمَدِينَةِ مَلاَئِكَةٌ لاَ يَدْخُلُهَا الطَّاعُونُ وَلاَ الدَّجَّالُ

871. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Mədinənin girəcəklərində (gözətçi) mələklər vardır. (Odur ki) ora nə taun, nə də dəccal girə bilər”. (Buxari 1880, 7173, Muslim 3416, 1379/485)

المدينة تنفي شرارها

Mədinənin Pis İnsanları Çölə Atması

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أُمِرْتُ بِقَرْيَةٍ تَأْكُلُ الْقُرَى، يَقُولُونَ يَثْرِبُ، وَهِيَ الْمَدِينَةُ تَنْفِي النَّاسَ كَمَا يَنْفِي الْكِيرُ خَبَثَ الْحَدِيدِ

872. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Mənə başqa şəhərləri üstələyən bir şəhərə – Yəsrib adlanan yerə (hicrət etmək) əmr olundu. Ora Mədinədir. Körük dəmirin pasını tökdüyü kimi, (Mədinə də pis) adamları özündən kənar edir.” (Buxari 1871, Muslim 3419, 1382/488)

حديث جَابِرِ بْنِ عَبْدِ اللهِ، أَنَّ أَعْرَابِيًّا بَايَعَ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الإِسْلاَمِ، فَأَصَابَ الأَعْرَابِيَّ وَعْكٌ بِالْمَدِينَةِ، فَأَتَى الأَعْرَابِيُّ إِلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: يَا رَسُولَ اللهِ أَقِلْنِي بَيْعَتِي، فَأَبى رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ؛ ثُمَّ جَاءَهُ، فَقَالَ: أَقِلْنِي بَيْعَتِي، فَأَبى؛ ثُمَّ جَاءَهُ فَقَالَ: أَقِلْنِي بَيْعَتِي، فَأَبى؛ فَخَرَجَ الأَعْرَابِيُّ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّمَا الْمَدِينَةُ كَالْكِيرِ تَنْفِي خَبَثَهَا وَيَنْصَعُ طِيبُهَا

873. Cabir İbn Abdullah  rəvayət edir ki, bir bədəvi Rəsulullaha  İslam üzərə beyət etdi. (Bir müddətdən sonra) bədəvi şiddətli xəsəliyə tutuldu. Peyğəmbərin  yanına gələrək dedi: “Ya Rəsulullah! Mənim beyətimi poz”. Peyğəmbər  bu təklifi qəbul etmədi. Sonra bədəvi yenə gəlib: “Ya Rəsulullah! Mənim beyətimi poz” dedi. Peyğəmbər  yenə qəbul etmədi. Sonra yenə də gəlib: “Ya Rəsulullah! Beyətimi poz” dedi. Peyğəmbər  üz döndərdi. Bundan sonra bədəvi Mədinədən çıxıb getdi. Peyğəmbər: “Mədinə şəhəri ancaq dəmirçi körügü kimidir, pisini atar, təmizini (yaxşısını) isə süzüb saxlayar” deyə buyurdu. (Buxari 7211, 7322, Muslim 3421, 1383/489)

عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، رَضِيَ اللَّهُ عَنْهُ ، {فَمَا لَكُمْ فِي الْمُنَافِقِينَ فِئَتَيْنِ} رَجَعَ نَاسٌ مِنْ أَصْحَابِ النَّبِيِّ صلى الله عليه وسلم مِنْ أُحُدٍ ، وَكَانَ النَّاسُ فِيهِمْ فِرْقَتَيْنِ فَرِيقٌ يَقُولُ اقْتُلْهُمْ وَفَرِيقٌ يَقُولُ لاَ فَنَزَلَتْ {فَمَا لَكُمْ فِي الْمُنَافِقِينَ فِئَتَيْنِ} وَقَالَ إِنَّهَا طَيْبَةُ تَنْفِي الْخَبَثَ كَمَا تَنْفِي النَّارُ خَبَثَ الْفِضَّةِ.

874. Zeyd İbn Sabit  deyir ki: Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız?...”. (ən-Nisa 88) ayəsi haqqında deyir ki: “Peyğəmbərin səhabələrindən bir dəstə Uhud döyüşündən geri döndülər. Səhabələr o, geri dönən dəstə barədə iki firqəyə ayrıldılar. Birinci dəstə: “O, dönənləri öldürün” dedilər, digər dəstə: “Xeyr, onları öldürməyin” dedilər. Buna görə də Allah: “Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən”. (ən-Nisa 88). Peyğəmbər: “Mədinə Taybədir. Mədinə, atəşin gümüşün pasını apardığı kimi pis insanları (çölə atar)”. (Buxari 4589, Muslim 3422, 1384/490)

من أراد أهل المدينة بسوء أذابه الله

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]