Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Zərər Vermədən Və Bir Kimsənin Haqqını Zay Etmədən Oruc Tutmağa Taqəti Olan Kimsənin Allah Yolunda Oruc Tutanmasının Fəziləti

حديث أَبِي سَعِيدٍ رضي الله عنه، قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُولُ: مَنْ صَامَ يَوْمًا فِي سَبيلِ اللهِ بَعَّدَ اللهُ وَجْهَهُ عَنِ النَّارِ سَبْعِينَ خَرِيفًا

709. Əbu Səid  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: “Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar.” (Buxari 2840, Muslim 2769, 1153/168)

أكل الناسي وشربه وجماعه لا يفطر

Unudaraq Yeyib-İçən Və Cinsi Yaxınlıq Edən Kimsənin Orucunun Pozulmaması

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: إِذَا نَسِيَ فَأَكَلَ وَشَرِبَ فَلْيُتِمَّ صَوْمَهُ فَإِنَّمَا أَطْعَمَهُ اللهُ وَسَقَاهُ

710. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Əgər (kimsə) unudub (yemək) yeyərsə və ya (su) içərsə, qoy orucuna davam etsin. Çünki (həmin vaxt) onu yedirdən də, içirdən də Allahdır.” (Buxari 1933, 6669, Muslim 2772, 1155/171)

صيام النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ في غير رمضان واستحباب أن لا يخلى شهرا عن صوم

Peyğəmbərin  Ramazandan Başqa (Aylarda) Olan Orucu Və Heç Bir Ayı Orucsuz Keçirməməyin Müstəhəb Olması

حديث عَائِشَةَ، قَالَتْ: كَانَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَصُومُ حَتَّى نَقُولَ لاَ يُفْطِرُ، وَيُفْطِرُ حَتَّى نَقُولَ لاَ يَصُومُ، فَمَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَكْمَلَ صِيَامَ شَهْرٍ إِلاَّ رَمَضَانَ، وَمَا رَأَيْتُه أَكْثَرَ صِيَامًا مِنْهُ فِي شَعْبَانَ

711. Aişə  demişdir: “(Bəzən) Peyğəmbər  o qədər oruc tutardı ki, axırda biz: “Orucunu kəsməyəcək” deyərdik. (Bəzən də) o vaxta qədər oruc tutmazdı ki, nəhayət, biz: “Bir daha oruc tutmayacaq” deyərdik. Mən Pey­ğəmbərin  ramazan istisna olmaqla, heç bir ayı başdan-başa oruc tutduğunu görməmişəm. Həmçinin (başqa aylarda) şaban ayında olduğu qədər çox oruc tutduğunu da görməmişəm.” (Buxari 1969, Muslim 2737, 1156/172)

حديث عَائِشَةَ، قَالَتْ: لَمْ يَكُنِ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَصُومُ شَهْرًا أَكْثَرَ مِنْ شَعْبَانَ، فَإِنَّهُ كَانَ يَصُومُ شَعْبَانَ كُلَّهُ، وَكَانَ يَقُولُ: خُذُوا مِنَ الْعَمَلِ مَا تُطِيقُونَ فَإِنَّ اللهَ لاَ يَمَلُّ حَتَّى تَمَلُّوا وَأَحَبُّ الصَّلاَةِ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا دُووِمَ عَلَيْهِ وَ إِنْ قَلَّتْ، وَكَانَ إِذَا صَلَّى صَلاَةً دَاوَمَ عَلَيْهَا

712. Aişə  demişdir: “Peyğəmbər  heç bir ayda şaban ayında tutduğu qədər çox oruc tutmazdı. Elə olurdu ki, o, şaban ayını başdan-başa oruc tuturdu. O, deyərdi: “Gücünüz çatan işləri görün! Siz usanmadıqca Allah usanmaz.”Peyğəmbərin  ən çox xoşuna gələn namaz, qısa da olsa davamlı qılınanı idi. O, hər hansı bir namazı qılardısa, onu davamlı qılardı.” (Buxari 1970, Muslim 2779, 1156/177)

حديث ابْنِ عَبَّاسٍ، قَالَ: مَا صَامَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ شَهْرًا كَامِلاً قَطُّ غَيْرَ رَمَضَانَ، وَيَصُومُ حَتَّى يَقُولَ الْقَائِلُ، لاَ وَاللهِ لاَ يُفْطِرُ؛ وَيُفْطِرُ حَتَّى يَقُولَ الْقَائِلُ، لاَ وَاللهِ لاَ يَصُومُ

713. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  Ramazan müstəsna bir ayı kamil şəkildə oruc tutmadı. Oruc tutardı hətta onu görən: Xeyr, Vallahi Peyğəmbər  iftar etmir” deyərdilər. Yenə Peyğəmbər  (bir ay içində orucsuz olurdu). Onu görən: “Xeyr, vallahi Peyğəmbər  (bu ay) heç oruc tutmadı” deyərdilər. (Buxari 1971, Muslim 2780, 1157/178)

النهى عن صوم الدهر لمن تضرر به، أو فوت به حقا أو لم يفطر العيدين والتشريق، وبيان تفضيل صوم يوم وإفطار يوم

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]